Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   37   38   39   40   41   42   43   44   45

83 

 

10.  Həmçinin Qərbi Türk imperiyası dağıldıqdan sonra belə ərəb istilaları 



dövründə  Göytürklərin  iĢğalçılarla  mübarizədə  daim  Orta  Asiya  knyazlıqlarına 

köməyə  gəlmələri,  təmənnasız  olaraq  onlara  yardım  etmələri  yalnız  və  yalnız  Orta 

Asiyanın ən qədim türkləriylə göytürklərin eyni soy kökünə mənsub olmaları ilə izah 

edilə bilər. 

11.  Biz  Səmərqənd  (Kanq-cu,  Kan)  dövlətinin  etnik  əsasını,  hansı  xalq 

tərəfindən  yaradıldığını  böyük  türkoloq  Qumilyovun  fikirləri  ilə  yekunlaĢdırmağı 

daha  münasib  saydıq:  Kanqın  əsas  və  zəngin  Ģəhəri  Səmərqənd  idi.  «Soğd  (oxu: 

Qanq)  hakiminin  arvadı  Qara  Çurin  Türkün  qızı  idi.  Orada  qanunlar  və  yazı  türk 

dilində  idi.  (Xatırladaq  ki,  eradan  əvvəl  IV  əsrdə  Kəngər  dövlətinin  yazısı  və 

qanunlar məcəlləsi vardı-M A.). Səmərqənd AĢina xanlarına tabeçilikdən çox udmuĢ, 

qazanmıĢ  Ģəhərlərdən  idi.  Səmərqənd  də  öz  növbəsində  Qərbi  Türküt  xaqanlığına 

dayaq olmuĢdu (10,157). 

12.  Bu fikir VII-VIII əsrlərə aiddir, ona görə də XII əsrə aid bir məlumatı 

da verməyi lazım bilirik, XII əsrdə monqollar Səmərqəndi mühasirəyə alanda Çingiz 

xanın  hücumu  dövrü  1220-ci  ildə  Səmərqənd  qarnizonunun  baĢ  rəisi  kanqlı  türk 

(yəni  kəngər-M.  A,)  Tuqay  xan  olmuĢdur.  O,  XarəzmĢahın  arvadının  qardaĢının 

qaynı idi (17,287). Deməli ,XIII əsrdə də Səmərqənd hakim evinə kəngərlər daxil idi. 

Əlavə izahata zənnimizcə ehtiyac qalmır. 

 

KƏNGƏR-PEÇENEQLƏR 

 

L.  N.  Qumilyovun  dediklərini  yadımıza  salsaq  VIII  əsrdə  kəngərlərin 



«padzınak», yaxud peçeneq adlandırıldıqlarını görərik. Onlar bu adla daha çox ġərqi 

Avropada,  Qaradəniz  ətrafında  məĢhur  idilər  (Kəngərlərin  müxtəlif  adları  barədə 

öndə xüsusi söhbət gedəcək). 

IX  əsrin  sonlarına  doğru  kəngərlərin  müəyyən  hissəsi  öz  vətənlərindən 

aralanmalı  olur.  Onlar  əvvəlcə  Uralətrafında,  sonra  Xəzər  xaqanlığı  həndəvərində 

görünürlər.  Kəngərlərin  Qaradəniz  ətrafı  çöllərdəki  hadisələrdə  iĢtirakına  dair 

məlumatlar daha çox M. Ġ. Artamonovun «Xəzər tarixi» kitabında verilir. Onun tez-

tez müraciət etdiyi müəllif Konstantin Baqryanorodnıdır, Kəngər-peçeneqlərlə bağlı 

hadisələrin müasiri  olan  Konstantin  (913-959-cu  illər)  uzun  müddət  (945-ci ilədək) 

yalnız nominal Ģəkildə, yəni formal Ģəkildə imperatorluq edərkən çox böyük həvəslə 

tarix  elmi  ilə  məĢğul  olurdu.  O,  alimlər  kollektivi  təĢkil  edərkən  bu  qrupa  özünün 

taxt-tac  sələflərinin  tərcümeyi-hallarına,  eyni  zamanda  Bizans  diplomatiyasına, 

siyasətinə,  hərbi  iĢinin  tarixinə  aid  materiallar  toplamağı  tapĢırdı.  Bu  kollektivin 

əməyi sayəsində Prisk və Menandr kimi tarixçilərin əsərlərindən parçalar mühafizə 

olunub  saxlanmıĢdır.  Konstantin  özü  bir  neçə  traktat  yazmıĢdır:  «Bizans  sarayının 

mərasimlərinə  dair»,  imperiyanın  hərbi  quruluĢuna  aid  («femlər  haqqında»)  və 

nəhayət, bizim üçün çox qiymətli olan «Ġmperiyanın inzibati quruluĢu haqqında» (3, 



84 

 

16-17).  M.  Ġ.  Artamonov  kəngər-peçeneqlər  haqqında  Konstantinin  məlumatlarını 



daha  etibarlı  hesab  edir.  «Xəzər  tarixi»  kitabında  deyilir:  «Konstantin 

Baqryanorodnının sözlərinə görə peçeneqlərin ġimali Qaradəniz ətrafı çöllərinə daxil 

olmaları xəzərlə-in quzlarla ittifaqda onların üzərində qələbə çalması sayəsində baĢ 

verib.  Olduqca  qəribə  «qələbə»dir!  Bu  «qələbə»nin  nəticəsində  düĢmənlər  bir 

cinahdan  digərinə  keçmiĢlər  və  Xəzər  dövlətinə  əvvəlkindən  az  olmayan  təhlükə 

yaratmıĢlar.  Belə  guman  etmək  olar  ki,  quzlarla  ittifaqda  olan  xəzərlər  müəyyən 

zaman  peçeneqlərin  (kəngərlərin)  təzyiqinə  tablaĢmıĢ,  nəhayət  peçeneqlər  quzların 

və  xəzərlərin  zərbələrinə  davam  gətirməyərək  quzlardan  uzaqlaĢıb  Xəzər  sipərini 

yararaq  Qaradəniz  ətrafı  çölləri  tutmuĢlar.  Bunun  nəticəsində  xəzərlər  macarlardan 

sayca  daha  çox  olan  cəsur  düĢmənlə  təkbətək  üz-üzə  dayanmalı  oldular.  Xəzərlər 

peçeneqləri  öz  Ģimal  sərhədlərindən  uzaqlaĢdırmaq  üçün az  zəhmət  çəkməmiĢdilər. 

Nəticədə gördüyünüz kimi macarlar daha çox əziyyətə düçar oldular, baxmayaraq ki, 

xəzərlər  onları  peçeneqlərə  qarĢı  birgə mübarizədə  təĢkil  etməyə  çox  çalıĢmıĢdılar» 

(3,349). 

«Xəzər  tarixi»  kitabının  müəllifi  də  peçeneqlərin  qədim  yaĢayıĢ  yerlərinin 

Sırdəryanın  aĢağı  və  orta  yataqları  daxil  olmaqla  Aral  dənizinin  Ģimalındakı 

ərazilərdə  olduğunu  söyləyir.  «Konstantin  Baqryanorodnı  onların  özlərini  «kəngər» 

adlandırdıqlarını  söyləyir.  Onların  nə  vaxt  və  hansı  səbəbə  görə  Volqa  və  Ural 

arxasındakı  ərazidə  yerləĢməsi  isə  məlum  deyil».  Doğrudan  da  VIII  əsrdə 

peçeneqlərə  qarĢı  hər  hansı  bir  tayfa  və  ya  dövlətin  müharibə  aparması,  bu  qədim 

xalqı öz doğma yurdlarından sıxıĢdırıb çıxarmaları haqqında elə bir məlumat yoxdur. 

Onların  köç  səbəbini  L.  N.  Qumilyov  daha  inandırıcı  faktlarla  əsaslandıraraq  yazır 

ki, IX-X əsrlərdə Avroasiyanın çöl zonası əsrlik quraqlığa məruz qalır. Çöldə daima 

üçtərəfli müharibələr gedir. Bu müharibələr kiçik də olsa, daim xarakter daĢıyır. Çöl 

müharibəsi  üçün  yaxĢı  yemlənmiĢ  atlar,  döyüĢçülərin  aclıq  çəkməməsi  üçün  çoxlu 

qoyun  gərək  olur.  Oturaq  əhalinin  özü  üçün  bir  neçə  illik  ərzaq  ehtiyatı  görmək 

imkanı vardır. Belə imkan köçərilərdə yox idi. X əsrdə quraqlıqdan hər yerdən daha 

çox müasir Mərkəzi Qazaxıstanın çölləri zərər çəkdi. Bunların böyük hissəsi səhraya 

çevrildi.  Kəngərlər  öz  vətənlərinin  müəyyən  ərazisini  tərk  edibgetməyə  məcbur 

oldular. Bunların bir hissəsi xarəzmĢahların torpaqlarında məskunlaĢdı, islamı qəbul 

edib sadəsə olaraq «kanqlı» adlandırıldılar (Bizə indi kanqlı sözünün necə yarandığı 

da məlum olur - M. A.). BaĢqa hissəsi isə Qaradənizətrafına köçdü (889) və hətta iki 

böyük  dövlət:  Bizans  və  Rusiyanın  arasında  sıxıĢdırılsalar  belə  uzun  müddət  öz 

müstəqilliklərini mühafizə etdilər (12, 202). 

Biruni də kəngərlərin köç etmələrini təbiət hadisəsi ilə bağlayır. O göstərir ki, 

Amudəryanın aĢağı yatağında yaĢayan peçeneqlər, bu çay öz məcrasını dəyiĢdikdən 

sonra Xəzərin sahillərinə (əvvəlcə- .M. A.) köçmüĢlər (3. 407). 

Xəzər  xaqanlığı  ilə  münasibətlərdə,  Qaradəniz  ətafındakı  hadisələrdə 

kəngərlər artıq hər yerdə peçeneq adı: ilə çıxıĢ edirlər və bu adla da məĢhurlaĢırlar. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə