Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   37   38   39   40   41   42   43   44   45

85 

 

Burada  indi  tarixdəki  bir  «dolaĢıqlığı»  araĢdırmaq  lazım  gələcəkdir.  Peçeneqlər 



quzlarla  (oğuzlarla)  müxtəlif  zamanlarda,  gah  ittifaq  yaradır»  gah  da  vuruĢurlar. 

Maraqlı burasıdır ki, «peçeneq» eyni zamanda oğuz ittifaqındakı 24 tayfadan birinin 

adıdır.  «Oğuzlar»  adlı  kitabın  müəllifi  Faruq  Sümər  bütün  boyların  hərəkətini 

addımbaaddım  izləmiĢ,  onların  məskunlaĢdıqları  yerləri  dəqiqləĢdirmiĢ,  «peçeneq» 

adı məsələsində  fikri haçalanmıĢdır.  Peçeneqlərin  tarix  səhnəsindəki  müstəqil  çıxıĢ 

və  hərəkətləri,  oğuz  ittifaqı  daxilində  24  tayfa  ilə  tam  halında  hərəkəti  bu 

haçalanmanın  əsas  səbəbidir.  O  yazır:  «Peçene-bu  adda  X-XI  əsrlərdə  Qaradənizin 

Ģimalında  və  balkanlarda  muhüm  siyasi  rol  oynamıĢ  bir  türk  qövmünün  olduğunu 

bilirik.  Bundan  baĢqa,  XI  əsrdə peçeneq  adlı  bir  oğuz  boyu  da  vardı.  QaĢqari türk 

peçeneq qövmü ilə oğuz peçeneq qövmünü bir-birindən fərqləndirir. Bu ad eyniliyi 

ancaq iki Ģəkildə izah oluna bilər: 

1. hər iki təĢəkkülün eyni ad daĢıması sadəcə bir təsadüfdür. 

2. Oğuz-peçeneq  boyu  türk-peçeneq  qövmünün  bir  parçası  olub,  oğuzların 

tabeliyi  altına  girmiĢ,  vaxt  keçdikcə  oğuzların  bir  boyu  halına  gəlmiĢdir.  Ancaq nə 

QaĢqarinin, nə də RəĢidəddinin xəritələrində bu ehtimala aid bir dəlil yoxdur. Üstəlik 

bu  boy  bayandır,  çəpni  və  çavuldarlardan  fərqli  olaraq,  Oğuz xanın dördüncü  oğlu 

Göy xana bağlanmır» (28, 305-306). 

Əlbəttə, bir regionda təsadüf nəticəsində iki müxtəlif xalqın eyni ad daĢıması 

mülahizəsi  özünü  doğrultmur.  Ġkinci  mülahizyə  tarixi  faktla  təsdiq  edilir. 

«Konstantin  Baqryanorodnının  Ģəhadətinə  görə  peçeneqlərin  bir  hissəsi  öz  arzuları 

ilə  quzlarla  (oğuzlarla)  qalmıĢ  və  bu  gkünə  qədər  onların  arasındadır.  Onların  üst 

paltarları  (görünür  kaftanları-M.  A.)  dizə  qədər  gödəldilmiĢ,  qolları  da  çiyinlərinin 

altından  kəsilmiĢdir;  bununla  onlar  öz  nəsillərindən  (qövmlərindən)  aralı 

düĢdüklərini göstərirlər» (3, 350). 

Ġbn  Fədlan  Konstantindən  otuz  il  əvvəl  (922-ci  ildə)  bulqarların  yanına 

gedərkən  bu  peçeneqlərlə  Ural  çayı  yaxınlığında  Çelkar  gölünün  sahilində 

rastlaĢmıĢdır.  Onun  sözlərinə  görə  bunlar  qoyun  saxlayan  yoxsul  peçeneqlər  idi. 

Əksinə,  Ġran  coğrafiyaĢünası  Qardizi  (XII  əsr),  Qaradəniz.  ətrafı  çöllərdə 

məskunlaĢmıĢ peçeneqləri çoxlu at ilxılarına, qoyun sürülərinə malik, qızıl və gümüĢ 

qabları, gümüĢ toqqaları, yaxĢı silahları olan zəngin xalq kimi xarakterizə edir. Eyni 

zamanda öküz baĢı Ģəklində olan Ģeypurlar xatırlanır; peçeneqlər bu Ģeylurları döyüĢ 

zamanı çalırdılar (3, 351). 

Konstantin Baqryanorodnıya görə peçeneqlər 8 qola (bəlkə tayfa və ya dairə?-

M.  A.)  bölünürlər.  Bunların  hər  birinə  xüsusi  baĢçı  rəhbərlik  edirdi.  BaĢçı  olmaq 

hüququ müəyyən tayfaya (ailələrə yox!) mənsub idi. Bu vəzifə oğuldan ataya və ya 

qardaĢa  deyil,  ölən  baĢçının  əmisi  oğluna  və  yaxud  əmisi  oğlunun  övladlarından 

birinə keçirdi (Bu, türklərdəki qohumluq bölgü sisteminin demək olar ki, eyni idi). 

Konetantin  Baqryanorodnıya  görə  bu  qayda  o  məqsədlə  qoyulmuĢdu  ki, 

«hakimiyyət  bütövlükdə  tayfanın  yalnız  bir  hissəsində  qalmasın,  qol-budaq  atmıĢ 



86 

 

bütün tayfa üzvləri belə bir Ģərəfə nail olmağı gözləsinlər. Hər qol baĢda ağsaqqal və 



ya baĢçı olmaqla bir neçə nəsildən ibarət idi. Peçeneqlərin 8 qolunda cəmi 40 nəsil 

vardı.  Peçeneqlər  də  2  hissəyə  bölünürdü.  Onların  arasında  sərhəd  Dnepr  çayı  idi, 

görünür, iç oquz, dıĢ oğuz sayağı. 

Peçeneqlərin yüruĢləri uzaqlara, lap ġərqə qədər uzana bilərdi. Onlar Xersona 

və  ayrı-ayrı  iqlimlərə,  baĢqa  sözlə  Bizansın  Krımdakı  torpaqlarına  da  yürüĢ  edib, 

bunları  yağmalaya,  Bosforu  mühasirəyə  sala,  yəni  ora  Krım  tərəfdən  də,  Taman 

yarımadası istiqamətindən də yaxınlaĢa bilərdilər. 

Bolqarıstan,  Macarıstan  və  ruslar  tez-tez  peçeneqlərin  hücumlarına  məruz 

qalırdılar.  Məhz  Bizans  xüsusilə  ruslara  və  bulqarlara  qarĢı  peçeneqlərdən  istifadə 

etmək məqsədi ilə onlarla daim əlaqə saxlayırdı (3, 351). 

ġərq,  yaxud  Xəzər  peçeneqləri  haqqında  məlumat  demək  olar  ki,  yoxdur. 

Görünür, ona görə ki, onların fəallığı əsas etibarilə ġərqə yönəldilmiĢdi. Belə qənaətə 

gəlmək  olar  ki,  onlar  xəzərlərə,  burtaslara,  alanlara...  Povoljyenin,  ġimali  Qafqazın 

baĢqa  xalqlarına  Qərb  peçeneqlərinin  öz  qonĢularına  etdiklərindən  az  pislik 

etməmiĢlər.  «Xəzər  tarixi»nin  məlumatları  bəzi  hallarda  ziddiyyətli  olur;  qonĢuları 

da onlara əziyyət verməklə heç də az rol oynamamıĢlar, «Xəzərlər onlarla sistematik 

mübarizə etməli olurdular. Ġbn Rust və Qardizinin məlumatlarına görə xəzərlər hər il 

peçeneqlər tərəfə hücum edir, onlardan əsirlər gətirirdilər»: «Hüdud-əl-aləmə» görə 

«Xəzərlər  islam  ölkələrinə  qulları  əsasən  buradan,  Xəzər  peçeneqləri  ölkəsindən 

gətirirdilər» (3, 351). 

Xəzərlərin  peçeneqlərə  qarĢı  ayrı-ayrı  yurüĢləri  necə  uğurlu  olsa  da  onları 

sona qədər məğlub edə və tutduqları ərazidən sıxıĢdırıb çıxara bilmədilər. 

Xəzərlər  macarlarla  etdikləri kimi,  peçeneqləri heç  öz  təsirləri altına  da  sala 

bilməzdilər.  ġimali  Qaradəniz  ətrafı  X  əsrdə  Xəzərlərin  nəzarəti  altından  çıxdı.  Bu 

onların qüdrətinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir. Xəzərlər Ģərqdən gələn 

köçərilərin  təzyiqinə  də  tablaya  bilmirdilər.  Oradan  quzlar  xəzər  peçeneqlərini 

Dneprin o biri sahilinə sıxıĢdırmıĢdılar. Burada peçeneqlərin butün qolları (tayfaları) 

bir  yerə  toplaĢmıĢdı.  Onların  qalıqları  özlərinə  Macarıstan  və  Bizansda  sığınacaq 

tapdılar (3, 327). 

Peçeneqlərlə xəzərlərin münasibətləri birtərəfli və birmənalı olmayıb. «Daxili 

siyasi  münaqiĢələr  zamanı  xaqanlıq  daxilində  kifayət  qədər,  baĢlıcası  isə  etibarlı 

qüvvəsi olmayan, özgə tayfalardan, olan vassalların köməyinə bel bağlaya bilməyən 

Xəzər  hökuməti  yardıma  quz,  yaxud  peçeneq  tayfalarını  çağırırdı.  Onlar  bundan 

sonra  Xəzər  çarının  əsas  qüvvəsi  və  dayağı  olurdular.  Sarkel  qarnizonunun  tərkibi 

buna  tam  inandırıcılıqla  Ģəhadət  verir.  Qeyd  edildiyi  kimi  xəzərlər  əsas  qalalarını 

xəzər-bulqarlara  deyil  quzlara  və  peçeneqlərə  tapĢırmıĢdılar.  Bunlar  bütün  qalaları 

tutmuĢ, Xəzər xaqanlığını öz köçləri ilə doldurmuĢdular» (3, 328). 

Münasibətlərdəki  bəzi  kəskin  ziddiyyətlərə  baxmayaraq,  peçeneqlər  Xəzər 

xaqanlığının  baĢqa  dövlətlər  tərəfindən  məğlubiyyətini  istəmirdilər;  qüvvələr 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə