Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   37   38   39   40   41   42   43   44   45

87 

 

nisbətinin  dəyiĢməsi  peçeneqlərin  tutduqları  əraziyə  və  mövqelərinə  ciddi  təsir 



göstərə bilərdi. Baxmayaraq ki, peçeneqlərin müəyyən bir qismi bir sıra hallarda rus 

knyazlarına  muzdlu  döyüĢçülər  kimi  xidmət  edirdilər,  onlar  yaxĢı  vuruĢurdular. 

Rəfiq  Özdək  yazır:  «Ruslara  qonĢu  olaraq  yaĢadıqları  121  il  içində  (1036-cı  ilə 

qədər)  on  bir  böyük  hücum  etdilər...  Bunların  əp  moĢhuru  968-ci  ildə  oldu.  Ruslar 

Xəzər  xaqanlığını  yaxınca  peçeneqlər  Kiyevi  mühasirə  etmiĢ,  Xəzər  xaqanlığına 

yaxın  Kiyev  knyazı  Svyatoslavı  ağır  bir  məğlubiyyətə  uğratmıĢlar»  (25,  116). 

Uzlarla  münasibət,  knyaz  Yaroslavın  qüvvətlənməsi  nəticəsində  peçeneqlər  ağır 

məğlubiyyətə uğrayırlar, «axınlarını balkanlara» çevirib Bolqarıstana, Makedoniyaya 

və Trakiyaya hücum edirlər. 

Bizans  imperatoru  Konstantin  Baqryanorodnı  belə  bir  vəsiyyət  eləmiĢdi: 

Peçeneqlərlə  sülh  Ģəraitində  yaĢamağa  cəhd  edin.  ġimaldan  heç  kəs  imperiyanın 

rahatlığını pozmaz. Kiyev knyazı Svyatoslavın baĢına gələn hadisə Konstantinin bu 

məsləhətinə  əməl  etməməyin  acı  nəticəsi  idi.  Svyatoslav  üçün  Bizans  peçeneqlərə 

nisbətən daha az təhlükəli idi. Məlumdur ki, peçeneq xanı Svyatoslavı təhrik yolu ilə 

öldürmüĢdü. Lakin peçeneqlərlə imperiyanın müttəfiqi kimi münasibəti onların bir-

birindən  Dunay  Bolqarıstanı  ayıran  dövrə  qədər  yaxĢı  idi.  Vasili  Bolqaroboytsa  bu 

səddi  dağıdıb  aradan  götürdü;  Bunun  nəticəsi  artıq  özünü  XI  əsrdə  göstərdi. 

Peçeneqlər Bizansın Ģimal əyalətlərinə doluĢdular. Onların təzyiqi ona görə qüvvətli 

idi ki, peçeneqlərin özlərinə baĢqa köçərilər-quz-torklar güclü təzyiq göstərirdilər. 

Peçeneqlər  arasında  iki  xan  bir-biri  ilə  rəqabətə  baĢlayır.  Bunlardan  biri 

Keqen  Bizansa  gedib  oradan  Qaradəniz  ətrafında  qalan  digər  peçeneqlərin  xanı 

Turaqın  torpaqlarına  yürüĢlər  etməyə  baĢlayır.  1048-ci  ildə  Turaq  özü 

Poldunayevoya  hücum  edib  zəngin  bolqar  və  Makedoniya  kəndlərini  qarət  edir. 

Bizans yazıçıları xəbər verirlər ki, barbarlar nəfslərini saxlaya bilmir, slavyan balı və 

Ģərabından o dərəcədə acgözlüklə istifadə edirlər ki, onlarda qorxunc xəstəlik peyda 

olmuĢdur.  Onlar  ağrıdan  ağlını  itirmiĢ  və  pozulmuĢ  kütləyə  çevrilmiĢdilər.  Keqen 

yunanları Turaqın dəstəsinə hücum etməyə inandırır. Bizans ordusu tam qələbə əldə 

edir.  Lakin  imperator  Turaqı  və  dəstəsini  Keqenin  məsləhət  və  istəyinin  əleyhinə 

məhv etmək istəmir. Əksinə, Turaq və onun adamları paytaxta gətirilir, burada onlar 

xristianlığı  qəbul  edirlər,  onlara  zəngin  hədiyyələr  verilir  və  xidmətə  götürülürlər. 

Ġmperator peçeneqlərdən sözəbaxan, itaətkar döyüĢçülər hazırlamaq, onları haradasa 

ġimal  ərazilərindəki  boĢ  torpaqlarda  məskunlaĢdırmaq  qərarına  gəldi.  Lakin 

peçeneqlər  onlardan  nə  istədiklərini  ya  baĢa  düĢmədilər,  ya  da  baĢa  düĢmək 

istəmədilər. 

Beləliklə,  iki  rəqib  Bizans  imperatorunun  qulluğunda  durdu.  Turaq  nifrət 

etdiyi  Keqendən  yaxasını  qurtarmaq  üçün  bir  cəhd  göstərdi,  onu  öldürmək  üçün 

muzdlu  qatillər  göndərdi.  Keqen  yaralandı,  ancaq  ölmədi.  O,  qəsdin  təĢkilatçısının 

kim olduğunu yaxĢı bilirdi və fürsətdən istifadə etmək qərarına gəldi. Böyük peçeneq 

ordusunun  müĢayiət  etdiyi,  arxasınca  tutulmuĢ  qatillər  sürüklənən  arabada  o, 



88 

 

yaralarını açaraq paytaxtın izdihamlı küçələri ilə keçir. Öz ətrafına böyük kütlə yığan 



Keqen  Vlaxern  sarayının  qarĢısında  dayanır.  Ġmperator  Konstantin  monamax 

Keqenin oğlunu qəbul edib sakitləĢdirir və günahkarları cəzalandıracağına söz verir. 

Keqenə  isə  müalicə  olunmaq  üçün  ən  yaxĢı  həkimləri  təklif  edir,  onu  ən  zəngin 

mənzildə  yerləĢdirir.  Lakin  Keqenin  baĢına  lütfkarlıqlar  səpələyən  Monamax  qatili 

gizlincə azad edir. O, Turaqla küsüĢmək istəmirdi. Keqen Konstantinopolda zəngin, 

lakin ciddi bir dustaqxanada qalmalı olur. 

Tezliklə  imperator  onun  adamlarını  tərksilah  etmək  istəyir.  Onda  Keqen  bir 

gecədə  dəstəsini  toplayıb  Ģimala  qaçır.  O,  burada  əsil  soyğunçuluq  və  qarətkarlığa 

uyur.  Tezliklə  Turaqın  peçeneqləri  də  buraya  köçür.  Öz  həmtayfalarını 

sakitləĢdirmək  adı  ilə  boğucu  Konstantinopol  mühitindən  yaxalarını  qurtaran  bu 

peçeneqlər imperatora verdikləri vədi unudurlar. 

1064-cü  ildə  yenə  köçəri  kütlələri  Dunayı  keçdilər..  Konstantinopolda  gecə-

gündüz  dua  oxunurdu  ki,  allah  Bizansı  bu  yeni  təhlükədən  xilas  etsin.  Elə  bil 

peçeneqlərin  ġimal  vilayətlərini  talan  etmələri  azmıĢ  kimi  onlara  torklar  da 

qoĢuldular. Kiçik Asiyada torkların həmsoyları səlcuq türkləri isə Bizans Ģəhərlərini 

hədələyirdilər.  Elə  bil  Asiya  çöllərindən,  Uralyanı  əsil-köklü  quz  çöllərindən  iki 

böyük caynaq uzanaraq Bizanı sıxıb boğmağa hazırlaĢırdı. 

Peçeneqlər 

torkları 

əvvəlcə düĢmənçiliklə qarĢıladılar, hətta onlara divan tutmaqda yunanlara köməkdə 

etdilər.  Lakin  tezliklə  onlar  torklarla  bir-likdə  Makedoniya,  bolqar  və  Frakiya 

kəndlərinə  yürüĢlər  etməyə,  Konstantinopola  hədə-qorxu  gəlməyə  imperatora  qarĢı 

intriqalar  düzəltməyə,  mümkün  qədər,  onsuz  da  zəif,  əldən  düĢüb  gücsüzləĢmiĢ 

Bizans dövlət aparatını laxlatmağa, pozub dağıtmağa baĢladılar. 

Bundan  əlavə  yeni  barbarlar  da  meydana  çıxdı.  Dunaya  köçərilərin  üçüncü 

dalğası gəldi. Bunlar polovest-komanlar (qıpçaqlar) idi.  

XI  əsrdə  bizanslı  Feofilakt  Bolqarski  peçeneqlər  haqqında  yazırdı.  «Onların 

yürüĢü (hücumu) ildırım çaxması, geri  çəkilmələri eyni zamanda həm ağır, həm də 

yüngül idi. Qənimətin çoxluğundan ağır, qaçıĢlarının sürətindən yüngül idi. Hücum 

edərkən  onlar  həmiĢə  Ģaiyələri  qabaqlayırdılar.  Geri  çəkiləndə  isə  təqib  edənlərə 

onlar barədə bir Ģey eĢitməyə imkan vermirdilər. Ən baĢlıcası iso onlar özgə ölkəni 

qarət  edirlər:  özlərinin  isə  ölkəsi  yoxdur...  sülh  həyatı  onlar  üçün  bədbəxtlikdir,  nə 

vaxt  müharibə  üçün  fürsət  düĢürsə  və  yaxud  sülh  müqaviləsinə  riĢxənd  edilib  ələ 

salınırsa bu, onlar üçün hədsiz xoĢbəxtlik və firavanlığa bərabərdir. Ən pisi budur ki, 

öz  çoxluqları  ilə  yaz  arılarını  ötüb  keçiblər  və  indiyəcən  heç  kəs  bilməmiĢdir  ki, 

onların  sayı  minlərlədir,  yoxsa  on  minlərcə,  onların  miqdarı  saysız-hesabsızdır» 

(Peçeneq  xanlarının  münaqiĢələrinə  aid  məlumat  Q.  A.  Fyodorovun  1968-ci  ildə 

Moskvada  nəĢr  olunmuĢ  «Kurqanı,  idiolı,  manetı»  kitabının  46,  47,  48-ci 

səhifələrindən götürülmüĢdür). 

Burada  verilən  hadisələr  imperiya  mövqeyindən  Ģərh  olunur,  təbii  falakət 

nəticəsində  öz  vətənindən,  dövlətindən  qopmuĢ  bir  xalqın  taleyinə  biganəlik  özünü 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə