Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

77 

 

Biz irəlidə Səmərqənd sözü qarĢısında «Kanq-cu» yazılmasının zəruriliyini 



də  müəyyən  mətləblə  bağlı  nəzərə  almıĢdıq.  Çünki  iranĢünaslar  «Soğd»  sözündən 

yapıĢıb Orta Asiyanı, «sak» sözündən tutub bütöv Qazaxıstanı irandilli elan edirlər. 

Həmin  ərazilərin  müasir  milli-etnik  məskunları  baxımından  irandilli  olmadığı  fikri 

müqabilində  oranın  əhalisinin  eranın  əvvəllərində  türkləĢdirilmiĢ  olduğunu 

söyləyirlər.  Sakların  irandilli  olmadığı  məlumdur.  Soğdluların  isə  əgər  həqiqətən 

irandillidirlərsə  də  «barbar»  ölkələrinin  mərkəzində  yerləĢdiyi  göstərilir.  Yəni, 

əsasən,  heyvandarlıqla  məĢğul  olan  türk  tayfa  ittifaqları  və  dövlətlərinin  arasında 

yerləĢdiyi qeyd olunur. Əhalinin etnik tərkibi də tam aydınlaĢdırılmamıĢdır. Onu da 

qeyd  edək  ki,  hakim  kəngərlərin  etiqadı  tanrıçılıq  Soğdlularınkı  isə  atəĢpərəstlik 

olmuĢdur.  Bu  yerdə  biz  böyük  türk  aliminin,  zaman  etibarı  ilə  hadisələrin  cərəyan 

etdiyi dövrə daha yaxın, obyekt haqqında daha güclü, aydın məlumatı olan Mahmud 

QaĢqarlının  iranpərəstlik  konsepsiyasının  mühüm  tezisləri  ilə  daban-dabana  zidd 

ifadəsini  nəzərdən  qaçırmamalıyıq.  «Bu  yerlərdə  farslar  çoxaldıqca  sonralar  əcəm 

Ģəhərləri  kimi  olmuĢ»  müddəası  iranpərəstlərin  «Qazaxstan»  və  Orta  Asiya  əhalisi 

əvvəlcə  irandilli  olmuĢ,  sonra  «türkləĢdirilmiĢlər»  iddialarından  yüz  həĢtad  dərəcə 

fərqlidir  və  Türküstan  tarixini  yazan  alimlər  QaĢqarlı  tezisinə  əsaslanmalı  və 

arxalanmalıdırlar. 

Olduqca  böyük  ərazilərə  yayılan  köçəri  heyvandarların  istehsal  etdikləri 

məhsulu  bəzən  yığıb  yığıĢdırmaq  olmurdu.  Köçəri  türklərin  nəfsləri  bütöv  idi. 

Təbiətin  özünün  bəxĢ  etdiyi  nemətlərlə  kifayətlənən  türklər  torpağa,  suya  qarĢı 

qətiyyən  zor  iĢlətmirdilər.  «Yersu»  da  onların  inanc  panteonunda  ən  müqəddəs 

yerlərdən birini tuturdu. 

Biz Türküstan dedikdə qətiyyən Orta Asiyanın təkcə türk etnosundan ibarət 

olması  fikrini  önə  sürmürük  -  biz  daha  çox  müdafiə mövqeyində dayanır, türklərin 

halal  haqlarının  əllərindən  alınmasına  qarĢı  çıxırıq.  Türküstanı  xalis,  «cılxa» 

türklərdən  ibarət  bir  ərazi  kimi  götürmək  ağlasığmazdır.  Lap  qədimlərdən  azsaylı 

etnoslardan  tutmuĢ  (hansı  dinə  mənsub  olmalarından  asılı  olmayaraq)  sonradan 

gəlmə  farslara  qədər  Türküstanda  onlarla,  bəlkə  yüzlərlə  etnik  qruplar  mövcud 

olmuĢdur. Əhəmənilər iĢğalı dövründə buraya xeyli fars gəlmiĢdir. Ġranlılar qarnizon 

rəislərindən tutmuĢ bütün vergi məmurlarını farslardan təyin edirdilər, harada az-çox 

xeyirli,  gəlirli  vəzifələr  vardısa  farsların  əlində  cəmləĢmiĢdi.  Ġran  tacirləri  böyük 

imtiyazlara  malik  idilər.  Təbiidir  ki,  qarnizonlardakı  əsgərlər  özlərinə  həyat 

qururdular.  (Olsun  ki,  torpaq  sahələri  də  alırdılar,  farslarda  əkinçi-əsgər  ənənəsi 

vardı).  Ġran  hakimiyyətinin  farslara  verdikləri  imtiyazlar  farsların  yeni  tutulmuĢ 

bərəkətli zəngin torpaqlara axınına da əlveriĢli Ģərait yaradırdı. 

Hələ  eradan  əvvəl  II  minillikdə  Orta  Asiyada  çıxarılan  qiymətli  daĢların 

Hindistan  və  baĢqa  ölkələrdə  tapılması  həmin  ərazi  ilə  eradan  çox-çox  əvvəllər 

Hindistanın, Əfqanıstanın, Ġran ərazisindəki qədim dövlətlərin, Çinin, Tibetin ticarət 

əlaqələri olduğuna Ģəhadət verir. 



78 

 

Orta  Asiyaya  müxtəlif  qonĢu  xalqların,  o  cümlədən  irandillilərin  axınına 



səbəb  olan  mühüm  amillərdən  biri  də  bu  ərazinin  sakinlərinin  əsasən  köçəri 

heyvandarlar olması idi. Köçəri türklər saysız-hesabsız qoyun sürülərinə at ilxılarına 

malik idilər; eyni zamanda çox qiymətli cins atlar, iki hürgəcli dəvələr yetiĢdirilirdi 

(Qazaxstanın Sibirə yaxın yerlərində bazarlara çoxlu qiymətli xəz-dəri də çıxarılırdı). 

Bu  heyvandarlarla  ticarət  əlaqələri  yaratmaq  çox  əlveriĢli  idi.  Gəlmələrin  mühüm 

qismi  daha  çox  Mavəraünnəhrdə,  o  cümlədən  Soğd  adlanan  ərazidə  məskunlaĢır, 

köçərilərin  özlərinin  gətirdikləri  məhsulları  almaqla,  onlara  xırım-xırda  satmaqla 

kifayətlənmir,  Mərkəzi  Asiyanın  dərinliklərində  ticarət  məntəqələri  yaradırdılar. 

Tarixçilərin müəyyən qismi bunlara «koloniya» deyir. Lakin «Tacik xalqının tarixi» 

kitabında  daha  sərrast  ifadə  ilə  bunlar  «ticarət  faktoriyaları»  adlandırılmıĢlar.  Belə 

faktoriyalarda  ticarət  o  qədər  qızğın,  qazanc  o  qədər  çox  olurdu  ki,  bir  müddətdən 

sonra  alverə  aludə  olan  Soğdlular  özlərini  unudub  paltarlarını,  xasiyyətlərini, 

qılıqlarını  dəyiĢərək  dönüb  türk  olurdular  (və  bilmirdilər  ki,  iki  min  il  sonra 

iranĢünas  tarix  yazanlar  haray  çəkəcəklər  ki,  Soğdluları  zorla  türkləĢdiriblər). 

Soğdluların dillərini dəyiĢməsi onların siyasi hakimiyyətdən uzaq olmalarını bir daha 

sübut  edir.  Köçəri türk heyvandarlarının  bazar  münasibətləri  də  L.  N.  Qumilyovun 

nəzərindən  yayınmayıb.  «Köçərilərin  oturaq  əkinçilərə  daimi  axınları  da  səciyyəvi 

deyil,  zira  bu,  etnoslararası  mübadilənin  üstüörtülü  formasıdır;  axın  zamanı  köçəri 

özünün  sadədilliyi,  hiylədən  uzaq  olması  nəticəsində  bazarda  itirdiklərini  geri 

qaytarır...» (L. N. Qumilyov. Etnoqenez i biosfera zemli, L., 1989, s. 194). 

Əcnəbiləri Orta Asiyaya gətirən bir də hələ «Böyük ipək yolu»ndan əvvəlki 

dövrlərdə  buradakı  ipək  alveri  idi, Təbiidir  ki,  Orta  Asiyanın ticarət  arteriyaları  ilə 

bağlı  olan (xüsusən  irandilli)  əcnəbilər  daha  çox nəzərə  çarpırdı.  Güman  edirik  ki, 

Orta Asiyada etnosların tənasübü məsələsini XX əsrdə yaranmıĢ vəziyyət daha dəqiq 

göstərir.  TarixĢünaslıq  baxımından  XX  əsrdən  əvvəlki  dövrü  dəniz  qabarmasına 

bənzədə  bilərik.  Yəni  hər  Ģey  suyun  altında  qalıb,  vəziyyət  barədə  dürüst  təsəvvür 

yoxdur.  XX  əsrdə  dənizdə  çəkilmə  baĢlayır,  hər  Ģey  əslində  olduğu  kimi  üzə  çıxır. 

Qazaxstan,  Özbəkistan,  Qırğızıstan,  Türkmənistan  türk  respublikaları,  həmçinin 

Qaraqalpaq  muxtar  türk  respublikası  və  irandilli  Tacikistan  respublikası.  Bunların 

əhalisinin  say  nisbəti  də məlumdur.  Deyə  bilərlər  ki,  Özbəkistanda  xeyli  tacik  var, 

bunun  cavabında  eĢidə  bilərlər  ki,  Tacikistanda  da  çoxlu  özbək  var;  üstəlik 

qonĢuluqda «Əfqan Türküstanı» da mövcuddur. 

Rəqəmlər «irandillilik konsepsiyası» tərəfdarlarını narahat eləmir. Çünki bir 

sıra  Avropa  və rus alimləri  ilə  birgə hazırlanmıĢ,  kitabdan kitaba  gəzən məlum  bir 

iddia da  var:  «Qazaxıstan  və  Orta  Asiya  türkləri  türkləĢdirilmiĢ  irandillilərdir».  Bu 

isə əvvəlki fəsillərdən gördüyümüz kimi elm deyil cəfəngiyatdır, izi suda itirməkdir. 

«Özbəkistan SSR tarixi»ndə qəribə bir hökm var: «O ki, qaldı köçəri türklərə, onlar 

VI-VII  əsrlərdə  keçə  yurtalarda  yaĢayır,  dörd  təkərli  arabalarda  hərəkət  edirdilər.. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə