Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

79 

 

Türk  köçəri  heyvandarların  cəmiyyəti  artıq  ibtidai  icma  stadiyasından  çıxmıĢdı, 



qəbilə-tayfa təĢkilatının əsas özəyi çoxailəli patriarxal icma idi». (17.125). 

Sual olunur: gecə alaçıqda yaĢayan, «əsas özəyi icma» olan, «qəbilə-tayfa» 

təĢkilatında  formalaĢan  türklər  necə  olur  ki,  min  il,  bəlkə  daha  çox,  oturaq  həyat 

keçirmiĢ,  Ģəhərlərdəki  imarətlərdə  yaĢayan  sənət-peĢə  sahiblərini,  nəhayət,  yaxĢı 

savadlanmıĢ  tacirləri  öz  dillərindən  əl  çəkib  onların  dilini  götürməyə  məcbur 

etmiĢlər?!  Assimilyasiya  nə  can  qurtaran  müddəa  imiĢ!  Bu  elmi  cəhətdən 

öyrənilməmiĢ  və  əsaslandırılmamıĢ  iddiadır.  Bəlkə  gələcəkdə  bu  assimilyasiya 

problemi,  onun mexanizmi  irandilli alimlər tərəfindən  ətraflı  öyrəniləcəkdir.  Bu  elə 

dolaĢıq məsələdir ki, xeyirxahlığına, obyektivliyinə Ģübhə edilməyən böyük alim L. 

N. Qumilyov özü də bəzən onun tətbiq və Ģərhində çaĢıb qalır. 

Ancaq  assimilyasiyanın  Ģərhində  gözlə  görünə  biləsi  izah  vardır.  Tarixi 

hadisələri  izləyəndə  görünür  ki,  burada  kəmiyyət  faktoru  mövcuddur.  Ġstər  hun 

imperatorluqları,  istərsə  də  Türk  xaqanlıqları  dövrlərində  Çinə  qalib  gəlib  öz 

xanədanlarını yaradan türklər nəhayətdə özlərindən on beĢ dəfə, bəlkə daha çox artıq 

olan  çinlilərin  içərisində  assimilyasiya  olub  ərimiĢlər.  Bəs  Hindistanda  necə?  Kim 

bilir, Baburdan əvvəlki dövrlərdə də həmin məmləkətdə nə qədər sülalə və nə qədər 

türk ərimiĢdir. Bu sahədə türklərin itkisi qazancından çox olub.. 

Ġndiki  Rusiya  ərazisində  öz  nüvəsindən,  özəyindən  aralı  dümüĢ  nə  qədər 

türk  assimilyasiyaya  uğramıĢdır  -  xəzərlər,  bulqarlar,  uzlar  (tork),  qaraqalpaqlar, 

berendeylər  və  s.  Bunların  əksər  hissəsi  öz  özəklərindən,  öz  nüvələrindən  ayrı 

düĢdükləri  üçün  qat-qat  çox  əhali  içərisində  öz  soy  simalarını  itirmiĢlər.  Hələ 

bulqarlar, təxminən özləri sayda kiçik xalqlar arasında qalanlar öz soy köklərini hifz 

etdilər (məsələn, Qafqaz balkarları). Öz xanları və böyük ordu ilə Balkanlara gedən 

bulqarlar  isə  slavyan  çoxluğundan  (üstəlik  pravoslav  dininin  təsiri  altında)  öz 

türkəsillərini  itirmiĢlər.  Ġndi  həmin  xalqa  türk  deyəsən,  ya  slavyan!  Yoxsa  B.  Q. 

Qafurov sayağı onların milliyyətini qafa taslarının ölçüsünə görə təyin edəsən. Axı o, 

bu yolla özbəkləri tacik adlandırır. Soy, xalq, millət anlayıĢları təkcə fiziki, fizioloji 

anlayıĢ  ola  bilməz,  bunlar  daha  çox  mənəvi-psixoloji  anlayıĢlardır.  B.  Q.  Qafurov 

deyir  ki,  dil  xalqın  və  ya  millətin  müəyyənləĢdirilməsində  yeganə  göstərici  deyil. 

Bəli,  dil millətin  təyinində  yeganə  göstərici  deyil,  ancaq  əsas  göstərisidir,  çünki  dil 

yalnız  bir-birini  anlamaq  üçün  mexaniki  vasitə  deyil.  Dilsiz  nə  millətin,  nə  xalqın 

mövcudluğunu təyin etmək olmaz. «...dil varsa xalq da var, dil varsa millət də var. 

Dil yoxdursa, nə xalq var, nə də millət. Bir xalqın bütün var-yoxunu soysalar, dilinə 

toxunmasalar,  deməli  o  xalqın  hər  Ģeyi  var.  Bir  xalqın  torpağını  əlindən  alsalar, 

vətənindən didərgin salsalar, yalnız dilini əlindən almasalar, o xalq yenə Xalq olaraq 

qalacaq,  vaxt  yetiĢəndə  Vətəni  də  qaytaracaq,  var-dövləti  də.  Xalqın  xalqlığını, 

millətin  Millətliyini  təyin  edən ən  birinci amil  onun  dilidir;  çünki  dil həm  də  onun 

təfəkkürüdür, düĢüncəsidir, ruhi səltənəti, mənəvi dünyasıdır» (23,122). 




80 

 

ĠranĢünaslar  söz  oynatmaq,  sözlərin  yerini  dəyiĢmək,  onlara  yeni  məna 



vermək  cəhdləri  və  bir  sıra  baĢqa  fəndlərlə  «Qazaxstan  və  Orta  Asiya  əvvəllər 

bütövlükdə  irandillilərdən  ibarət  olmuĢlar»  tezisini  «əsaslandırmaq»  üçün  hər  cür 

üsullara müraciət etmiĢlər. XI əsrə qədər nəinki ticarət faktoriyalarında qrup halında 

olmuĢ  Soğdlular,  hətta  Soğd  ərazisində  qeydə  alınmıĢ  eyni  adlı  etnos  türklərin 

geyimini,  qılığını,  xasiyyətini,  dilini  götürmüĢlər.  Onlar  bunu  həmin  xalqı 

bəyənərəkdən  etmiĢdilər.  Heç  bir  tarix  kitabında  türklərin  hansı  xalqısa  zorla 

türkləĢdirməyə cəhd göstərmələrindən söhbət getməmiĢdir. Belə olmasaydı, irandilli 

tarixçilərin hay-küyü, haray-həĢiri qarĢısında tablamaq çətin olardı. Ġrandilli Soğdlar 

olduqca  böyük  türk  mühitində,  qədim  yazısı,  eradan  əvvəlki  dövlətçiliyi,  böyük 

imperiyalarla mülaqatda öz varlığını hifz edən, təsiri Volqaboyuna, Ural ətəklərinə, 

Qafqaz  ölkəsinə  və  daha  haralara  yayılmıĢ  Kanq  dövləti  ərazisində,  kəngər  xalqı 

arasında öz soy köklərindən ayrılıb türklüyü intixab etmiĢlər. 

Orta  Asiyanın  Türküstan  kimi  formalaĢmasında  oranın  ən  qədim  sakinləri 

olan kəngərlər həlledici faktor olmuĢdur. Eradan əvvəl IV əsrdə formalaĢan, yazıya, 

qanunlar  məsəlləsinə  malik  bir  dövlətin  atributları  onu  quran  xalqın  həmin  əsrdən 

min  illər  əvvəl  mövcudluğundan  niĢan  verir.  Zira  bir  etnos  mükəmməl  bir  dövlət 

qurumu yaradana qədər kim bilir neçə əsrlər qət etməli olur. 

Qəribə  və  paradoksal  vəziyyət  budur  ki,  türkĢünas  alimlər  hunların,  sonra 

türk  xaqanlıqlarının  tarixlərini  ciddi-cəhdlə  araĢdırmağa  giriĢmiĢ,  qədim  Çin 

mənbələrindəki  hun-türk  adlarına  açar  salmıĢ,  həmin  adların,  titulların  və  s.  türkcə 

deyimini, səslənməsini aydınlaĢdırmağa çalıĢmıĢ, müəyyən hallarda buna nail olmuĢ, 

lakin  Orta  Asiyanın-  Türküstanın  köbəyində meydana  gəlmiĢ,  dünya  tarixində türk 

fenomenini  daha  aydın  aça  bilən  Kəngər  dövlətini  əməlli-baĢlı  tədqiqat  obyektinə 

çevirməmiĢ, adların, hadisələrin açılmasına təĢəbbüs göstərməmiĢlər. Faktiki olaraq 

yarandığı vaxtdan təxminən min altı yüz il (monqolların hücumuna qədər) müstəqil, 

asılı,  yarımasılı  formada  davam  etmiĢ  Kanq  (Kəngər-Səmərqənd)  dövləti  türk 

dünyası tarixinin qaranlıqda qalan tərəflərini aydınlaĢdırmağa, yaxından kömək edə 

bilərdi. 

Kəngərlərin  Volqaboyu,  Uralətəkləri,  Qaradəniz  sahilləri  ilə  sıx  əlaqəsi, 

həmin  ərazilərdə  türklüyün  eranın  baĢlanğıcında  hun  köçləri  ilə  bağlanması 

haqqındakı  çeynənmiĢ  mülahizələri  də  kökündən  vurur.  Bu  fakt  S.  Y.  Malovun 

«...bizim  eradan  beĢ  əsr  əvvəl  türklər  harada  yaĢayırdılarsa  əsas  etibarı  ilə  (kiçik 

istisnalarla) indi də həmin yerlərdə məskundurlar.» fikrini tam təsdiq edir. Burasına 

da diqqət yetirilməlidir: S. Y. Malov «köçmə” və ya «gəlmə» ifadəsi iĢlətmir, bu isə 

o  deməkdir  ki,  türklər  həmin  yerlərdə  daha  əvvəllərdən  məskun  olublar.  Beləliklə, 

hunlar  eranın  əvvəllərində  türklərin  lap  qədimlərdən  məskun  olduqları  yerlərə 

gəlmiĢlər.  Bu  fakt  həm  də  az  miqdarda  hunun  çox  miqdarda  uqrları  türkləĢdirməsi 

(yenə  assimilyasiya)  və  nəticədə  «xun»  yox,  «qun»  adlı  «yeni  etnosun»  yaranması 

barədəki cəfəng mülahizələri də rədd edir.  



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə