Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   37   38   39   40   41   42   43   44   45

89 

 

açıq  hiss  etdirir.  Peçeneqlər  Qaradəniz  ətrafındakı  yeni  vətənlərini  rusların  təzyiqi 



nəticəsində  tərk  etməli  olmuĢdular.  Peçeneqlərin  hərbi  gücündən  istifadə  edən 

Monamax  onlara  münasibətdə  hiyləgər  və  məkrli  mövqedə  dururdu.  Ġki  xanı  bir-

birinə salıĢdırmaqla eyni xalqın ikiyə parçalanmasına nail olur. Sonra isə... tarixçilər 

imperiyanın  köçərilərə  münasibətini  nə  qədər  hamarlasalar  da  nəhayətdə 

avropalıların  əsil  sifətini  gizlədə  bilmirlər.  ĠĢ  elə  gətirir  ki,  yunanlar  qıpçaqlarla 

birlikdə  peçeneqlərə  hücum  edirlər.  Həmin  kitabda  deyilir:  «GünəĢin  doğuĢu  ilə 

döyüĢ  baĢlandı  və  qıpçaqlarla  bizanslıların  qələbəsi  ilə  nəticələndi.  Peçeneqlərin 

olduqca  böyük  kütləsi  əsir  düĢdü.  DöyüĢdən  sonrakı  gecə  yunanlar  əsirlərin  çox 

boyük  hissəsi  ni  doğradılar  və  bununla  elə  bir  qəddarlıq  etdilər  ki,  hətta  səhər 

müttəfiqlərin hərbi düĢərgəsini ağzınacan peçeneq meyitlərilə dolu görəndə qıpçaqlar 

da sarsılıb ürpəĢdilər. Ancaq yunanlar Ģadyanalıq edirdilər. «Təkcə bircə günə görə 

peçeneqlər mayı görə bilmədilər» deyə oğlan uĢaqları Konstantinopolun küçələrində 

1091-ci  il  aprelin  29-da  baĢ  vermiĢ  döyüĢ  haqqında  mahnı  oxuyurdular»  (səh.  50. 

51). 


«ġərq despotizmi»ndən, «ġərq qəddarlığı»ndan həvəs və ehtirasla söhbət açan 

bir sıra Qərb tarixçiləri avropalıların heç bir ölçüyə sığmayan vəhĢiliklərindən bəhs 

etməyi xoĢlamırlar. 

Bütün  bunlara  baxmayaraq  peçeneqlər  haqqında  XI  əsr  mənbələrinin 

verdikləri  məlumatlar  eradan  əvvəl  IV  əsrdən  mövcud  olmuĢ  bir  dövlət,  böyük  bir 

xalq  haqqında  təsəvvürləri  xeyli  geniĢləndirməyə  imkan  yaradır.  Vaxtilə  Çin 

salnaməçilərinin  kəngər  döyüĢçüləri  barədə  dedikləri  «Onlar  o  qədər  igiddirlər  ki, 

ölumə  sevinclə  gedirlər,  onların  hücumlarına  heç  bir  düĢməi  tab  gətirmir»  sözləri 

Bizans tarixçisinin kəngər-peçeneqlər haqqında söylədikləri «onların yürüĢü ildırım 

çaxması... Hücum edərkən həmiĢə Ģaiyələri qabaqlamaları” fikirlərilə səsləĢir. 

Peçeneq-kəngərlər haqqında yazan müəlliflər onları cavan etnos hesab etmiĢ, 

bu qüdrətli, döyüĢkən qurumun kökləri ilə eradan əvvələ bağlı olan böyük etnosdan 

qopduqlarını bilməmiĢlər. Özlərinə hökmdar seçərkən bölgü sisteminə əsaslanmaları 

onların çox qədimdən mövcud olmaları barədə məlumat verir. Kəngər-peçeneqlərin 

Avropaya apardıqları runik yazı da bu xalqın 2400 il  əvvəl yazısı və məcəlləsi olan 

Kəngər  dövləti  ilə  bağlı  olduqlarına  Ģəhadət  verir.  Öndə  kəngər-peçeneqlər 

haqqındakı  söhbətlər,  ən  qədim  Kəngər  xalqı  barədə  təsəvvürləri  daha  da 

geniĢləndirəcəkdir. 

Kəngər-peçeneqlərin  Orta  Asiyada  dominant  olan  Kəngər  hökmdarlığından 

qopması  səbəbləri  hələ  demək  olar  ki,  öyrənilməmiĢdir  (təbii  fəlakət  hələlik  bir 

versiyadır).  Kəngər-peçeneqlərin  yeni  ərazilərdə  uğursuzduqları  çox  vaxt  eyni 

etnosların bir regionda hegemonluq etmək iddialarından əmələ gəlir. Eyni regionda 

həm kəngər-peçeneqlər, həm qıpçaqlar, həm də uzlar hegemonluq iddiasında idilər. 

Tarixdə  türk  xalqı  və  tayfalarının  bir-birinə  qəsd  etmələri  faktları  kifayət 

qədərdir.  Bunlar  tarixin  qara  səhifələridir,  yada  salıb  qan  qaraltmayaq.  Lakin  bu 



90 

 

xalqların  həyatında  təəssübkeĢlik  baxımından  elə  hadisələr  də  olmuĢdur  ki,  bunu 



xüsusi  vurğulamağa  dəyər.  Biz  yuxarıda  peçeneqlərlə  səlcuq  türklərinin  ittifaqa 

girməsi kimi təqdiredici bir faktı qeyd etdik. Lakin bunun parlaq müqəddiməsi olmuĢ 

hadisəni söyləmədik. 

«Bizans  ġərqdən  səlcuq  türklərinin  təzyiqi  altında  idi.  Onlara  qarĢı  ancaq 

onlar  kimi  döyüĢkən,  onlar  qədər  cəsur  qüvvələrlə  çıxıĢ  etməli  olduğunu  bilir  və 

bunun  üçün  də  ordusundakı  peçeneq  süvarisinə  güvənirdi.  Bu  məqsədlə  15  min 

peçeneq  atlısını  sallarla,  gəmilərlə  Üsküdara  keçirir.  «Peçeneqlər  burada  kimlərlə 

(daha doğrusu, öz qan qardaĢları ilə) vuruĢacaqlarını bildikdə geri qayıtmaq istədilər. 

Lakin  bizanslılar  gəmi  və  salları  aparmıĢdılar.  Enli  çaylardan  atla  keçməyə  adət 

etmiĢ  peçeneqlər  bu  dəfə  də  (dünya  tarixində  görünməmiĢ  hadisə)  atları  dənizə 

sürdülər və beləcə boğazı keçdilər. Bundan sonra 1071-ci ildə Malazgirt döyüĢündə 

də Bizans ordusunda olan peçeneqlər soydaĢları səlcuqların tərəfinə keçmiĢdilər (25, 

162). 

Burada  görünür  səlcuqların  iyirmi  dörd  boyundan  biri  olan  peçeneqlərin  də 



müəyyən rolu  olmuĢdur.  Axı  «mənbələr  qeyd  edirlər  ki,  peçeneqlər  oğuzların  dörd 

ən nufuzlu tayfasının sırasında idilər. Eyni adı daĢıyan o peçeneqlər bu "peçeneqlərlə 

bir  köynəkdən  çıxmıĢdılar.  Peçeneqlər  yeganə türk  soyudur  ki, tarix  səhnəsində  öz 

qədim  dövlətindəi  ayrıldından  sonra  (860-1091-ci  illər  arasında  Qaradəniz 

sahillərində  bir  xanlıq  qurmuĢlar)  həm  müstətil  qurum  kimi,  Həm  də  24-ün 

tərkibində bir oğuz boyu kimi çıxıĢ etmiĢdir, Peçeneqlər itməmiĢlər. Tarixin hansısa 

lap  uzaq  dövrlərində  (üç  minmi,  dörd  minmi  il  əvvəl)  bütöv  türkdən  qopmuĢ 

peçeneqlər öz köklərinə qovuĢmuĢlar. Müəyyən qismi isə öz coĢğun qanlarını donor 

kimi  yadellilərə  verib  onların  da  atlanmasına  və  tarix  səhnəsində  müəyyən  iz 

salmasına imkan yaratmıĢlar. 

 

Türk  tarixində  ən  unikal  hadisələrdən  biri  də  peçeneqlərin  öz  əlifbalarını, 



yazılarını XI əsrə qədər hifz etmələridir (Bu həmin orxon-yenisey tipli yazı idi). Bu 

yerdə  onlar  sözün  əsil  mənasında  eradan  əvvəl  mövcud  olmuĢ,  özünün  kodeksi 

(məcəlləsi),  üfüqi  sətirli  yazısı  olan  Kanqyuy  (Kapt)  dövlətinin  həqiqi  və  əsil 

varisləri kimi çıxıĢ edirlər və bu hərdənbir peçeneqlərin kəngərlər olub-olmamasına 

dair  mübahisə  açmaq  istəyənlərin  «müddəalarının»  yolunu  bağlayır.  Vaxtı  ilə 

əlifbası,  yazısı  olan  yakutlar  (saxalar-saklar  -  M.  A.)  isə  öz  yazılarını tarixin hansı 

məqamındaca  itirmiĢlər.  Kanqyuy  dövlətinin  əlifbası  və  yazısı  olduğunu  bilməyən 

bəzi  tarixçilər  peçeneqlərin  öz  yazılarını  Göytürk  xaqanlığı  tərkibində  olduqları 

zaman əldə etdiklərini düĢünürlər. «Orta Macarıstanda Naqu Sent Mikolosda tapılan 

qapıların  üzərində  Göytürk  yazılı  türkcə  kitabələrin  peçeneqlərə  aid  olduğu 

anlaĢılmıĢdır»  (25,  165).  Artıq  zaman  məsafəsinə  görə  «Orxon-Yenise  əlifbası» 

ifadəsi  türk  yazısının  tədimliyini  heç  cür  əks  etdirmir.  Ġndi  hələlik  türk  yazısının 

tarixini  qızıl  geyimli  əsgərin  qəbrindən  tapılmıĢ  «GümüĢ  cam  yazısı» 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə