Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə105/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   98   99   100   101   102   103   104   105   106

219 
 
etmişdik. Bu gündən etibarən internet səhifəmizin ingilis dilində olan versiyası da 
artıq sizin xidmətinizdə olacaqdır. 
Gördüyünüz  kimi,  biz  bu  işləri  Ağsu  rayon  İcra  Hakimiyyəti  ilə  birgə 
həyata  keçiririk.  Etiraf  edim  ki,  İcra  başçısı  Ənvər  müəllim  Seyidəliyev  başda 
olmaqla  rayonun  yerli  icra  strukturları  ekspedisiyanın  qayğılarına,  təklif  və 
təşəbbüslərinə hər zaman dəstək verirlər. 
Əlbəttə, bunlar həm bizim üçün, həm də sizin üçün mühüm əhəmiyyəti olan 
məsələlərdir.  Bu  hər  şeydən  öncə  insanların  maariflənməsi  baxımından  çox 
əhəmiyyətlidir. Yəni, bu  halda bir tərəfdən tarixi keçmişimiz tədqiq olunur, digər 
tərəfdən  əldə  olunan  elmi  nəticələr  elə  isti-isti  geniş  ictimaiyyətə  çatdırılır.  Bu 
missiyanın  yerinə  yetirilməsində  medianın  xüsusi  rolunu  ayrıca  qeyd  etmək 
istərdim.  Biz  işə  başlayan  gündən  ATV,  İTV,  Lider,  ANS  və  Xəzər  TV-nin 
regional  büroları  tərəfindən  dəfələrlə  tədqiqatların  gedişi  və  yekun  nəticələri 
barədə materiallar hazırlanaraq efirə verilmişdir. 
Dostlar, bütün bu işlərin nəticəsidir ki, bu gün siz də, biz də Ağsu şəhərinin 
tarixinə dair cəmisi bir neçə ay öncə bildiklərimizdən qat-qat artıq bilgilərə sahibik. 
0  da  təbiidir  ki,  heç  kəs  əldə  olunanlarla  qənaətlənmək  fikrində  deyil.  Məhz  bu 
səbəbdən  biz  yenidən  toplaşmışıq.  Məqsədimiz  də,  atrıq  bəyan  etdiyim  kimi, 
tədqiqatların son nəticələri barədə  sizlərə məlumat verməkdir. 
Əvvəlcə  onu  deyim  ki,  ekspedisiya  rəhbərliyinin  sifarişi  ilə  xüsusi 
mütəxəssislərdən  ibarət  qrup  tərəfindən  abidənin  topoqrafik  planı  işlənmişdir. 
Bunun  əsasında  orta  əsr  Ağsu  şəhərinin  ərazisinin  39,8  ha  olduğu 
dəqiqləşdirilmişdir.  Topoplan  əsasında  həmçinin  şəhərin  ən  şimal  nöqtəsinin  ən 
cənub nöqtəsi ilə müqasiyədə 10 m hündür olduğu müəyyənləşdirildi. Bu da əlbəttə 
ki,  şəhərin  daxili  kommunikasiya  şəbəkəsinin,  xüsusən  də  su  və  kanalizasiya 
xətlərinin istiqamətini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. 
Məlumat üçün bildirim  ki, ötən 6 ay ərzində 3500 kvadratmetrədək sahədə 
arxeoloji qazıntılar davam etdirilmişdir. 600 kvadratmetrdən çox ərazini əhatə edən 
III qazıntı  sahəsində  tədqiqatlar  tam  şəkildə  başa  çatdırılmışdır  və  onun  nəticələri 
barədə    ötən  görüşlərimizdə  artıq  sizlərə  ətraflı  məlumat  verilib.  Təqribən  2300 
kvadratmetrə  yaxın  ərazini əhatə edən IV qazıntı sahəsində isə tədqiqatlar  qismən 
başa çatdırılıb. 500 kvadratmetr sahəni əhatə edən V qazıntı sahəsində isə işlər yeni 
başlanıb. Diqqətinizə çatdırım ki, IV qazıntı sahəsi hələlik Azərbaycan ərazisində 
qısa zaman kəsiyində arxeoloji cəhətdən öyrənilmiş ən geniş sahədir. Orada aşkar 
edilən ən mühüm tapıntılar barədə qısaca olaraq bunları deyə bilərəm. 
Əvvəlcə  qala  divarları  barədə.  İlk  dəfə  məhz  bu  ərazidə  qala  divarlarının 
bünövrə  hissəsinin  qalıqları  aşkara  çıxarılıb.  Qala  divarları  XVIII  əsrin  30-40-cı 
illərində yonulmuş çay daşından xəndəyin içəri tərəfi boyunca tikilib. 
Qazıntı  sahəsinin  1  və  1a  kvadratlarında  qala  divarlarına  bitişik  olan  iki 
otaqdan ibarət (uzunluğu 17.70 m, eni 5 m) yaşayış binasının qalıqları aşkar edilib. 
Otaqlardan  birinin  sahəsi  30,2,  digərinin  sahəsi  isə  15  kvadratmetrdir.  Otaqların 


220 
 
hər ikisinin içərisində ocaq qalıqları qeydə alınıb. Böyük otaqda dərinliyi təqribən 
6, ağzının diametri isə 1.3 m olan quyu aşkar edilib. Otaqlar arasında qapı olsa da 
hər  birinin  cənub  istiqamətdə  olmaqla  ayrıca  giriş  qapısı  var.  Kiçik  otaqda  1 
pəncərə, 3 taxça, böyük otaqda isə 2 pəncərə və 4 taxça yeri qeydə alınıb. Otaqların 
qapı və pəncərələri cənub istiqamətindədir. Diqqəti çəkən  amillərdən biri də odur 
ki, qeyd olunan otaqların içərisindən çoxlu miqdarda səliqə ilə yonulmuş iri ölçülü 
mədən  daşları  aşkar  olunub.  Bu  daşların  bir  qismindən  pəncərə  və  taxça  altlığı, 
digər bir qismindən isə ocaqlar ətrafında kürsü əvəzi kimi istifadə olunduğu güman 
edilir.  Deyilənlərə  onu  da  əlavə  edək  ki,  ikiotaqlı  binanın  qarşısı  başdan-başa 
xüsusi olaraq yonulmuş daş pilitələrlə döşənmişdir. 
IV  qazıntı   sahəsində  qeydə  alınan maraqlı tikintilərdən biri də 6b və 6c 
kvadratlarında  aşkar  edilib.  Bir  otaqdan  ibarət  olan  həmin  tikinti  (uzunluğu  7  m, 
eni  4,30  m)  yonulmuş  çay  daşından  inşa  edilib.  Binanın  giriş  qapısı  və  pəncərəsi 
cənub istiqamətdəndir. Divarlarında 4 yerdə (ikisi arxa divarda və kəllə divarların 
hərəsində bir ədəd olmaqla) taxça var. Taxçalar olan hissədə divar  adətən  təkqat  
hörülüb.    Etnoqrafik  müşahidələrə  əsasən  bu  cür  taxçalar  qab-qacaq  və  yorğan-
döşək yığmaq  üçün nəzərdə tutulur. Bunlar müasir tikililərdə geniş istifadə olunan 
divar  şkafları  funksiyasını  icra  edib.  Binanın  içərisində  bir  ədəd  təndir  qalığı 
(döşəmənin altında), yan-yana olmaqla iki ocaq aşkar edilib. Binanın döşəməsinin 
altında  saxsı  borulardan  ibarət  su  xətti  də  aşkar  edilib.  Həmin  su  xətti  binanın 
qarşısındakı  meydanda  səliqə  ilə  tikilərək  içərisi  suvanmış  kiçik  çarhovuzla 
birləşir.  Maraqlı  məqamlardan  birisi  də  odur  ki,  qeyd  olunan  binanın  içərisində 
uçub tökülmüş vəziyyətdə olan çoxlu divar - karniz bəzəkləri aşkar edilib. Hazırda 
ekspedisiya  heyəti  bəhs  olunan  binanın  təyinatını  öyrənmək  istiqamətində 
araşdırılmaları davam etdirir. 
IV  qazıntı  sahəsinin  ən  maraqlı  tapıntısı  6-a,  6  və  6a  kvadratlarında  aşkar 
olunmuş hamam kompleksidir. Uzunluğu təqribən 25m, eni   isə   6,5   m   olan   
bu   kompleksin döşəməsi, divarları, qapı yerləri, çarhovuzu, tağlarının bir hissəsi, 
ocaq  yeri  tam  salamat  vəziyyətdə  aşkara  çıxarılmışdır.  Qeyd  edək  ki,  hamam 
tikilən  ərazidə  mədəni  təbəqənin  qalınlığı  3,4  metrə  çatır.  Hamam-kompleks  bir 
neçə zaldan ibarətdir. Onların içərisində su qızdırmaq üçün ocağa çıxışı olan xüsusi 
dəlik,  xüsusi  hovuz  və  soyunub  geyinmə  zalları  mövcuddur.  Hamam-kompleksin 
divarları  çay  daşından,  onların  üstünün  tağ  hissəsi  isə  bişmiş  kərpicdən  hörülüb. 
Hamamın içərisi təmizlənərkən oradan bir ədəd üzərində bir neçə yerdə dəliyi olan 
günbəzvari daş tapılıb. Ehtimal  ki,  həmin  daş hamam  otaqların birinin üstünün 
tağ  hissəsinə  aiddir  və  onun  üzərindəki  dəliklər  içərini  işıqlandırmağa  xidmət 
etmişdir. 
Orta hissədə nəfis memarlıq stilində tikilmiş kiçik çarhovuz, onun ətrafında 
tağlı  hücrələr  altında  xüsusi  kürsülər,  oradan  hamam  otağına  olan  tunelə  bənzər 
romantik  keçid  -  bütün  bunlar  Ağsu  sakinlərinin  zövqündən,  yerli  ustaların 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə