05(05) may 2015
Aylıq bülleten
AMRAH TRAVEL
TURİZM AGENTLİYİ
/16/
MÜŞTƏRİ XİDTƏTLƏRİ
DEPARTAMENTİNDƏ BİR GÜN /12/
“FC AMRAHBANK”
KOMANDAMIZIN DAVAMLI QALİBİYYƏTİ /05/
APREL 2015
UĞUR
FORMULASI
əsas mövzu
FC Amrahbank futzal
komandasının kapitanı
və baş məşqçisi Rüfət
Hüseynov təcrübəli
futbolçu kimi
inkişaf yolu və
“Amrahbank”da
uğurlu fəaliyyəti
haqqında
SƏBAİL FİLİALINDA
ABADLAŞDIRMA
İŞLƏRİ APARILDI /17
dünyanın istənilən ölkəsinə
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
03
UĞUR
FORMULASI
Rüfət
Hüseynovun
“Uğur Formulası”
rubrikasının bugünkü
qonağı Rüfət Hüseynovdur.
Rüfət Hüseynov 06.10.1976-cı
ildə Bakı şəhərində anadan
olmuşdur.
1992-ci ildə 53 saylı orta məktəbi
bitirmişdir.“Qafqaz” universitetinin
beynəlxalq əlaqələr fakültəsinin
məzunudur. 2013-cü ildən
“Amrahbank”da fəaliyyət
göstərməyə başlamışdır. Hal-hazırda
Amrahbank futzal komandasının
kapitanı və eyni zamanda baş
məşqçisi kimi fəaliyyət göstərir.
Evlidir, 2 oğul atasıdır.
Futbolun sirlərinə 1984-cü ildən ilk müəllimləri olan Vitali Xluçinin və
Yaşar Abdulovun rəhbərliyi altında yiyələnməyə başlamışdır. 8
yaşında olduğuna baxmayaraq o artıq idman karyerasını qurmağa
başlamış və yeniyetmə yaşlarında olarkən artıq 4 dəfə çempion
titulunu əldə etmişdir.
Onun peşəkar futbolçu kimi formalaşmasında isə ən böyük rol və ən
böyük zəhmət məhz məşqçi Kazbek Tuayevə aiddir. 1991-ci ildə,
keçmiş SSRİ-nin son futbol çempionatında Azərbaycan yığma
komandası tərkibində iştirak edərək 15 yaşlı yeniyetmələr arasında 3-
cü yeri qazanmışdır. 1993-cü ildə, 17 yaşında, Vaqif Sadıqovun
rəhbərliyi altında “Neftçi”nin əsas komandasına daxil olmuşdur. Rüfət
Hüseynov müxtəlf illərdə “İnşaatçı”, “Bakı fəhləsi”, “Xəzər
Universiteti”, “MOİK” kimi futbol komandalarının tərkibində
oynamışdır, sonuncu komandanın hətta kapitanı da olmuşdur. 1995-ci
ildə “Neftçi” komandasının tərkibində Azərbaycan kubokunun qalibi
olmuşdur. 1999-cu ildən isə futzal üzrə Azərbaycan çempionatına
qatılaraq yüksək liqada həm futbol, həm də futzal üzrə oynayan ilk
futbolçu kimi seçilmişdir.
FC Amrahbank
komandasının kapitanı
və baş məşqçisi
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
04
Bu günə qədər futbol üzrə cəmi 150 oyunda iştirak etmiş və 8 top vurmuş, futzal üzrə isə müxtəlif liqalarda 250-dən
çox oyunda iştirak edərək 500-ə yaxın qola imza atmışdır. 2 dəfə “ilin ən yaxşı hücumçusu ” adına layiq görülmüşdür.
2011-ci ildə çimərlik futbolu üzrə Azərbaycan birinciliyində “PSL” komandası ilə ilk dəfə çıxış etmiş və komanda ikinci
yeri qazanmışdır. 18 qola imza atan Rüfət Hüseynov adı gedən çempionatın ən yaxşı oyunçusu və ən yaxşı hücumçusu
seçilmişdir. 2014-cü ildə “Fener” komandası ilə milli çempionatda Azərbaycan birinciliyini qazanmışdır.
2013-cü ildən Rüfət Hüseynov Amrahbank ASC-də fəaliyyət göstərməyə başlamışdır. Bir qədər sonra isə bank
rəhbərliyinin qərarı ilə Bakı Banklararası Valyuta Birjasının təşkilatçılığı ilə keçirilən Banklararası futzal üzrə turnirində
iştirak etmək üçün komanda yaradıldı. Rüfət Hüseynov bu komandanın həm oyunçusu, həm də baş məşqçisi kimi
fəaliyyətini davam etdirməyə başladı. Rüfət Hüseynov artlq 3-cü dəfədir ki Amrahbank komandası ilə bu turnirdə
iştirak edərək, 2 il 3-cü yeri, ötən ildə isə nala çıxaraq 2-ci yeri qazanmışlar. Amrahbank futbol komandası bu il də
banklararası turnirin iştirakçısı olaraq artıq nala vəsiqə qazanmışdır və bu il çempionluğa iddialıdır!
2014-cü ildə bankın əməkdaşları ilə
b i r l i k d ə h ə m ç i n i n t ə c r ü b ə l i
futbolçular da dəvət edilərək “FC
Amrahbank” komandası yaradıldı.
"FC Amrahbank" mini futbol
komandası futzal üzrə Azərbaycan
çempionatının ikinci liqasının iddialı
klublarından biri olaqar hal hazırda
20 komanda arasında 2-ci pillədə
yerləşir. Həmçinin komandanın
bombardiri Rüfət Hüseynov rəqib
qapılarına 142 top vuraraq hazırda
hücumçular sırasında lider olaraq
birinci yerin sahibidir.
“Bakı Banklararası Valyuta Birjasının (BBVB)
təşkilatçılığı ilə keçirilən banklararası futzal
üzrə turnirdə qoşulduğumuz cəmi 1,5 ilə
yaxın müddətdə artıq 2 dəfə 3-cü yerin
sahibi olmuşuq, ötən il isə nala çıxaraq 2-ci
yeri qazandıq. Bu il də artıq nala vəsiqə
qazanmışıq və İnşaAllah Amrahbank
komandası bu ilin çempionu olacaq!”
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
05
“FC AMRAHBANK”
Aprel ayında FC AMRAHBANK komandamız futzal üzrə Azərbaycan çempionatı çərçivəsində 4 qarşılaşmada iştirak
etmiş və hər dörd oyunu qələbə ilə başa vurmuşdur!
Aprel ayı ərzində 33 qola imza atan
oyunçularımızın adları:
ELVİN QULİYEV - 13 qol
RÜFƏT HÜSEYNOV - 10 qol
HƏBİB AMANOV - 4 qol
HİKMƏT BAĞIROV - 3 qol
VÜQAR HƏSƏNOV- 1 qol
TALEH MƏMMƏDOV - 1 qol
İLQAR ABDULOV - 1 qol
05 aprel 2015
2-ci Liqa 27-ci Tur
FC AMRAHBANK / MONTİN
6
–
5
13 aprel 2015
2-ci Liqa 28-ci Tur
FC AMRAHBANK / TİTAN
8
–
4
19 aprel 2015
2-ci Liqa 29-cu Tur
FC AMRAHBANK/XUDAFƏRİN
9
–
3
26 aprel 2015
2-ci Liqa 30-cu Tur
FC AMRAHBANK / RABİTƏ
15
–
3
Samir
Xubanov
Elvin
Quliyev
Rüfət
Hüseynov
Həbib
Amanov
Hikmət
Bağırov
Vüqar
Həsənov
Taleh
Məmmədov
İlqar
Abdulov
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
06
Region üzrə LİDER mutəxəssis
Cahangirli Ramin Alim oğlu
(Masallı lialı)
MASALLI lialı
Hörmətli həmkarlar!
Aprel ayının “LİDER KUBOK” sahibləri paytaxt üzrə
SƏBAİL filialı və region üzrə MASALLI filialı oldular.
Filialların rəhbərliyini, İstehlak kreditləri üzrə
bölməsinin bütün əməkdaşlarını bu münasibətlə
təbrik edirik, Bəxtiyar Məmmədzadə və Abutalıb
Kamalova xüsusi minnətdarlıq bildiririk, və
liderlərimizə daha da yüksək nəticələr
əldə etməyi arzulayırıq. Əhsən Sizlərə!!!
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
07
SƏBAİL lialı
İSTEHLAK
KREDİTLƏRİNİN
SATIŞI DEPARTAMENTİ
Liderləri
İstehlak kreditlərinin Satışı Departamenti üzrə aprel ayı
ərzində ümumi satış 2,658,426.22 AZN təşkil etmişdir.
Ümumilikdə 763 müştəriyə xidmət göstərilmişdir.
Departamentin satış göstəricilərinə daxildir:
“Nağd pul krediti” istiqamətində 1,441,494.86 AZN
məbləğində 577 kredit, “Lizinq” istiqamətində 47,897.00
AZN məbləğində 38 kredit, “Exspress kredit”
istiqamətində 360,531.02 AZN məbləğində 24 kredit,
“Plastik kart krediti” istiqamətində 13,695.25 AZN
məbləğində 8 kredit, “Depozit krediti” istiqamətində
664,126.42 AZN məbləğində 76 kredit, “Əməkdaşlara
nağd pul krediti” istiqamətində 130,681.67 AZN
məbləğində 40 kredit satışı həyata keçirilib.
Departamentin ümumi dinamik inkişafına qoyduqları
əmək üçün bütün “İstehlak Kreditləri”
əməkdaşlarına minnətdarıq!
Paytaxt üzrə LİDER mutəxəssis
İsayev Emin Nöfərəli oğlu
(28 may lialı)
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
08
GƏNCLİK
lialı
SUMQAYIT
lialı
Mart ayında Bankda start götürən “2-ci Hədiyyəli Depozit Festivalı”
apreldə də uğurla davam etdirildi. Belə ki, aprel ayında ziki şəxslərin
depozit portfelində 8.747.354 AZN məbləğində artım qeydə alındı,
porfelin ümumi həcmi 78.277.948 AZN-a, aktiv depozitlərin sayı isə
372 ədəd artaraq, 3522-ə çatdı. Bu artım göstəriciləri ilə Müştəri
Xidmətləri Departamenti ötən ay əldə etdiyi rekordu yenilədi.
Belə ki, ayın lideri
3.240.715 AZN artımla
yenə də Gənclik lialıdır. Gənclik
lialını həmçinin portfelinin 10
milyonu aşması münasibətilə təbrik
edirik. Əhsən Sizlərə!
Region lialları üzrə
ən yaxşı nəticəni isə
450.000 AZN-a
yaxın artımla
Sumqayıt lialı göstərdi.
Sizləri hər zaman ön
sıralarda görəcəyimizə
ümid edirik!
Bu nəticənin əldə
edilməsində əməyi olan
bütün əməkdaşlarımızı təbrik
edir, birlikdə daha böyük
uğurlara imza atmağı arzu
edirik!
Filiallar üzrə nəticələrdə
ən maraqlı məqam isə,
ilk üçlüyün eyni qaydada
təkrarlanması oldu. Buna
görə də aprel ayının
liderlərini fərqli
prizmadan
seçmişik.
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
09
YASAMAL
lialı
Ümumilikdə, ötən ay ərzində
Təcili Pul Köçürmə Sistemləri üzrə
15169 köçürmə və 8,5 mln manatdan çox
dövriyyə olmuşdur. Bu isə o deməkdir ki,
mart ayının göstəriciləri ilə müqayisədə
apreldə TPKS üzrə say və dövriyyə
2 dəfəyə yaxın artmışdır.
Sevindirici haldır ki, ötən ay birinci
yeri ilk yerdə görməyə adət etdiyimiz
Şəmkir lialı aprel ayında həm say, həm də
dövriyyə göstəricilərinə görə liderlik
pozisiyasına geri qayıtdı.
Təbrik edirik Sizi dostlar!
ŞƏMKİR
lialı
Şəhər lialları
arasında ən uğurlu
nəticəni isə Yasamal
lialı əldə etdi.
1000-dən artıq
köçürmə, 633.000
AZN dövriyyə! Afərin
əməkdaşlarımıza!
Bütün liderlərimizi təbrik edirik! Eyni ruhda
davam edin, hər birinizin əməyi bizim üçün
dəyərli və əhəmiyyətlidir!
MÜŞTƏRİ XİDMƏTLƏRİ
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
10
“Amrahbank”ın əməkdaşı
Amrahbank-ın Kredit Portfelinin monitorinqi və idarə olunması
Departamentinin Problemli aktivlər və girovlarla iş şöbəsinin (Yasamal
lialı) əməkdaşı Rəfael Tarverdiyev 01-03 may 2015-ci il tarixlərdə
"Şağan" Olimpiya İdman Kompleksində Uşu-Sanda idman növü üzrə
kişilər arasında Azərbaycan cempionatının qalibi olub. Əməkdaşımız
qızıl medala layıq görülərək artıq 7-ci dəfədir ki Azərbaycan 1-cisi adını
qazanıb.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası idman ustası, Milli
yığma komandasının kapitanı, Rafael Rəhman oğlu Tarverdiyev, Uşu-
Sanda üzrə 2011-ci ildə Honq-Konqda keçirilən klublararası Dünya
çempionatında, 2010-cu ildə Türkiyənin Antalya şəhərində və 2013-cü
ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında
1-ci yerin qalibi olmuşdur.
Həmçinin, bu ilin noyabr ayında İndoneziyanın Cakarta şəhərində
keçiriləcək Dünya cempionatında ölkəmizi təmsil edəcək.
Azərbaycan 1-cisi oldu
Rafael
Tarverdiyev
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
11
Azərbaycanın və
azərbaycanlıların
rekordları
Dünyada insanlar tərəfindən həyata keçirilən və yaxud təbiətdə qeydə alınan ən yüksək
nəticələri ümumiləşdirən məşhur Ginnesin Rekordlar Kitabında Azərbaycan və
azərbaycanlılarla bağlı rekordlar da qeydə alınmışdır. Həmin rekordları diqqətinizə çatdırırırq:
1.
Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev
2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20
nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.
2.
Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu
Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən azyaşlı qalibdir. O, 1 saat 45 dəqiqə
ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir.
3.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı
dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bayrağın eni 35 metr,
uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.
4.
Cənubi azərbaycanlı Hüseyn Rezazadə «Ginnesin Rekordlar Kitabına» planetimizin
ən güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran həmyerlimiz
2004-cü ildə 263.5 kq. ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu
təzələyibdir.
5.
Gürcüstanın azərbaycanlı sakini Etibar Elçiyev xüsusi maqnit cazibəsinin köməyi ilə
eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. O,
İtaliyada rekordunu təkrarlayaraq bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
“Zaman, Məkan və İnsan...” rubrikasında
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, bu qeyri-rəsmi
rubrikamız müxtəlif maraqlı mövzular,
faktlar, əyləncəli məlumatlar,
həmçinin əməkdaşlarımızın fərdi
düşüncələri və həyata yanaşmaları
barədə Sizinlə bölüşmək üçün aparılır.
Belə ki, rubrikamızın bu günkü
mövzüsü...
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
12
“Departamentdə bir gün...”
rubrikasında
Rauf İlqar oğlu Miqirov
Müştərilərlə İş Departamentinin Direktoru
Bankın say tərkibinə görə ikinci
ən böyük departamenti olan
“Amrahbank”da Müştəri Xidmətləri Departamenti 2013-cü ilin
iyun ayında yaradılmış və 2 nəfərlə fəaliyyətə başlamışdır.
Yaradıldığı gündən Bank fəaliyyətinin səmərəliliyinin, Bankın
mənfəət və gəlirlərinin həcminin artırılması, müştərilərə
göstərilən bank xidmətlərinin rəqabət qabiliyyətinin
yüksəldilməsi istiqamətində bir sıra uğurlara imza atmışdır.
Departamentin başlıca məqsədi mövcud və potensial
müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi, Bankın
məhsul və xidmətlərinin satış prosesinin təşkil edilməsi,
müştərilərlə ilk ünsiyyətin yaradılmasından ibarətdir. Hal-
hazırda Müştəri Xİdmətləri Departamenti strukturunda 3
şöbəni birləşdirir: Depozitlərlə İş Şöbəsi, Metodologiya Şöbəsi
və Çağrı Mərkəzi Şöbəsi. Ümumilikdə, Departamentin
lialdaxili 100-ə yaxın, departamentdaxili 9 əməkdaşı var.
Müştəri Xidmətləri Departamenti fəaliyyət göstərdiyi 2 il
ərzində bir sıra uğurlu nəticələrə imza atmışdır. Belə ki, ziki
şəxslərin depozit portfeli 41 mln. manatdan 80 mln. manata,
Təcili Pul Köçürmələri üzrə aylıq dövriyyə 1 mln. manatdan 8
mln. manatadək yüksəlmişdir. Yüksək ixtisas hazırlığının əldə
edilməsi məqsədilə mütəxəssislərin attestasiyası təşkil
edilmişdir. Ötən il İstehlak Kreditlərinin Satışı Departamenti ilə birlikdə əməkdaşlar üçün “Team building” seminarı keçirilmişdir ki,
bu da kollektivdə komanda ruhunun formalaşmasında böyük rol oynamışdır.
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
13
Metodologiya
Şöbəsi
Metodologiya
Ş ö b ə s i M X D - n i n
bütün məhsulları üzrə
prosedur qaydaların və vahid
standartların tərtib edilməsi,
Departamentin butun struktur
bolmələrinin apardığı əməliyyatlarla
bağlı dövri hesabatların hazırlanması,
işçilərin attestasiyasının aparılması,
struktur bölmənin kadrlarının seçilməsi,
onların yerləşdirilməsi, əməkdaşlar üçün
treninq və seminarların keçirilməsi və
onların ixtisaslarının təkmilləşdirilməsi
ilə bağlı fəaliyyəti həyata keçirir.
Departamentin məhsulları üzrə
satış göstəricilərinin artırılması,
keyyyətə nəzarət edilməsi,
yüksək rəqabət qabiliyyətli
m ə h s u l l a r ı n i ş l ə n i b
hazırlanması və onların
t ə t b i q i i l ə b a ğ l ı
tədbirlər görür.
Aytəkin Novruzova
Metodologiya Şöbəsinin
Aparıcı mütəxəssisi
Depozitlərlə İş
Şöbəsi
Depozit məhsullarının
marketinq araşdırması və
yeni depozit məhsullarının
yaradılması, depozitlər üzrə
normativ sənədlərin hazırlanması,
hesabatların hazırlanıb təqdim
edilməsi, lialların əməkdaşları ilə
depozit əməliyyatları üzrə treninq və
seminarların keçirilməsi və onların
professional biliklərinin təkmilləşdirilməsi
– bütün bunlar Depozitlərlə İş Şöbəsinin
əsas iş prinsipləridir.
Lyudmila Şükürova
Depozitlərlə İş Şöbəsinin
Rəisi
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
14
ÇAĞRI MƏRKƏZİ
Şöbəsi
Doğru deyirlər, Çağrı Mərkəzi – bir şirkətin audial və
virtual vitrini sayılır. Operatorun işinə və telefon
etiketinə riayət etməsinə görə, müştəri bütövlükdə
Bankın işinə və onunla gələcək əməkdaşlığının necə
olacağına dair kir yürüdür. Hər gün 10-larla müştəri
və işçi zənglərinə “Amrahbank, buyurun...”
ifadəsilə cavab verən bu xanımlarımızın əsas
funksiyaları mövcud və potensial müştərilərə
məlumat dəstəyi vermək, müştərilərin şikayət və
təkliərini qeydə alıb müvaq şöbələrə çatdırmaq,
məlumat verilməsi və ya alınması məqsədilə
müştərilərə zəng etmək, lial əməkdaşları və Baş
Os işçiləri arasında əlaqə yaratmaqdan ibarətdir.
Validə Hacızadə
Məlumat mərkəzinin
Kiçik mütəxəssisi
Ramidə Mahmudova
Məlumat mərkəzinin
Kiçik mütəxəssisi
“Amrahbank, buyurun...”
və ya bankımızın ən tanınmış səsləri
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
15
MÜŞTƏRİ XİDMƏTLƏRİ
Bankın liallarında “Müştəri Xidmətləri” anlayışı özündə reception
və əməliyyatçıları birləşdirir. Bəs reception və əməliyyatçı kimdir?
Elnurə Babayeva
Aparıcı mütəxəssis
Vəfa Haqverdiyeva
Mütəxəssis
Lalə Əlizadə
Kiçik mütəxəssis
Bank əməliyyatçısı – bank məhsul və xidmətlərini bilavasitə müştərilərə
çatdıran və onlara xidməti həyata keçirən, müştəri ilə bilavasitə işləyən
“ön os” əməkdaşıdır. Müştərinin tələbatını öyrənmək, ona ən uyğun
xidməti təklif etmək, sənədləşməni dəqiqliklə aparmaq, hesabın
vəziyyətinə nəzarət etmək, faizləri düzgün hesablamaq, kredit
ödənişlərini qəbul etmək, məlumat bazasındakı dəyişiklikləri daxil etmək,
depozit və hesablaşma əməliyyatlarını həyata keçirmək və ən əsası,
bütün bu işləri üzündə təbəssümlə yerinə yetirmək əməliyyatçının vəzifə
öhdəliklərinə aiddir. Buna görə də, yalnız insanlarla və sənədlərlə
ünsiyyət qurmağı bacaran insan əməliyyatçı ola bilər.
Müştəri Xidmətləri
Departamentinin
mütəxəssisi, başqa sözlə,
əməliyyatçı peşəsi demək
olar ki, nəhəng bankların
yaranması ilə meydana gəldi.
Bank sahəsinin və maliyyə
bazarının inkişafı, bir çox
qiymətli kağızların peyda
olması, depozitlərə marağın
artması bu sahədə
mütəxəssislərə ehtiyac
yaratdı.
Reception - bankın siması, insanların bankda qarşılaşdıqları ilk
şəxsdir. Reception işi çoxlarına sadə və adi görünür. Amma
əgər bir şirkətin reception mütəxəssisi mükəmməllikdən
uzaqdırsa, həmin şirkətdə problemlər və bəzən münaqişələr
qaçılmaz olacaq. Reception tərəndən səriştəsiz görülən iş
bütün Bankın işinə ziyan vura bilər, hətta müştərilərin böyük
bir qismini Bankdan uzaqlaşdıra bilər. Buna görə də, bu
vəzifəyə məhz güclü ünsiyyət qabiliyyəti, informasiya ilə
işləmək bacarığı olan, yüksək şəxsi keyyyətlərə malik şəxslər
seçilir. Qeyd edək ki, Amrahbankda reception vəzifəsi məhz
Müştəri Xidmətləri Departamentinin təşəbbüsü ilə yaradılıb.
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
16
“Amrah
Travel”
Səyahət etməyə
bizimlə başlayın!
2014-cü ilin
oktyabr ayından ,
ailəmizin yeni üzvü –
“Amrah Travel” turizm
agentliyi fəaliyyət
göstərməyə başladı.
“Amrah Travel” turistlərə
ənənəvi təkliflər çeşidindən
başqa, həmçinin yeni ölkələr və
eləcə də mövcud istiqamətlərdə
yeniliklər təklif edir. Bundan
əlavə, bu yay şirkət ölkədaxili
turizmə böyük diqqət yetirərək,
gözəl ölkəmizin bir çox
regionlarına, həmçinin Qəbələ,
Quba, Lahıc, Nabran və digər
istiqamətlərə də avtobus
turları təklif edir.
Yerləşdirmə üzrə
təkliər çeşidinə müxtəlif
kateqoriyalı otellər daxil olmaqla, iqtisadi
cəhətdən ən qənaətli variantlardan başlayaraq çox
bahalı otellər seçimi də təklif edilir. Bundan əlavə, “Amrah
Travel” viza alınması və viza dəstəyi üzrə xidmətlər də göstərir.
Agentliyin biznes tərəfdaşları etibarlı və yoxlanılmış turizm
operatorları və eləcə də rusiya və xarici avia şirkətləridir.
“Amrah Travel” yüksək keyfiyyətli obyektlərin təklif olunması şərtilə
rəqabətli bazar qiymətləri təklif edən geniş otellər spektrinə malikdir.
Qeyd edək ki, Amrah
ailəsinin tərkibinə daxil
olan bütün şirkətlərin
əməkdaşlarına, onların
ailə üzvləri və
dostlarına “Amrah
Travel”də bütün turlar
və istiqamətlər üzrə
güzəştlər təqdim
edilir.
"Siz işlərinizi görənə
kimi, biz Sizin harada
və necə istirahət
edəcəyiniz barədə
düşünürük!"
Zarina Musayeva - korporativ satış
və marketinq üzrə menecer
Elina Farxuddinova - turoperator
Nigar Mirzəzadə - turoperator
“AmrahTravel”in kollektivi
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
17
SƏBAİL FİLİALINDA
Hörmətli həmkarlar.
Aprel ayının 10-da Səbail lialında iməcilik tədriri keçirilib.
Filialın rəhbərliyi belə bir tədbirin keçirilməsi üçün təşəbbüs ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
müraciət etmiş və rəy almışdır. Tədbirdə lialın əməkdaşları Nəsimi rayon Yaşıllaşdırma İdarəsinin
əməkdaşları ilə birlikdə lialın həyət yanı sahəsində abadlaşdırma işləri aparmış və xatirə olaraq lialın
qarşısında yaşıllaşdırma simvolu olaraq çinar ağacı əkilmişdir.
Abadlaşdırma və
yaşıllaşdırma işləri
Amrahbank-ın aylıq məlumat bülleteni
05(05) may 2015
18
“Mən, Orucov Sərxan Azadxan oğlu –
“Amrahbank”ın
müştərisiyəm!”
Hörmətli oxucular!
Rubrikamızın bu dəfəki qonağı Orucov Sərxan Azadxan
oğludur.
Bankımıza üz tutan Goranboy sakini, sahibkar Sərxan dayı
Goranboy rayonu Goran qəsəbəsində torpaq sahəsi var və
orada o, artıq 8 ildir ki heyvandarlıqla məşğuldur.
Uzun zamandır ki Sərxan Orucov heyvandarlıq işinin inkişafı barədə
düşünürdü. Bunun üçün onun xırda başlı heyvanların alınması
məqsədilə qısa müddətli bank kreditinə ehtiyacı var idi.
10 dekabr 2014-cü il tarixində Sərxan Orucov “Amrahbank”ın Goranboy lialına
müraciət etdi. O, öz işinin inkişaf etdirilməsinə maliyyə dəstəyinin göstərilməsi məqsədi
ilə məhz bizim Bankı tərəfdaş kimi seçdi.
Bankımızın kredit mütəxəssisləri Sərxan dayının bu kiçik biznesi ilə tanış olduqdan sonra ona 12 ay
müddətinə 1000 AZN kreditın ayrılmasını dərhal təmin etdilər.
Beləliklə, çoxsaylı müştərilərimizin sırasına daha bir kənd təsərrüfatı nümayəndəsi qoşuldu.
Şübhəsiz belə müştərilərin fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsi Bankımızın Regionların
inkişafı və Kənd Təsərrüfatına dəstək proqramlarında fəal iştirakının bir göstəricisidir.
Biz isə hər zamankı kimi deyirik:
Hörmətli Sərxan dayı! “Amrahbank”a Xoş Gəldiniz!
Sizə açıq və aydın bank!
Document Outline - Page 1
- Page 2
- Page 3
- Page 4
- Page 5
- Page 6
- Page 7
- Page 8
- Page 9
- Page 10
- Page 11
- Page 12
- Page 13
- Page 14
- Page 15
- Page 16
- Page 17
- Page 18
- Page 19
- Page 20
Dostları ilə paylaş: |