15
DİFFERENSİAL DİAQNOSTİKA
Tənəffüs pozuntuları, arterial hipotoniya və ya huşun pozulması
ilə müşayiət olunan bütün xəstəliklərlə differensial diaqnostikanın
aparılması zəruridir (C).
Anafilaktik şok diaqnozu qoyarkən arterial hipotenziya, tənəffüs
pozğunluqları və huşun pozulması ilə müşayiət olunan bütün kəskin
xəstəliklər (miokard infarktı, ağ ciyər arteriyasının
tromboemboliyası, kəskin ürək-damar çatışmazlığı, hipovolemiya,
hipoqlikemiya, kəskin dərman zəhərlənmələri, sepsis, epilepsiya,
günvurma, beyin qan dövranının pozulması və s.) ilə differensial
diaqnostika aparılmalıdır.
Diaqnoz Ehtimal
olunan
əlamətlər
Miokard infarktı
Döş arxasında anginoz ağrılar ilə
müşayiət edilir, ağır formalarında
kardiogen şoka xas olan
aritmiyalar, kəskin sol mədəcik
çatışmazlığı üzə çıxır. Diaqnozu
dəqiqəşdirmək üçün EKQ,
ExoKQ müayinələri aparılmalı və
qanda fermentlər (KFK MB-
fraksiyası, tropanin)
yoxlanmalıdır.
Ağ ciyər arteriyasının
tromboemboliyası
Qəflətən döş qəfəsinin müəyyən
nahiyəsində ağrı, öskürək,
təngnəfəslik, qanhayxırma baş
verir. Diaqnozu dəqiqləşdirmək
üçün döş qəfəsinin rentgen
müayinəsi, spiral KT,
angiopulmonoqrafiya edilir.
Müxtəlif mənşəli kəskin ürək-
damar çatışmazlığı
Ürək-damar sisteminə aid
göstəricilər (EKQ, ExoKQ və s.)
öyrənilməli və anamnezdə ola
bilən xəstəliklər (qüsurlar,
miokarditlər, ÜİX, damar
patologiyaları) nəzərə alınmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
Hipovolemiya
Qusma, diarreya, üzücü poliuriya
olub-olmaması müəyyən
edilməlidir.
Hipoqlikemiya
Anamnezlə (diabet, aclıq,
pankreatit, xroniki böyrək
çatışmazlığı) yanaşı qanda şəkər
yoxlanmalıdır
Kəskin dərman zəhərlənmələri
Anamnezə, klinik əlamətlərə və
toksiki-kimyəvi analizə əsasən
təsdiq və ya inkar edilir.
Septik şok
İnfeksiya mənbəyinin olması,
hərarət (yaxud hipotermiya),
titrətmə, tərləmə, mikrosirkulyator
və hemostaz pozğunluqlarının
müşahidə olunması diaqnozun
qoyulmasına əsas verir.
Nevroloji xəstəliklər
Beyin qan dövranının kəskin
pozulması, epilepsiya, beynin
kəskin iltihabi xəstəlikləri və s.
zamanı özünəməxsus aparıcı
beyin əlamətləri meydana çıxır.
Diaqnoz əlavə müayinələr
(likvorun müayinəsi, baş beynin
kompüter tomoqrafiyası və s.)
əsasında dəqiqləşdirilir.
AŞ-nin MÜALİCƏSİ
AŞ – təxirəsalınmaz şəkildə qiymətləndirmə və müdaxilə tələb
edən, həyat üçün təhlükəli vəziyyətdir (А).
Ağırlıq dərəcəsindən asılı olmayaraq AŞ zamanı hospitalizasiya,
reanimasiya və intensiv terapiya şöbəsində müalicə mütləq göstərişdir.
Yardım zamanı bütün preparatların inyeksiyası ilk növbədə əzələ
daxilinə (daha tez icra olunmasının mümkünlüyü baxımından)
edilməlidir. Yalnız bundan sonra periferik və ya mərkəzi venaların
kateterizasiyası və sonrakı dərmanların vena daxilinə vurulması
məqsədəuyğundur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
AŞ ilə xəstənin aparılması alqoritmi
Təxirəsalınmaz yardım:
►
Ayaq nahiyələrini azca qaldıraraq xəstəni uzanıqlı vəziyyətə
gətirmək, dilin arxaya sallanması, asfiksiya və qusuntu kütlələri
ilə aspirasiyanın qarşısını almaq məqsədi ilə başını yan tərəfə
çevirmək, alt çənəni irəli çəkmək. Təmiz havanın daxil olmasını
təmin etmək və ya imkan varsa, oksigen terapiyası aparmaq.
►
Tənəffüs pozulması olan xəstələrdə tənəffüsün asanlaşması
məqsədi ilə oturaq vəziyyətə üstünlük verilə bilər.
►
Hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq məqsədi
ilə onların sol böyrü üstə uzadılması.
Allergenin orqanizmə daxil olmasının qarşısının alınması
zəruridir:
►
Allergenin parenteral daxil olması zamanı allergen daxil olan
yerdən (lokalizasiya imkan verirsə) yuxarı, 30 dəqiqədən çox
olmayan müddətə, arteriyaları sıxmadan turna bağlamaq (hər 10
dəqiqədən bir turnanı zəiflətməklə);
►
İnyeksiya və ya sancma yerinin ətraflarına "xaçvari" şəkildə (baş,
boyun, əl və pəncələr istisna olmaqla) 5,0 ml izotonik natrium-
xlorid məhlulu ilə qarışdırılmış 0,1%-li 0,5 ml epinefrin
(adrenalin) inyeksiya etmək (mümkün olduqda venadaxili –
hipoperfuziya!);
►
Arı sancması zamanı neştəri bıçaq, dırnaq mişarı və ya dırnağın
özü ilə dəri səthi üzərində sürüşən hərəkətlərlə çıxarmaq (D);
►
Allergen xüsusiyyətli dərmanlar burun yollarına və ya
konyunktival kisəyə düşərsə, onları axar su ilə yumaq;
►
Allergenin peroral qəbulu zamanı xəstənin mədəsinin yuyulması
məsləhət deyil.
Şok əleyhinə tədbirlər:
Adrenalin seçim preparatı olaraq şokun ilkin əlamətləri aşkar
edilən kimi yeridilməlidir (AT-yə nəzarətlə). Adrenalin inyeksiyası
hətta şokun diaqnozuna şübhə olduqda belə həyati göstərişlə
aparılmalıdır (C).
Adrenalinin uzun iynə ilə, bud nahiyəsinin ön-yan səthinə,
əzələdaxili yeridilməsi daha yaxşıdır. Preparatın əzələdaxili
yeridilməsi digər daxil edilmə yolları (dərialtı, inhalyasion,
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |