1455-1485-ci illər
İngiltərədə al qızılgül və ağ qızılgül müharibələri baş verdi. Müharibə
nəticəsində VII Henrix Tüdor qalib gəldi və İngiltərədə Tüdorlar sülaləsinin
hakimiyyəti başladı.
1485-1603-cü illər
İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti dövrü.
XVI əsrin əvvəlləri
İngiltərədə ilk kapitalist müəssisəsi olan manufakturalar meydana gəldi.
XVI əsr
İngiltərədə “çəpərləmələr” başladı. Çəpərləmələr nəticəsində kəndlilər öz
torpaqlarından qovuldu və muzdlu işçilərə çevrildilər.
1588-ci il
La-Manş döyüşündə ingilislər ispanları məğlub edərək Məğlubedilməz
armadanı məhv etdilər. Məğlubedilməz armadanın məhv edilməsi nəticəsində
dənizlərdə hökmranlıq İngiltərənin əlinə keçdi, İngiltərə güclü dəniz dövlətinə
çevrildi.
1558-1603-cü illər
İngiltərə tarixinin «qızıl dövrü». Tüdorlar sülaləsinin sonuncu nümayəndəsi I
Yelizavetanın hakimiyyəti dövrü.
Almaniyada reformasiya və kəndli müharibəsi
XVI əsrin əvvəlləri
Almaniyada ilk manufakturalar meydana gəldi.
1517-ci il
Martin Lüter katolik kilsəsinin Almaniyada “cənnət qəbzi” alverinə qarşı çıxış
etdi. Lüterin çıxışı reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda
mübarizənin başlanğıcı oldu.
1524-1525-ci illər
Almaniyada kəndli müharibəsi baş verdi. Tomas Münserin başçılıq etdiyi kəndli
müharibəsi feodal qaydalarına qarşı yönəlmişdi. Lakin kəndli müharibəsi məğlub
oldu. Nəticədə, şəxsən azad olan kəndlilər təhkimçilik asılılığına düşdü, feodal
qaydaları və feodal zülmü daha da gücləndi, Almaniyada fodal dağınıqlığı daha
da möhkəmləndi.
1555-ci il
Almaniyada katoliklərlə protestantlar arasında Auqsbruq sazişi imzalandı. Sazişə
əsasən katoliklər protestantların etiqad azadlığını tanıdı, knyaz torpağındakı
kilsənin başçısı oldu, kilsə torpaqları zəbt edildi, knyaz hansı etiqadı qəbul
edərdisə, əhali də həmin etiqadı qəbul etməli idi, knyazın qəbul etdiyi etiqadı
istəməyənlər knyazlığın torpağından köçüb gedə bilərdi. Sazişdən sonra
Almaniyada protestant kilsəsi Lüteran kilsəsi adlandı.
1572-ci il, 23 avqust
Fransada “Varfolomey gecəsi” hadisəsi baş verdi. Katoliklər Fransada protestant
qırğını törətdilər.
XVI əsr
İsveç, İngiltərə və Danimarka kralları kilsə islahatı keçirərək öz ölkələrində kilsə
başçıları oldular.
XVI əsr
Avropada reformasiya nəticəsində katolik kilsəsi başqa kilsələrə parçalandı.
Hollandiya
XVI əsrin əvvəlləri
Hollandiyanın şəhər və kəndlərində manufakturalar yarandı. Kənd təsərrüfatında
kapitalist istehsalı yaranıb inkişaf etdi.
XVI əsrin birinci yarısı
İspaniya kralı II Filipp Niderlandda inkvizisya tətbiq etdi.
1566-cı il
Niderland katolik kilsəsi və ispan zülmünə qarşı xalq hərəkatı - burjua inqilabı
başladı.
1572-ci il
Dəniz gözləri Brill limanını tutdu. Hollandiyanın şimalında üsyan başladı.
1576-cı il
İspan əsgərləri Antverpen şəhərini tutaraq dağıtdı. Hollandiyanın cənub
əyalələrinin əhalisi üsyana qoşuldu.
1579-cu il
Cənubi Niderlandda üsyan yatırıldı və İspaniyanın hakimiyyəti altında qaldı.
1579-cu il
Utrext uniyası. Niderlandın yeddi şimal əyaləti birləşərək vahid dövlət - dünyada
birinci burjua respublikası olan Hollandiya respublikasını yaratdı.
1609-cu il
İspaniya Hollandiyanın dövlət müstəqilliyini tanıdı. Niderland burjua inqilabı
başa çatdı. İngilab nəticəsində Niderlandın şimalında Hollandiyada respublikası
yarandı, ispan ağalığına son qoyuldu, Qərbi Avropanın kiçik bir hissəsində
feodalizm quruluşu dağıldı.
XIV-XVI əsrlərdə Qərbi Avropada texniki kəşflər və ixtiralar
XV-XVI əsrlər
Qərbi Avropada yuxarıdan fırlanan çarx ixtira olundu. Su mühərrikləri
təkmilləşdirildi. Su mühərriklərinin təkmilləşdirilməsi və ondan istifadə
nəticəsində metal emalı zamanı metalı çox böyük çəkiclə döymək mümkün oldu,
kağız istehsalında ağır qısqacları qaldırıb endirməyə kömək etdi, yerin altındakı
dərin şaxtalarda filizi çıxarılmağa başlandı,
daş-kömür istehsalı xeyli artdı.
XV-XVI əsrlər
Qərbi Avropada karavellalar – yelkənli gəmilər və kompas kəşf olundu. Bu
kəşflər nəticəsində uzaq dəniz səyahətləri mümkün oldu.
XVI əsr
Qərbi Avropada domna peçləri ixtira olundu. Domnaların tikilməsi nəticəsində
daha çox metal əritmək, çuqun, dəmir və polad əldə etmək mümkün oldu.
XVI əsr
Qərbi Avropada ağır və yüngül toplar, tapançalar və müşkeklər ixtira olundu.
Böyük coğrafi kəşflər və müstəmləkə işğallarının başlanması
XV əsrin əvvəlləri
Portuqaliya kralları Atlantik okeanına və Afrikanın qərb sahillərinə
ekspedisiyalar göndərməyə başladı.
XV əsr
Avropa dənizçiləri qədim alimlərin yerin kürə şəklində olması haqqında fikirləri
ilə maraqlanmağa və qızıl əldə etmək üçün uzaq ölkələrə səfərə çıxmağa başladı.
1487-1488-ci illər
Bartalomey Diaş Ümid burnunu kəşf etdi.
1492-ci il
Xristofor Kolumb Amerikanı, Kuba və Haiti adalarını kəşf etdi.
1498-ci il, may
Vasko da Qama Hindistana gedən dəniz yolunu kəşf etdi.
1499-1504-cü illər
Ameriqo Vespuçi Kolumbun kəşf etdiyi torpaqların yeni qitə olduğunu sübut
etdi.
1519-1522-ci illər
Fernando Magellanın ilk dünya səyahəti. Magellanın ilk dünya səyahəti Yerin
kürə şəklində olmasının və vahid dünya okeanının mövcudluğunun sübut etdi.
XV-XVI əsrlər
Böyük coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən okeanlara
keçdi. Müstəmləkə əsarətinin əsası qoyuldu. Müstəmləkələrlə ticarət İngiltərə,
Niderland və Portuqaliyanın limanlarında cəmləşdi.
XVI əsrin ortaları
İspanlar Kubada və Karib dənizi adalarında qırğınlar həyata keçirərək, yerli
əhalini tamamilə məhv etdi
XVI əsr
Portuqaliyalılar Ərəbistan və Hindistan yarımadasını, Şərqi Afrikanın Hind
okeanı sahillərini, Zond və Molukk adalarını, Cənubi Amerikada Braziliyanı,
ispanlar Braziliyadan başqa, bütün Cənubi Amerikanı, Perun, Kuba və Karib
dənizinin adalarını tutaraq müstəmləkəyə çevirdi.