11
Əfsanələr
Qədim misirlilərin şifahi xalq yaradıcılığında mühüm yer tutan
əfsanələrdə əsasən aşağıdakı mövzular təbliğ edilirdi:
qədim misirlilərin həyatından və məişətindən
.
tanrı və fironların qüdrətinin sarsılmaz olduğundan
.
Qədim Misir əfsanələrindən aşağıdakıları qeyd etmək olar:
«
Dünyanın əmələ gəlməsi haqqında əfsanə
»
də Günəş tanrısı
Ra dünyanın yaradıcısı hesab edilirdi.
«
Osiris haqqında əfsanə
»
də
Osirisin öldürülüb yenidən dirilməsindən bəhs olunurdu. Əfsanədə
Osiris qardaşı
Set tərəfindən qəddarcasına öldürülür. Bu zaman Osirisin arvadı
İsida və bacısı allahlardan kömək dilədilər.
Onlar birlikdə Osirisi tapıb diriltdirlər. Sonra Osirisin oğlu
Qor doğulur və Setdən atasının intiqamını alır.
İncəsənət
Misir incəsənəti
firon hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirdi. Misirdə əzəmətli məbədlər, saraylar,
piramidalar
Tanrıların və
fironların şərəfinə tikilir, heykəllər yaradılırdı. Məbədlərin divarında
fironların həyatı və
göstərdikləri qəhrəmanlıqlar təsvir olunurdu. Misirlilər qayanı çapıb
sərdabələr düzəldirdilər. Bu sərdabələr çoxsaylı
otaqardan ibarət olurdu. Orada tanrıları və fironları əks etdirən müxtəlif abidələr qoyurdular. Bu cəhətdən firon
Tutanhamonun sərdabəsi öz zənginliyi ilə seçilir.
Tutanhamona aid maska. Tuthanhamonun sərdabəsi
Elm
Qədim Misirdə
astronomiya, hesab,
həndəsə və
təbabət elmləri yaxşı inkişaf etmişdir. Misirlilər hesab və həndəsə
sahəsində müəyyən biliklərə malik idilər. Bunu aşağıdakı faktlar da sübut edir:
Dəqiq riyazi hesablamalar nəticəsində piramidalar tikməyi bilirdilər.
Onluq hesablama sistemindən istifadə edirdilər.
1, 10, 100, 1000, 10000, 100000, 1000000 bildirən işarələr yaratmışdılar.
Düzbucağın, üçbucağın, trapesiya və dairənin səthini müəyyənləşdirə bilirdilər.
Misirlilər astronomiya sahəsində aşağıdakı bilikləri qazanmışdılar:
Planeti ulduzdan fərqləndirirdilər.
Ulduzların xəritəsini çəkə bilirdilər.
Qədim Misirdə təbabət elminin inkişaf etdiyini isə aşağıdakı faktlar sübut edir:
Sadə cərrahiyyə əməliyyatları apara bilirdilər.
Diş və göz xəstəliklərinin müalicə edirdilər.
Misirlilər
su və
günəş saatı ixtira etmiş, hətta dəqiq
təqvim də yaratmışdılar. Misir təqviminə əsasən:
İl 12 aya, 365 günə, gecə və gündüzü 24 saata bölürdülər.
Təqvimdə hər ay 30 gündən ibarət olsa da, ilin sonuna 5 gün əlavə edirdilər.
Heroqlif yazının
yaradılması
Onluq say sisteminin
yaradılması
Günəş və su saatının
ixtirası
Ulduzların xəritəsinin
çəkilməsi
Qədim Misirin dünya mədəniyyətinə bəxş etdiyi töhfələr
Ulduz təqvimi