6
Metalın kəşf olunması. Xış əkinçiliyi
İlk metal əldə olunanadək ən qədim insanlar Daş dövrünün Qədim, Orta və Yeni Daş dövrü mərhələlərini yaşamışlar.
Daş
dövrünü Eneolit (Mis-daş),
Tunc və
Dəmir dövrləri əvəz etmişdir.
İlk dəfə insanlar Eneolit dövründə
metalı kəşf etdilər. İnsanların tanış olduğu ilk metal
mis idi. Mis
nisbətən yumşaq
metal olduğu üçün ondan hazırlanan alətlərdən hər yerdə istifadə etmək olmurdu. Odur ki, sonralar misə başqa qarışıqlar
qatmaqla tunc alındı. Tuncdan hazırlanan alətlər mis alətlərdən
fərqli olaraq daha möhkəm olurdu. İbtidai insan metaldan
yalnız əmək alətləri deyil, müxtəlif məişət avadanlığı və bəzək əşyaları da hazırlaya bilirdi.
Tunc dövründə toxa əkinçiliyi
xış əkinçiliyi ilə əvəz olundu. İlk vaxtlar
ağacdan hazırlanan xış ilə,
toxadan fəqrli olaraq daha geniş torpaq sahələri
şumlanır, daha çox məhsul yetişdirilirdi. Metal emalı və xış əkinçiliyinin yaranması
nəticəsində:
İnsanların əməyi daha məhsuldar oldu. Bu ağır işlərlə kişilər məşğul olurdular. Ona görə də kişilərin nüfuzu
artdı. Nəticədə anaxaqanlığı
ataxaqanlıq (patriarxat) ilə əvəz olundu.
Əkin sahələri genişləndi, mal-qaranın sayı artdı. Tədricən əkinçi və maldar tayfalar formalaşdı. Onlar öz
məhsullarını bir-biri ilə mübadilə (dəyişmək) edirdilər.
Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrıldı. Orta Tunc dövründə
isə
ikinci ictimai əmək bölgüsü nəticəsində
sənətkarlıq başqa istehsal sahələrindən (maldarlıq və əkinçilikdən) ayrılaraq
müstəqil sahəyə çevrildi.
Son Tunc dövründə varlılar və kasıblar meydana gəldi. Əmək alətlərinin təkmilləşməsi ilə torpaq və mal-qara ayrı-
ayrı ailələr arasında bölündü. Qəbilə icması
qonşuluq icması ilə əvəz olundu. Qonşuluq icmasının üzvləri
icmaçı kəndlilər
adlanırdı. Sənətkarlığın inkişafı Ön Asiya, Qədim Şərq, Qafqaz, o cümlədən Azərbaycan tayfaları arasında iqtisadi-mədəni
əlaqələrin yaranmasına təkan verdi. Gil qabların hazırlanmasında dulus çarxından istifadə edilirdi. Sadə qablarla yanaşı,
naxışlı və boyalı qablar da hazırlanırdı. Müxtəlif parçalar toxumaq üçün sadə toxuculuq alətindən istifadə edilirdi.
Qəbilə icması
Qonşuluq icması
Din
İbtidai insanların dini görüşləri
təsərrüfat həyatı ilə bağlı olaraq formalaşırdı. Ovçular uğurlu ov üçün, əkinçilər
günəşin çıxması, yağış yağması üçün fövqəltəbii qüvvələrə dua edirdilər. İnsanlar fövqəltəbii qüvvələrin bütlərini düzəldir və
bu bütlərə sitayiş edirdilər. Qədim dövrün insanlarının aşağıdakı dəfn adətləri var idi:
Vəfat ednənin içərisi çıxarılıb
mumiyalanaraq olduğu kimi qəbrə qoyulurdu.
Tayfa başçıları və varlı adamların qəbri
üzərində kurqanlar qurulurdu.
Ölülər
daş qutu və torpaq, küp və
katakomba qəbirlərdə dəfn edilirdi.
Hökmdar hakimiyyətinin böyüklüyünü göstərmək üçün müxtəlif abidələr,
sərdabələr tikilirdi.
Tayfaların idarə olunması. Bərabərsizliyin yaranması.
İri yaşayış məskənində yerləşən bir neçə qohum qəbilənin birləşməsi nəticəsində eyni dildə danışan və eyni adət-
ənənəyə malik olan
tayfalar yarandı. Tayfanı
ağsaqqallar idarə edirdilər. Tunc dövründə tayfa ağsaqqalları müxtəlif
yollarla geniş məhsuldar torpaqlar ələ keçirərək tədricən varlanmağa başladılar. Daha sonra yaşayış yerlərinin ətrafını
möhkəm qala divarları ilə hasarlayıb keşikçi dəstələri yaratdılar.
Tayfa başçıları, ağsaqqallar, hərbi rəhbərlər və kahinlər varlandıqca,
Tunc dövrünün sonu - İlk Dəmir dövründə
cəmiyyətdə
sosial bərabərsizlik yarandı. Varlılar -
əyanlar, kasıblar -
icmaçı kəndlilər, qullar meydana gəldi. Beləliklə,
Dulusçuluq
Ox və Kaman
Toxa və xış
Metal emalı
İbtidai icma cəmiyyətində mühüm kəşflər
7
ibtidai icma quruluşu dağıldı, dövlət formalaşdı. Tayfa başçıları tədricən
hökmdara çevrildi. Bəzi məsələlərin həllində onlar
ağsaqqalları və hərbi başçıları toplayır, lakin son qərarı özləri çıxarırdılar.
Dövlətin əlamətləri
Yeni yaranan dövlətlər özünəməxsus xüsusiyyətlərə malik idi. Həmin xüsusiyyətlər aşağıdakılar idi:
Dövləti padşah adlanan hökmdar idarə edirdi.
Müəyyən tarixi ərazidə formalaşırdı.
Hər bir dövlət paytaxt şəhərə malik idi.
Hər bir dövlət güclü orduya malik idi.
Hər bir dövlət xəzinəyə malik idi.
Yazı
Dövlət yarandığı dövrdə yazı meydana gəldi. Dövlətə təsərrüfat və ticarət işləri ilə bağlı yazılı sənəd lazım idi. Bu işlə
məşğul olan adamlar haqq-hesab aparırdılar. Dövlətin ərazisində yaşayan kəndliləri siyahıya alırdılar. Hər bir kəndlinin
torpağı, mal-qarası, meyvə ağacı və ya borcu qeydə alınırdı. Yazını papirus, qamışdan hazırlanan lövhələr, gil lövhələr, daş,
dəri və s. materiallar üzərində yazırdılar.
İbtidai icma quruluşunun dövrləri
4.
Dəmir Dövrü
E.ə. II minilliyin sonu — I minillik
3.
Tunc dövrü
E.ə. IV minilliyin 2-ci yarısı — II minilliyin sonları
2.
Eneolit dövrü
(Mis-daş dövrü)
E.ə. VI—IV minilliyin 2-ci yarısı. Daş dövründən metal
əsrinə keçid
1
Daş dövrü
İlk insan tipinin yaranmasından e.ə. VI minilliyədək
a)
Neolit
(Yeni Daş dövrü)
E.ə. VII—VI minilliklər
b)
Mezolit
(Orta Daş dövrü)
E.ə. XII—VIII minilliklər
c)
Paleolit
(Qədim Daş dövrü)
Üst Paleolit
Orta Paleolit
Alt Paleolit
İlk insan tipinin yaranmasından e.ə. XII minilliyə qədər davam etmişdir.
Xəzinə
Paytaxt
Bayraq
Hökmdar
Ordu
Dövlətin əlamətləri
Hakimiyyətin nüfuzlu şəxslərin
əlində cəmləşməsi
Cəmiyyətdə sosial
bərabərsizliyin yaranması
İri tayfa ittifaqlarının
yaranması
İbtidai icma quruluşunun süqutunu süətləndirən amillər