Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

56 
 
layihələrin  iştirakçılarından  vergilərin  tutulmasına  marağı  olan 
tərəfdir. 
Torpaq  sahəsinin  sahibi  -    layihə  üçün  ayrılmış  torpaq 
sahəsinin  sahibidir.  Sahib  hüquqi  və  ya  fiziki  şəxs  olaraq  müqavilə 
əsasında sifarişçiyə torpaq sahəsindən istifadəetmə hüququ verir. 
İstehlaçı  -  əsas  fondun  hesabına  layihənin  son  məhsuluna 
cavabdeh  olan  şəxsdir.  Məhsulun  satışı  nəticəsində  gəlirin  əldə 
edilməsi onun əsas məqsədlərindən biridir. İstehsalçı layihənin bütün 
fazalarında iştirak edir, layihə iştirakçıları ilə əməkdaşlıq edir. 
Alıcı  –layihənin  son  məhsulunu  alan,  ondan  istifadə  edən, 
tələbləri formalaşdıran və ona olan ehtiyacı müəyyənləşdirən hüquqi 
və  fiziki  şəxsdir.  Alıcının  hesabına  layihəyə  çəkilən  xərc  ödənilir, 
hətta  layihə  iştirakçıları  əlavə  olaraq  öz  gəlirlərini  də  əldə  edə 
bilərlər. 
 
 
 
18. Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (İPMA) 
 
Avropanın  bütün  inkişaf  etmiş  ölkələrinin  demək  olar  ki, 
hamısını,  o  cümlədən  üç  MDB  (Rusiya,  Ukrayna  və  Azərbaycan) 
ölkələrini  birləşdirən  İPMA  layihələrin  idarə  edilməsi  sahəsində  ən 
böyük və birinci beynəlxalq təşkilat sayılır. 
1965-ci  ildə  Dornier  (AFR)  firmasının  məşhur  layihə  meneceri 
Roland  Quç  Parisdə  Avropa  və  ABŞ-ın  layihələrin  idarə  edilməsi 
üzrə ekspertlər qrupu ilə birlikdə iclas keçirtmişdir. Bu görüş İPMA-
nın  yaranması  ilə  başa  çatdı,  R.Quç  isə  həmin  təşkilatın  prezidenti 
seçildi və uzun illər ərzində assosiasiyanın lideri kimi tanındı. 1967-
ci ildə Vyanada Birinci Ümumdünya İPMA konqresi keçirildi, onun 
işində  dünyanın  400-dən  çox  mütəxəssisi  iştirak  etmişdir.  1994-cü 
ilin  iyul  ayında  isə  Norveçin  Oslo  şəhərində  İPMA-nın  12-ci 
ümumdünya  konqresi  keçirildi,  bu  iqamətgah  Sürixdə  peşəkar 
təşkilat kimi tanındı. 
Layihələrin  idarə  edilməsi  üzrə  milli  assosiasiyalar  ailəsi 
yarandı.  2002-ci  ilin  yanvar  ayında  Azərbaycan  və  Rumıniya,  iyun 
ayında isə Braziliya üzv oldu. Beləliklə, İPMA-ya aşağıdakı ölkələr 
daxildirlər:  Avstriya,  Azərbaycan,  Almaniya,  Böyük  Britaniya, 
Braziliya,  Cənubi  Afrika,  Çex  Respublikası,  Çin  Republikası, 


57 
 
Danimarka,  Finlandiya,  Fransa,  Hindistan,  Hollandiya,  Xorvatiya, 
İrlandiya,  İslandiya,  İsveç,  İsveçrə,  İspaniya,  İtaliya,  Latviya, 
Macarıstan, Misir, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Slovakiya, 
Sloveniya, Ukrayna, Yuqoslaviya, Yunanıstan. 
Öz növbəsində layihələrin idarə edilməsinin milli təşkilatları 
çoxsaylı  tədqiqat,  layihə,  təhsil  müəssisələri  və  təşkilatlar, 
mühəndislik,  məsləhət,  sənaye,  investisiya,  inşaat  firmaları  və 
şirkətlərini, habelə yaradıcı fəaliyyətin bütün sahələrində layihələrin 
həyata keçirilməsi və idarə edilməsi ilə məşğul olan digər təşkilatları 
əhatə edir. 
İPMA-nın  başlıca  məqsədi  layihələrin  idarə  edilməsi  sahəsində 
peşəkarlığın inkişaf etdirilməsidir. İPMA öz qarşısına aşağıdakı əsas 
vəzifələri qoymuşdur: 

 
layihələrin  həyata  keçirilməsi  və  idarə  edilməsi  üzrə 
beynəlxalq ideya və təcrübəni təmin etmək

 
layihələrin idarə edilməsinin müasir metodlarının inkişafı və 
onlardan istifadə; 

 
layihələrin  idarə  edilməsi  sahəsində  alimlər  birliyinə, 
mütəxəssis və təcrübəçilərə yardım göstərmək; 

 
layihələrin  idarə  edilməsi  üzrə  təhsil,  sertifikatlaşdırma  və 
təcrübi işlə bağlı beynəlxalq standartların təminatı; 

 
beynəlxalq 
layihələrdə 
meydana  çıxan  problemlərin 
araşdırılması və həlli. 
İPMA  müxtəlif  milli  təşkilatlarla  birlikdə  beynəlxalq  və 
ümumdünya  konqreslərini,  beynəlxalq  simpoziumları,  beynəlxalq 
seminar və konfranslar, tədris kursları və digər tədbirləri keçirir. 
Aşağıdakı  cədvəllərdə  İPMA-nın  1967-ci  ildən  1994-cü  ilə  qədər 
əsas forumları göstərilmişdir. 
İPMA  keçirdiyi  forumların  elmi  əsərlərini,  monoqrafiya  və 
təlimatlarını,  xüsusi jurnal və  xəbərlərini  nəşr  edir.  Belə  ki,  İPMA-
nın  beynəlxalq  nəşri  olan  “Project  Management”  jurnalı  İngiltərədə 
çap edilir və dünyada böyük şöhrət tapmışdır. 
İPMA  digər  peşəkar  təşkilatlarla  əməkdaşlıq  üzrə  müqavilələr 
bağlamışdır  və  onlarla  birlikdə  müştərək  tədbir  və  təcrübə 
mübadiləsini keçirir. Bu aşağıdakılara aiddir: 

 
Şimali Amerika Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ) 

 
Yaponiya Mühəndisliyin İnkişafı Assosiasiyası. 


58 
 

 
Mühəndislik fəaliyyətində qiymət və dəyərin yaranması üzrə 
Beynəlxalq Şura. 
Belə  ki,  1981-ci  ildə  Bostonda  (ABŞ)  “Layihələrin  idarə  edilməsi 
dünyası”  mövzusu  üzrə  müştərək  PMİ/İPMA  simpoziumu 
keçirilmişdir. 
İPMA  bir  sıra  Avropa  və  ümumdünya  təşkilat  və  qurumları  ilə 
birbaşa əlaqələr yaratmışdır və onlarla əməkdaşlıq edir. 
Layihələrin  idarə  edilməsi  üzrə  beynəlxalq  ekspertlərin 
mütəmadi  görüşü  bu  sahənin  inkişafına  böyük  təsir  göstərmişdir. 
Keçirilən bu görüşlərin əsas məqsədi layihələrin idarə edilməsi üzrə 
təcrübə  mübadiləsinin  aparılması  və  biliklər  bazasının  bir  ölkədən 
digər ölkəyə transfer edilməsi idi: 
İPMA  bir  sıra  Avropa  və  ümumdünya  təşkilat  və  qurumları  ilə 
birbaşa əlaqələr yaratmışdır və onlarla əməkdaşlıq edir, bunlardan: 

 
Avropa Parlamenti və Avropa Komissiyası; 

 
Avropa Bərpa və İnkişaf Bankı (BERD/EBERD); 

 
Avropa İnvestisiya Bankı (AİB); 

 
Ümumdünya İqtisadi İnkişaf Bankı (WB). 
 
Keçiril
diyi il 
Keçirildiyi şəhər 
Mövzu 
1984 
Sorento 
(İtaliya) 
Layihələrin  həyata  keçirilməsi  müddətində 
dəyər və risk funksiyalarının idarə edilməsi 
1984 
Qarmış-partenkirxen 
(Almaniya) 
Texnikanın imkanları 
1986 
Praqa 
(Çexiya) 
Layihələrin idarə edilməsinin proqram təminatı 
1986 
Sürix 
(İsveçrə) 
Layihələrin  idarə  edilməsində  yeni  yanaşma 
üsulları 
1987 
Sürix 
(İsveçrə) 
Layihələrin idarə edilməsində yeni istiqamətlər 
1988 
Sürix 
(İsveçrə) 
Layihələrin idarə edilməsində komputer dəstəyi 
1991 
Moskva 
(SSRİ) 
SSRİ-də layihələrin idarə edilməsi 
1993 
Moskva 
(Rusiya) 
 Rusiya və Şərqi Avropada layihələr və onların 
idarə edilməsi 
1996 
Kiyev 
(Ukrayna) 
Kompleks  layihələrin  modelləşdirilməsi  və 
idarə edilməsi  
2002 
Alma-Ata 
(Qazaxstan) 
I  Beynəlxalq  Simpozium.  Layihələrin  idarə 
edilməsi: Qazaxstan -2002                                       


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə