53
▪
tənzimləmə sistemləri
▪
Risk üzrə verilənlərdən
istifadə etmək
▪
keçmiş təcrübə üzrə biliklər bazası
▪
layihənin mövcud biliklər bazası
▪
layihənin
qiymətləndirilməsi
▪
arxivləşdirmə
17. Layihə iştirakçıları («Stakeholders»)
və onların əsas funksiyaları
Layihə ihtirakçılarının tərkibi, rolu, funksiyasi və məsuliyyət
bölgüləri
layihənin
növündən,
miqyasından
və
onun
mürəkkəbliyindən asılıdır. Qeyd etmək lazımdır ki, iştirakçılar
arasmda funksiyalar layihənin yerinə yetirilməsindən asılı olaraq
dəyişilə bilər. Yalnız
aşağıdakı funksiyalar hamıya bəlli olmalıdır və
dayişdirilə bilməz.
1.
Layihənin mahiyyəti tam açıqlanmalı, planlaşdırılmalə və
onun təşəbbüskarı elan edilməlidir.
2.
Layihədə maraqlı olan şəxslər və ya təşkilatlar
müəyyənləşdirilməli, onun sifarişisi, sahibi, müştərisi elan
edilməlidir.
3.
Layihəni yerinə yetirmək üçün maliyyə dastəyi olmalı
layihənin investitoru elan edilməlidir.
4.
Layihəni hazırlayıb yerinə yetirmək üçün onun icraçıları
elan edilməlidir.
5.
Layihənin nəticəsində əldə olunan məhsul hər hansı bir
istehsal və ya xidmət ilə xarakterizə olunur. Ona görə də
layihənin istehsalatçıları olmalıdır .İstehsalat nəticəsində əldə
olunan gəlir layihənin digər sahəsinə yönəlməlidir.
6.
Layihəni idarə etmək üçün onun meneceri olmalıdır.
Hər bir layihə aşağıdakı tərəfləri də maraqlandıra bilər:
yerli icra hakimiyyəti orqanlarını
ictimai təşkilatları
əhalinin
müxtəlif təbəqələrini
vətandaşları.
Layinənin prinsipial funksiyaları dəyişilmir. Sadə layihələrdə
bütün funksiyalar bir şəxs tərəfindən yerinə yetirilə bilər. Mürəkkəb
55
Komandanın
əsas heyyəti layihənin rəhbərindən və texniki aspektlər
üzrə
işləri
koordinasiya
(əlaqələndirmə)
edən
layihənin
mühəndisindən təşkil olunur.
Kontraktlar
üzrə
administrator-kontraktların
hazırlanması, bağlanması, yerinə yetirilməsi, danışıqların aparılması
və subkontraktların bağlanması kimi işlərə cavabdehdir.
Layihə nəzarətçisi –layihənin planlaşdırma və nəzarət
qrupuna rəhbərlik edir.
Layihənin mühasibatı- layihənin vəsaitini, xərclər
smetasını tərtib edir, mühasibat uçotunu aparır və
layihənin rəhbərinə
maliyyə məsələləri üzrə müşavirlik edir.
Maddi –məsul şəxs- layihə çərçivəsində tələb olunan
malların alınmasına cavabdehdir.
İstehsalat işəri üzrə koordinator- layihənin yerinə
yetirilməsində və nəticənin əldə edilməsində hər hansı bir məhsulun
istehsalı ilə bağlı işləri idarə edir və onlara nəzarəti həyata keçirir.
Kontraktlar üzrə mütəxəssis- sifarişçilər ilə münasibətləri
tənzimləyərək kontrakta əsasən yerinə yetiriləcək işlərin
məsuliyyətini öz üzərinə götürən layihə iştirakçısını təmsil edən
şəxsdir.
Kontrakt nəyinki layihəni tam yerinə yetirmək üçün hətta
onun hər hansı bir hissəsinin də yerinə yetirilməsi üçün dəyərinə
bağlana bilər. Kontaklara cavabdeh şəxsin əsas məqsədi maksimum
gəlirin əldə edilməsidir. Kontaklara cavabdeh şəxsin əsas vəzifəsi
işçilərin seçilməsi və onlarla müqavilənin bağlanması, onların
içlərinin kordinə
edilməsi, icraçıları işə qəbul edib onlara əmək haqqı
verilməsindən ibarətdir. Kontrakta cavabdeh olan şəxs layihənin
rəhbəri və aktiv iştirakçılarından biri ola bilər.
Baş podratçı- sifarişçi tərəfindən təklifləri qəbul olunan
hüquqi şəxsdir. Kontrakta əsasən işlərin yerinə yetirilməsinə
cavabdehlik daşıyır.
Tədarükçü – kontrakt əsasında işlərin müxtəlif növlü
mallarla təchiz edilməsinə cavabdeh olan şəxsdir.
Lisenziya idarəsi- torpaq sahəsindən istifadəyə, ticarətə və
digər müəyyən növlü işlərə icazə vermək üçün nəzərdə tutulan
təşkilatdır.
Hakimiyyət orqanları - layihənin yerinə yetirilməsində
ekoloji, sosial və digər ictimai və dövlət tələbləri ilə çıxış edərək