Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

53 
 

 
tənzimləmə sistemləri 

 
Risk üzrə verilənlərdən istifadə etmək 

 
keçmiş təcrübə üzrə biliklər bazası 

 
layihənin mövcud biliklər bazası 

 
layihənin qiymətləndirilməsi 

 
arxivləşdirmə 
 
17. Layihə iştirakçıları («Stakeholders») 
və onların əsas funksiyaları 
 
Layihə ihtirakçılarının tərkibi, rolu, funksiyasi və məsuliyyət 
bölgüləri 
layihənin 
növündən, 
miqyasından 
və 
onun 
mürəkkəbliyindən  asılıdır.  Qeyd  etmək  lazımdır  ki,  iştirakçılar 
arasmda  funksiyalar  layihənin  yerinə  yetirilməsindən  asılı  olaraq 
dəyişilə bilər. Yalnız
 
aşağıdakı funksiyalar hamıya bəlli olmalıdır və 
dayişdirilə bilməz. 
1.
 
Layihənin  mahiyyəti  tam  açıqlanmalı,  planlaşdırılmalə  və 
onun təşəbbüskarı elan edilməlidir. 
2.
 
Layihədə  maraqlı  olan  şəxslər  və  ya  təşkilatlar 
müəyyənləşdirilməli,  onun  sifarişisi,  sahibi,  müştərisi  elan 
edilməlidir. 
3.
 
Layihəni  yerinə  yetirmək  üçün  maliyyə  dastəyi  olmalı 
layihənin investitoru elan edilməlidir. 
4.
 
Layihəni  hazırlayıb  yerinə  yetirmək  üçün  onun  icraçıları 
elan edilməlidir. 
5.
 
Layihənin  nəticəsində  əldə  olunan  məhsul  hər  hansı  bir 
istehsal  və  ya  xidmət  ilə  xarakterizə  olunur.  Ona  görə  də 
layihənin  istehsalatçıları  olmalıdır  .İstehsalat  nəticəsində  əldə 
olunan gəlir layihənin digər sahəsinə yönəlməlidir. 
6.
 
 Layihəni idarə etmək üçün onun meneceri olmalıdır. 
Hər bir layihə aşağıdakı tərəfləri də maraqlandıra bilər: 

 
yerli icra hakimiyyəti orqanlarını 

 
ictimai təşkilatları 

 
əhalinin müxtəlif təbəqələrini 

 
vətandaşları. 
Layinənin  prinsipial funksiyaları dəyişilmir. Sadə layihələrdə 
bütün funksiyalar bir şəxs tərəfindən yerinə yetirilə bilər. Mürəkkəb 


54 
 
layihələrdə isə funksiyalar kiçik hissələrə bölünməklə onların yerinə 
yetirilməsinə çoxlu iştirakçılar işa cəlb olunurlar. 
Layihənin    baş  ideoloqu  və  müəllifi  onun  təşəbbüskarıdır
Bu vəzifə layihənin iştirakçılarından  istənilən birina tapşırıla bilər. 
Layihənin  müvəffəqiyyətlə  yerinə  yetirilməsində  və  nəticənin  əldə 
edilməsində  birbaşa  marağı  olan  əsas  tərəflərdən  biri  də  onun 
sifarişçisidir.  Sifarişçi  layihənin  gələcək  sahibi  və  onun 
nəticələrindən  istifadə  edən  tərəf  sayılır.  Sifarişçi  layihənin  əsas 
tələblərini  və  miqyasını  müəyyənləşdirir  öz  vəsaiti  və  investorların 
hesabına  layihəni  maliyələşdirir  layihənin  əsas  icraçıları  ilə 
kontraktlar  bağlayır  və  bunun  məsuliуyətini  daşıyır,  eyni  zamanda 
iştirakçılar  arasında  münasibətlər  qurur.    Sifarişçi  layihəyə  görə 
cəmiyyət və qanun qarşısında məsuliyyət daşıyır. 
Investorlar  -  kredit  və  ya  digər  formalarda  layihə  üçün 
kapital qoyuluşunu təmin edir. İnvestorların  əsas məqsədi layihənin 
məhsuluna  görə qoyulmuş kapitaldan əlavə gəlir götürməkdir. Əgər 
investor  və  sifarişçı  eyni  şəxs  deyilsə  onda  investor  rolunu  adətən 
banklar,  investisiya  fondları,  donor  təşkilatlar    və  başqaları    həyata 
keçirir.  İnvestorlar  sifarişçi  ilə  kontrakt  bağlayır,  kontraktın  işinə 
nəzarət  edir  və  hesabatlar  aparır.  İnvestisiya  hesabma  alınmış 
layihənin  əmlakı  sifarişçi  tərəfindən  ödənilmədiyi  halda  investorun 
əmlakına çevrilə bilər. 
Layihənin  rəhbəri  -  hüquqi  şəxs  olaraq  layihənin  yerin 
yetirilməsində  sifariçinin  və  investorun  nüməyəndəsi  kimi  fəaliyyət 
göstərir və aşagıdakı əsas işlərə cavabdehdir: 

 
planlaşdırma 

 
nəzarətetmə 

 
koordinəetma (əlaqələndirmə). 
Layiənin  rəhbərinin  səlahiyyətləri  və  funksiyaları  sifarişçi 
tərəfindən  müəyyənləşdirilir.  Eyni  zamanda,  layihınin  rəhbəri  və 
onun  komandası  müəyyənləşdirilmiş  vaxtda,  büdcə  çərçivəsində  və 
keyfiyyətlə  layihəni  başa  vurmaq  məqsədilə  işləri  koordinasiya 
edir(əlaqələndirir) və ümumi işlərə rəhbərlik edir. 
Layihənin komanda heyyəti – layihəni yerinə yetirmək və оna 
rəhbərlik etmək məqsədilə yaradılmış xüsusi təşkilatdır. Komandanın 
əsas məqsədi layihəni uğurla başa çatdırmaq və nəticə əldə etməkdir. 
Komandanın  əsas  heyyətinin  sayı  layihənin  mürəkkəbliyindən, 
miqyasından  xüsusiyyətindən  asılı  olaraq  müəyyənləşdirilir. 


55 
 
Komandanın əsas heyyəti layihənin rəhbərindən və texniki aspektlər 
üzrə 
işləri 
koordinasiya 
(əlaqələndirmə) 
edən 
layihənin 
mühəndisindən təşkil olunur. 
Kontraktlar 
üzrə 
administrator-kontraktların 
hazırlanması, bağlanması, yerinə yetirilməsi, danışıqların aparılması 
və subkontraktların bağlanması kimi işlərə cavabdehdir. 
Layihə  nəzarətçisi  –layihənin  planlaşdırma  və  nəzarət 
qrupuna  rəhbərlik edir. 
Layihənin  mühasibatı-    layihənin  vəsaitini,  xərclər 
smetasını tərtib edir, mühasibat uçotunu aparır və layihənin rəhbərinə 
maliyyə məsələləri üzrə müşavirlik edir. 
Maddi  –məsul  şəxs-    layihə  çərçivəsində  tələb  olunan 
malların alınmasına cavabdehdir. 
İstehsalat  işəri  üzrə  koordinator-  layihənin  yerinə 
yetirilməsində və nəticənin əldə edilməsində hər hansı bir məhsulun 
istehsalı ilə bağlı işləri idarə edir və onlara nəzarəti həyata keçirir. 
Kontraktlar  üzrə  mütəxəssis-  sifarişçilər  ilə  münasibətləri 
tənzimləyərək  kontrakta  əsasən  yerinə  yetiriləcək  işlərin 
məsuliyyətini  öz  üzərinə  götürən  layihə  iştirakçısını  təmsil  edən 
şəxsdir.
 
Kontrakt  nəyinki  layihəni  tam  yerinə  yetirmək  üçün  hətta 
onun  hər  hansı  bir  hissəsinin  də  yerinə  yetirilməsi  üçün  dəyərinə 
bağlana bilər. Kontaklara cavabdeh şəxsin  əsas məqsədi maksimum 
gəlirin  əldə  edilməsidir.  Kontaklara  cavabdeh  şəxsin    əsas  vəzifəsi 
işçilərin  seçilməsi  və  onlarla  müqavilənin  bağlanması,  onların 
içlərinin kordinə edilməsi, icraçıları işə qəbul edib onlara əmək haqqı 
verilməsindən  ibarətdir.  Kontrakta  cavabdeh  olan  şəxs  layihənin 
rəhbəri və aktiv iştirakçılarından biri ola bilər. 
Baş  podratçı-  sifarişçi  tərəfindən  təklifləri  qəbul  olunan 
hüquqi  şəxsdir.  Kontrakta  əsasən  işlərin  yerinə  yetirilməsinə 
cavabdehlik daşıyır. 
Tədarükçü  –  kontrakt  əsasında  işlərin  müxtəlif  növlü 
mallarla təchiz edilməsinə cavabdeh olan şəxsdir. 
Lisenziya  idarəsi-  torpaq  sahəsindən  istifadəyə,  ticarətə  və 
digər  müəyyən  növlü  işlərə  icazə  vermək  üçün  nəzərdə  tutulan 
təşkilatdır. 
Hakimiyyət  orqanları  -  layihənin  yerinə  yetirilməsində 
ekoloji,  sosial  və  digər  ictimai  və  dövlət  tələbləri  ilə  çıxış  edərək 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə