Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

40 
 
2.
 
Uyğunlaşma  müddətini  azaltmaq  üçün  layihələrin  idarə 
edilməsi üzrə xüsusi layihəyönümlü forma və metodlarından 
istifadə etmək lazımdır. 
3.
 
Təşkilat  daxilində  layihənin  həyata  keçirilməsi  peşəkar 
layihə  menecerindən  ibarət  olan  komanda  tərəfindən  daha 
uğurla yerinə yetirilə bilər. 
Bundan  başqa,  layihələrin  idarə  edilməsinin  tətbiqi  aşağıdakı 
hallarda sərfəli və lazımlı hesab edilə bilər: 

 
son 
məhsulun 
dəqiq 
şəkildə  müəyyənləşdirilməsinə 
əsaslanan layihələr üçün

 
nəticələrin  əldə  edilməsi  ilə  bağlı  olaraq  müddət,  xərc  və 
spesifik xüsusiyyətlər üzrə tələblər irəli sürən layihələr üçün; 

 
təşkilatın nüfuzu ilə birbaşa əlaqədar olan layihələr üçün; 

 
xərclərin  və  həm  də  itkilərin  yüksək  olacağı  eksklüziv 
layihələr üçün. 
Görünür ki, layihələrin idarə edilməsi metodologiyasının tətbiqi 
mahiyyət  etibarı  ilə bizim  cəmiyyətimizdə  baş  verən dəyişikliklərin 
əsasını  təşkil  edən  təşkilati,  sosial  və  iqtisadi  proqramların  həyata 
keçirilməsində faydalıdır. Beləliklə, bu layihələr üçün xüsusi metod 
və üsulların yaradılması tələb edilir. 
İndiyə  kimi  haqqında  danışdığımız  bütün  bunlar  layihələrin  idarə 
edilməsi metod və üsullarının tam şəkildə tətbiqini tələb edən böyük 
və mürəkkəb layihələrə aiddir. 
Layihələrin  idarə  edilməsində  aşağıdakı  məsələlərin  hər  biri  ayrı-
ayrılıqda tətbiq edilə bilər: 
1.
 
Fundamental  elmi-texniki  və  iqtisadi  biliklərə  əsaslanan 
layihələrin idarə edilməsinin fəlsəfəsi və metodologiyası. 
2.
 
Layihələrin  idarə  edilməsi  metodları  əsasında  qərar 
qəbuletmə. 
3.
 
Layihələrin idarə edilməsi vasitələri. 
4.
 
Layihələrin xüsusi strukturu və təşkil edilməsi. 
5.
 
Layihə meneceri. 
Layihələrin idarə edilməsi ilə bağlı ideya və metodologiyadan bir 
qayda  olaraq  bütün  hallarda  istifadə  etmək  lazımdır.  Bu,  xüsusilə 
problemi  dəqiq  şəkildə  müəyyənləşdirməyə  və  onun  rasional  həll 
yollarını  göstərməyə  imkan  yaradan  başlanğıc  və  konseptual 
mərhələdə daha faydalıdır. Görünür ki, layihələrin idarə edilməsinin 


41 
 
ideya və metodologiyasına yiyələnmək hamıya lazımdır və bu ideya 
və  metodologiyalardan  istifadə  etmək  istənilən  problemin  həlli 
zamanı zəruriləşir. 
Müxtəlif  layihələrin  idarə  edilməsi  metodlarının  xüsusi  texniki 
və məlumat-proqram vasitələri olmadan tətbiqi kiçik və orta layihələr 
üçün  mümkündür  ki,  bu  da  onların  hər  hansı  ciddi  xərclərə  yol 
vermədən həyata keçirilməsinin səmərəliliyini artırır. 
Orta  və  böyük  layihələri  xüsusi  təşkilat  yaratmadan  müxtəlif 
idarəetmə üsullarından istifadə etməklə idarə etmək mümkündür. Bu 
cür  yanaşma  nəticəsində  layihənin  idarə  edilməsində  artıq  xərclərə 
yol verilmir. 
Mürəkkəb  və  mühüm  layihələrin  idarə  edilməsi  isə  layihə 
komandasının mövcudluğunu tələb edir. 
Beləliklə,  layihələrin  idarə  edilməsinin  zəngin  imkanlarının 
mənimsənilməsi  müxtəlif  problemlərin  həllinə  cəlb  edilən  şəxslər 
üçün  böyük  xərc  çəkmədən  onların  tətbiqinə  imkan  yaradacaqdır. 
Bu,  şübhəsiz  ki,  məqsədyönlü  fəaliyyətin  bütün  sahələrində 
idarəetmə və təşkilatçılıq mədəniyyətini yüksəldəcəkdir. 
 
12. Layihənin predmet sahəsinin idarə edilməsi 
 
Layihənin  predmet  sahəsi  layihənin  məqsədini,  qarşısında 
qoyulan  tapşırıqları  və  bu  əsasda  müəyyənləşən  işləri,  onların 
həcmini  və  tələb  olunan  ehtiyatları  müəyyənləşdirir.  Layihənin 
həyata  keçirilməsi  prosesində  layihənin  predmet  sahəsinin  bütün 
tərkib hissələri dəyişikliklərə məruz qalır: 

 
işlərin  məqsəd,  vəzifə  və  tərkibi  həm  layihənin  işlənməsi 
prosesində,  həm  də  müəyyən  nəticələr  əldə  olunduqca 
dəyişilə, yaxud dəqiqləşdirilə bilər

 
işlərin  həcmi  layihənin  işlənməsi  prosesində  dəqiqləşdirilə 
bilər,  layihənin  yerinə  yetirilməsi  prosesində  isə  işlərin 
həcmi sıfırdan yüz faizə qədər dəyişilə bilər; 

 
tələb olunan material ehtiyatları da işlər kimi dəyişilir. 
Predmet  sahəsinin  idarə  edilməsinin  mahiyyəti  elə  bu 
dəyişikliklərin  idarə  edilməsindən  ibarətdir  və  layihənin 
məqsədlərinin, konsepsiyasının işlənməsi, planlaşdırma, uçot, icraya 
nəzarət vasitəsilə reallaşdırılır. 


42 
 
İdarəetmə  vasitəsi  qismində  burada  layihənin  şəbəkə  qrafikindən 
istifadə oluna bilər. 
Layihənin  predmet  sahəsinin  aşağıdakı  prinsipial  idarəetmə 
sxemindən  istifadə  olunmaqla  qurulan  bu  funksiyaların  əsas 
məzmununu açıqlayan model göstərilmişdir: 

 
Layihənin predmet sahəsinin idarə edilməsi 

 
Konsepsiyanın işlənməsi 

 
Layihənin tələblərini və problemlərini təhlil etmək 

 
Layihənin məqsədlərini müəyyənləşdirmək 

 
İlkin verilənlərin yığılması 

 
Məhdudiyyətlər 

 
Alternativlərin təhlili 

 
Layihə məsələləri (nəticə, vaxt, ehtiyatlar və s.) 

 
Predmet sahəsinin müəyyənləşdirilməsi 

 
Meyarlar (dəyər, vaxt, keyfiyyət, ətraf mühit) 

 
Planlaşdırma və idarəetmə (strukturlaşdırma, siyasət) 

 
İşlərin dekompozisiya strukturu 

 
Layihənin əsas yazılışı 

 
İşlərin paylanması 

 
İşlər kompleksi (işlər, hadisələr) 

 
Müqavilələr (texniki-iqtisadi tədqiqatlar, layihələndirmə, 
tikinti) 

 
Hesabatlar 

 
Maliyyə vəziyyəti 

 
Müddətlər üzrə vəziyyət 

 
Texniki icra vəziyyəti 

 
Layihənin inkişafı strategiyası 

 
Kənaraçıxmalar üzrə hesabatlar 

 
Tendensiyalar üzrə hesabatlar 

 
Böhran vəziyyətlər üzrə hesabatlar 

 
Nəzarət sistemi 

 
Layihədə dəyişikliklərə nəzarət 

 
İşlərə nəzarət 

 
Sənədlərə nəzarət 

 
Tədarükə və təchizata nəzarət 

 
Texniki şərtlər 

 
Layihənin başa çatdırılması 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə