Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

65 
 
bacaran ixtisaslaşmış strukturlara həvalə etməyi daha səmərəli hesab 
edir. 
Peşəkar idarəetmə strukturlarının vəzifələri: 

 
Layihə  konsepsiyasının  işlənməsində  iştirak  və  sifarişçiyə 
məsləhət vermək; 

 
Layihələndiricilərin, 
podratçıların 
və 
digər 
layihə 
iştirakçılarının seçilməsi; 

 
Layihənin icrası  üzrə  işlərin  həyata  keçirilməsinin təşkili  və 
əlaqələndirilməsi; 

 
Maliyyələşdirmə,  avadanlıq  material  və  sairlə  tikintinin 
təmin edilməsi üzrə işlərin təşkili və əlaqələndirilməsi; 

 
Bütün layihə iştirakçılarının məlumat ehtiyacının ödənilməsi; 

 
Layihənin  həyata  keçirilməsinin  bütün  mərhələlərində  onun 
vəziyyətinə nəzarət, təhlil və nizamlama. 
Layihələrin  peşəkar  idarə  edilməsinin  strukturları  sifarişçilərin 
müvafiq risk tətbiq etməklə layihələrin texniki səviyyə və keyfiyyəti 
ilə  bağlı  irəli  sürdükləri  tələbləri  özündə  birləşdirən  investisiya 
fəaliyyətinin  təşkili  və  idarə  edilməsinin  daha  proqressiv 
formalarının aramsız şəkildə axtarılmasının nəticələri kimi nəzərdən 
keçirilə  bilər.  Böyük  miqyaslı  və  mürəkkəb  investisiya  layihələrinə 
qarşı irəli sürülən belə yüksək tələblərin ödənilməsi təkcə idarəetmə 
fəaliyyətinin  ixtisaslaşması  və  peşəkarlaşması  sayəsində  deyil,  həm 
də  verilənlərin  kompüter  sistemlərində  emalından  geniş  şəkildə 
istifadə  etməyə  əsaslanan  xüsusi  təşkilati  forma,  metodologiya  və 
texniki  idarəetmə  layihələrinin  hazırlanması  nəticəsində  meydana 
çıxmışdır. 
Layihələrin  idarə  edilməsinin  metodologiyası  tərkibinə 
əvvəlcədən  investisiya  prosesinin  bütün  iştirakçılarının  daxil 
edilməsi ilə xüsusi layihə komandasının yaradılması nəzərdə tutulur. 
Müvafiq  məqsəd,  funksiya  və  vəzifələrə  uyğun  olaraq  layihə 
komandasının  tərkibi  layihələrin  həyata  keçirilməsi  üzrə  rəhbər 
işçilərin  bütün  mövcud  fəaliyyət  sahəsini  əhatə  etməlidir. 
Komandaya  adətən  aşağıdakılar  daxil  edilir:  layihənin  rəhbəri  və 
onun  qrupu,  sifarişçi,  investorlar,  arxitektor,  mühəndis,  tikinti 
podratçıları,  torpaq  sahəsinin  sahibi,  maliyyə  təşkilatları,  hüquqi 
xidmət  və  yerli  hakimiyyət  orqanları,  material  və  avadanlığın 
tədarükçüləri  və  başqaları.  İnşaat  da  daxil  olmaqla,  layihənin  fəal 
icrası  dövründə  layihə  komandası  üzvləri  arasından  vahid  ştab 


66 
 
yaranır.  Layihələrin  idarə edilməsinin  belə  bir forması  əsasında  hər 
bir iştirakçının fəallığının artırılmasına nail olunur, layihə üzrə “zəif 
yerlər”  aşkara  çıxarılır  və  həmin  qüsurların  aradan  qaldırılması  ilə 
bağlı məsələlər operativ şəkildə həll edilir. 
Layihənin  rəhbəri  mərkəzi  füqur  sayılır.  Bu  bir  qayda  olaraq 
“layihə  firması”nın  sədri  olmaqla  müvafiq  texniki  işçi  heyyətinə 
malik,  layihələrin  idarə  edilməsi  sahəsində  müasir  metodologiyaya 
və  texnologiyaya  girişi  olan  bir  şəxsdir.  O  daha  çox  sifarişçinin 
maraqlarını  tam  şəkildə  təmsil  edir,  ona  müvafiq  səlahiyyət  və 
ehtiyatlar  verilir,  son  nəticələrin  alınmasına  görə  maddi  məsuliyyət 
daşıyır. 
Peşəkar  layihə  rəhbərinin  əsas  funksiyaları  arasında 
aşağıdakıları  qeyd  etmək  lazımdır:  layihənin  hazırlanma 
konsepsiyasında  iştirak  etmək  və  sifarişçiyə  məsləhət  xidmətini 
göstərmək,  layihəçi  və  podratçıların  seçilməsi  (layihəqabağı  işlərin 
təşkil  edilməsi  və  layihələndirmə  tapşırığının  hazırlanması  – 
müqavilələrin  bağlanması  üçün  sənədlərin  hazırlanması,  yeni 
komplekt  avadanlığın  tədarük  edilməsi  ilə  bağlı  müqavilələrin 
tərtibi),  işlərin  tam  şəkildə  planlaşdırılması  və  təqvim  planlarının 
tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət, 
obyektin istismara verilməsi. 
Beləliklə,  rəhbər  layihənin  həyata  keçirilməsi  prosesində, 
niyyətin  irəli  sürülməsindən  etibarən  başa  çatma  müddətinə  qədər 
bütün iştirakçıların fəaliyyətini əlaqələndirir. 
Mütəxəssislərin  verdikləri  qiymətə  görə  layihələrin  idarə 
edilməsi üzrə nəzərdən keçirilən təşkilati forma daha çox böyük  və 
mürəkkəb obyektlərin həyata keçirilməsi üzrə səmərəli olmuşdur. 
İnvestisiya  layihələrinin  rasional  idarə  edilməsinin  təşkilati 
strukturlarının  seçilməsi  layihənin  özünün  miqyası,  mülkiyyət 
forması və təşkilatın fəaliyyət sahəsi, onun ixtisaslaşma səviyyəsi və 
istehsal strukturu, obyektin yerləşdiyi regionda investisiya və podrat 
işlərinin vəziyyəti, sifarişçinin müvafiq strukturlara malik olması ilə 
müəyyənləşdirilir. 
Ənənəvi  strukturların  məlum  formalaşma  prinsiplərindən  – 
fərdi  olaraq  layihə-yönəmli,  başqa  sözlə  matris  strukturunun  bəzi 
xüsusiyyətlərini nəzərdən keçirək. 
Matris strukturu müxtəlif modifikasiyalara malikdir. Belə ki, 
təşkilatların  və  layihələrin  sayının  artması  ilə  bərabər  layihə 


67 
 
menecerləri – baş layihə meneceri vəzifəsi təsis edilir. Eyni zamanda 
“mürəkkəb”  matris  (matrisdə  matris)  metodlarından  da  istifadə 
olunur. 
Yuxarıda  təsvir  edilənlər  əsas  etibarilə  bir  təşkilatın  daxilində 
layihələrin idarə edilməsi işinə aid edilir. Layihələr əksər hallarda bir 
neçə  təşkilat  tərəfindən  həyata  keçirilir  və  onların  ən  başlıcaları 
(sifarişçi,  podratçı  və  s.)  paylarına  düşən  layihə  üzrə  xüsusi 
idarəetmə  qruplarını  yaradırlar.  Bu  halda  layihələrin  idarə  edilməsi 
üçün iki metoddan istifadə olunur: 
1.
 
Layihənin baş meneceri sifarişçi, podratçı və layihənin digər 
iştirakçılarından layihə meneceri seçir və təyin edilir; 
2.
 
Layihənin  bütün  iştirakçıları  arasından  vahid  bir  qrup 
yaradılır ki, buna da baş menecer rəhbərlik edir. 
İkinci yanaşma halında bir çox variantlar meydana çıxa bilər. Bu 
variantların  birində  layihə  iştirakçılarının  nümayəndələri  qrupun 
tərkibində  tam  iş  gününün  müəyyən  hissəsini  işləyir  və  bu  zaman 
qrupun işinin təşkili matris prinsipi əsaında qurulur. 
Daha  geniş  yayılmış  digər  variantda  qrup  üzvləri  tam  iş  günü 
ərzində  fəaliyyət  göstərir  və  müvafiq  funksiyaları  yerinə  yetirirlər. 
Məsələn,  layihə  menecerindən  başqa  bu  qrupun  tərkibinə 
aşağıdakılar daxil ola bilər: 

 
Layihənin əlaqələndiricisi – mühəndis; 

 
Maddi-texniki təminat meneceri; 

 
Tikinti üzrə menecer; 

 
Nəzarət xidməti meneceri; 

 
Layihələndirmə üzrə əlaqələndirici; 

 
İnformasiya texnologiyaları üzrə mütəxəssis; 

 
İnzibati menecer. 
 
 
22. Funksional strukturda üfüqi əlaqələrin kəsişməsi 
 
Təşkilatlar  adətən  bəzi  layihələr  üçün  adi  funksional 
strukturdan  matris  sxeminə  keçirlər.  Funksional  strukturdan  imtina 
etməzdən  əvvəl  real  problemləri  təhlil  etmək  və  işi  yenidən  təşkil 
etmədən  müvafiq  alternativ  variantları  nəzərdən  keçrimək  lazımdır. 
Yenidən təşkilin bəzi nəticələri sərfəli olsa da, digər nəticələr məntiqi 
olaraq mənfi xarakter daşıya bilər. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə