Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

71 
 
Layihə  menecerini  əhatə  edən  münaqişə  dünyası 
aşağıdakılardır: 
Şəxslərarası  münaqişə.  Bu  tipli  münaqişələr  adətən,  eyni 
səlahiyyətlərə  malik  olan  və  vəzifə  bölgüsündə  namizədlikləri  eyni 
səviyyədə  olan  iki  şəxs  arasında  baş  verir.  Layihədə  işin  yerinə 
yetirilməsində  müxtəlif  yanaşmalar  və  fikir  ayrılığı  da  münaqişəyə 
səbəb olur. 
Qrupdaxili  münaqişə.  Qrupdaxili  münaqişələr  ehtiyatların 
paylanması  prosesində,  mükafatların  müəyyən  edilməsi  və 
paylanması normalarının tətbiqində qruplardan biri üçün daha yaxşı 
şəraitin yaradılmasını görən bir qrupun bölmələri arasında baş verir. 
Qruplararası  münaqişə.  Qruplarda  müxtəlif  məqsədlərin 
olması  qruplararası  münaqişəyə  səbəb  olur.  Bu  qruplara  daxil  olan 
şəxslər  bir-birinin  rolunu  dərk  etmirlər,  ya  da  ehtiyat  və  vəsaitlər 
üstündə rəqabət aparırlar. 
Təşkilatlararası  münaqişə.  Təşkilatlararası  münaqişə  iki 
təşkilat arasında yaranır. Qərb ölkələrinin iqtisadçılarının fikrinə görə 
bu münaqişə növü rəqabət aparan şirkətlər arasında baş verdiyindən 
təbii hesab edilir. Ancaq münaqişələr təşkilatlar və səhmdar qruplar 
arasında ehtiyatların paylanması ilə bağlı olaraq da yarana bilər. 
 
25. Münaqişələrin idarə edilməsi modelləri 
 
Münaqişələrin  idarə  edilməsinin  əsas  beş  modelini  qısa  şəkildə 
xarakterizə edək. Bunlar aşağıdakılardır: 

 
zəiflətmə; 

 
qayğı; 

 
kompromis; 

 
gücləndirmə; 

 
problemlərin həlli. 
Hər  iki  model  müəyyən  şərtlər  daxilində  və  müəyyən  nəticəni 
əldə  etmək  üçün  tətbiq  edilsə  də,  ən  səmərəli  model  “problemlərin 
həlli”dir. Qayğı və zəiflətmə yalnız vaxtı uzatmaq üçün faydalı olan 
müvəqqəti metodlar sayılır, kompromis, gücləndirmə vəproblemlərin 
həlli metodları isə birbaşa münaqişələrlə bağlıdır. 
Aparılan  tədqiqatlar  layihədə  müxtəlif  münaqişə  modellərindən 
istifadənin 
səmərəliliyi 
haqqında 
bizim 
anlayışlarımızı 
genişləndirmişdir.  Temheyn  və  Vaylmon  qeyd  etmişlər  ki, 


72 
 
“gücləndirmə  və  qayğı  layihə  meneceri  ilə  işçi  heyyəti  arasında 
meydana gələn münaqişələrin artmasına daha da stimul verir. Bu, o 
deməkdir ki, layihə meneceri münaqişənin artmasına daha da stimul 
verir.  Bu,  o  deməkdir  ki,  layihə  meneceri  münaqişənin  həlli  üsulu 
kimi gücləndirmə və qayğını nə qədər çox tətbiq etsə, münaqişə bir o 
qədər  çox  meydana  gələr”.  Konfrontasiya  (problemin  həlli), 
kompromis və zəiflətmə münaqişənin artmasına mənfi cəhətdən təsir 
göstərir,  bu  da  o  deməkdir  ki,  bu  modellərə  arxalanan  layihə 
meneceri daha az dərəcədə münaqişə ilə rastlaşır. 
Temheyn və Vaylmon bu modelləri səmərəlilik dərəcəsinə görə 
aşağıdakı şəkildə qruplaşdırmışlar: 
1.
 
problemin həlli; 
2.
 
gücləndirmə; 
3.
 
kompromis; 
4.
 
zəiflətmə; 
5.
 
qayğı. 
 
Münaqişələrin idarə edilməsinin beş modeli 
 
 
Model  
Nəticə 
1. 
qayğı 
Müvəqqətidir və problemləri həll etmir 
2. 
zəiflətmə 
3. 
kompromis 
Problemin həllinə təminat verir 
4. 
gücləndirmə
 
5. 
problemin həlli
 
 
Layihə  meneceri  bu  beş  modeldən  müvafiqini  seçməlidir. 
Layihə  menecerləri  ilə  müdirlər  arasında  meydana  gələn 
münaqişələri  azaltmağın  ən  səmərəli  metodu  sərbəst  ideya 
münaqişəsinə  və  yaxşı  davranışa  təmminat  yardan  kompromis 
modelidir.  Layihə  meneceri  bu  metodu  layihə  üzrə  formal 
danışıqlarda  və  layihə  iştirakçıları  ilə  qeyri-rəsmi  danışıqlarda 
səmərəli şəkildə tətbiq edə bilər. 
Layihə  menecerləri  ilə  funksional  bölmələr  arasındakı 
münaqişələr  nəzərdən  keçirilərkən  sonuncu  üç  model  çox  böyük 
əhəmiyyət  daşıyır.  Temheyn  və  Vaylmon  münaqişənin  mənfi 
nəticələrini  artırdığı  üçün  gücləndirməni  zərərli  metod  kimi 


73 
 
müəyyənləşdirmişlər.  Qayğı  münaqişəni  azaltsa  da,  problemi  həll 
etmir.  Konfrontasiya  (problemin  həlli)  münaqişənin  təsir  sahəsini 
böyütsə də, bu halda onun dərinləşməsinin qarşısını alır. Temheyn və 
Vaylmon  izah  etmişlər  ki,  “konfrantasiya  rəhbərlə  yaranan 
münaqişələri həll etməyin yaxşı üsulu olsa da, kompromis funksional 
bölmələrlə  yaranan  fikir  ayrılıqlarını  nizama  salmaqda  daha 
faydalıdır”. 
Münaqişələrin idarə edilməsi üzrə aparılan tədqiqat işlərinin 
nəticələrini nəzərdən keçirək: 
 
İdarəetmə 
üslubu 
Nəticə 
Şəxi maraqlar  Münasibətlər 
Gücləndirmə
 
Qələbə-
Məğlubiyyət 
Yüksək 
Aşağı 
Zəiflətmə 
Güzəşt-
Məğlubiyyət 
Aşağı 
Yüksək 
Qayğı 
Məğlubiyyət-
Qayğı 
Yüksək 
Aşağı 
Kompromis
 
kompromis 
Orta 
Orta 
Problemin 
həlli
 
İnteqrasiya 
Yüksək 
Yüksək 
 
Bu  tədqiqatlardan  aydın  olur  ki,  münaqişələrin  həlli  üçün 
yalnız bu metod mövcud deyildir. Yaranan vəziyyətdən asılı olaraq, 
layihə  meneceri  münaqişələrin  idarə  edilməsinin  müxtəlif 
metodlarından istifadə edilməsi imkanına malik olmalıdır. Zəiflətmə 
metodu  hadisənin  inkişafını  ləngidir,  buna  görə  də  o,  lazım  olduğu 
təqdirdə  tətbiq  edilir.  Qayğı  metodu  uzunmüddətli  strategiya  ola 
bilməz.  Kompromis  metodu  isə  layihə  meneceri  nəyəsə  güzəştə 
getdiyi halda aparılan danışıqlarda tətbiq edilir. Gücləndirmə metodu 
tərəflərin biri qalib gəlib, digəri isə məğlub olduqda tətbiq edilir. Bu 
metoddan  layihənin  daxilində,  layihə  menecerinin  səlahiyyətləri 
kifayət qədər yüksək olduqda istifadə edilir. Tariflərin xeyli dərəcədə 
yüksək  olduğu  və  əlavə  alternativin  olmadığı  şəraitdə  gücləndirmə 
metodu  tətbiq  edilir.  Problemin  həlli  bütün  modelləri  özündə 
birləşdirə  bilər  və  kifayət  qədər  vaxtın  olduğu,  habelə  münaqişəyə 
girən tərəflər arasında etibarın hökm sürdüyü şəraitdə ən yaxşı metod 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə