Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

74 
 
kimi  tətbiq  edilməlidir.  Bu  metodlardan  istifadə  etmək  üçün  layihə 
menecerinin əlində müvafiq hakimiyyət olmalıdır. 
Əlbəttə,  layihə  iştirakçıları  qeyri-normal  halları  aradan 
götürərkən  müəyyən  təsirə  məruz  qalarsa  layihə  meneceri 
münaqişənin  həllindən  narahat  olmaya  bilər.  Bu  vəzifəni  yerinə 
yetirmək üçün rəhbərliyin müvafiq məqsədlərə, bütövlükdə layihəyə 
münasibətə  və  onun  iştirakçılarına  qiymət  verməsi  tələb  olunur. 
Layihə komandasının iştirakçılarının təhsil səviyyəsi müxtəlif olduğu 
üçün  layihə  mencerindən  adi  funksional  təşkilatçıdan  fərqli  olaraq 
rəhbər kimi fəal olmaq tələb edilir. Layihə meneceri layihədən irəli 
gələn məqsədlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. 
Münaqişənin dağıdıcı gücünü azaldan və layihə menecerinin 
layihə  iştirakçılarına  təsir  imkanlarını  artıran  iki  müxtəlif  faktorlar: 
etibar etmək və açıq ünsiyyət faktorları mövuddur. 
Ümumiyyətlə,  dağıdıcı  gücə  malik  münaqişələri  aradan 
götürməyə imkan yaradan səkkiz faktor mövcuddur: 

 
münaqişələrin aydın şəkildə açıqlanması; 

 
lazımsız münaqişələrdən qaça bilmək bacarığı; 

 
digər şəxsləri dinləmək qabiliyyəti; 

 
sərt bəyanatlardan yan keçə bilmək bacarığı; 

 
bütün maraqlı tərəflərin cəlb edilməsi

 
tərəflərin mənafelərinin uyğunlaşdırılması; 

 
subyektiv fikrin ifadə edilməməsi; 

 
kompromisə  nail  olmaq  və  yekdil  qərar  qəbul  edə  bilmək 
qabiliyyəti. 
İş  prosesində  etimadın  mövcudluğu  açıq  və  səmimi  münasibətə 
şərait  yaradır,  bu  xasiyyət  layihə  meneceri  tərəfindən  layihənin  ilk 
anından  inkişaf  etdirilməlidir.  Etimad  daha  çox  işləyənlərin  təmin 
edilməsinə  və  bu  işə  stimul  verilməsinə  təsir  göstərir.  Etimadın 
mövcudluğu münaqişənin böyüyərək inkişaf etməsinin qarşısını alır. 
Eyni  zamanda  ünsiyyət  möhkəm  və  səmərəli  olamlıdır.  Sədaqət, 
aydın göstərişlər, lazımi şəkildə irəli sürülmüş məqsədlər və etibarın 
yüksək  səviyyəsi  də  öz  növbəsində  tərəflər  arasındakı  ünsiyyətin 
səmərəlilik şərtlərindən biridir. 
Beləliklə,  münaqişələr  əsas  etibarilə  insanın  təbiətinə  xas  olan 
müasir  cəmiyyətin  mürəkkəbliyinin  artıb  inkişaf  etməsi  səbəbindən 
bütün  təşkilatlar  üçün  səciyyəvidir.  Cəmiyyət  mürəkkəbləşdikcə, 
klassik  ənənəvi  strukturların  əhəmiyyəti  azalır.  Müasir  işgüzar  və 


75 
 
digər dairələrə daha çox layihə və matris təşkilatları uyğun gəlir. Bu 
yeni  təşkilatlara  münaqişələrlə  nəticələnən  sürətli  dəyişikliklər 
xasdır.  Bu,  daha  çox  layihə  iştirakçıları  üçün  mövcud  olan  layihə 
mühitində  özünü  qabarıq  şəkildə  göstərir.  Layihənin  uğur 
qazanmasına görə məsuliyyət daşıyan layihə meneceri münaqişələrlə 
işləyə bilməlidir. Layihələrin idarə edilməsi faktiki olaraq münaqişəli 
vəziyyətdə proseslərin idarə edilməsi ilə bağlı bir elmi istiqamətdir. 
 
 
 
26. Keyfiyyət sistemi 
 
Keyfiyyət  sisteminə  məhsulun  keyfiyyətinə  təsir  göstərən 
layihə  işləri  daxildir.  Bu  sistem  həmin  işlər  arasındakı  qarşılıqlı 
əlaqəni  əks  etdirir.  Beləliklə,  keyfiyyət  sistemi  keyfiyyətin  təmin 
olunması  məqsədi  üçün  tələb  edilən  qarşılıqlı  əlaqələrin  şəbəkəsini 
əhatə edir. 
Keyfiyyət  sistemi  keyfiyyət  sahəsində  yürüdülən  siyasətə 
əsaslanmalıdır. 
Keyfiyyətin  təmin  edilməsi  sistemi  müxtəlif  hissələrə  və 
yarımsistemlərə bölünə bilər. Bölünmə üsulu hər bir ayrıca layihənin 
özündən asılıdır. İndi bu bölgüyə nümunə göstərək: 

 
ilkin işlər; 

 
keyfiyyətin xüsusiyyətlərinin göstərilməsi

 
tədarükçü ilə əlaqə

 
istehsal; 

 
yoxlama; 

 
istehlakçı ilə əlaqələr; 

 
keyfiyyətin auditi; 

 
metrologiya; 

 
keyfiyyətə  aid  olan  məlumatlar  üzrə  əks  əlaqənin  təmin 
edilməsi; 

 
işçi heyyəti; 

 
məhsulun təhlükəsizliyi. 
Keyfiyyətin  təmin  edilməsi  sistemi  keyfiyyət  üzrə  təlimatda  öz 
əksini tapmalıdır. Bu sənədin nüsxələri hər bir rəhbərə şəxsən təqdim 
edilməlidir.  Keyfiyyətin  təmin  edilməsi  üzrə  formal  və 
sənədləşdirilmiş sistemin tətbiqi səbəbləri: 


76 
 
Daxili  tələbatlar:  Layihə  komandası  hiss  edir  ki,  vəzifə  və 
öhdəlikləri  dəqiq  bölüşdürülmüş  böyük  layihələrdə  keyfiyyət 
sisteminə ehtiyacı vardır. 
İstehlakçının  tələbləri:  Şirkət  keyfiyyətin  təmin  edilməsi 
sistemini tətbiq etmədən tədarükçü qəbul etmir. 
Rəqabət:  Şirkət  hiss  edir  ki,  o,  keyfiyyət  sistemini  tətbiq 
edəndən sonra bazarda rəqiblərinə uduzur. 
Rəsmi  tələblər:  Bir  çox  sahələrdə  dövlət  orqanları  keyfiyyət 
sisteminin sənədləşdirilməsini və onu tətbiq etməyi tələb edir. 
 
27. Layihələrdə keyfiyyət təminatı üzrə işlərin təşkili 
 
Keyfiyyətin  təminatı  üzrə  işlərin  təşkil  edilməsinə  aşağıdakılar 
daxildir: 

 
tələb  edilən  keyfiyyət  səviyyəsinə  nail  olmaq  üçün  işlərin 
müəyyənləşdirilməsi; 

 
bu işləri yerinə yetirməyə görə məsuliyyət daşıyan şəxslərin 
müəyyənləşdirilməsi; 

 
bütün işlərin funksional hissələrə bölünməsi; 

 
hər  bir  iş  üzrə  məsuliyyət  daşıyanları  və  icraçılar  müəyyən 
etmək; 

 
bütün işlər arasında əlaqələrin yaradılması. 
Keyfiyyət  sahəsində  qurulan  siyasətə  nümunə.  Layihələrdə  biz 
keyfiyyət  uğrunda  mübarizə  aparırıq.  Keyfiyyət  sahəsində 
aparılan  siyasət  bizə  nəyə  görə  lazımdır?  Keyfiyyət  sahəsində 
aparılan  siyasətin  əsas  məqsədi  “öz  layihəmizdə  biz  keyfiyyət 
uğrunda mübarizə aparırıq” şüarının hansı mənanı daşıdığını və 
onu necə həyata keçirəcəyimizi bizə bildirməkdir. 
Biz  nəyə  nail  olmaq  istəyirik?  Bizim  üçün  əsas  məqsəd 
keyfiyyətə olan tələblərin və istehlakçıların tələb və arzularının təmin 
edilməsidir.  Bizim  istehsal  etdiyimiz  məhsul  yüksək  keyfiyyətə 
malik  olduğu  üçün  satılır.  Həmin  keyfiyyəti  biz  necə  əldə  etməyə 
hazırlaşırıq? 
Hesab  edirik  ki,  keyfiyyət  uğrunda  apardığımız  mübarizədə 
aşağıdakı prinsiplər tətbiq olunmalıdır: 

 
istehlakçılarımızın 
ehtiyaclarına 
əsaslanan 
məhsul 
nomenklaturasının arasıkəsilməz inkişafı; 

 
tədarükçülərin bizim keyfiyyət sisteminə uyğun seçilməsi


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə