Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

62 
 
akkreditasiya  olunmuş  və  layihələrin  idarə  edilməsi  üzrə  peşəkar 
Azərbaycan mütəxəssislərinin sertifikatlaşdırma sisteminin təşkili və 
keçirilməsi  üçün  nəzərdə  tutulub.  Standartlar  toplusunun  əsas 
məqsədi  layihələrin  idarə  edilməsi  üzrə  peşəkar  Azərbaycan 
mütəxəssislərinin  sertifikatlaşdırma  sisteminin  formalaşdırılmasıdır. 
Milli  sertifikatlaşdırma  sistemi  ümumi  sertifikatlaşdırma  sisteminin 
tərkib hissəsidir və inkişaf etdirilir. 
AzPMA  sertifikatlaşdırma  proqramını  davam  etdirir.  Hal-hazırda 
Respublikamızda  assosiasiya  tərəfindən  iki  asessor,  23  -  “D” 
səviyyəli,  4  -  “C”  səviyyəli  layihə  meneceri  hazırlanmış  və  onlar 
beynəlxalq sertifikata layiq görülmüşlər. 
 
 
20. Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ USA) 
 
Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ USA) 1969-cu ildə 
ABŞ-da beynəlxalq peşəkar ictimai təşkilat kimi rəsmi qeydiyyatdan 
keçmişdir.  “Layihələrin  idarə  edilməsində  peşəkarlığın  inkişaf 
etdirilməsi”  PMİ-nin  əsas  şüarından  biri  olmuşdur.  PMİ  ABŞ  və 
Kanada  daxil  olmaqla  Şimali  Amerika  ərazisində  fəaliyyət  göstərir 
və  Avropa,  Afrika,  Latın  Amerikası,  Asiya  və  Avstrealiyadan 
beynəlxalq  üzvlərə  malikdir.  PMİ-nin  iqamətgahı  Pensilvaniya, 
Dreksl-Hildə  yerləşmişdir.  PMİ-nin  üzvləri  özündə  üç  zonanı 
birləşdirir: 
I  zona  -  tərkibinə  Kanada,  Almaniya  (Frankfurt),  Cənubi 
Afrika  (Ravenmir)  və  Səudiyyə  Ərəbistan  daxildir.  Bu  beynəlxalq 
zona sayılır. 
II zona - ABŞ, Şərqi Missisipi çayı 
III zona - ABŞ, Missisipi çayının Qərb hissəsi 
İki  tələbə  şöbəsi  -  Monreal  (Kanada)  və  Qərbi  Karolina 
(ABŞ) Universiteti. 
PMİ üzvləri layihələrin idarə edilməsi metod və vasitələrinin 
tətbiq  olunduğu  nəhəng  layihələrdə  və  ictimai  sahələrdə  təmsil 
olunurlar.  PMİ  üçün  layihələrin  idarə  edilməsinin  ənənəvi  tətbiq 
sahələri  aşağıdakılardır:  konsaltinq,  inşaat,  arxitektura,  elektronika 
və kompüterləşmə, sənaye, xidmət sahəsi, müdafiə, dövlət, əczaçılıq, 
dağ-mədən  sənayesi,  neft  kimyası,  təhsil,  aerokosmos,  nəqliyyat, 
kənd təsərrüfatı, ekologiya və s. 


63 
 
PMİ öz qarşısına aşağıdakı vəzifələri qoymuşdur: 

 
layihələrin  idarə  edilməsində  peşəkarlığın  inkişafına  stimul 
yaratmaq; 

 
layihələrin idarə edilməsinin kefiyyətini yüksəltmək və onun 
tətbiq sahələrini genişləndirmək; 

 
layihələrin 
idarə 
edilməsinin 
əsas 
prinsiplərini 
müəyyənləşdirmək  və  inkişaf  etdirmək,  layihələrin  uğurla 
həyata  keçirilməsi  üçün  beynəlxalq  təcrübələrdən  istifadə 
edilməsi; 

 
layihələrin  həyata  keçirilməsi  və  problemlərinin  həlli  üzrə 
ideya 
və 
təcrübə 
mübadiləsi  məqsədilə  forumların 
keçirilməsi; 

 
iqtisadiyyat,  sənaye,  biznes  və  sosial  sferealarda  layihələrin 
idarə edilməsinin səmərəli tətbiqinə stimul yaratmaq; 

 
layihələrin  idarə  edilməsi  sistemləri  üçün  kompüter  və 
proqram 
təminatı 
istifadəçiləri, 
hazırlayanları 
və 
tədarükçüləri arasında əlaqələrin yaradılması; 

 
təhsil 
və 
layihələrin 
idarə 
edilməsi 
sahələri 
üzrə 
mütəxəssislərin  ixtisasının  artırılması  üzrə  universitet  və 
digər təhsil müəssisələri ilə əməkdaşlıq etmək; 

 
elmi  müəssisələrdə,  təhsil  və  sənaye  müəssisələrində 
keçirilən  layihələrin  idarə  edilməsi  sahəsində  elmi-tədqiqat 
və yeni işləri müdafiə etmək və həvəsləndirmək; 

 
digər ictimai və özəl təşkilatlar ilə müqavilələrin bağlanması. 
PMİ  üzvlərinin  əsas  gündəlik  fəaliyyəti  adətən  ABŞ  və 
Kanadanın böyük şəhərlərində yerləşən, yüksək təminatlı idarələrdə 
həyata  keçirilir  və  informasiya  mübadiləsi,  təcrübə  toplamaq  üçün 
geniş imkanlar vardır. Bu şöbələr vaxtaşırı olaraq forum, seminar və 
görüşlər keçirir, ixtisaslı işçi qruplarını təşkil edirlər. 
PMİ  böyük  məlumat-nəşriyyat  fəaliyyətini  həyata  keçirir.  ABŞ-da 
layihələrin idarə edilməsi sahəsində əsas nəşrlər PMİ ilə əlaqədardır. 
PMİ-nin əsas nəşrləri aşağıdakılardır: 

 
Project  Management  Journal  (PMİ)  –  layihələrin  idarə 
edilməsi  üzrə  PMİ  jurnalı  ildə  4  dəfə  nəşr  edilir,  burada 
layihələrin  idarə  edilməsi  üzrə  əldə  edilən  elmi  və  təcrübi 
uğurlar  işıqlandırılır,  bu  sahədə  inkişaf  problemləri  üzrə 
geniş müzakirələr keçirilir. 


64 
 

 
PM  NETWORK  –  peşəkar  PMİ  jurnalı  ildə  8  dəfə  nəşr 
edilir.  Bu  jurnal  PMİ-nin  və  onun  şöbələrinin  fəaliyyətini, 
layihələrin idarə edilməsi üzrə əldə etdiyi uğur və təcrübəni 
işıqlandırır. 
PMİ-nin kadr siyasəti: 

 
layihələrin idarə edilməsi üzrə ali və orta ixtisas təhsili üzrə 
proqramların,  o  cümlədən  ixtisasartırma  kursları  üzrə 
proqramların hazırlanması və təsdiqində iştirak edir; 

 
layihələrin  idarə  edilməsi  üzrə  ümumi  bilikləri  işləyib 
hazırlayır  və  inkişaf  etdirir,  yəni  layihələrin  idarə 
edilməsinin  hədlərini,  onun  biliklər  bazasını  və  əsas 
funksiyalarını müəyyənləşdirir; 

 
sertifikatlaşmanın  standartlarını,  şərt  və  qaydalarını 
hazırlayır,  layihələri  idarə  etmək  hüququ  əsasında  sertifikat 
verməklə imtahanlar keçirir. 
PMİ  hər  il  3-4  günlük  ümumi  seminar  və  ya  simpoziumlar 
keçirir.  Simpoziumun  proqramına  adətən  aşağıdakılar  daxil  edilir: 
xaricdən  gələn  qonaqların  hesabatları,  bölmələrin  iclasları,  ümumi 
müzakirə, ixtisaslaşmış işçi qrupları, məhsulların sərgisi, layihələrin 
idarə  edilməsi  üzrə  uğur  və  xidmətlər.  Simpoziumların  əsərləri  çap 
edilir.  Simpoziumlarda  bütün  dünyadan  minə  qədər  mütəxəssis 
iştirak edir. 
 
 
21. Layihənin təşkilati strukturunun  
yaradılmasında rəhbərin vəzifəsi 
 
İnvestisiya  layihələrinin  idarə  edilməsinin  ən  rasional 
forması  idarəetmə  fəaliyyətinin  ixtisaslaşmasının  ən  yüksək  inkişaf 
mərhələsini  və  konkret  layihənin  idarə  edilməsi  funksiyalarını 
özündə əks etdirən peşəkar idarəetmədir. Həyata keçirilən layihələrin 
miqyas, dəyər və sayının artması şəraitində layihələrin hazırlanması 
və  həyata  keçirilməsi  ilə  bağlı  bütün  məsələlər  üzrə  hazırlıqlı  və 
səlahiyyətli olmaq, sifarişçi üçün doğrudan da çətindir. Buna görə də, 
sifarişçi  layihələrin  təşkili  və  idarə  edilməsi  işini  layihələrin  idarə 
edilməsi  metodu  və  üsulları  ilə  tanış  olan,  ən  müxtəlif  informasiya 
mənbələrinə  malik  və  əsas  idarəetmə  qərarlarını  qəbul  etməyi 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə