Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   25   26   27   28   29   30   31   32   33

87 
 
proqram təminatları ilə təchiz edilmiş kompyutelərə, bu sahədə olan 
bülletenlərə  malikdir.  Hər  bir  işçi  bütün  bu  materiallardan  istifadə 
etmək hüququna malikdir. 
Arxivləşdirmə.  Layihələr  başa  çatdırıldığı  zaman  böyük 
miqdarda  məlumatlar  və  biliklər  bazasını  yaradırlar.  Həmin  baza 
sistematik  olaraq  arxivləşdirilməlidir.  Biliklər  bazasından  istifadə 
etmək  müəyyən  problemlərin  və  məsələlərin  həllində  düzgün  qərar 
qəbul  etməyə  şərait  yaradır.  Buna  müvafiq  olaraq,  müvafiq  şəxslər 
layihələrin  necə  yerinə  yetirilməsi  haqqında  məlumatı  toplayıb 
arxivləşdirə  bilər. 
Məlumatlardan 
istifadə 
edərkən 
onun 
genişlənməsinə  və  çatışmayan  elementlərin  bu  bazaya  daxil 
edilməsinə  xüsusi  fikir  vermək  lazımdır.  Çünki,  bu  bazada  əksini 
tapan  məlumatlar  gələcəkdə  qərarların  qəbul  edilməsinə  stimul 
yaradır. 
Hesabatların  tərtib  edilməsi.  Layihə  ofisində  mütəmadi 
olaraq  inkişaf,  monitorinq  və  əldə  olunan  nəticələr,  habelə  aparılan 
müxtəlif  tədqiqatların  nəticələri  haqqında  bir  çox  hesabatlar  tərtib 
edilir.  Komanda  üzvləri  həmin  hesabatları  daxili  resurslar  hesabına 
tərtib  etməlidirlər,  layihə  ofisi  isə  hesabatın  möhkəmləndirilməsi, 
saxlanması  və  paylanması  üzrə  kitabxana  funksiyalarını  yerinə 
yetirməklə yardım göstərə bilər. 
Layihə  kitabçasının  yaradılması.  Layihə  kitabçasında 
görülən  işlər  haqqında  məlumatlar  qeyd  edilir.  Bu  kitabçada  nəinki 
görülmüş,  hətta  bugünkü  dəyişikliklər  öz  əksini  tapmalıdır.  Layihə 
prosedurlarının  dəyişdiyi  hallarda  həmin  faktı  əks  etdirmək 
məqsədilə kitabçanın müddəti uzadılmalıdır. Layihə kitabçasını tərtib 
etməklə  layihə  ofisi  komandanı  bir  çox  inzibati  məsələlərdən  azad 
etmiş olur. 
Proqram  təminatlı  işlər.  Layihə  ofisini  kompütersiz 
təsəvvür  etmək  mümkün  deyildir.  Kompüterlər  vasitəsilə  layihə 
komandası  qrafiklər  qurur  və  müxtəlif  proqram  təminatlarından 
istifadə edərək layihəni idarə edir. Bəzi hallarda komanda üzvləri öz 
funksiyaları  daxilində  məsləhət  almaq  kompüterə  müraciət  edirlər. 
Yüksək səviyyəli proqram paketləri layihə komandalarına kompleks 
layihələrdə  kömək  edir.  Nəhəng  elektrik  stansiyalarının  tikintisi, 
geniş  informasiya  və  kommunukasiya  sisteminin  yaradılması  kimi 
layihələri buna  misal  göstərmək  olar.  Sure Trak,  Project  Scheduler, 


88 
 
ART Project Workbench kimi proqramlar layihələrdə yaxşı nəticələr 
göstərir. 
İşçi heyyətinin yığılması. İnzibati məsələlər ilə məşğul olan 
işçinin  funksiyaları  yüksək  iş  təcrübəsinin  və  təcrübəli  layihə 
mütəxəssisinin  olmasını  tələb  etmir,  ancaq  o,  möhkəm  inzibati 
vərdişlərin olmasını tələb edir. Məsələn, inzibatçı ofis proseduları ilə 
tanış  olmalı,  bu  prosedurlara  əsasən  yazışmaları  və  hesabatları 
hazırlamalıdır. İnzibatçı və onun köməkçi heyyəti həm də kompüter 
sahəsində  lazımi  biliyə  malik  olmalı,  bir  çox  proqramların  normal 
işlətmə qaydalarını bilməlidir. 
Müvafiq ixtisaslar üzrə bilik və təcrübə iş zamanı və xüsusi kursların 
köməyi  ilə  əldə  edilə  bilər.  Layihə  ofisində  fəaliyyət  göstərən 
təcrübəli layihə idarəçisindən vaxtaşırı olaraq inzibati məsələlər üzrə 
məsləhət və yardım alına bilər. 
Təşkilatlar  layihələrin  həyata  keçirilməsində  təcrübə 
topladıqca,  onların  layihə  idarəçiliyi  ilə  bağlı  ekspert  rəyinə  bir  o 
qədər  də  ehtiyacı  olmur.  Təşkilatlar  layihə  idarəçiliyini  yerinə 
yetirdikləri  zaman  bir  qayda  olaraq  onlar  bunu  müəyyən  bir  metod 
ilə həyata keçirirlər. Məsələn, onların istifadə etdikləri qrafiklər əsas 
hadisələri özündə əks etdirir və məlumatlar bazasına ötürən diaqram 
rolunu oynayır. 
Müvafiq  ixtisas  və  biliyə  yiyələnmə  zərurəti  ən  müxtəlif 
fəaliyyət  sahələrinə,  o  cümlədən  cədvəlləşdirmə,  büdcə,  təkliflərin 
qeydə  alınması,  satıcıların  müəyyənləşdirilməsi,  layihələrin 
seçilməsi,  risklərin  idarə  edilməsi,  ehtiyac  və  tələblərin 
müəyyənləşdirilməsi,  tələblərdə  baş  verən  dəyişikliklərin  idarə 
edilməsi  və  s.  sahələrə  yönəlmişdir.  Təşkilatın  layihələrin  idarə 
edilməsi  sahəsində  ən  geniş  biliklərə  və  təcrübəyə  malik  olan 
məsləhətçilərə  ehtiyacı  ola  bilər.  İdarəetmə  orqanı  təşkilatın 
daxilindəki heyyətin strateji intuisiyasını inkişaf etdirmək məqsədilə 
məsləhətçilərin  təlimatlarından  istifadə  edə  bilər,  bu  zaman  layihə 
üzərində  işləyən  şəxslər  hər  gün  yaranan  layihə  məsələlərini  həll 
etmək  məqsədilə  məsləhətçilərin  ideyalarına  diqqətlə  qulaq 
asmalıdırlar. 
1990-cı  illərdə  yerinə  yetirəcəyi  vəzifənin  təsvir  edilməsi 
üzrə  yeni  bir  termin  ortaya  çıxdı:  mentorinq.  Mentorinq  layihə 
idarəçiliyi  üzrə  meydana  çıxan  problemlərin  həllində  təşkilatın 
işçilərinin ehtiyacı olduqları intuisiya və biliklə təmin edilməsidir. 


89 
 
Mentor və məsləhətçilərin rolu. Layihələrin idarə edilməsi üzrə 
məsləhətçilərin  və  mentorların  rolu  zaman  keçdikcə  təkmilləşir.  Bu 
gün  o,  bir  neçə  konkret  fəaliyyət  növləri,  o  cümlədən  aşağıdakı 
istiqamətdə göstərilən köməklər üzərində mərkəzləşmişdir: 

 
təkliflərin verilməsi

 
layihənin işə salınması; 

 
təşkilatın  layihə  ehtiyaclarının  vaxtında  təmin  edilməsi  üzrə 
təklifi; 

 
risklərin müəyyənləşdirilməsi; 

 
layihənin bərpası; 

 
əsas idarəetmənin mentorlaşdırılması. 
Bu fəaliyyət növlərindən hər birinə ayrılıqda baxaq. 
Təkliflər  və  onların  dəstəklənməsi.  Layihələrin idarə  edilməsi 
üzrə bacarıqlı məsləhətçilər bu sahədə böyük təcrübəyə malikdirlər. 
Onlar  bir  çox  təkliflərin  hazırlanması  işinə  cəlb  edilmişlər  və 
təşkilata  layihənin  inkişaf  etdirilməsi  üzrə  qiymətli  təkliflər  verə 
bilərlər. Onlar təklifin inkişafında üç yolla iştirak edə bilərlər: 
1.
 
Onlar  təşkilata  səmərəli  layihə  idarəçiliyi  prosedurlarını 
təklif  edə  bilərlər.  Onlar  öz  iş  yoldaşları  qarşısında  təklifi 
inkişaf  etdirməyin,  bu  ideyanın  layihəyə  necə  çevrilməsini 
və  yaxşı  idarə  olunan  təklifə  sərf  edilən  enerjinin  idarəçilik 
təcrübəsində tətbiq edilməsini nümayiş etdirə bilərlər. Onlar 
eyni  zamanda  yüksək  qiymətləndirilən  təkliflərin  qeydə 
alınması məqsədilə bir çox şirkətlər tərəfindən istifadə edilən 
təkliflər də irəli sürə bilərlər. 
2.
 
Onlar  təklif  edilən  işin  həyata  keçirilməsində  istifadə 
olunacaq  layihə  idarəçiliyi  metodologiyalarını  əhatə  edən 
təklifin mühüm hissəsini qeydə ala bilərlər. 
3.
 
Onlar  təklifləri  nəzərdən  keçirə  bilərlər.  Kənar  şəxs  kimi 
onlar  zəif  və  güclü  cəhətləri  qeyd  etməklə  təklifləri  tənqid 
edə bilərlər. 
Layihənin  başlanmasında  ofisin  rolu.  Layihənin  uğuru  daha 
çox  layihənin  necə  işə  salınmasından  asılıdır.  Təklif  nə  vaxtsa 
uğursualuğa düçar ola bilər. Layihə idarəçiliyi üzrə məsləhətçilər öz 
iş  yoldaşlarına  layihənin  icrasına  başlamağın  nümunəvi  təcrübəsini 
nümayiş  etdirə  bilərlər.  Məsələn,  onlar  komandanın  üzvlərinə  ilk 
növbədə layihə qrafiklərini necə işləməyi öyrədə bilərlər. Onlar eyni 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə