Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   25   26   27   28   29   30   31   32   33

93 
 
hazırda  onu  əvvəlki  vəziyyətinə  qaytarmaq  üçün  xeyli  vaxt  tələb 
edir.  Layihə  demək  olar  ki,  çox  pis  vəziyyətdədir  və  mühasibat 
meneceri  müəyyən  sorğulara  cavab  verə  bilmir.  Bank  müqavilə 
xitam verilməsi təhlükəsi qarşısındadır. 
Mühasibat  meneceri  əhvalatı  dinlədikdən  sonra  ona  deyir  ki,  o 
ayda  1500  ABŞ  dollara  işləməyə  razı  olan  məsləhətçi  tapa  bilər.  
Mühasibat meneceri cavab verir. “Çox yaxşı. Biz bu layihəni işə sala 
bilməyəcəyimiz 
halda 
üzləşəcəyimiz 
itkilərlə 
müqayisədə 
məsləhətçinin məvacibi çox az məbləğdir”. 
Məsləhətçi, layihə  problemlərini  həll etmək  üçün  üç ay  ərzində 
cəmi  45000  ABŞ  dolları  sərf  edir.  O  hesablamışdı  ki,  layihənin 
uğursuzluğa düçar olduğu halda şirkətə 7.2 milyon ABŞ dolları xərc 
çəkmək lazım olacaqdı. 
 
31. İdarəetmə standartları və metodları 
 
Layihə  ofisləri,  təşkilatın  daxilində  layihənin  idarə  ediməsi 
və  ekspertizası  kimi  işlərə  yanaşı  onlar  layihələrin  idarə  edilməsi 
üzrə  standart  və  metodları  hazırlayırlar.  Layihə  idarəçiliyi  metodu 
yaxşı tətbiq edilibsə, təşkilat daxilində hər bir kəsin xırda, yaxud cuzi 
bir iş görməsi də həyati əhəmiyyət kəsb edir. Bu xırda iş layihə ofisi 
tərəfindən  hazırlanmış  layihə  idarəşiliyi  standart  və metodlarında  iz 
qoyur. 
Layihə  üzrə  işçi  heyyəti  nümunəvi  şəkildə  hazırlanmış 
standart  və  metodlarla  onların  layihədən  layihəyə  sabit  xarakter 
daşıyan  prinsiplərə  əməl  etməsini  təmin  edir.  Standart  və  metodlar 
bir  çox  sahələrdə,  o  cümlədən  layihə  idarəçiliyi  prosedurlarının 
yerinə  yetirilməsi,  sənədlərin  hazırlanması  və  müvafiq  komputer 
proqram sisteminin müəyyənləşdirilməsi sahəsində inkişaf etdirilməl 
və hazırlanmalıdır. 
İcra  mexanizmləri  üzrə  standartlar.  Layihə  ofisi 
qruplardan və bölmələrdən müvafiq məlumatı əldə etmək məqsədilə 
sabit layihə idarəçiliyi mexanizmi yaratmalıdır. Bu vəzifə vaxt tələb 
edir  və  asan  deyildir,  ancaq  deməliyik  ki,  belə  sabit  proseduralar 
olmadan  layihə  idarəçiliyi  ilə  bağlı  göstərilən  səylər xaosdan  başqa 
bir  şey  yarada  bilməz.  Təşkilata  daha  səmərəli  işləməkdə  kömək 
etməkdənsə, zəif prosedurlu layihə idarəçiliyinin tətbiqi təşkilatı ağır 
vəziyyətə sala bilər.  


94 
 
Sabit  layihə  idarəçiliyi  proseduralarının  inkişaf  etdirilməsi 
balanslaşdırma  aktını  nəzərdə  tutur.  Prosedurlar  layihələrin  necə 
həyata  keçirilməsi  üzrə  zəruri  məlumatı  təmin  etmək  üçün  kifayət 
qədər  aydın  və  təfərrüatlı  olmalıdır,  ancaq  onlar  yeni  metodların 
tətbiqi ilə bağlı maneəyə çevrilən bürokratik aparata çevrilməməlidir. 
Layihə  idarəçiliyi  proseduraları  vakuumda,  yəni  boş  yerdə  yaradıla 
bilməz. Prosedurları inkişaf etdirən şəxslər daima həmin layihələrin 
icrası  ilə  məşğul  olan  mütəxəsisslərələ  ünsiyyətdə  olmalıdırlar.  Bu 
şəxslərin bir qismi birbaşa layihə komandalarında çalışırlar. Digərləri 
alış  və  istehlak  deparyamenti,  dizayn  emalatxanası  kimi  funksional 
qruplarla  əlaqəli  ola  bilərlər.  Səmərəli  proseduraların  inkişaf 
etdirildiyi və həyata keçirildiyi halda bütün əsas səhmdarlar bunları 
qəbul etməli və onlar əsasında işləməyə qair olmalıdırlar. 
Layihə fəaliyyəti sahələri heç bir məhdudiyyət tanımır. Əsas 
layihə fəaliyyətləri sayıla bilən aşağıdakıları nəzərdən keçirək. 
Tenderin  hazırlanması  prosedurları:  Layihə  əsasında 
fəaliyyət göstərən təşkilatlarda tenderin hazırlanması bütün cəhdlərə 
görə  nümunəvi  şəkildə  işlənmiş  proseduralara  uyğun  olmalıdır. 
Məsələn,  təklif  üzərində  işləyən  menecerin  strateji  xəttinin 
müəyyənləşdirilməsi,  təklifi  qeydə  alan  qrupun  seçilməsi,  təklifin 
inkişaf  qrafikinin  yaradılması,  bunun  çap  edilməsi  və  müvafiq 
idarəetmə təşkilatlarından razılığın əldə edilməsi və s.
 
Layihələrin  seçilməsi  proseduraları.  Layihənin  uğuru, 
yaxud  uğursuzluğu  daha  çox  qaliblərin  və  məğlub  olanların 
müəyyənləşdirilməsindən 
asılıdır. 
Potensial 
qaliblərin 
müəyyənləşdirilməsi  məqsədilə  layihənin  seçim  prosedurları 
sistematik  qurulmalıdır.  Layihə  ofisi  sonsuz  sayda  mövcud  olan 
layihənin  seçim  metodologiyalarından  müvafiq  olanı  seçilməlidir. 
Layihələrin  seçilməsi  emosional  və  siyasi  faktorlara  yox,  məhz 
həmin layihələrin dəyərinə əsaslanmalıdır. 
Riskin müəyyənləşdirilməsi prosedurları. Layihə ofisi layihələr üzrə 
meydana gələ bilən xoşagəlməz halların siyahısını tutmalı və onların 
nəticələrini  təsvir  etməlidirlər.  Riskin  təsiri  ilə  bağlı  təhlilləri 
asanlaşdırmaq  məqsədilə  bir  çox  metodlar  işlənib  hazırlanmışdır. 
Bunların  arasında  ssenarinin  qurulmasından  tutmuş  Monte  Karlo 
modelləşdirməsinə qədər olan üsulları misal göstərmək olar. Layihə 
ofisi həm də risklərin meydana çıxması, riskin aradan qaldırılması və 


95 
 
riskin transferi kimi artıq qərarlaşmış metodlarına diqqəti cəmləyərək 
müvafiq yollar axtarmalıdılar. 
Sənədləşdirmə  standartları.  Layihələrin  idarə  edilməsi 
zamanı  bütün  hadisələr  sənədləşdirilir.  Layihələrin  mənşəyi  adətən 
kağız  üzərində  qeyd  edilir,  bu  daha  çox  layihə  hazırlayan  qrupun 
təkliflərə  olan  münasibətindən  irəli  gəlir.  Təklifin  özü  də  sənəd 
deməkdir. Büdcə üzrə sifarişlər, ətraf üzrə arayışlar, inkişaf haqqında 
hesabatlar və digər tələblər layihə yerinə yetirilərkən meydana gələn 
sənəd nümunələridir. 
Layihə  ofisi  adətən  hansı  sənədlərdən  istifadə  edilməsi, 
onlardan  nə  zaman  istifadə  edilməsi  və  onların  necə  hazırlanması 
haqqında  təlimatlar  hazırlayır.  Bu  rolu  icra  etməklə  layihə  ofisi 
layihə  iştirakçılarının  öz  vəzifə  borclarını  vicdanla  yerinə 
yetirmələrinə təminat verərək təşkilat daxilində ünsiyyəti gücləndirir. 
Bir  qayda  olaraq  layihə  ofisinə  daxil  olan  işçilər  məntiqə  uyğun 
güzəşt zərurətinə qarşı davamlı proseslər üzrə irəli sürülən təklifləri 
balanslaşdırmalıdır. 
Əsas 
vəzifə 
sənədlərin 
standarta 
uyğunlaşdırılmasını müəyyənləşdirməkdirməkdir. 
Müddət  üzrə  qrafiklər.  Layihə  təmayüllü  təşkilatlarda 
işçilərin  vaxt  bölgüsü  ilə  bağlı  qrafiklər  tərtib  etmək  üçün  xüsusi 
mütəxəssislər  çalışırlar.  Nəzəri  cəhətdən  müddət  üzrə  qrafiklər 
işçilərin  öz  vaxtlarını  necə  və  hansı  işə  sərf  etmələrini  özündə  əks 
etdirir.  Bəzi  hallarda  işçi  özünə  məşğulluq  imicini  yaratmaq 
məqsədilə vaxtla əlaqədar hesabatını şişirdir. Bu halda müddət üzrə 
qrafiklərdə  müəyyən  çatışmazlıqlar  baş  verir  və  bir  çox  səhvlər 
meydana çıxır. Bu ondan irəli gəlir ki, layihə ofisində həmin işçilərə 
öz  vaxtlarını  necə  sərf  etmək  və  bölüşdürmək  barədə  müvafiq 
təlimatlar verilməmişdir. 
Proqram  təminatları  üzrə  standartlar.  Layihə  ofisləri 
layihələrin  idarə  edilməsində  istifadə  olunacaq  proqram  təminatları 
üçün  standartların  müəyyənləşdirilməsində  əsas  rol  oynayır. 
Təşkilatlar  proqram  təminatlarından  səmərəli  istifadə  etmək  üçün 
müəyyən  tədqiqat  işləri aparırlar.  Proqram  təminatları  standartlarına 
göstərilən belə bir diqqət zəruri məsələlərdən biridir. Əvvəla, vahid 
standart sistemi təşkilat daxilində əlaqələri möhkəmlədir. Bir şöbədə 
işləyən  işçilər  digər  şöbələrdə  istifadə  olunan  proqramlardan  alınan 
hesabatları tezliklə dərk edirlər. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə