Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

59 
 
2004 
Bremen  
(AFR) 
Sertifikatlaşdırma üzrə qiymətləndirmə 
2005 
Frankfurt 
 (AFR) 
22 –ci Beynəlxalq Almaniya Layihəsi 
2009 
Norveç 
(Oslo) 
Uğur üçün layihə 
2010 
Macarıstan 
(Budapeşt) 
 
Layihənin idarəedilməsində uğurlu təcrübə 
2011 
İtaliya 
(Roma) 
İPMA ilə metodologiya 
2012 
Xorvatiya  
 
İstehsalat üzrə  layihənin idarə olunması 
 
 
19. Layihələrin İdarə Edilməsi Azərbaycan 
Assosiasiyası (AzPMA) 
 
Layihələrin  İdarə  Edilməsi  Azərbaycan  Assosiasiyası 
(AzPMA  –  Azerbaijan  Project  Management  Association)  ictimai 
təşkilatdır,  1999-cu  ildə  Dövlət  qeydiyyatından  keçmişdir.  AzPMA 
müxtəlif  təşkilatların:  tikinti,  sənaye,  informasiya  texnologiyaları, 
telekommunikasiya, konsaltinq xidmətləri və s. layihə menecerlərini 
öz  ətrafında  birləşdirir.  2002-ci  ilin  yanvar  ayında  İsveçrənin  Sürix 
şəhərində  keçirilən  milli  assosiasiyaların  geniş  iclasında  AzPMA 
Layihələrin  İdarə  Edilməsi  Beynəlxalq  Assosiasiyasına  üzv 
seçilmişdir.  Beləliklə,  AzPMA  Azərbaycan  təşkilatı  olaraq 
Layihələrin  İdarə  Edilməsi  Beynəlxalq  Assosiasiyası  (İPMA) 
tərkibində milli assosiasiya statusu almışdır (
www.ipma.ch
 “National 
Associations”). 
Assosiasiyasının  əsas  məqsədi  layihələrin  idarə  edilməsi 
sahəsində  peşəkarlığı  inkişaf  etdirmək,  peşəkar  layihə  rəhbərlərinin 
təcrübələrini Azərbaycan Respublikasında yaymaq, layihələrin idarə 
edilməsi  sahəsində  modul-kurslar,  treninqlər  və  sertifikatlaşdırma 
proqramlarını həyata keçirməkdir. 
Layihələrin  İdarə  Edilməsi  Azərbaycan  Assosiasiyasının  əsas 
funksiyaları aşağıdakılardan ibarətdir: 

 
layihələrin  idarə  edilməsi  sahəsində  keyfiyyətin  artırılması 
və peşəkarlığın inkişaf etdirilməsi


60 
 

 
yeni  iqtisadi  şəraitdə  müasir  metodların  və  idarəetmə 
vasitələrinin  yaradılması,  tətbiq  edilməsi,  təkmilləşdirilməsi 
və yayılması; 

 
layihələrin hazırlanması və idarə edilməsinin təşkili; 

 
layihələrin  idarə  edilməsi  sahəsində  alim  və  mütəxəssislərin 
arasında  informasiya  mübadiləsinin  və  əlaqələrin  təşkil 
edilməsi

 
layihələrin  idarə  edilməsi  sahəsində  müasir  idarəetmə 
sistemləri və informasiya texnologiyaları ilə mütəxəssislərin 
tanış edilməsi; 

 
layihələrin  idarə  edilməsi  sahəsində  mütəxəssislər  üçün 
modul-kursların, treninqlərin təşkil edilməsi

 
İPMA,  PMİ,  milli  assosiasiyalar  və  digər  xarici  təşkilatlar, 
şirkətlər və firmalar ilə beynəlxalq əməkdaşlıq; 

 
Azərbaycan Respublikasının tikinti, istehsalat, elmi-tədqiqat, 
layihə  və  digər  müəssisə  və  təşkilatlarına,  o  cümlədən 
müştərək layihələri yerinə yetirən xarici ölkə partnyorlarına 
praktiki köməkliyin göstərilməsi

 
informasiya-nəşriyyat 
fəaliyyəti, 
layihələrin 
idarə 
edilməsinin 
metodları  və  vasitələrinin  yaradılması, 
təcrübələrin əldə edilməsi, təhlili və nəşri; 

 
informasiya  mübadiləsinin  təşkili,  informasiya  bankının 
yaradılması; 

 
reklam  materialları,  informasiya  və  yeni  elmi-texniki 
vasitələr haqqında informasiyanın nəşri; 

 
layihələrin  idarə  edilməsi  üçün  proqram  vasitələrinin, 
beynəlxalq  nəşrlərin,  o  cümlədən  İPMA  və  PMİ-nin 
nəşrlərinin azərbaycan dilinə tərcüməsi və nəşr edilməsi; 

 
Assosiasiya  göstərilən  vəzifələri  yerinə  yetirmək  üçün  kitab 
və  bülletenlər  nəşr  edir,  özünün  dövri  nəşrlərini  buraxır, 
kütləvi  informasiya  vasitələrindən  istifadə  edir,  seminarlar, 
simpoziumlar, konfranslar təşkil edir. 
AzPMA beynəlxalq əlaqələri genişləndirir və milli assosiasiyalar 
ilə  daima  informasiya  mübadiləsi  aparır,  beynəlxalq  görüşlərdə 
iştirak edir. 
Layihələrin  uğurla  başa  çatması  və  yerinə  yetirilməsi  onun 
rəhbərinin  menecerinin  peşəkar  və  kompetensiyalı  olmasından  çox 
asılıdır. Layihələrin idarə edilməsi sahəsində peşəkar olmaq üçün bu 


61 
 
sahədə müəyyən peşəkar biliklərə, bacarığa, təcrübəyə və vərdişlərə 
malik  olmaq  lazımdır.  Bu  səbəbdən  Layihələrin  İdarə  Edilməsi 
Beynəlxalq  Assosiasiyası  (İPMA)  və  ona  daxil  olan  milli 
assosiasiyalar 
bu 
sahədə 
kadrların 
hazırlanması 
və 
sertifikatlaşdırılması  məsələsinə  çox  ciddi  yanaşaraq  bunları  daima 
nəzarətdə saxlayırlar. 
AzPMA-nın  sertifikatlaşdırma  proqramı  İPMA-nın  9-10  mart 
2002-ci ildə Berlində keçirilən iclasında təsdiq edildi. 
Beynəlxalq  sertifikatlaşdırma  sistemindən  keçən  mütəxəssislər 
aşağıdakı üstünlüyə malikdirlər: 

 
Onların  peşəkar  və  kompetensiyalı  mütəxəssis  kimi 
beynəlxalq aləmdə qəbul edilməsi

 
Mütəxəssisin peşəkar şəxsi karyerasında inkişaf; 

 
Mütəxəssisin  göstərdiyi  xidmətin  peşəkar  səviyyədə  və 
beynəlxalq standartlara uyğun olması; 

 
İşlədiyi  təşkilatın  rəqabət  qabiliyyətinin  və  reytinqinin 
artırılması. 
Sertifikatlaşdırma  sistemini  müvəffəqiyyətlə  başa  vuran 
mütəxəssislərə  Azərbaycan  və  İngilis dilində asessorların  imzası ilə 
beynəlxalq  sertifikat  verilir.  İPMA  və  AzPMA  arasında  bağlanmış 
müqaviləyə əsasən sertifikatda hər iki təşkilatın loqotipləri öz əksini 
tapmalıdır.  AzPMA  tərəfindən  verilən  sertifikat  dünyanın  bütün 
ölkələrində qəbul edilir. Sertifikatlaşdırma sistemini müvəffəqiyyətlə 
başa  vuran  mütəxəssislərin  adları  Layihələrin  İdarə  Edilməsi  üzrə 
Peşəkar Mütəxəssislərin beynəlxalq və milli reyestrlərinə daxil edilir, 
İPMA  –
www.ipma.ch
  və  AzPMA  - 
www.azpma.net
  İNTERNET 
səhifələrində öz əksini tapır. 
Sertifikatlaşdırma  proqramı  AzPMA-nın  hazırladığı  “Layihələrin 
idarə  edilməsi:  milli  kompetensiyanın  əsasları:  peşəkar  biliklərin 
əsasları:  milli  sertifikatlaşdırma  sistemləri”  (NCB  az)  adlı  kitab 
əsasında aparılır. 
Azərbaycan 
Respublikasında 
layihə 
rəhbərləri 
və 
menecerlərinin  sertifikatlaşdırılmasının  əsasını  təşkil  edən  milli 
standartlar  NCB  (az)  Layihələrin  İdarə  Edilməsi  Azərbaycan 
Assosiasiyasının  sertifikatlaşdırma  sistemi  İCB  (İPMA  Competence 
Baseline)  əsasında  qurulmuşdur.  Milli  kompetensiyanın  əsasları 
İCB-də  təsdiq  olmuş  və  göstərilmiş  transfer  texnologiyası  sxemi 
əsasında  yaradılmışdır.  Bu  standartlar  toplusu  İPMA-da 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə