Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

34 
 

 
riskin idarə edilməsi metodları 

 
layihənin işlənməsi dövründə onun təhlil edilməsi metodları 
Layihənin realizəetmə dövründə istifadə olunan metodlar 

 
işlərin, 
vaxtın, 
ehtiyatların, 
büdcənin 
operativ 
planlaşdırılması metodları 

 
layihənin monitorinqi: uçot, nəzarət, işlərin gedişatının təhlili 
və dinamikası 

 
layihənin  inkişafının  proqnozlaşdırılma  və  tənzimləmə 
qrafikləri 

 
xərclərə nəzarət metodları 

 
ehtiyatların idarə edilməsi metodları 

 
dəyişikliklərin idarə edilməsi metodları 

 
layihənin  realizəetmə  mərhələsində  onun  təhlil  edilməsi 
metodları 
Layihənin tamamlanma dövründə istifadə olunan metodlar 

 
layihənin səmərəliliyinin təhlili metodları 

 
layihədəki işlərin icra qrafiki 

 
layihədə  nəzərdə  tutulmuş  və  yerinə  yetirilmiş  işlər  üzrə 
təhlillər. 
 
 
9. Layihənin əsas xarakteristikaları 
 
Layihənin uğurla başa çatması bir sıra parametrlərlə xarakterizə 
olunur.  Bu  parametrlərdən  mühüm  yer  tutan  layihənin  nəticəsində 
əldə olunan texniki-iqtisadi və digər göstəricilərin xarakteristikasıdır, 
o cümlədən: 

 
işin həcmi üzrə göstəricilər

 
işlərin icra vaxtları üzrə göstəricilər; 

 
qiymət, xərc, maya dəyəri, gəlir üzrə göstəricilər; 

 
keyfiyyət üzrə göstəricilər; 

 
risk və etibarlılıq məsələləri üzrə göstəricilər

 
layihənin həyat qabiliyyəti üzrə göstəricilər; 

 
rəqabət qabiliyyəti üzrə göstəricilər; 

 
ictimai və sosial keyfiyyətlər üzrə göstəricilər; 


35 
 
Layihənin  tam  həyat  dövrünü  təhlil  edərkən  aşağıdakı 
istiqamətlərdə qiymətləndirmə aparılmalıdır: 
1.
 
Layihənin  texniki  baxımdan  əsaslandırılması.  Bu  prosesdə 
alternativ  variantlar  təhlil  edilir  və  seçilir.  Buna  layihənin 
texniki qiymətləndirilməsi deyilir. 
2.
 
Layihənin  məhsuluna  olan  tələbat  və  onun  perspektivliyi 
qiymətləndirilir.  Buna  layihənin  kommersiya  baxımından 
qiymətləndirilməsi deyilir. 
3.
 
Layihənin  maliyyə  baxımından  həyat  qabiliyyəti  yoxlanılır. 
Layihənin  realizə  edilməsinə  xərclənən  vəsaitin  ödənilməsi, 
gəliri, 
maliyyə 
riski 
və 
s. 
digər 
göstəriciləri 
qiymətləndirilməlidir. 
Bu 
prosesə 
maliyyə 
işlərinin 
qiymətləndirilməsi deyilir. 
4.
 
Layihənin  ətraf  mühitə  vurduğu  ziyan  müəyyənləşdirilir. 
Ekoloji baxımdan səmərəlilik dərəcəsi araşdırılır. Bu ekoloji 
qiymətləndirmə adlanır. 
5.
 
Layihənin  yerinə  yetirilməsi  və  idarə  edilməsinə  cavabdeh 
təşkilatın  hazırlıq  səviyyəsi  qiymətləndirilir.  Buna  layihənin 
təşkilati baxımından qiymətləndirilməsi deyilir. 
6.
 
Layihənin  yerli  şəraitə  uyğun  olması,  iştirakçıların  və 
maraqlı  tərəflərin  adət  və  ənənələrinin  nəzərə  alınması  və 
ona  uyğun  olması,  yerli  əhaliyə  qarşı  mənfi  emosiyalar 
araşdırılır  və  qiymətləndirilir.  Buna  layihənin  sosial 
qiymətləndirilməsi deyilir. 
7.
 
Layihə  iqtisadi  nöqteyi-nəzərdən  əsaslandırılmalı,  iqtisadi 
göstəricilərivə səmərəliliyi qiymətləndirilməlidir. Bu hissəyə 
layihənin iqtisadi qiymətləndirilməsi deyilir. 
Bu qiymətlərin hər biri ayrı-ayrılıqda layihəyə mənfi və müsbət 
təsir  göstərə  bilər.  Layihələrin  idarə  edilməsi  üzrə  mütəxəssisin 
(Project  Manager)  üzərinə  bu  parametrlərin  düzgün  idarə  edilməsi 
vəzifəsi  düşür.  Layihə  meneceri  bu  faktorlara  görə  layihəni 
qiymətləndirməyi bacarmalı, onların müsbət tərəflərini gücləndirməli 
və  ya  neytrallaşdırmalı,  ən  son  anda  mənfi  faktorların  gücünü 
azaltmalıdır. 
 
 
 
 


36 
 
10. Layihələrin idarə edilməsində müasir sistemli yanaşmalar 
 
İdarəetmə  (menecment),  o  cümlədən  layihələrin  idarə 
edilməsi  xüsusi  qabiliyyət  tələb  edir.  Layihələrin  idarə  edilməsində 
tələb  olunan  bilik  və  təcrübədən  başqa  layihə  menecerinin  şəxsi 
keyfiyyəti  də  böyük  rol  oynayır.  Layihələrin  idarə  edilməsi 
metodlarından  daha  çox  nəhəng  layihələrdə,  o  cümlədən  tikinti 
sənayesində, aerokosmik  tədqiqatlarda,  neft-qaz  sənayesində, təhsil, 
səhiyyə  və  digər  sahələrdə  istifadə  olunur.  Əfsuslar  olsun  ki, 
layihələrin  idarə  edilməsi  termininə  hər  bir  insan  müxtəlif  formada 
yanaşır.  Bu  səbəbdən  mütəxəssislər  arasında  fikir  ayrılığı  yaranır. 
Ümumiyyətlə,  belə  bir  sual  ortaya  çıxır:  “Layihələrin  idarə  etmək 
lazımdırmı?”.  Belə  suallara  cavab  tapmaq  üçün  bir  çox  məsələlər 
açıqlanmalıdır. 
Əvvəlcə  layihələrin  idarə  edilməsi  prosesi  və  zərurəti, 
layihələrin  idarə  edilməsindən  faydalanan  tərəflər  və  layihələrin 
intellektual idarəetmə sistemləri ilə bağlı mövzuların izahatını verək. 
Layihənin idarə edilməsi üzrə mövcud olan tərifləri ümumiləşdirərək 
belə  bir  nəticəyə  gəlmək  olar  ki,  “layihənin  idarə  edilməsi”-
“dəyişikliklərin idarə edilməsi” deməkdir. Layihənin idarə edilməsi 
ilə  bağlı  müxtəlif  biliklər  mövcuddur.  Bu  elmi  daha  da  dərindən 
öyrənən ölkələr layihənin idarə edilməsi anlayışına müxtəlif tərəfdən 
yanaşmış  və  müxtəlif  təriflər  vermişlər.  Layihənin  idarə  edilməsinə 
verilən tərifləri və anlayışları nəzərdən keçirək: 
ABŞ-ın Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ USA): 
Layihənin  idarə  edilməsi  –  idarəetmə  texnikası  və 
metodlarından  istifadə  etməklə  işlərin  həcmini,  qiymətini,  vaxtını, 
keyfiyyətini,  iştirakçıların  təminatını  layihənin  tam  həyat  dövründə 
düzgün  idarə  etmək  məqsədilə  insan  və  material  ehtiyiatlarının 
koordinasiya  edilməsi  deməkdir.  Bu  işlər  layihə  rəhbərinin 
məharətindən asılıdır. 
Layihələrin İdarə Edilməsi İngiltərə Assosiasiyası: 
Müvafiq texniki tələblərə uyğun olaraq layihənin vaxtında və 
təyin  edilmiş  büdcə  çərçivəsində  yerinə  yetirilməsinə  layihələrin 
idarə  edilməsi  deyilir.  Layihəni  idarə  edən  şəxs  bu  nəticələri  əldə 
etmək üçün cavabdehdir. 
Layihələrin İdarə Edilməsi Almaniya Təşkilatı: 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə