Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

37 
 
Layihələrin idarə edilməsi – bu layihənin həyata keçirilməsi 
üçün yeganə idarəetmə məsələsi, təşkilati, vasitəsi və texnikasıdır. 
Ümumiyyətlə, “idarəetmə” anlayışı aşağıdakı məsələlər ilə bağlıdır: 

 
Böyük  həcmli  məsələlər  bir  şəxs  tərəfindən  yerinə  yetirilə 
bilmədiyi  üçün  mütəxəssislərin  birləşməsi  və  əmək  bölgüsü 
zərurəti yaranır. 

 
Məqsədə çatmaq üçün müəyyən resurslar tələb olunur. 

 
Məqsədə  çatmağı  təmin  edən  hərəkətlər  “idarəetmə”  və  ya 
“menecment”  adlanır.  İdarəetmə  sisteminin  strukturu  bir 
tərəfdən  planlı  şəkildə  inkişaf  edir,  digər  tərəfdən  sistemin 
daxili  və  xaricində  nəzərdə  tutulmuş  işlər,  əlaqələr  və  qərar 
qəbuletmə prosesləri mütəşəkkil şəkildə qeydə alınır. 

 
Təşkilat  sosial-texniki  sistem  kimi  çıxış  edərək  idarəetmə 
məsələlərini həll etmək üçün məhdudiyyətlər qoyur. 
Göründüyü  kimi,  bu  göstərilən  məsələlər  nəinki  bütün  növ 
layihələrdə, hətta layihə tipli tədbirlərdə öz əksini tapa bilər. 
 
 
11. Layihənin idarə edilməsinin əsas funksiyasını tətbiqinin 
məkanı və zamanı  
Layihənin uğurla başa çatdırılmasında bütün iştirakçılar maraqlı 
olmalıdır. Onları xarakterizə edək: 

 
İnvestorlar  qoyduqları  kapitalı  və  nəzərdə  tutulan  faizləri 
geri alırlar; 

 
Sifarişçi  layihə  nəticəsindən  səmərəli  istifadə  edir  və 
müvafiq gəlir əldə edir

 
Podratçı  layihəni  uğurla  başa  vurduğu  üçün  müqavilədə 
nəzərdə tutulan vəsaiti və gəlirdən öz payını götürür; 

 
Subpodratçılar yerinə yetirilən iş və xidmətlərə görə əmək 
haqqı və müqavilədə nəzərdə tutulan vəsaitlər alırlar; 

 
Layihənin  rəhbəri  və  onun  komandası  müqavilə  üzrə 
əmək haqqını, işin nəticəsinə görə müvafiq mükafat alır; 

 
Hökümət  orqanları  bütün  iştirakçılardan  vergi  tutur,  o 
cümlədən  müvafiq  ictimai,  sosial  və  ekoloji  ehtiyacların 
ödənilməsini təmin edir; 

 
İstehlakçılar onlara lazım olan mal və məhsulları əldə edir, 
bu  məhsullara  görə  ödəniş  layihə  xərclərini  kompensasiya 


38 
 
edir  və  layihənin  fəal  iştirakçılarının  əldə  etdiyi  gəliri  təşkil 
edir; 

 
Digər  maraqlı  tərəflər  özlərinin  iqtisadi  və  qeyri-iqtisadi 
maraqlarının həyata keçməsindən razı qalırlar. 
Layihələrin  idarə  edilməsi  üzrə  metodların  tətbiqi  hansı 
təşkilatlar və hansı layihələr üçün zəruridir? 
Layihələrin  idarə  edilməsinin  ənənəvi  tətbiq  sahəsinə  çox 
mürəkkəb  dinamik  sistemlər  daxil  olmuşdur,  məsələn  neft,  qaz  və 
enerji sahələri, müdafiə, sənaye və digər mürəkkəb mülki obyektlərin 
tikintisi,  habelə  yüksək  səviyyəli  texnologiyaları  misal  göstərmək 
olar.  Ancaq  son  zamanlar  layihələrin  idarə  edilməsinin  tətbiqi  adi 
məsələlərdən biri sayılır. 
Hər  bir  konkret  halda  layihələrin  idarə  edilməsi  funksiyasının 
tətbiqi  zərurətini  müəyyənləşdirmək  üçün  ən  azı  aşağıdakı  suallara 
cavab vermək lazımdır: 

 
Layihə mürəkkəbdirmi? 

 
Layihənin  əhatə  dairəsinin  dəyişdirilməsi  qabarıq  və 
dinamikdirmi? 

 
Layihənin həyata keçirilməsi səbəbləri kifayət qədər dərin və 
əsaslıdırmı? 

 
Layihədə bütöv bir sistem daxilində müxtəlif fəaliyyət növlər 
inteqrasiya edilirmi? 

 
Layihə çoxfunksiyalıdırmı? 
Bu  sualların  heç  olmasa  biri  üzrə  müsbət  cavab  əldə  edilərsə, 
demək  layihələrin  idarə  edilməsi  sisteminin  tətbiqi  əhəmiyyətlidir. 
Sonuncu iki suala cavab vermək xüsusi əhəmiyyət daşıyır. 
Layihələrin  idarə  edilməsi  metodologiyası  layihə  icraçılarına 
aşağıdakı  xarici  və  daxili  faktorlarla  bağlı  olan  maneələri  asan 
şəkildə dəf etmək imkanı verir: 

 
Qeyri-stabil iqtisadiyyat; 

 
Vasitə və ehtiyatların qıtlığı və məhdudluğu; 

 
İnflyasiya və qiymətlərin qalxması; 

 
Mürəkkəb və gərgin vəziyyət

 
Rəqabətin yaranması və güclənməsi; 

 
Sosial problemlər və tələblər; 

 
Ekoloji dəyşikliklər və tələblər; 

 
İstehlak bazarının problemləri


39 
 

 
İşin keyfiyyətinə artan tələblər. 
Şübhəsiz  ki,  layihələrin  idarə  edilməsi  bütün  bu  problemlərin 
həlli üçün əsas deyildir. Ancaq təcrübə göstərir ki, layihələrin idarə 
edilməsinin  sistematik  şəkildə  tətbiqi  sifarişçiyə  dəyişilən  mühitə 
asan uyğunlaşmaq imkanı verir. 
Bu dəyişikliklərin təhlil olunmaması, onlara nəzarət edilməməsi 
və  həmin  dəyişikliklərin  layihənin  idarə  edilməsi  prosesində  nəzərə 
alınmaması  aşağıdakı  mənfi  nəticələrin  meydana  çıxmasına  səbəb 
ola bilər: 

 
İştirakçıların gəlir və mənfəətlərinin azalması; 

 
Müəyyənləşdirilən  dəyər  və  layihənin  başa  çatdırılması 
müddətinin artması; 

 
Öhdəliklərin pozulmasına görə cərimələrin artması; 

 
İstifadə olunan əmək, material və texniki ehtiyatlar limitinin 
artması; 

 
Yeni texnikanın tətbiqinin gecikdirilməsi

 
Elmi-tədqiqat  və  təcrübi-konstruktor  işlərinin  tətbiqi  və 
təcrübədə istifadəsinin gecikdirilməsi; 

 
Yeni məhsulun istehlak bazarına çıxarılmasında gecikmə; 

 
Qərarların  qəbul  edilməsində  tələsiklik  və  bununla  əlaqədar 
meydana çıxan qaçılmaz xərclər; 

 
İnvestisiyaların  səmərəliliyinin  azalması  və  layihələrin 
alıcılıq qabiliyyətinin müddətinin artması; 

 
Layihə  məqsədlərinə  nail  olmaq  üçün  real  müddətlərin 
müəyyənləşdirilməsində çətinliklərin artması. 
Layihələrin  idarə  edilməsi  metodlarının  və  bu  metodları  həyata 
keçirən  layihə  strukturunun  tətbiqinə  zərurəti  Harold  Kerzner 
tərəfindən aparılan tədqiqatların nəticələri təsdiq edir. 
Bu  verilənlərdən  aydındır  ki,  ən  əvvəl  texnologiya,  daha  sonra  isə 
layihənin əhatə dairəsi dəyişir. Təşkilatı strukturun dəyişməsi halları 
bir  çox  hallarda  baş  verir.  İnsanlar  daha  çox  konservativ  təbiətə 
malikdirlər. Bu deyilənlərdən aşağıdakı nəticələri çıxarmaq olar: 
1.
 
Təşkilatın  elmi-texniki  inkişaf,  sosial-iqtisadi  və  digər 
komponentlərin dəyişdiyi şəraitdə rəqabətə dözümlüyü üçün 
onun  təşkilatı  strukturunu  vaxtında  bu  dəyişikliklərə 
uyğunlaşdırmaq  və  işçi  heyyətinin  müvafiq  kurslardan 
keçməsini təmin etmək lazımdır. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə