Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   2   3   4   5   6   7   8   9   ...   98

normalarına toxunulmur. İnzibati hüququn tətbiqi ilə hüquqi
gerçəkliyin necə inkişaf edəcə yinə dair maraqlı suala cavabı
hələ gözləmək lazımdır. Bu baxımdan inzibati məhkəmə
hakimlərinin ayrı-ayrı məsələlərə dair qəbul edəcəkləri qərarlar
vasitəsilə hüquq tətbiqetməni və məhkəmə təcrübəsini for-
malaşdırmaq üçün böyük şansları var. Hüquqi müzakirələrdə
eyni dərəcədə yaxşı əsaslandırıla bilən müxtəlif fikirlər daim
olacaqdır. Bu zaman həlledici əhəmiyyət kəsb edən məsələ,
hüququn öyrənilməsi və onun sistematik tətbiqi, eləcə də yeni
bir hüquq sahəsi üzrə hakim rolunda birgə yetişən bütün
məhkəmə instansiyalarının hakimləri arasında sıx fikir
mübadiləsinin aparılması və dözümlülüyün nümayiş etdirilmə-
sidir.
Bu kitab bir çox insanın dəstəyi ilə ərsəyə gəlmişdir. Mən
xüsusilə, Azərbaycanda inzibati hüquqa dair çoxsaylı semi-
narlar keçirmiş və kitaba düzəlişlər edilməsinə və ideyalar ver-
məsinə böyük vaxt sərf etmiş cənab Dr. Peter Yakoba təşəkkür
edirəm. Hər iki Qanunun işlənib hazırlanmasında əhəmiyyətli
rol oynamış cənab Səyyad Kərimov da kitabın ərsəyə gəl mə -
sində mənə çox kömək etmişdir. Tərcüməçilər xanım Günəş
Vəliyevaya və cənab İbrahim Əhmədova da təşəkkürümü bil -
dirirəm. Xüsusi təşəkkürümü kitabın azərbaycan dilinə tərcümə
edilmiş mətnini yüksək keyfiyyətlə redaktə etmiş cənab İlqar
Hüseynova və cənab Dr. Müşfiq Məmmədova bildirirəm. Nə -
hayət, həmkarım Elçin Usuba dəyərli məsləhətləri və yardımı
üçün təşəkkür edirəm. 
Anya Köniqsmann 
Almaniyanın Potsdam Torpaq Məhkəməsinin hakimi 
2012-ci il, may
9


G İ R İ Ş
Prinsipial məsələlər: Publik (ümumi) və xüsusi hüquq
arasında fərqləndirilmənin aparılması
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəl-
ləsinin (bundan sonra İPM adlandırılacaq) və İnzibati icraat
haqqında Azərbaycan Respublikası Qanununun (bundan
sonra İİQ adlandırılacaq) tətbiq edilməsi üçün əsas publik
və xüsusi hüquq arasında fərqləndirilmənin aparılmasıdır.
Xüsusi hüquq xüsusi şəxslər (burada «xüsusi şəxslər» dedikdə,
xüsusi hüququn subyektləri olan fiziki və hüquqi şəxslər
nəzərdə tutulur) arasında olan hüquq münasibətlərini, publik
hüquq isə publik hakimiyyət daşıyıcıları (dövlət, inzibati
orqanlar) ilə xüsusi şəxslər arasında olan münasibətləri tənz-
imləyir. Buna müvafiq olaraq, həmin münasibətləri tənzimləyən
prosessual qaydalar da fərqləndirilir. Xüsusi hüquqla bağlı
məhkəmə icraatında Azərbaycan Res 
publikasının Mülki-
Prosessual Məcəlləsi (bundan sonra MPM adlandırılacaq),
publik (ümumi) hüquqla bağlı məhkəmə icraatında isə İPM
tətbiq edilir.
Mülki və inzibati hüquq münasibətlərinin fərqləndirilməsi
üçün dəqiq düstur olmasa da, bu fərqləndirilməni asanlaşdıran
bir sıra meyarlar mövcuddur:
10


I. İştirakçılar
İlk növbədə, sözügedən münasibətlərin iştirakçılarının
kimlər olması barədə sual meydana çıxır. Əgər iştirakçılar
yalnız xüsusi şəxslərdirsə, onda söhbət demək olar ki,
həmişə xüsusi hüquq münasibətlərindən gedir. Xüsusi şəxs-
lərin müstəsna hallarda publik-hüquqi fəaliyyət göstərmək,
yəni inzibati orqan kimi çıxış etmək səlahiyyəti vardır. Buna
misal olaraq, Almaniyada fəaliyyət göstərən Texniki Baxış
Birliyini (minik vasitələrinin texniki sazlığını yoxlamaq
səlahiyyəti olan xüsusi, amma inzibati akt qəbul etmək
səlahiyyəti olan hüquqi şəxs), həmçinin attestat vermək
səlahiyyətinə malik özəl məktəbləri göstərmək olar. 
Yox, əgər hüquq münasibətinin iştirakçılarından ən azı biri
inzibati orqandırsa, burada söhbət publik-hüquqi (inzibati-
hüquqi) münasibətdən gedir. Lakin buna baxmayaraq, inzi-
bati orqanlar da xüsusi-hüquqi müqavilələr bağlaya, yəni
xüsusi hüquq münasibətlərinin subyekti ola bilərlər. 
Dövlətin xüsusi şəxslərə hakimiyyət səlahiyyətləri verdiyi
(məs: Azərbaycanda xüsusi notariuslara verildiyi kimi)
azsaylı hallar istisna olmaqla, inzibati hüquq münasi-
bətlərində tərəflərdən ən azı biri İİQ-nin 2.0.1 və 3.1-ci mad-
dələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 
Elektrik enerjisi və təbii qaz təchizatını həyata keçirən
səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə
məxsus olmasına və həmin müəssisə rəhbərlərinin dövlət
tərəfindən təyin olunmalarına baxmayaraq, bu müəssisələr
inzibati orqan sayılmırlar. Sözügedən səhmdar cəmiyyətləri
mülki-hüquqi müqavilələr bağlayır və onlara qarşı iddialara
mülki məhkəmə icraatı qaydasında baxılır. Hətta həmin
11


hüquqi şəxslərin bazarda inhisarçı statusa malik olmaları
belə, onların hakimiyyət tədbirləri həyata keçirmək
mövqeyindən çıxış etmələri üçün yetərli deyil. 
Vəkillər Kollegiyası kimi peşə birliklərində vəkilin Kol-
legiyanın üzvlüyündən çıxarılmasının mülki, yaxud inzibati
hüquq müstəvisinə aid edilməsi çətinlik doğura bilər. Bu su-
alın cavabı dövlətin bu cür birliklərin və ya kollegiyaların
səlahiyyətlərini qanunla necə müəyyən etməsindən asılıdır.
Belə ki, onlar həm də publik hüququn subyektləri kimi
hakimiyyət tədbirləri həyata keçirə bilərlər. Bu isə, yuxarıda
qeyd olunan mübahisənin inzibati məhkəmələrə aid olması
demək olacaqdır. 
II. Spesifik inzibati orqan hərəkəti 
İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzi-
bati-hüquqi münasibət olub-olmadığını müəyyənləşdirərkən
sözügedən inzibati orqanın həmin münasibətdə xüsusi şəxs
kimi hərəkət edib-etmədiyini (yəni eyni hərəkəti inzibati
orqanın əvəzinə edə biləcək hər hansı bir xüsusi şəxs
təsəvvür etməyin mümkün olub-olmadığını), yaxud inzibati
orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirib-keçir-
mədiyini yoxlamaq lazımdır. Əgər yaranan münasibəti eynilə
xüsusi şəxslər arasında təsəvvür etmək mümkündürsə, söhbət
publik hüquqdan getməyəcəkdir. Bu halda, inzibati orqanın
mülki-hüquqi hərəkəti mövcud olur və bu hala mülki (xüsusi)
hüquq (və məhkəmə icraatında MPM) tətbiq olunur. Yox,
əgər müvafiq münasibət xüsusi şəxslər arasında yarana
bilməzsə, bu halda yaranmış münasibətə İİQ və İPM şamil
olunacaqdır. 
12


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə