Аня 2013 Layout 1


B. İPM-ə əsasən inzibati məhkəmə



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   2   3   4   5   6   7   8   9   ...   98

B. İPM-ə əsasən inzibati məhkəmə 
icraatının prinsipləri
İPM-ə əsasən təsbit edilmiş icraat prinsipləri MPM-də
olan icraat prinsipləri ilə yalnız qismən üst-üstə düşür.
İnzibati məhkəmə icraatının əsas prinsiplərinin mülki məhkəmə
icraatının prinsiplərindən fərqlənməsinin səbəbi bu iki
məhkəmə icraatı növünün xüsusiyyətləri ilə əlaqədardır.
Belə ki, əgər inzibati prosesdə tərəflər qismində vətəndaş və
inzibati orqan qarşı-qarşıya dururlarsa, mülki prosesdə iki
bərabər tərəf iştirak edir. 
Aşağıda müvafiq normalar əsas götürülməklə yalnız əsas
prinsiplər işıqlandırılacaqdır. Əksər hallarda həmin prinsiplər
özlərini qanunun ayrı-ayrı normalarında büruzə verir. Qalan
prinsiplərə digər fəsillərdə toxunulacaqdır. 
I. İşin hallarının araşdırılması 
prinsipi (İPM-in 12-ci maddəsi)
İnzibati prosesi mülki prosesdən fərqləndirən ən mühüm
cəhət ondan ibarətdir ki, inzibati prosesdə çəkişmə prinsipi
deyil, işin hallarının araşdırılması prinsipi tətbiq olunur. Bu
prinsip İPM-in 12-ci maddəsində ətraflı surətdə tənzimlənir
və məzmun baxımından inzibati orqanların fəaliyyətinə dair
İİQ-nin 24-cü maddəsi ilə uyğunluq təşkil edir. İşin hallarının
araşdırılması prinsipinə əsasən, məhkəmə işin hallarını
xidməti vəzifəsinə görə araşdırmalı və bu zaman tərəflərin
izahatları və ya onların təqdim etdikləri sübutlarla kifayətlən-
məməlidir. Bu prinsipin məqsədi inzibati məhkəmə icraatının
tərəfləri arasında tarazlıq yaratmaqdır. Belə ki, inzibati
21


hüquqda tərəflərdən biri daim (və ya əksər hallarda) dövlət
olur. Ona görə də inzibati prosesdə vətəndaş mülki prosesdə
qüvvədə olan çəkişmə prinsipinə əsasən barəsində bəlkə də
inzibati orqanın məlumatı olduğu və ya bu orqanın cavabdehlik
daşıdığı faktları təqdim etməli və onları sübut etməli olsaydı,
bu, onu əlverişsiz vəziyyətə salmış olardı. Bundan başqa, bu
prinsip inzibati orqanların qanunauyğun fəaliyyət göstərməsini
də nəzərə alır. Məhkəmə prosesin gedişində yalnız tərəflərin
bəyanatları və bir çox hallarda natamam xarakter daşıyan
izahatları ilə kifayətlənsəydi və bununla da inzibati orqanın
mübahisələndirilən hərəkətinin qanuni olub-olmaması barədə
obyektiv təsəvvür əldə edə bilməsəydi, onda o, inzibati
orqanın öz fəaliyyətində qanunçuluğa nə dərəcədə riayət
edib-etmədiyini səmərəli şəkildə yoxlaya bilməzdi. Başqa
sözlə, məhkəmə özü inzibati orqanın qanuna riayət edib-et-
mədiyini yoxlamaq iqtidarında olmalıdır.
İşin hallarının araşdırılması prinsipinin tətbiqinə başlanılması
və onun mümkünlüyü yalnız iddiaçının nəyə nail olmaq
istədiyini aydın ifadə etməsindən asılıdır. Bu baxımdan İPM-
in 46.1.3-cü maddəsi iddia ərizəsində iddiaçının tələbinin
nədən ibarət olduğunun göstərilməsini imperativ (məcburi)
olaraq tələb edir. İddia ərizəsinin məzmununa dair İPM-in
46.2-ci maddəsində göstərilmiş digər tələblər isə fakültativ
xarakter daşıdığından məcburi deyillər. 
Əlbəttə, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə işin
hallarının araşdırılması zamanı tərəflərin izahatları, ərizə və
təklifləri ilə kifayətlənməməlidir. Lakin bu heç də o demək
deyildir ki, proses iştirakçıları işin hallarının araşdırılmasına
yardım etməməli, məhkəmə isə iştirakçıların verdikləri iza-
22


hatlara əhəmiyyət verməməlidir. Belə ki, İPM-in 12.3-cü
maddəsinə müvafiq olaraq, məhkəmə prosesinin iştirakçıları
mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və
sübutların toplanılmasında məhkəməyə yardım etməyə bor-
cludurlar. Bu isə o deməkdir ki, İPM-in 12.3-cü maddəsi
proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv
edilməsini və ya gizlədilməsini qadağan edir. Bu qadağaya
riayət edilməməsi İPM-in 12.4-cü maddəsinə uyğun olaraq
sübutetmə vəzifəsinin dönüşü ilə nəticələnə bilər (bununla
bağlı bax: sübutetmə ilə bağlı bölmə). Sözügedən məsələ ilə
bağlı qanunda vətəndaş üçün sübutetmə vəzifəsinin dönüşündən
başqa nəticələr nəzərdə tutulmamışdır. 
Xüsusilə vurğulamaq lazımdır ki, işin hallarının araşdırılması
və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (din-
lənilmə hüququnun təmin edilməsi prinsipinə aşağıda tox-
unulacaqdır) tələblərinə görə məhkəmə tərəflərin verdikləri
izahatların və ya ümumiyyətlə, izahat verməmələrinin
üzərindən sükutla keçə bilməz. Tərəflər sübutlarla bağlı
vəsatətlər təqdim edə bilərlər. Eyni zamanda, məhkəmə
qiyabi məhkəmə icraatı qaydasında da qərar qəbul edə
bilməz.
Məhkəmə işin hallarının araşdırılması zamanı yalnız
mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri
olan hallarla kifayətlənməlidir. O, lüzumsuz və işə aidiyyəti
olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının
hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən, habelə
prosesə qənaət prinsipindən irəli gəlir. 
İşin hallarının araşdırılması prinsipi məhkəmənin istənilən
halda geniş və ağlagələn bütün istiqamətlərdə araşdırmalar
23


aparmalı olması demək deyil. İşin hallarının araşdırılması
prinsipinin tətbiqi üçün əsas o halda mövcud olur ki,
məhkəmənin nöqteyi-nəzərincə işin həlli üçün əhəmiyyət
kəsb edən, lakin məhkəməyə məlum olmayan faktlar mövcud
olsun. Buna misal olaraq, tərəflər arasında işin faktiki
hallarına dair mübahisənin olması göstərilə bilər. Əgər
onların arasında mübahisə yoxdursa, deməli, işin bütün
faktiki halları mübahisəsizdir. Amma bu, heç də o demək
deyil ki, bütün faktiki hallar özü-özlüyündə aydındır. Əgər
tərəflərin biri-biri ilə üst-üstə düşən izahatlarının həqiqətə
uyğun olmadığına dair konkret əsaslar varsa, onda məhkəmə
araşdırmalara başlamalı və işin həqiqi hallarını aydınlaşdır-
malıdır. 
İşin hallarının araşdırılması prinsipindən istifadə edilməsinə
dair bir misal:
Fərz edək ki, prosesin hər iki tərəfi tullantıların atılması
qurğusunun tikintisinin hüquqi cəhətdən yolverilən olub-ol-
mamasına dair mübahisədə eyni fikirdədirlər və hesab edirlər
ki, həmin qurğunun istismarı əhalinin sağlamlığı üçün təhlükə
törətmir. Lakin məhkəmə işin materialları əsasında qurğudan
istifadə zamanı əhalinin sağlamlığına ziyan vuracaq maddələrin
havaya buraxılacağı qənaətinə gələrsə, onda o, həmin
qurğunun tikintisinə icazə verilməsinin qarşısını ala biləcək,
sağlamlığa təhlükə ilə bağlı sübutları öz təşəbbüsü ilə araşdır-
malıdır. 
Araşdırmaların həcmi konkret işin tələblərindən asılı
olaraq müəyyən edilir. Bu zaman məhkəmə ondan gözlənilən
araşdırma həddini aşan heç bir tədbir görməməlidir. İşin
hallarının araşdırılması vəzifəsinə əməl olunmaması ciddi
24


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə