65
329
May 2014
Rusiya prezidenti yanında keçirilən müşavirədə Jirinovski Putinə deyib: “Mən öyrəndim ki, Napoleon və
Enşteynlə ümumi köklərim var“. O, bunu ABŞ laboratoriyasında aparılmış analizə əsaslanaraq, bildirib.
Jirinovski vurğulayıb: “Düzdür, Napoleon və Enşteyn onun birbaşa babaları deyillər, ancaq onun həmin tarixi
şəxslərlə ümumi kökləri var”.
Jirinovski çıxışını qurtarandan sonra Putin deyib: “Yaxşı ki, sizin axırınız Napoleon kimi olmayıb”.
Jirinovskidən sonra kürsüyə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züganov çıxıb. Putin ondan soruşub:
“Bəs, sizin kökünüzdə kim durur?”
Züganov belə cavab verib: “Babalarım kəndli olub. “Züqanovka” taxıl sortudur. Mən kəndlilərə daha
yaxınam, nəinki Napoleona”.
Rusiya siyasi səhnəsinin təlxəyi Vladimir Jirinovski yeni açıqlamalarla gündəmdə olub
JİRİNOVSKİNİN NAPOLEON, ZÜQANOVUN KƏNDLİ SOYU
Tapıntı Ninsya-Xuey Muxtar Rayonunun Nançan-
tan kəndində tapılmışdır.
Tədqiqatçıların sözlərinə görə, yeni tapılan divar
üç hissədən ibarətdir. Ümumi uzunluğu 20 metrdir.
Bizə gəlib çatan hissələrin əksəriyyəti Min sülaləsi
dövrünə (1368-1644-cü illər) aiddir.
Atlantik okeanı sahilində yerləşən mülk 1890-cı
illərdə 50 hektar sahədə tikilib. 14 min kvadrat metr
sahəsi olan "Copper Beach Farm" adlı malikanədə 12
yataq otağı var.
Malikanəni satın alanların adları açıqlanmır.
Çinin şimal-qərbində Böyük Çin Səddinin indiyədək
məlum olmayan hissəsi aşkar edilmişdir
ABŞ-ın Konnektikut ştatının Qrinviç şəhərində dəniz
sahilində yerləşən bir malikanə 120 milyon dollara
satılaraq, Amerika tarixində ən bahalı ev adını alıb
ABŞ-IN TARİXİNDƏ
ƏN BAHALI EV
BÖYÜK ÇİN SƏDDİNİN
MƏLUM OLMAYAN HİSSƏSİ
66
329 May 2014
Aktrisanın 1955-ci ildə çəkilmiş "Tatu
edilmiş qızılgüllər" (The Rose Tattoo)
filmində taxdığı sırğalar 185 min dollara
satılıb.
Alıcısının adı açıqlanmayan sırğalar dağ
bülluru ilə bəzədilib.
Beverli Hillsdəki "Julien's" hərracında
dünya şöhrətli aktrisa Merilin Monronun
sırğaları alıcılara təqdim olunub
MERİLİN MONRONUN SIRĞALARI FANTASTİK QİYMƏTƏ SATILDI
Bu nə deməkdir? “Daily Mail” nəşrinin verdiyi
doğulduğu yerdə, hətta “Romeo və Cülyetta”
məlumata görə, məsələ bundadır ki, bu cütlük birgə
tamaşasında da toy etmişlər. Bu cütlük ildə bir neçə
həyat sürdükləri 30 il ərzində 106 dəfə “evlənmişdir”.
dəfə nikah mərasimi keçirir. Bundan ötrü onlara
Bu, planetdə yeganə belə ailədir.
xüsusi bəhanə lazım deyil. Adətən onlar hər il
Tennesi ştatından olan Devid və Loren 1982–ci
Müqəddəs Valentin Günündə, Yanvarın 1-də səhər,
ildə tanış olmuş, bir müddət görüşdükdən sonra
Milad ərəfəsində və fevralın 29-da (dörd ildə bir dəfə)
evlənməyi qərara almışlar. 1984-cü ildə toy edib, ailə
toy edirlər.
qurmuşlar. O vaxtdan bu ər-arvad mütəmadi olaraq bu
Blerlərin növbəti nikah mərasimi avqustun 4-də
təntənəli mərasimi təkrarlayırlar.
olmuşdur. Artıq yaşa dolmuş cütlüyün yaxın tanışları
Son 30 ildə Blerlər ailəsi Londonda və Nyu-
107-ci dəfə “səni mənə arvad edək, razısan?” sualına
Yorkda, Şotlandiyada, Las-Veqasda, Elvis Preslinin
qəlbləri riqqətə gətirən “hə, hə!” cavabını eşitmişlər.
Amerikalı Devid və Loren Bler dünyada ən çox “evlənmiş” ər-arvad kimi tanınmışlar
ƏR-ARVADLIQ REKORDU: AMERİKALI CÜTLÜK 107 DƏFƏ TOY ETMİŞDİR
Çinli fermer də kosmosa uçmağı arzulayırdı. Amma o,
arzusunu reallaşdıra bilməyəcəyini anladığından məqsədə
çatmaq üçün fərqli yol, başqa vasitə seçdi.
Çinin Quandun vilayətindəki Szyapu qəsəbəsində yaşayan
fermer Çjuan Yujan evinin damında kosmik raketin modelini
inşa edib.
Hündürlüyü 7 metr, eni 3,8 metr olan bu modelin
yaradılmasına 1 il sərf olunub.
"5 yaşımdan bəri kosmosa uçmağı arzulayırdım. İllər keçdi
və anladım ki, arzum çin olan deyil. Ona görə də evimin
damında belə raket qurğusu tikmək qərarına gəldim. Raketlə
"məkiy"i çini lövhələrdən hazırladım. Zənn edirəm ki, pis
alınmadı. Hər halda mənim də artıq raketim var. Arzum çin oldu", - 31 yaşlı Çjuan Yujan deyib.
ÇİNLİ FERMER ARZUSUNU ÇİN ETDİ
Məhsul “Palcohol” adlanır. Onun “Marqarita”, “Moxito” və ya “Kosmopoliten” adda 7 versiyası mövcuddur.
“Konsertə, idman yarışlarına, yaxud başqa tədbirə gedəndə içkiyə 10, 15 və 20 dollar verməkdən pis nə ola
bilər. Onda sadəcə, olaraq, “Palcohol” götürün və ucuz alkoqolu içib, kef eləyin!”-deyə, məhsulun reklamında
yazılıb
Bu ildən ABŞ-da yeməyə və ya içkiyə qatılan tənzimləyici kimi
quru alkoqolun satışına icazə verilə bilər
ABŞ-DA QURU ALKOQOL PATENTLƏŞDİRİLİB
İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün səy və qətiyyətlə çalışarsa,
istədiyinə nail ola bilər
ABŞ-dakı Los-Alamos Milli Laboratoriyasının
(Los Alamos National Laborator) alimlərinin qərarı
belədir.
Çəkisi 217,78 qram olan, qolf topu böyüklükdəki
qızıl külçəsinin dəyəri 1,5 milyon dollardır.
Amerikalı alimlərin dediklərinə görə, tapıntı
dünyanın ən böyük monokristal qızıl külçəsidir.
Külçənin sahibi onun dəyərini dəqiqləşdirməyə,
Los-Alamosdakı laboratoriyanın alimləri isə kristalın
strukturunu müəyyənləşdirməyə can atırdılar.
Venesueladakı çaylardan birində aparılmış
araşdırmalar zamanı tapılmış 4 qızıl külçəsindən biri
olan bu rekordçu külçə barədə danışan Mayami
Universitetinin professoru, tanınmış geoloq Con
Rakovan deyib: "Bu ölçüdə qızıl kristalının strukturu və atomları indiyədək tədqiq edilməmişdi. İndi unikal
imkan əldə etmişik".
Amerikalı alimlər mineralı araşdırarkən neytron difraktometriyadan istifadə ediblər.
Çini fincan Honkonqda keçirilən "Sotheby's"
hərracında rekord qiymətə - 36 milyon dollara satılıb.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, üzərində
xoruz, toyuq və cücə şəkli olan fincanı Şanxaydan olan
kolleksiyaçı əldə edib. Fincanın Çinin Min sülaləsinə aid
olduğu bildirilir. 8 sm diametrli fincan 1465-1487 illərdə
hakimiyyətdə olan imperator Çju Tszyanşenin zamanında
hazırlanıb.
"Sotheby's" hərracının rəsmi məlumatına görə, 500
yaşlı eksponat 2010-cu ildə 32,4 milyon dollara satılan çini
qabın rekordunu təzələyib. Saytda bu çini fincan haqqında
məlumatlarda qeyd olunur ki, bu fincanlardan dünyada 17
ədəddir.
"Bu, Çin sənətinin, müqəddəs fincanın yeni sahibi Liu
Yiqian adlı alıcının 900 milyon dollarlıq sərvəti ilə Çinin ən
zəngin 200-cü adamı olduğu təxmin edilir. Fincanın Liu və
həyat yoldaşının 2012-ci ildə Şanxayda açdığı "Liu Long"
muzeyində sərgilənəcəyi gözlənilir.
67
329
May 2014
Üzərində xoruz, toyuq və cücə şəkli olan fincanı Şanxaydan olan kolleksiyaçı əldə edib
36 MİLYONLUQ FİNCAN
Halbuki valideynləri onların yaşında xeyli az - təxminən 4 min
kilometr məsafə qət etmişlər.
Bu məlumatlar Fransanın “Club Med” otellər şəbəkəsinin
apardığı tədqiqat zamanı üzə çıxmışdır.
Rəyi soruşulan valideynlərin dörddəüç hissəsi bildirmişdir ki,
uşaqlarının mümkün qədər çox səyahət etmələrini istəyirlər.
Tədqiqat onu da göstərmişdir ki, uşaqlar olduqları ölkələrdə məmnuniyyətlə yerli mətbəxin yeməklərinin
dadına baxırlar və artıq 16 yaşına çatanda, orta hesabla, 7 delikatesin dadını bilirlər.
Böyük Britaniyada çıxan “The Telegraph” qəzetinin yazdığına görə, uşaqlar 16 yaşına
qədər, orta hesabla, təxminən 22 min kilometr məsafə qət edirlər
MÜASİR UŞAQLAR VALİDEYNLƏRİNİN UŞAQ VAXTI GƏZDİKLƏRİNDƏN
DAHA ÇOX SƏYAHƏT EDİRLƏR
Venesueladakı çaylardan birində dünyanın ən böyük qızıl külçəsinin tapıldığı təsdiqlənib
DÜNYANIN ƏN BÖYÜK QIZIL KÜLÇƏSİ TAPILIB
68
İDMAN
İDMAN
329 May 2014
AzərTAc xəbər verir ki, bu sözləri gənclər və idman
naziri Azad Rəhimov aprelin 23-də keçirdiyi mətbuat
konfransında demişdir.
Nazir bildirmişdir ki, ötən il Gəncə şəhəri 2016-cı
ilin Avropa Gənclər paytaxtı seçilmiş, 41-ci Dünya
Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər
Forumunun 2017-ci ildə Azərbaycanda keçirilməsi
üçün ölkəmizin namizədliyi irəli sürülmüşdür.
Tələbələr üçün Qəbələ və Lerikdə təşkil olunmuş
arxeoloji düşərgələrdə 15 universitetdən 160 gənc
iştirak etmişdir.
Cari ildə “Gənclər paytaxtı”nın seçimi ilə bağlı
tədbirin keçirildiyini diqqətə çatdıran nazir səsvermədə
Qubanın 42,1 faiz səslə qalib gəldiyini bildirmişdir.
Qeyd etmişdir ki, 2014-cü ildə ölkəmizdə Dünya Gənc
Alimlərinin Beynəlxalq Forumu, “Tarixin canlı
səhifələri” gənclər festivalı, ölkə gənclərinin VII
forumu, gənclər siyasəti üzrə birinci Qlobal Forum və digər tədbirlər təşkil olunacaq.
Cari ilin ilk 3 ayında ölkəmizdə 51 respublika, 41 beynəlxalq səviyyəli turnir keçirildiyini deyən nazir yığma
komandalarımızın 33 təlim-məşq toplanışında iştirak etdiklərini vurğulamışdır. Qeyd etmişdir ki, son 3 ayda
dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında idmançılarımız 25 qızıl, 31 gümüş, 48 bürünc
medal qazanmışlar. Ümumilikdə idmançılarımız 3 ayda irimiqyaslı turnirlərdə 104 medala sahib olmuşlar.
Nazir bildirmişdir ki, cari ildə ölkəmizdə bədii gimnastika və taekvondo idman növləri üzrə Avropa
çempionatları, şahmat üzrə “Naxçıvan Open-2014” Beynəlxalq turniri, yeniyetmələrin II Olimpiya Oyunlarına
lisenziya xarakterli atletika üzrə təsnifat turniri və digər yarışlar keçiriləcək.
Ötən il və cari ilin birinci rübündə ölkəmizdə 13 idman obyektinin istifadəyə verildiyini diqqətə çatdıran Azad
Rəhimov cari ildə idman sahəsində Tunis, Rusiya, Argentina, Vyetnam, Malayziya və digər ölkələrlə bağlanmış
saziş layihələrinin hökumətə təqdim olunduğunu bildirmişdir.
2013-cü ildə Azərbaycanda gənclərlə bağlı 192 tədbir həyata keçirilmişdir. Onlardan 38-i
beynəlxalq, 154-ü isə yerli olmuşdur. Bu tədbirlərdə, ümumilikdə, 200 mindən artıq gənc iştirak
etmişdir
AZƏRBAYCAN İDMANÇILARI SON 3 AYDA
İRİMİQYASLI TURNİRLƏRDƏ 104 MEDAL QAZANMIŞLAR
BEGOC və Azərbaycan Gənclər Fondunun rəhbərlik etdiyi təşəbbüsü
Avropa Olimpiya Komitəsi (EOC) təsdiqləyib. Azərbaycanın gənclər və
idman naziri, “Bakı-2015” Avropa Oyunlarının icraçı direktoru Azad
Rəhimov Məzun Təlim Proqramını şərh edərkən, “Bu, Azərbaycandan və
bütün Avropa ölkələrindən olan gənclərə ilk Avropa Oyunlarının uğurlu
keçməsinə yardım göstərmələri üçün yaradılan imkandır. Biz bu cür
məqsədli gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera
uğurlarını dünyanın möhtəşəm idman tədbirinin təşkilində qazanmaları
üçün köməklik göstərəcəyik” deyib.
2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gənclər
Məzun Təlimi Proqramına müraciət edə bilərlər.
Oyunlar Akademiyasının yaradılmasında məqsəd çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və
bütün Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin
etmək, yerli qrup üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır
“BAKI - 2015” OYUNLARI AKADEMİYASI İŞƏ BAŞLADI
69
329
May 2014
Azərbaycan Gimnastika Federasiyasının mətbuat
xidmətindən AzərTAc-a verilən məlumata görə,
təsnifatın yekunlarına əsasən Anna Pavlova dörd
mümkün finaldan ikisinə - tir üzərində hərəkətlərə və
müxtəlif hündürlüklü paralel tirlər üzərində təmrinlərə
vəsiqə almışdı. Finalda paralel tirlər üzərində
kombinasiyanı praktiki olaraq səhvsiz icra edərək,
Belarusdan və İsveçrədən olan əsas rəqiblərini geridə
qoymuşdur.
Ölkəmizin ikinci gimnastı Marina Nekrasova da iki
finalda (sərbəst hərəkətlər və təkanla tullanma)
yarışmış və hər iki halda dördüncü nəticə göstərmişdir.
Anna Pavlova aprelin 21-də Sloveniyada başa çatmış idman gimnastikası üzrə Dünya Kuboku
yarışlarının qalibi olmuşdur
GİMNASTIMIZ DÜNYA KUBOKU YARIŞLARININ QALİBİ OLMUŞDUR
Azərbaycan Alpinizm Federasiyasının (AAF) sıraları genişlənmişdir.
“Dolphin Baku NDL” dayvinq seksiyası AAF-in tərkib hissəsi olub, yüksək dağ
dayvinq seksiyası kimi xidmət edəcək.
Federasiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yeni seksiyanın
arxasında olan “Dolphin NDL” abbreviaturası onun milli dayv liqasının üzvü
olmasını göstərir. Həmin liqada “Dolphin Baku” mərkəzi Azərbaycanı layiqincə
təmsil edir.
Rauf Zeynalov və Andrey Xruşşov kimi təcrübəli təlimatçıların köməyi ilə
alpinistlər dayvinq, fri-dayvinq, yüksək dağ və mağara dayvinqi bacarıqlarını
təkmilləşdirmək imkanını alacaqlar.
Bundan əlavə, seksiya idmançılara nəinki məşq etmək, hətta fəal şəkildə dincəlmək imkanını da yaradır.
Ehtiyac olan zaman idmançılar məşq və dincəlmək üçün xaricə də gedə bilərlər.
Dayvinq mərkəzində gələcəkdə yüksək dağ göllərinin dibində tədqiqatlar aparmaq, müxtəlif şəraitdə
xilasetmə əməliyyatlarını bacaran mütəxəssislərin hazırlanması planlaşdırılır.
“Dolphin Baku NDL” milli dayv liqasının ölkəmizdə ilk təmsilçisidir.
Dayvinq seksiyası Azərbaycan Alpinizm Federasiyasının (AAF) sıralarını genişləndirmişdir
AAF GENİŞLƏNİR
AzərTAc xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 60 minə çatmışdır.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 60 mininci üzvü “Məktəblərdə futbol
dərsi” layihəsində iştirak edən Gəncə şəhəri 24 nömrəli orta məktəbin 5-ci sinif şagirdi
Rəvanə Rzayevadır.
Məlum olduğu kimi, 2009-cu ilin yanvarından AFFA tərəfindən futbolla məşğul olan şəxslərin –
futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılmışdır
AZƏRBAYCANDA FUTBOLLA MƏŞĞUL OLAN
ŞƏXSLƏRİN SAYI 60 MİNƏ ÇATMIŞDIR
70
329 May 2014
Jurnalist Mayk Roirdanın FİLA əfsanələri haqqında
hazırladığı növbəti material “FILA Champion, Sharif
Sharifov: The Perfection of Simplicity” (“Sadəlik
təcəssümü”) adlanır.
Yazıda deyilir: “Ş.Şərifov 84 kiloqram çəki dərəcəsində
ən yaxşı güləşçi olmağı qarşısına məqsəd qoymuş və
London olimpiadasında qızıl medalı qazanaraq məqsədinə
nail olmuşdur. Ş.Şərifov güləşçi karyerasını davam etdirir.
Rioda keçiriləcək Olimpiya Oyunlarında iştirak edib-
etməyəcəyindən asılı olmayaraq o, güləşin canlı əfsanəsi
olaraq qalır. Şərif Şərifov bu idman növünün təməl
anlayışlarını fəth edən triumfa nail olacaq, çünki güləşdə nə
qədər sadəlik olarsa, o qədər də uğur vardır”.
Beynəlxalq Güləş Federasiyası (FİLA) Azərbaycanın Olimpiya
çempionu Şərif Şərifov haqqında məqalə hazırlamışdır
FİLA: ŞƏRİF ŞƏRİFOV GÜLƏŞİN CANLI ƏFSANƏSİ OLARAQ QALIR
Şəhər infrastrukturunun yaxşılaşdırılmasına – yeni yolların və təzə metro
qolunun tikintisinə 11 milyard dollar xərclənəcək. Bu, öncədən nəzərdə
tutulduğundan 25 faiz çoxdur. Səbəb kimi layihələrin sayının artması və Rio-de-
Janeyronun olimpiadaya təşkilatçılıq hüququ əldə etdiyi 2009-cu ildən indiyədək
qiymətlərin 30 faiz yüksəlməsi göstərilib.
Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-
dən 21-dək keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk Oyunlar kimi
tarixə düşəcək.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 16,3 milyard dollar sərf olunacaq; vəsaitin
60 faizini Braziliya hökuməti, 40 faizini sahibkarlar ödəyəcəklər
NÖVBƏTİ OLİMPİADANIN BÜDCƏSİ AÇIQLANDI
Məbləğin 50 milyonu qalibə çatacaq. Halbuki 2014-cü il dünya çempionatında iştirakçı ölkələr 476
milyon, qalib 35 milyon dollar qazanacaq. FİFA bayrağı altında keçirilən yarışlarda oyunçusu zədələnən kluba
isə kompensasiya məbləği 100 milyon dollardan 120 milyon dollara yüksələcək.
FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarına rekord məbləğdə mükafat
ödəyəcək. Mundiala qatılacaq 32 ölkəyə ümumilikdə 582 milyon dollar paylanacaq
FİFA-DAN DÜNYA ÇEMPIONATI
IŞTIRAKÇILARINA REKORD MÜKAFAT
Xəzər Universitetinin kollektivi universitetin Coğrafiya departamentinin müdiri Rövşən
Abbasova oğlu
Nuru Abbasovun
vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
ALLAH RƏHMƏT ELƏSİN!
Dostları ilə paylaş: |