Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

 

37 


- Ay oğul, güllənin səsindən qorxma, güllənin səsini eşitdinsə, deməli,sənlik deyil. Sənə 

dəyən gülləni eşitməyəcəksən. 

Amma  nə  fayda?  Ömürlərində  kinolardan  başqa  bircə  dəfə  də  güllə  səsi  eşitməyən  bu 

uşaqların  bəziləri  döyüş  başlayan  kimi  silahlarını  atıb  qaçır,  bəziləri  də  səngərin  içində 

qulaqlarını  tutub  uşaq  kimi  ağlayırdılar.  Özlərini  batıranlar  da  olurdu.  Qınamaq  da  mümkün 

deyildi, ana uşaqları idi, çoxunun üzünə heç ülgüc də dəyməmişdi. 

Gözlərinin  qabağında  cavan-cavan  oğlanların  havayıdan  qırılmasına,  qırılmayanların  da 

minbir xəstəlik tapmasına dözə bilməyən zabitlər xəlvətcə Komandirin yanına gəlmişdilər: 

- Komandir, bizi eşidən yoxdu. Etiraz edənləri də tutub soxurlar içəriyə ki, provakatorsan. 

Yenə səndən çəkinirlər. Qoyma, uşaqlar havayıdan qırılır. 

Komandir: 

- Vallah, sizin hökumət elə bilir düşmən erməni deyil, mənəm. Amma çalışaram. 

Durub getmişdi Katibin yanına: 

- Katib, sən bu şəhərin yiyəsisən, niyə qoyursan hökumət bu xalqın uşaqların qırdırsın? 

-  Rəhmətliyin  oğlu,  nə şəhər, nə  rayon, nə  yiyə?!  İndi  heç bu ölkənin  yiyəsi  yoxdu. Elə 

bilirsən  məni  eşidirlər?  Dəfələrlə  demişəm,  dava  da  eləmişəm.  Sekada  söymədiyim  adam 

qalmayıb,  heç  filan  yerlərinə  də  deyil.  Deyirəm  heç  olmasa  bu  yazıqları  paylayın  bizim 

batalyonlara,  qoyun  bir  az  təlim  keçsinlər.  Deyirlər,  cəbhəçiləriyin  sayın  artırmaq  istəyirsən? 

Guya  cəbhəçilər  mənimdi.  Deyirəm,  bizim  batalyonlara  vermirsiniz,  yaxşı,  onda  verin  Şirin 

Mirzəyevin batalyonuna, o ki cəbhəçi deyil, nazirliyin batalyonudu. Ona da razı olmurlar. Çünki 

yuxarıların  axmaq  göstərişlərini  yerinə  yetirmədiyinə  görə  Şirindən  də  zəhlələri  gedir.  O  gün 

Kolanıda  bir  kapitan  Müdafiə  Nazirinin  boğazını  üzürdü.  Deyirdi  ki,  tüfəng  tuta  bilməyən  bu 

uşaqlarla erməninin qabağına necə çıxım? Düzü, zəhləm getsə də, Nazirə yazığım gəldi, oturub 

zülüm-zülüm  ağladı.  Dedi  elə  bilirsiniz  mən  insan  deyiləm,  elə  bilirsiniz  mənim  balalarım 

yoxdu?! Neyləyim?! Ali Baş Komandan nə əmr eləyir, mən də onu yerinə yetirirəm. 

- Heç olmazsa o uşaqlara verdikləri silahları bizə versinlər, bu  camaata versinlər, biz də 

işimizi bilək. 

Katib acı-acı güldü: 

-  Komandir,  bayaqdan  ağzımda  bir  “Qur’an”lıq  söz  danışıram,  sən  də  deyirsən  silahları 

bizə versinlər. Bir nəfərə deyirlər Əzrayıl bala paylayır, o da deyir ki,  balama dəyməsin, onun 

balası mənə lazım deyil. Şükür elə ki, əlimizdəkini almayıblar. Çalışaram heç olmasa onları ön 

cəbhədən çıxarsınlar. 

Ayrılarkən Komandir dedi: 

-  Katib,  ağsaqqalımızsan,  səndən  keçə  bilmirəm.  İcazə  ver,  o  ağevdəkilərin  hərəsinin 

əlinə bir qoşa lülə verib soxum səngərə, ağılları başlarına gəlsin. 

-  Onlar  peşkadılar,  Komandir.  İşin  olmasın.  Özü  də  içlərində  bizi  istəyənlər  də  var. 

Amma neyləsinlər, nəyin nəyidilər ki! 

Komandir qorxudan sapsarı saralmış bu əsgərlərə baxdı, gördü ki, onları təzədən döyüşə 

soxub qırdırmağın heç bir mənası yoxdu, soruşdu: 

- Komandiriniz hanı? 

- Vurdular! Uşaqların yarısı dağda qırıldı! 

Komandir: 

-  Müəllim,  işin  yoxdu,  qoy  getsinlər.  Günah  bunlarda  deyil  ey,  bunları  bura  göndərən 

namərdlərdədi.- dedi, sonra üzünü tutdu əsgərlərə:- Silahlarınızı buraxın, gedin. Müəllim, sən də 

silahları payla öz camaatına, göndər yuxarı, Abdalın üstünə. Oranı möhkəmlədin, ordan da girə 

bilsələr, qabaqlarını kəsmək mümkün olmayacaq. Di siz də buraxın silahlarınızı. 

Əsgərlər əvvəl-əvvəl bir-birlərinə baxdılar, sonra başlarını saldılar aşağı, xəcalətindən heç 

kim silahını birinci atmağa ürək eləmədi. 

Komandir: 

- Ə, vaxt yoxdu, buraxın silahlarınızı dedim. Çıxın kənddən! Özü də üzümlüklərin içiylə 

gedin ki, sizi qırmasınlar. 



Lit.az 

 

 



38 

Bəziləri  utana-utana  silahını  gətirib  Komandirin  önünə  buraxdı  və  çəkildilər  bir  tərəfə. 

Bəziləri isə hələ də dayanıb çəkinə-çəkinə Komandirə baxırdı. 

- Siz nəyi gözləyirsiniz? Gedin, utanmayın! 

- Biz döyüşə qayıtmaq istəyirik. 

Komandir daha gözləmədi: 

- Müəllim, silahları payla camaata, bunları da götür özünlə! Çıxın Abdala! Dağ bizlikdi. - 

dedi və cavab gözləmədən mindi maşına:- Sür! Namərd uşağı, namərdlər! Xalqın burnufırtılıqlı 

uşaqlarını küçələrdən yığıb göndərirlər ki, gedin ölün. Vuruşa bilənlər də Mütəllibovu qoruyur. 

Eybi yox, qoy bu ermənilərlə qurtaraq, onun da məsələsinə baxarıq. 

Batalyon  döyüşə  hazır  vəziyyətdə  meşənin  içində  Komandiri  gözləyirdi.  Çatan  kimi 

qərargah rəisi məlumat verdi: 

- Sol tərəfdə bir beempeləri var. Çıxır yolu vurur, tez də gizlənir. Deyəsən pulemyotları 

çoxdu. Yaxşı möhkəmləniblər. Beempe olmasaydı dərd yarıydı. Çətin olacaq. Artilleriyasız heç 

nə edə bilməyəcəyik. Oğraşlar bu boyda postu uşaq-muşağa tapşırıblar. 

Kimsə tövşəyə-tövşəyə kəsə yolla aşağıdan yuxarı dırmanırdı, hamının çiçəyi çırtladı: 

- Komandir! Baxın! 

Komandir  geri  çevrildi  -  Drakon  idi  -  ciyər  dolusu  bir  nəfəs  aldı,  bəlkə  də  heç  vaxt  bu 

qədər sevinməmişdi, gözləri doldu. Bunu uşaqlar da hiss elədi. 

Drakon gəlib çatdı. Dayandı Komandirin önündə, nəfəsini dərmədən ağır-ağır dedi: 

- Komandir! İcazə ver məlumat verim! 

- Buyur! 

-  Döyüş  başlayanda  Ağbulaqda  postdaydım.  Özümü  çatdıra  bilmədim,  yoxsa  postu 

verməyə  qoymazdım.  Yazıqlar  lap  uşaqdılar.  Amma  komandirləri  əjdaha  oğlanıydı,  snayperlə 

vurublar.  Komandirləri  vurulan  kimi  də  qorxularından  düşüblər.  Bir  beempeləri  var,  rusdu 

köpəyoğlu,  tanıyıram.  Çox  yaxşı  işləyir.  Bir  dənə  qranatamyotları  var,  iki  dənə  də  erpeka 

pulemyotları. Çox deyillər, otuz-otuz beş nəfər ola-olmaya. 

Drakon əsgərlikdə olmamışdı, elə bu uşaqların çoxu da!  Əsgərlikdə olanlar da vardı ki, 

iki ildə heç avtomat da görməmişdilər. Ya tikinti batalyonunda qulluq eləmişdilər, ya da özlərini 

vermişdilər yeməkxanaya, anbara. Ya da generalların bağlarını qorumağa. Hamısı da qayıdandan 

sonra gopa basırdı ki, generalın qızıyla gəzirdi, amma indiyədək əsgərlikdən bir general qızı, heç 

mayor qızı da alıb gətirən olmamışdı. Alıb gətirdikləri qızların ataları ya elektrik idi, ya sürücü, 

çox  qudursa  ticarətçi  qızı.  Bir  də  əsgərlikdən  gələnlərin  hamısı  bığlı  olardı,  bununla  fors 

eləyirdilər ki, komandir nə qədər elədi bığımı qırxdıra bilmədi: 

- Dedim, komandir, biz azərbaycanlılar kişiyik ey! Kişinin də bığı olar. 

Bığsız  komandirlər  kişi  deyildilər,  amma  bığsız  komandirlərin  bağında  qulluq  eləyən, 

axşamlar itlərini gəzməyə çıxaran bığlı bizimkilər kişiydilər. 

Və belə yerlərə, general qızları ilə kef eləmək üçün general bağlarına düşməyin xatirinə 

də  yalvara-yalvara  ruslara  nə  qədər  rüşvət  verirdilər.  Və  heç  bilmirdilər  ki,  pul  verməsələr  də 

bizimkilərin yeri elə tikinti batalyonudu, yeməkxanadı, çayxanadı. Lap pulluları da uzağı general 

bağlarına göndərilirdi, general qızları ilə kef eləməyə yox, general qızlarına nökərçilik eləməyə. 

Ölmüşdü  rus,  bizimkiləri  aparıb  raket  qurğuları  öyrədəydi,  təyyarə,  tank  sürməyi,  top  atmağı 

öyrədəydi. Hələ fəxr də eləyirdik ki, Hacı Zeynalabdin Tağıyev Çara hər il külli miqdarda pul 

verirmiş ki, bizimkiləri əsgər aparmasın, guya aparacaqmış. 

Amma indi bu müharibə çox qısa zamanda, bu əsgərlikdə olmayan, ya da əsgərlikdə olub 

general  qızlarıyla  gəzdiklərini  gopa  basan  bu  uşaqlara  çox  şeyi  öyrətmişdi.  Hətta  elə  şeylər 

öyrətmişdi  ki,  iyirmi  ilin  zabiti  də  o  şeyləri  bilmirdi.  Güllələrin  səsindən  silahın  növünü  təyin 

edirdilər, mərminin səsindən topun. Səsindən Amerika istehsalı silahları da tanıyırdılar. Adətən 

bu silahlardan xaricdən gətirilən muzdlular istifadə etdiyindən hətta onu da bilirdilər ki, qarşıda 

nə qədər muzdlu var. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə