AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə25/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   21   22   23   24   25   26   27   28   ...   144

 

dövrü  əhatə  edir.  Rusiyada  iqtisadiyyatın  inkişafı  və  onun  dünya 

iqtisadiyyatına təsiri baxımından bu dövrün özünü bir neçə mərhələlərə 

bölmək olar. 10 ildən də çox bir dövrü (1917-1928) əhatə edən birinci 

mərhələdə Rusiyanın iqtisadiyyatı daxili çəkişmələr və düzgün iqtisadi 

inkişaf  proqramının  olmaması  nəticəsındə  əvvəlcə    iqtisadiyyatın 

dağılması, mərhələnin axınında isə heç bir ciddi struktur dəyişiklikləri 

etmədən  bərpası  baş  verirdi.  Bu  ölkədə  dünya  iqtisadiyyatında 

görünməyən proseslər baş verirdi: 

"Hərbi  kommunizm"  adlanan  illərdə  iqtisadiyyat  çox  yüksək 

sürətlə aşağı düşürdüsə, sonrakı illərdə iqtisadiyyat eyni yüksək sürətlə 

də  inkişaf  edirdi.  Lakin  bu  inkişaf  ekstensiv  xassəli  idi  və  dünya 

iqtisadiyyatına  heç  bir  şey  bəxş  etmirdi.  Əksinə,  bütün  iqtisadiyyatın 

dövlətin  əlində  cəmləşdirilməsi  prosesi  gələcək  iqtisadi  çətinliklərin 

yaranması üçün şəraiti formalaşdırırdı. 

İkinci mərhələ 24 ildən artıq bir dövrü (1929-1953) əhatə edirdi. 

Bu  dövrdə  İkinci  dünya  müharibəsi  də  baş  verdi  və  onun  baş 

verməsində  də  Rusiyanın  seçdiyi  sosial-ictimai  quruluşun  az  günahı 

olmadı. 1928-1939-cu illərdə xalqın qanı bahasına əldə edilmiş iqtisadi 

yüksəliş  müharibə  nəticəsində  dağıdıldı.  Lakin  qələbədən  ruhlanan 

Rusiya  rəhbərləri  iqtisadiyyatı  özlərinə  məxsus  üsullarla  və  özlərinin 

istədikləri  kimi  inkişaf  etdirə  bildilər.  Bu  inkişafın  xarakterik 

cəhətlərinə 

istehsalın 

təmərküzləşməsi, 

onun 


tamamilə 

dövlətləşdirilməsini,  qeyri-bazar  iqtisadiyyatnın  bərqərar  olması,  ağır 

sənayenin  üstün  inkişafı,  sənayenin  militarizasiyası,  təbii  resursların 

talan edilməsi, ekologiyanın pisləşməsi, xarici iqtisadi əlaqələrin qeyri-

rasional  olması,  kənd  təsərrüfatında  kəndli  təsərrüfatlarının  ləğv 

edilməsi,  iqtisadiyyatın  ağır  sənayenin  xeyrinə  birtərəfli  inkişafını  aid 

etmək olar. Bu mərhələ iqtisadiyyatın gələcəkdə dağılması üçün zəmin 

hazırladı. Dünya iqtisadiyyatı isə bu mərhələdə heç bir şey əldə etmədi. 

Heç olmasa ona görə ki, əldə edilən iqtisadi və hərbi irəliləyişlər "nəyin 

bahasına  olursa  olsun  prinsipinə  əməl  etməklə  qazanılımşdı.  Elə  buna 

görə də üçüncü mərhələdə (1954-1979) iqtisadi inkişafın sürəti azaldı və 

komanda  iqtisadi  inkişaf  modeli  ilə  gələcək  inkişafın  mümkün 

olmaması  hamı  üçün  aksiomaya  çevrildi.  Baxılan  dövrün  dördüncü 

mərhələsi  (1980-1992)  son  on  iki  ili  əhatə  edirdi  və  özündən  əvvəlki 

pillələrin  üzvi  nəticəsi  kimi  sosialist  ölkəsi  adlanan  bir  ölkənin 

dağılması  ilə  başa  çatdı.  SSRİ  deyilən  ölkə  parçalandı,  yeni  dövlətlər 




 

meydana gəldi, iqtisadiyyat isə sözün tam mənasında dağıdıldı və talan 

edildi.  İqtisadi  əlaqələrin  pozulması  yeni  yaranmış  ölkələrin 

iqtisadiyyatına ölümcül təsir göstərdi. 

Beləliklə də, əslində həm özünün və həm də yaxın və uzaq 

qonşularının iqtisadiyyatının pisləşməsinin müəllifı, səbəbkarı 

Rusiyanın özüdür. Artıq 10 ilə yaxındır ki, SSRİ deyilən bir dövlət 

yoxdur. 


Lakin 

iqtisadiyyatı 

idarə 

edərin 


psixologiyasında, 

dünyagörüşündə köklü,  müasir dünyanın qəbul etdiyi dəyişikliklər baş 

vermədiyinə, siyasət və hərbi gücə malik olmaq psixologiyası qaldığına 

görə  Rusiyada  iqtisadi  inkişaf  zəif  gedir.  Uzun  illər  boyu  dövlətlərin 

iqtisadi inkişaf göstəriciləri müqayisə edilərkən Rusiyanın deyil SSRİ-

nin  göstəriciləri  müqayisə  edilirdi.  Buna  görə  do  Rusiyada  iqtisadi 

vəziyyətə  qiymət  vermək  üçün  fərdi  şəkildə  aparılan  tədqiqatların 

məlumatlarından  istifadə  etməyi  üstün  tutduq.  Rusiyanin  İqtisadiyyat 

Elmi  və  Sahibkarlıq  Fəaliyəti  Akademiyasının  akademiki,  REA-nın 

Avropa  İnstitunun  beynəlxalq  iqtisadi  müqayisələr  mərkəzinin  rəhbəri 

i.e.d., professor A.M.Kudrovun şəxsi hesablamalarına görə 1990-cı ildə, 

yəni SSRİ-nin dağılmasından bir il qabaq, Rusiyanın ÜDM-nun həcmi 

ABŞ-ın ÜDM-nun 17,7%-ni təşkil edirdi. 1992-ci ildə, yəni Rusiyanın 

müstəqilliyinin birinci ilində bu göstəricinin səviyyəsi aşağı düşmüş və 

cəmi  12,0%  təşkil  etmişdir.  Sonrakı  illərdə  Rusiyanın  iqtisadiyyatında 

geriləmələr davam etmiş və 1996-cı ildə RF-nın ÜDM-nın həcmi ABŞ-

ın  ÜDM-ni  cəmi  8,6  faizi  qədər  təşkil  etmişdir.  Deməli,  1990-cı  illə 

müqayisədə ÜDM-un ABŞ-ın ÜDM-na  görə nisbəti 2 dəfədən də çox 

pisləşmişdir. Bunun səbəbi nədir? Keçid dövrü altında bunu pərdələmək 

olmaz.  Əsas  və  başlıca  səbəb  Rusiyanın,  Ermənistandan  başqa  öz 

qonşularına  qarşı  apardığı  hərbi  və  kolonial  siyasətdir.  Rusiya  nə  özü 

inkişaf  edir,  nə  də  qonşu  ölkələrin  inkişafını  istəmir,  onlara  bütün 

yollarla  mane  olmağa  çalışır.  Ölkələri  bir-birinə  qarşı  qoymaqla 

"Parçala və hökm sür" prinsipindən əl çəkmir. Elə buna görə də Rusiya 

1991-1994-

cü  illərdə  Ermənistana  1  milyard  dollar  dəyərində  silah-

sursat  məhsulu  bağışlamaqla  Qafqazda  gərginliyin  artmasına  səbəb 

oldu.  Lakin,  əgər  bu  qədər  böyük  məbləğ  Rusiyanın  özünün  iqtisadi 

inkişafına  yönəldilmiş olsa idi, iqtisadi səmərə əldə edilərdi. Rusiyada 

iqtisadi  inkişafın  geriliyi  ətraf  ölkələrə  ikiqat,  üçqat  mənfı  "  təsir 

göstərir.  MDB  deyilən  quruma  daxil  olan  ölkələrin  hamısında  iqtisadi 



 

gerilik  var.  Azərbaycanın  iqtisadiyyatı  buna  parlaq  misaldır.  Bir 

tərəfdən keçmiş SSRİ-də və sonradan Rusiya Federasiyasında və onun 

dostu Ermənistanda gedən proseslərin bilavasitə təsiri nəticəsində, digər 

tərəfdən,  rus-erməni  qoşunları  tərəfındən  20%-dən  də  çox 

torpaqlarımızın  zəbt  edilməsi  nəticəsində  Azərbaycanın  iqtisadiyyatı 

lazım və mümkün olan səviyyədə inkişaf edə bilmir. Burada əsas səbəb 

- region amilidir. 

 

 

§3. 



Transmilli korporasiyalar (TMK) və dünya                                    

iqtisadiyyatı 

 

                           3.1. TMK-

nın mahiyyəti 

Bazar  iqtisadiyyatı  yolu  ilə  inkişaf  etmiş  kapitalist  ölkələrinin 

əsas  liderləri  keçən  əsrdə  böyük  müvəfəqiyyətlər  əldə  edə  bildilər. 

Nəhəng  monopolist    fırmaların  əlində    çoxlu  miqdarda  maliyyə 

resursları    toplanmışdı.  Ölkə    daxilində    onlardan  tam  və  səmərəli 

istifadə etmək limiti tükənməkdə  olduğuna görə kapital sahibləri pulu 

ölkənin  xaricində  yerləşdirmək  və  daha  yüksək  gəlir  əldə    etmək 

ideyalarını öz hökumətlərinin dəstəyi ilə reallaşdırmağa başladılar.  Bu 

cür  ideyaların  ortaya  çıxması  və    reallaşmağa  başlaması  tarixi  keçən 

əsrin birinci yarısına təsadüf edir. Lakin kapitalın    xarici    ölkələrdə    

yerləşdirilməsi    işinin    dünya iqtisadiyyatına güclü təsiri əsrin ikinci 

yrasında əyani nəzərə çarpmağa başladı. Məhz bu dövrdə  inkişaf etmiş 

ölkələrin  xaricdə  fəaliyyət    göstərən  sənaye,  bank  və    digor 

strukturlarının sayı 10 mini ötmüşdü. Getdikcə onların içərisindən çox 

da böyük olmayan qruplar daha f

əallaşmağa  başladılar  və  özlərinin 

istifadə  etdikləri yeni stil və üsulların hesabına böyük müvəffəqiyyətlər 

əldə  etdilər.  Bunları  sonralar  transmilli  korporasiya    (TMK) 

adlandırmağa baş-ladılar. 

Bu gün TMK-

lar çox inkişaf etmişlər və bir çox cəhətdən dünya 

bazarının  strukturunu  və  məhsulların  rəqabət  qabiliyyətliliyini, 

beynəlxalq  kapitalın  hərəkətini  və  texnologiyanın    ötürülməsini  təmin 

edə bilirlər. Yüksək idarəetmə və təşkilati struktura malik olan TMK-ın 

baş  qərargahlarının  beşdə    dördü  ABŞ-da, Yaponiyada, Böyük 

Britaniyada,  Almaniyada  və  Fransada  yerləşmişdir.  Bütün  iri  TMK-ın 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə