AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


onun təşkilatçıları  istehsalı və satışı vaxtında optimallaşdıra və firmanın  şöhrətini saxlaya bilsinlər.    3.4.Dün



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə28/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   24   25   26   27   28   29   30   31   ...   144

 

 

onun təşkilatçıları  istehsalı və satışı vaxtında optimallaşdıra və firmanın 

şöhrətini saxlaya bilsinlər. 

 

3.4.Dün



ya iqtisadiyyatı və TMK 

 

Dünya  iqtisadiyyatının  inkişaf  və  tərəqqi  etməsində  TMK-ların 



rolu  çox  böyükdür.  Beynəlxalq  korporasiyalar    məhsuldar  qüvvələrin 

beynəlmiləlləşməsinə  səbəb  olurlar  ki,  bu  da  öz  növbəsində  bazar 

münasibətlərində  meydana  gəlmiş  məhsuldar  qüvvələrin  və  istehsal 

münasibətlərinin  dünya  miqyasında  (beynəlxalq  miqyasda)  təşəkkül 

tapmasına  çox  gözəl  şərait  yaradırlar  və  dünya  iqtisadiyyatının 

inkişafına və rezonans səmərə əldə etməyə imkan verir: ayrı-ayrı milli 

kapitalların  birləşdirilməsinə  əsaslanan  monopollaşma  fəaliyyət 

göstərdiyi  ölkələrdə  məhsuldar  qüvvələrin  inkişafı  üçün  yeni  şərait 

yaradır. Elə şəraitlə ki, TMK-sız bəlkə də heç yaranmayacaqdı, ya da ki, 

yaranması  üçün uzun illər tələb olunacaqdı. 

TMK-

lar yüksək mənfəət əldə etmələri üçün hərtərəfl çalışırlar və 



bu yolda istər-istəməz beynəlmiləlləşirlər. Bu prosesin özü bütün dünya 

iqtisadiyyatına  müsbət  təsir  göstərir.  Beynəlmiləl    status  almış  belə 

korporasiyaların  ilk maraqları çoxlu mənfəət əldə etməkdirsə, sonrakı 

maraqları  (öz  iradələrindən  asılı  olmadan  dünya  iqtisadiyyatının 

inkişafını təmin etməkdir. Onlar mənfəət "əldə etmək xatirinə dünyada 

baş  verəcək  neqativ  (etnik  çəkişmələr  müharibələr)  hallara  da  çox  pis 

yanaşırlar  və  deməli,  dünya  iqtisadiyyatının  inkişafı  üçün  şərait 

yaranmasının  "mübarizlərinə”  çevrilirlər.  Xarici  ölkələrdə  fəaliyyət 

göstərən  filialların  istehsal  təsərrüfat  fəaliyyəti  TMK-nın  öz  ölkəsində 

yerləşən  baş  qərargahından  idarə  edilir  və  istehsal  edilən  məhsul  çox 

vaxt  dünya  bazarı  üçün  nəzərdə  tutulur.  TMK-  beynəlxalq  əmək 

bölgüsünün  sürətlənməsinə  şərait  yaradır.  Kompaniyalar  arasında, 

ölkələr arasında baş verən əmək bölgüsü bir fırma daxilində beynəlxalq 

əmək bölgüsü ilə tamamlanır. Bu cür çoxmillətli kompaniyalar son illər 

müəyyən  xidmət  növlərinin  həyata  keçirilməsi  ilə  də  məşğul  olmağa 

başlamışlar. 

TMK-

nın dünya iqtisadiyyatına təsirinin digər tərəfı elmi-texniki 



tərəqqi və onun nailiyyətlərinin istehsala gecikmədən tətbiq edilməsi ilə 


 

 

bağıldır.  Bu  sahədə  TMK-ı  əvəz  edən  başqa  struktur  tapmaq  cətindir. 

TMK-

ların  özləri  beynəlxalq  təsərrüfat  strukturu  olmaqla  mahiyyətcə 



innovasiya növlü strukurlardır. Onlar öz fılialları vasitəsilə elmi-texniki 

tərəqqi  nailiyyətlərinin  digər  ölkələrə  də  yayılmasına  səbəb  olurlar. 

Toxuculuq və elkektronika sahəsində bu proses daha çox nəzərə çarpır. 

Məhz  TMK  -ların  dünyanın  bir  çox  ölkələrindəki  firma  və 

kompaniyalarda əlaqəyə girmək, birgə müəssisə yaratmaq, fundamental 

və  priklad  tədqiqatlar  həyata  keçirmək,  lisenziya  almaq,  əməkdaşlıq 

etdiyı  müəssisələrin  texniki-istehsal  bazalarını  müasir  səviyyədə  

qaldırmaq üçün imkanları daha çox olur. 

 

 

3.5.ТМК-ın  coğrafiyası 

İnkişaf etmiş ölkələrdən dünyanın digər ölkələrinə axan kapitalın 

həcmi  gctdikcə  artır.  Ölkələr  sərbəst  kapital  toplandıqca  bu  prosesə 

qoşulurlar.  Lakin  yeni  nəhənglərin  meydana  gəlməsındə  yüksək  sürət 

nəzərə  çarpmasa  da,  xaricə  axan  kapitalın  ümumi  həcmində  ənənəvi 

olaraq  bu  prosesdə  iştirak  edən  ölkələrin  xüsusi  çəkiləri  və  yerlərinin 

dəyişməsi tez-tez baş verir. Məsələn, keçən əsrin 80-cı illərinin birinci 

yarısında  İngiltərədən  xaricə  axan  kapitalın    həcmi  ABŞ-dan axan 

kapitalın  göstəricisindən  çox  olmuşdur.  TMK-nın  inkişafında 

Yaponiyanın rolu getdikcə artır. 

Кеçən  əsrin  80-ci  illərinin  axırında  90-cı  illərinin  əvvəlində 

Yaponiya xaricə kapital çıxaran nəhəng investor statusu almışdı. 

Dünya  təsərrüfat  sistemində  baş  verən  dəyişikliklər,  dərindən 

baxanda, elə transmilli korporasiyların özləri tərəfındən stimullaşdınlır. 

Digər  tərəfdən,  dünya  iqtisadiyyatında  baş  vermiş  dəyişikliklərin  özü 

TMK-


ın  sayında,  strukturunda,  ölçülərində  və  fəaliyyət  sahələrində 

müəyyən dəyişikliklərin baş verməsinə səbəb olur. Son illər kapitalın və 

istehsalın  transmilliləşməsi  prosesinə    orta  ölçülü  kompaniyalar  da 

qoşulur.  Xaricə  kapital  ötürən  ölkələrin  coğrafıyası  da  dəyişir.  İnkişaf 

etmiş  ölkələrin  və    yeni  dövlətlərin  də  prosesə  qoşulmaları  nəzərə 

çarpır. 



 

 

Lakin TMK-

ın  yaradıcıları  olan  ölkələr  öz  mövqelərini  əldən 

vermirlər. Hazırda əsas və nəhəng transmilli korporasiyalar planetimizin 

üç  nəhəng  qütblərinin  iqtisadi  mərkəzlərinin  -  ABŞ  Avropa  Şurası  və 

Yaponiyanm  ixtiyarındadır.  Onlar  dünya  iqtisadiyyatının  inkişafına 

müsbət təsir etməkdə davam edirlər. 

 

V FƏSİL.DÜNYA İQTİSADİYYATI  VƏ  QLOBAL  



PROBLEMLƏR 

§1.Qlobal problemlər və onların əsas əlamətləri 

1.1.Problemin mahiyyəti 

 

Yer  kürəsinin  hansı  tərəfində  yeləşməsindən  və  inkişaf 



səviyyəsindən  asılı  olmadan  bütün  dövlətləri  özləriin  daxili  sosial  –

iqtisadi inkişafı ilə bağlı məslələrlə yanaşı dünyanın qlobal adlandırılan 

məsələləri  də  bu  və  ya  başqa  səviyyədə  maraqlandırır.Qlobal 

problemlərə  maraqların  artmasının  obyektiv  əsası  vardır.  İlk  növbədə, 

bu,  “qlobal”  sininfinə  aid  edilən  problemlərin  ümmubəşəriliyi  ilə  izah 

edilə bilər. 

“Qloballıq”  anlayışı  özü-özlüyündə  çox  mürəkkəb  və  dərin, 

əhatəli  və  mahiyyətcə  gec  dərk  edilən  anlayışdır.Qlobal  sözünü  bir 

adam, bir qrup adam və yaxud bir dövlət hətta dövlət qrupları üçün çox 

çətin olan, həlli ilk baxışda mümkün olmayan, böhran vəziyyətdə olan 

halları ifadə etmək üçün işlətmək qəbul olunmuşdur.İlk növbədə dünya 

iqtisadiyyatı üçün bunun mənasını aydımlaşdırmaq lazımdır. 

Dünya  iqtisadiyyatında  işlədilən  “qlobal  problem”  özünün  bir 

neçə  əlamətlərinə  görə  də  digər,  heç  az  əhəmiyyətə  malik  olmayan 

iqtisadi  və  sosial  problemlərdən  fərqlənirlər.  Bu  əlamətlər 

hansılardır?Birincisi,onların  ümumibəşəri  məzmuna  malik  olmalarıdır. 

Bu  əlamət  qlobal  problemi  bəşəriyyətin  gələcəyi  ilə  formalaşmış 

sivilizasiyasının saxlanılması və inkişafetdirilməsi amilinə və qarantına 

çevirir. 

İkinci  əlamət  qlobal  problemlərin  əhalisinin  sayından,  sosial-

iqtisadi q

urluşundan, iqtisadiyyatınınvəziyyətindən, coğrafi mühitindən, 

elmi-

texniki inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün 



səviyyədə  universal  və  kəskin  olmalıdır.Qıobal  problemlərin  üçünçü 

əlaməti onların kompleksliliyidir. Bu əlamət hər bir problem daxilində 

təbii-coğrafi,  elmi-texniki, sosial-iqtisadi  və  siyasi  aspektlərin  xüsusi 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə