oynamasını dünyanın əksər ölkələrinin iqtisadçıları təkidlə qeyd edirlər.
E.Denisonun verdiyi məlumata görə ABŞ və QA-da əldə edilən iqtisadi
artımın 2-15%-i təhsilin səviyyəsinin yüksəldilməsi hesabına baş
vermışdir. Yeni biliklərin meydana gəlib inkişaf etməsi əslində istehsal
prosesinin ayrılmaz hissəsinə çevrilmişdir. Yeni biliklər təcrübədə öz
əksini maşın və mexanizmlərin yeni konstruksiyasında, işçi qüvvəsinin
keyfiyyətində, səmərəli təşkilatıi qərarlarda, konyukturanın dərk
edilməsində, sərfəli iqtisadi inkişaf modellərinin seçilməsində tapır.
Bilik artımı material-enerji resurslarına qənaət etməyə, məhsulun enerji,
materail, fond və əmək tııtumunun aşağı düşməsinə tam reallığı ilə
səbəb olur. İstehsal resurslarından bilik resursunun fərqləndirici
cəhətlərindən biri ondan ibarətdir ki, maşın və ava-danlıqlardan fərqli
olaraq bilik bir ölkədon dünyanın digər ölkələri-nə daha tez yayıla bilir:
müasir informasiya inqilabı buna şərait ya-radır. Maşın və mexanizmlər
kimi bilik də patentlər, lisenziyalar, məsləhətlər, "Nou-hau"lar şəkində
satılır və alınır.
§2. İqtisadi inkişafda region amili
Dünya iqtisadiyyatı ölkələrin və regionların iqtisadiyyatıdır. Buna
görə də regionlar dünya iqtisadiyyatına, onun inkişaf sürətinə,
səmərəliliyinə, tələbatları ödəmə qabiliyyətinə güclü təsir göstərir. Bu
təsir mənfi, müsbət və neytral ola bilər.
Regionun dünya iqtisadiyyatına təsiri burada baş verən iqtisadi,
sosial və siyasi proseslərdən bilavasitə asılı olur. Bu proseslər elmi
əsasda, insan amilini nəzərə almaqla baş verdikdə və ən başlıcası region
ölkələrinin iqtisadi inkişafı əsas götürüldükdə regionda sosial-iqtisadi
yüksəliş baş verir və onun təsiri dünya iqtisadiyyatına bir qayda olaraq
müsbət olur.
Dünya iqtisadiyyatına müsbət təsir göstərən regionlara misal
Şimali Amerika regionu ola bilər. Bu regionun ən qüdrətli ölkəsi ABŞ-
dır. Hazırda isə Kanada da inkişaf etmiş ölkədir və о da ABŞ-la birlikdə
inkişaf etmiş "böyük ölkələr" qrupuna daxildi. Bu regionun inkişaf
etməsində aparıcı amil rolunu həmişə ABŞ oynayır. Kanadanın inkişaf
etmiş ölkələr sırasına çıxmasında da məhz ABŞ həlledici rol
oynamışdır.
ABŞ və Kanadanın inteqrasiyalı iqtisadi əlaqələri öz başlanğıcını
XX əsrin 20-ci illərindən götürür. Bu Kanadanın iqtisadi əlaqələrinin
İngiltərə ilə zəiflədiyi və ABŞ-la isə möhkəmlənməyə başladığı bir dövr
idi. Regionun güclü dövləti olan ABŞ iqtisadi üsullardan istifadə edib
həm özünə və həm də Kanadanın maraqla-
rına uyğun tədbirlər həyata keçirdi. Amerika sahibkarları dövlətin
dəstəyi ilə Kanadanın zəngin təbii resurslannın mənimsənilməsinə
başladılar. Keçən əsrin 20-ci illərinin axırında ABŞ Kanada
iqtisadiyyatının qabaqcıl sahələrində aparıcı mövqeyə malik idi. 1930-
cıı illərin axırında Kanadada ABŞ-ın TMK-na məxsus 309 kompaniya
fəaliyyət göstərirdi.
İllər keçdikcə qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq
Kanadanın inkişafına da səbəb olurdu. İkinci Dünya müharibəsinin
sonlarında ABŞ-ın Kanadada yerləşdirdiyi investisiyaların həcmi 5
milyard dollara çatırdı.Bunun nəticəsi idi ki, ABŞ kompaniyaların
Kanadadakı filialların sayı 1957-ci ildə 630-a 1967-ci ildə isə 962-ə
çatırdı.Bu dövrdə əks istiqamətdə də kapital axını başladı. Bu dəfə
Kana
danın iqtisadi nəhəngləri tərəfindən Amerika və Kanada
sahibkarlan kapitalının qarşılıqlı hərəkəti böyük iqtisadi səmərə verirdi.
Nəticədə hər iki ölkə arasında ticarət özünün yüksək səviyyəsinə
çatmışdı. Şimalı Amerika regionunda iqtisadi əməkdaşlığı
geni
şləndirmək tələb olunurdıı. Bu məqsədlə 1970-ci illərdən
başlayaraq ABŞ kapitalı digər ölkəyə də yönəldildi. 1992-ci ildə ABŞ,
Meksika və Kanada tərəfındən imzalanmış Şimali Amerika sərbəst
ticarət assosiasıyası bu ölkələr arasında əməkdaşlığa mane ola bilən
amilləri maksimum aradan qaldırırdı. Burada söhbət təkcə ticarətdəki
maneələrdən getmirdi, eyni zamanda söhbət xarici investisiya, işçi
qüvvəsinin miqrasiyası rejiminin və üç ölkə sərhədlərinin şəffaflığının
təmin edilməsi sahəsindəki digər aspektlərində həll edilməsindən
gedirdi. Qeyd edək ki, bu üç Şimali Amerika regionu ölkələri arasında
bağlanmış həmin saziş artıq 1994-cü il yanvarın 1-dən həyata keçirilir.
Gələcəkdə bütün maneələrin aradan qaldırılması və üç milli bazanın
üzvi şəkildə birləşməsi proqnozlaşdırılır. XXI əsrin əvvəlində üç
dövlətdən olan 375 mln. nəfəri əhatə edən azad ticarət zonalarının
yaranacağı və 8 trilyon dollar həcmində məhsul istehsalı gözlənilir.
Şübhə yoxdur ki, region ölkələrinin bu cür sağlam niyyət üzərində
qurulmuş iqtisadi əlaqələrinin genişlənməsi həm regionun
iqtisadiyyatına və həm də dünya iqtısadiyyatına güclü müsbət təşir
göstərir. Belə sazişlərə getdikcə daha çox ölkə birləşə bilər. Dərs vəsaiti
yazılan zaman aldığımız məlumata görə Latın Amerikası
ölkələri də (məsələn. Çili) yuxarıda göstərdiyimiz Şimali Amerika
azad ticarət assosiasiyasına qoşulmaq fıkrindədırlər.
Onu da nəzərə almaq lazımdır ki, hər bir regionda lider ölkə olur.
Bu mətndə baxdığımız regionun lideri ABŞ-dır. О özünün düzgün
sosial-
iqtisadi inkişafını çoxdan təyin edib və böyük müvəffəqiyyətlər
əldə edib. Onun təsiri altında regionda iqtisadi yüksəlişə nail olunub.
Belə regionlar yer kürəsində var. Yaponiya və onun yerləşdiyi region da
Yaponiyanın başçılığı altında böyük nailiyyətlər əldə etmişdir. Lakin
çox təəssüflə qeyd etmək lazımdır ki, yer kürəsinin elə regionları da
mövcuddur ki, onlar dünya iqtisadiyyatına mənfı təsir göstərirlər. Belə
regiona parlaq misal Rusiya Federasiyasının yerləşdiyi regiondur.
Rusiya liderdir. Lakin bu regionun iqti
sadi inkişafı qənaətbəxş
deyildir. Həmişə güclü hərbi qüvvəyə malik olduğuna görə iqtisadi
zəifliyi Rusiyanı regionda liderlikdən uzaqlaşdıra bilməmişdır. Daha
doğrusu, Rusiya özü iqtisadi cəhətdən güclü olmadığı üçün özünün
yaxın və uzaq region qonşularının iqtisadi inkişafını da istəməmiş və
əgər, kiçik və böyüklüyündən asılı olmayaraq Rusiyanın təsir dairəsində
olan
һəг hansı bir ölkə inkişaf еtməк istəmişsə də Rusiya ona mane
olmuşdur. İqtisadi inkişaf modellərinin düzgün seçilməməsi, bütün
iqtisadiyyat
ın bir hakimə (liderə) və ya dövlətə tabe edilməsi, xüsusi
təsərrüfatın inkişafı üçün şəraitin yaradılmaması, bürokratik idarəetmə
üsulları, şəxsiyyətə pərəstiş və sairə bu kimi qeyri-iqtisadi və subyektiv
amil və şərtlər Rusiyanın özünü dəfələrlə çox çətin vəziyyətlərə salıb.
Vəziyyətdən çıxmaq mümkün olmayanda sosial-iqtisadi quruluşu
dəyişməyi üstün tutublar. Məhz 1917-ci ildə belə bir hadisə Rusiyada
baş verdi. Heç bir elmi, obyektiv əsası olmayan «sosialist dövləti»
deyilən dövlət formalaşdı. Bu cür sosial-ictimai dəyişikliyin siyasi
köklərini, səbəblərini dərindən açmadan iqtisadi nəticələrini və dünya
iqtisadiyyatına təsirini qısaca nəzərdən keçirsək, görərik ki, Rusiyanın
bir lider kimi özünü səmərəli idarə edə bilməməsi və obyektiv iqtisadi
qanunlar
a tabe olmaması üzündən regionun iqtisadi inkişafı olduqca çox
geri qalmış və region ölkələrinin iqtisadiyyatına və dünya
iqtisadiyyatına mənfı təsir göstərmişdir.
Belə mənfi təsirin bir neçə aspektlərini nəzərdən keçirək. Elə
götürək 1917-1992-ci illəri. Göründüyü kimi bu 70 ildən də çox bir
Dostları ilə paylaş: |