AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə24/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   20   21   22   23   24   25   26   27   ...   144

 

oynamasını dünyanın əksər ölkələrinin iqtisadçıları təkidlə qeyd edirlər. 

E.Denisonun verdiyi məlumata görə ABŞ və QA-da əldə edilən iqtisadi 

artımın  2-15%-i  təhsilin  səviyyəsinin  yüksəldilməsi  hesabına  baş 

vermışdir. Yeni biliklərin meydana gəlib inkişaf etməsi əslində istehsal 

prosesinin  ayrılmaz  hissəsinə  çevrilmişdir.  Yeni  biliklər  təcrübədə  öz 

əksini maşın və mexanizmlərin yeni konstruksiyasında, işçi qüvvəsinin 

keyfiyyətində,  səmərəli  təşkilatıi  qərarlarda,  konyukturanın  dərk 

edilməsində,  sərfəli  iqtisadi  inkişaf  modellərinin  seçilməsində  tapır. 

Bilik artımı material-enerji resurslarına qənaət etməyə, məhsulun enerji, 

materail,  fond  və  əmək  tııtumunun  aşağı  düşməsinə  tam  reallığı  ilə 

səbəb  olur.  İstehsal  resurslarından  bilik  resursunun  fərqləndirici 

cəhətlərindən  biri  ondan  ibarətdir  ki,  maşın  və  ava-danlıqlardan  fərqli 

olaraq bilik bir ölkədon dünyanın digər ölkələri-nə daha tez yayıla bilir: 

müasir informasiya inqilabı buna şərait ya-radır. Maşın və mexanizmlər 

kimi bilik də patentlər, lisenziyalar, məsləhətlər, "Nou-hau"lar şəkində 

satılır və alınır. 

§2. İqtisadi inkişafda region amili 

Dünya iqtisadiyyatı ölkələrin və regionların iqtisadiyyatıdır. Buna 

görə  də  regionlar  dünya  iqtisadiyyatına,  onun  inkişaf  sürətinə, 

səmərəliliyinə,  tələbatları  ödəmə  qabiliyyətinə  güclü  təsir  göstərir.  Bu 

təsir mənfi, müsbət və neytral ola bilər. 

Regionun  dünya  iqtisadiyyatına  təsiri  burada  baş  verən  iqtisadi, 

sosial  və  siyasi  proseslərdən  bilavasitə  asılı  olur.  Bu  proseslər  elmi 

əsasda, insan amilini nəzərə almaqla baş verdikdə və ən başlıcası region 

ölkələrinin  iqtisadi  inkişafı  əsas  götürüldükdə  regionda  sosial-iqtisadi 

yüksəliş baş verir və onun təsiri dünya iqtisadiyyatına bir qayda olaraq 

müsbət olur. 

Dünya  iqtisadiyyatına  müsbət  təsir  göstərən  regionlara  misal 

Şimali Amerika regionu ola bilər. Bu regionun ən qüdrətli ölkəsi ABŞ-

dır. Hazırda isə Kanada da inkişaf etmiş ölkədir və о da ABŞ-la birlikdə 

inkişaf  etmiş  "böyük  ölkələr"  qrupuna  daxildi.  Bu  regionun  inkişaf 

etməsində aparıcı amil rolunu həmişə ABŞ oynayır. Kanadanın inkişaf 

etmiş  ölkələr  sırasına  çıxmasında  da  məhz  ABŞ  həlledici  rol 

oynamışdır. 

ABŞ və Kanadanın inteqrasiyalı iqtisadi əlaqələri öz başlanğıcını 

XX  əsrin  20-ci  illərindən  götürür.  Bu  Kanadanın  iqtisadi  əlaqələrinin 




 

İngiltərə ilə zəiflədiyi və ABŞ-la isə möhkəmlənməyə başladığı bir dövr 

idi. Regionun  güclü dövləti olan ABŞ iqtisadi üsullardan istifadə edib 

həm özünə və həm də Kanadanın maraqla- 

rına uyğun tədbirlər həyata keçirdi. Amerika sahibkarları dövlətin 

dəstəyi  ilə  Kanadanın  zəngin  təbii  resurslannın  mənimsənilməsinə 

başladılar.  Keçən  əsrin  20-ci  illərinin  axırında  ABŞ  Kanada 

iqtisadiyyatının qabaqcıl sahələrində aparıcı mövqeyə malik idi. 1930-

cıı illərin axırında Kanadada ABŞ-ın TMK-na məxsus 309 kompaniya 

fəaliyyət göstərirdi. 

İllər  keçdikcə  qarşılıqlı  iqtisadi  maraqlara  əsaslanan  əməkdaşlıq 

Kanadanın  inkişafına  da  səbəb  olurdu.  İkinci  Dünya  müharibəsinin 

sonlarında  ABŞ-ın    Kanadada  yerləşdirdiyi  investisiyaların  həcmi  5 

milyard  dollara  çatırdı.Bunun  nəticəsi  idi  ki,  ABŞ  kompaniyaların 

Kanadadakı  filialların  sayı  1957-ci  ildə  630-a 1967-ci  ildə  isə  962-ə 

çatırdı.Bu  dövrdə  əks  istiqamətdə  də  kapital  axını  başladı.  Bu  dəfə 

Kana

danın  iqtisadi  nəhəngləri  tərəfindən  Amerika  və  Kanada 



sahibkarlan kapitalının qarşılıqlı hərəkəti böyük iqtisadi səmərə verirdi. 

Nəticədə  hər  iki  ölkə  arasında  ticarət  özünün  yüksək  səviyyəsinə 

çatmışdı.  Şimalı  Amerika  regionunda  iqtisadi  əməkdaşlığı 

geni


şləndirmək  tələb  olunurdıı.  Bu  məqsədlə  1970-ci  illərdən 

başlayaraq ABŞ kapitalı digər ölkəyə də yönəldildi. 1992-ci ildə ABŞ, 

Meksika  və  Kanada  tərəfındən  imzalanmış  Şimali  Amerika  sərbəst 

ticarət  assosiasıyası  bu  ölkələr  arasında  əməkdaşlığa  mane  ola  bilən 

amilləri  maksimum  aradan  qaldırırdı.  Burada  söhbət  təkcə  ticarətdəki 

maneələrdən  getmirdi,  eyni  zamanda  söhbət  xarici  investisiya,  işçi 

qüvvəsinin miqrasiyası rejiminin və üç ölkə sərhədlərinin şəffaflığının 

təmin  edilməsi  sahəsindəki  digər  aspektlərində  həll  edilməsindən 

gedirdi. Qeyd edək ki, bu üç Şimali Amerika regionu ölkələri arasında 

bağlanmış həmin saziş artıq 1994-cü il yanvarın 1-dən həyata keçirilir. 

Gələcəkdə  bütün  maneələrin  aradan  qaldırılması  və  üç  milli  bazanın 

üzvi  şəkildə  birləşməsi  proqnozlaşdırılır.  XXI  əsrin  əvvəlində  üç 

dövlətdən  olan  375  mln.  nəfəri  əhatə  edən  azad  ticarət  zonalarının 

yaranacağı və 8 trilyon dollar həcmində  məhsul istehsalı gözlənilir. 

Şübhə yoxdur ki, region ölkələrinin bu cür sağlam niyyət üzərində 

qurulmuş  iqtisadi  əlaqələrinin  genişlənməsi  həm  regionun 

iqtisadiyyatına  və  həm  də  dünya  iqtısadiyyatına  güclü  müsbət  təşir 



 

göstərir. Belə sazişlərə getdikcə daha çox ölkə birləşə bilər. Dərs vəsaiti 

yazılan zaman aldığımız məlumata görə Latın Amerikası  

ölkələri də (məsələn. Çili) yuxarıda göstərdiyimiz Şimali Amerika 

azad ticarət assosiasiyasına qoşulmaq fıkrindədırlər. 

Onu da nəzərə almaq lazımdır ki, hər bir regionda lider ölkə olur. 

Bu  mətndə  baxdığımız  regionun  lideri  ABŞ-dır.  О  özünün  düzgün 

sosial-


iqtisadi inkişafını  çoxdan təyin edib və böyük müvəffəqiyyətlər 

əldə  edib.  Onun  təsiri  altında  regionda  iqtisadi  yüksəlişə  nail  olunub. 

Belə regionlar yer kürəsində var. Yaponiya və onun yerləşdiyi region da 

Yaponiyanın  başçılığı  altında  böyük  nailiyyətlər  əldə  etmişdir. Lakin 

çox  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  yer  kürəsinin  elə  regionları  da 

mövcuddur ki, onlar dünya  iqtisadiyyatına mənfı təsir göstərirlər. Belə 

regiona parlaq misal Rusiya Federasiyasının yerləşdiyi regiondur. 

Rusiya liderdir. Lakin bu regionun iqti

sadi  inkişafı  qənaətbəxş 

deyildir.  Həmişə  güclü  hərbi  qüvvəyə  malik  olduğuna  görə  iqtisadi 

zəifliyi  Rusiyanı  regionda  liderlikdən  uzaqlaşdıra  bilməmişdır.  Daha 

doğrusu,  Rusiya  özü  iqtisadi  cəhətdən  güclü  olmadığı  üçün  özünün 

yaxın  və  uzaq  region  qonşularının  iqtisadi  inkişafını  da  istəməmiş  və 

əgər, kiçik və böyüklüyündən asılı olmayaraq Rusiyanın təsir dairəsində 

olan 

һəг  hansı  bir  ölkə  inkişaf  еtməк  istəmişsə  də  Rusiya  ona  mane 



olmuşdur.  İqtisadi  inkişaf  modellərinin  düzgün  seçilməməsi,  bütün 

iqtisadiyyat

ın  bir  hakimə  (liderə)  və  ya  dövlətə  tabe  edilməsi,  xüsusi 

təsərrüfatın  inkişafı  üçün  şəraitin  yaradılmaması,  bürokratik  idarəetmə 

üsulları, şəxsiyyətə pərəstiş və sairə bu kimi qeyri-iqtisadi və subyektiv 

amil və şərtlər Rusiyanın özünü dəfələrlə çox çətin vəziyyətlərə salıb. 

Vəziyyətdən  çıxmaq  mümkün  olmayanda  sosial-iqtisadi  quruluşu 

dəyişməyi  üstün  tutublar.  Məhz  1917-ci  ildə  belə  bir  hadisə  Rusiyada 

baş  verdi.  Heç  bir  elmi,  obyektiv  əsası  olmayan  «sosialist  dövləti» 

deyilən  dövlət  formalaşdı.  Bu  cür  sosial-ictimai  dəyişikliyin  siyasi 

köklərini,  səbəblərini  dərindən  açmadan  iqtisadi  nəticələrini  və  dünya 

iqtisadiyyatına  təsirini  qısaca  nəzərdən  keçirsək,  görərik  ki,  Rusiyanın 

bir lider kimi özünü səmərəli idarə edə bilməməsi və obyektiv iqtisadi 

qanunlar


a tabe olmaması üzündən regionun iqtisadi inkişafı olduqca çox 

geri  qalmış  və  region  ölkələrinin  iqtisadiyyatına  və  dünya 

iqtisadiyyatına mənfı təsir göstərmişdir. 

Belə  mənfi  təsirin  bir  neçə  aspektlərini  nəzərdən  keçirək.  Elə 

götürək  1917-1992-ci  illəri.  Göründüyü  kimi  bu  70  ildən  də  çox  bir 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə