AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə23/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   19   20   21   22   23   24   25   26   ...   144

 

Koreyada  6  dəfə  yüksək  olmuşdu.  Tədqiqatçıların  fıkrincə  Koreyanın 

bu  müvəffəqiyyətinin  yarısı  ölkədə  biliklərin  toplanması  və  istifadə 

olunması nəticəsində əldə edilmişdir. 



 

1. 3. "Yaşıl  inqilab" biliyin məhsuludur 

 

Biliyin  gücü,  onun  verdiyi  iqtisadi  və  sosial  səmərəyə  parlaq 



misal kimi dünya-

iqtisadi inkişafında "Yaşıl inqilab" adı ilə məşhur olan 

ümumdünya hərəkatını göstərmək olar. Biliyə əsaslanan bu ümumdünya 

hərəkatı  artıq  bir  çox  onilliklərdir  ki,  kənd  təsərrüfatı  sahəsində  yeni 

biliklər  yaratmaq,  onları  dünya  miqyasında  yaymaqla  məşğuldur. 

İnkişaf məqsədi ilə bilikdən istifadəni əyani olaraq göstərən bir modelə 

çevrilmiş  “Yaşıl  inqilab"  hərəkatı  həm  də  özünün  beynəlmiləlliyi  ilə 

fərqlənir.  Bu  hərəkatda  çoxlu  dövlətlər,  qeyri-kommersiya  təşkilatları, 

çoxtərəfli  kompaniyalar,  fərdi  fırmalar,  banklar,  torpaq  becərənlər, 

torpaqsız muzdlu kəndlilər iştirak etmişlər. Bunlar hamısı birgə çalışıb 

bilik  məhsulu  yaradırdılar  və  konkret  kənd  təsərrüfatı  sahələrində  onu 

tətbiq edirdilər ki, məhsuldarlığı artırsınlar. 

İlk vaxtlar yaşıl inqilab texniki gerilik ilə mübarizə aparmırdı. О 

inkişafda olan dövlətlərdə informasiya problemini həll edirdi. Bitkilərin 

genetikası  haqqında  əhalinin  biliklərini  artırmağa  can  atırdı.  Nəticədə 

müxtəlif,  daha  yüksək  məhsuldarlığı  əldə  etməyə  imkan  yaradan 

toxumlar  tapılır  və  istehsalda  sınaqdan  çıxarılırdı.  Sonradan  bir  çox 

inkişaf etmiş ölkələrdə müvafıq elmi-tədqiqat institutları yaradıldı, elm 

inkişaf etdirildi və yeni biliklər toplandı. Keçən əsrin ikinci yarısından 

başlayaraq  kənd  təsərrüfatı  sahəsində  əldə  edilmiş  biliklərdən  kütləvi 

surətdə  istifadə  edildikdə  böyük  müvəfəqiyyətlər  əldə  edildi.  Dərc 

olunmuş məlumatlara görə inkişaf etmiş ölkələrin çoxunda məhsuldarlıq 

iki 

dəfədən də çox yüksəldi. Nəticədə XX əsrin ikinci yarısında ərzağın 



artım sürəti əhali artım sürətini ötürdü. Bu nəticə eyni zamanda XVIII 

əsrdə yaşamış ingilis iqtisadçısı Robert Maltusun məşhur nəzəriyyəsinin 

elmi əsasının olmamasını bir daha sübut etdi. 

Biliyin verdiyi iqtisadi səmərə ilə yanaşı bilavasitə sosial səmərə 

də əldə edilir. Məsələn, Dünya Bankının Hindistanın cənub ştatlarında 

apardığı  tədqiqatlar  sübut  edib  ki,  «yaşıl  inqilab»  həqiqətən  də  ilk 

növbədə, yaşayış səviyyəsi aşağı olan əhali təbəqəsi üçün böyük sosial 

səmərə verib. Hesabatda göstərilir ki, 1973-1994-cü illər orzində «yaşıl 




 

inqilab» xırda fermerlərin orta real gəlirlərini 90 faiz, torpaqsız işçilərin-

kəndlilərin  ən  kasıb  təbəqəsinin  real  gəlirlərinin  isə  125%  artmasına 

səbəb  olmuşdur.  Yüksək  məhsuldarlıqlı  toxumların  becərilməsi  çoxlu 

ağır  əmək  tələb  etdiyindən  az  təmin  olunanların  əınəyinə  olan  tələbat 

artdı. Onların qida məhsulları daha koloriyalı oldu (koloriyalılıq 58-81 

faiz, zülal birləşmələrinin qəbulu isə 103-115 faiz artmışdı). 

 

1. 4. Biliyin əldə edilməsi, yayılması və hərtərəfli istifadə 



edilməsi prosesinin gücləndirilməsi 

 

Bilik  yaradılır,  yayılır  və  istifadə  edilir.  Bu  tsikl  daim  təkrar 



olunur  və  proses yeni əsas  üzrə  davam  edir.  Daha  doğrusu,  əgər  hər 

hansı  bir  dövlət  iqtisadiyyatının  inkişafını  və  əhalinin  yaşayış 

səviyyəsini 

yüksəltmək 

istəyirsə 

bilik 


tsiklini 

daim 


intensivləşdirməlidir. 

Dünya  iqtisadiyyatı  baxımından  bilik  tsiklinin  sürətlənməsi 

ümumi şəkildə iki istiqamətdə gedə bilər. Birinci istiqamət beynəlxalq 

t

əşkilatlar  və  qurumların  bu  sahədəki  fəaliyyətləri  ilə  bağlıdır. 



Beynəlxalq təşkilatlar birliklərin yaradılması, toplanması, yayılması və 

onlardan istifadə olunması sahəsində elə problemləri həll etməlidirlər ki, 

onların həlli fərdi (capital sahibləri üçün о qədər də cəlbedici görünmür. 

Buna görə də beynəlxalq təşkilatların institutları, ilk növbədə, texnoloji 

geriqalmanın  ləğv  edilməsi  sahəsində  fəaliyyətini  daha  da  mütəşəkkil 

edib, dünya iqtisadiyyatını beynəlxalq ictimai məhsullarla təmin etmək 

və  biliyin  ötürülməsində  vasitəçilik  funksiyasını  yerinə  yetirməklə 

məşğul  olurlar.  Burada  idarəetmənin  yaxşılaşdırılması  tələb  olunur  ki, 

bunun üçün də dünyada baş verən informasiya inqilabi şərait yaradır. 

İkinci istiqamət dövlət orqanlarının rolu ilə əlaqədardır. Dövlətlər 

rəhbərlik  etdikləri  ölkədə  biliyin  meydanagəlmə  mənbələrini  (ölkənin 

öz gücü ilə yaradılan biliklər və kənardan "gətirilən" biliklər) və onların 

arasındakı  nisbəti  düzgün  istiqamətləndirməlidirlər.  Bundan  başqa, 

biliyə olan bazar tələbatı aşağı düşə bilər, onda dövlətin bu işə qarışması 

zəruridir.  Ona  görə  ki,  ölkədə-ki  texniki  biliksizliyi  aradan  qadırmaq 

üçün  dövlətin  həmişə  imkanları  tapıla  bilər.  Məsələn,  dövlət  əhalinin 

savadlanmasını  insanların  bütün  ömrü  boyu  həyata  keçirə  bilən  təhsil 

si

stemi  işləyib  hazırlaya  bilər.  Dövlət  biliklər  üzrə  informasiyaları  da 



idarə etməli, onların keyfıyyətinə nəzarəti gücləndirməlidir. 


 

Dövlət  bilik  çatışmamazllğı  ilə  mübarizənin  milli  strategiyasını 

işləyib  hazırlamalı  və  həyata  keçirməlidir.  Ümumiyyətlə  götürdükdə, 

hər  bir  ölkə  biliyin  əldə  edilməsinə,  onun  yayılmasma  və  istifadəsinə 

yönələn  siyasət  işləyib  hazırlamalıdır.  Bu  proqramların  məğzini  yerli 

biliklərlə dünya biliklərinin optimal uyğunlaşdırılması və iqtisadiyyatın 

məqsədyönlü inkişafı təşkil etməlidir. 

 

 



1. 5. Biliyin rolunun artmasının obyektiv əsası 

 

Bu gün dünya miqyasında biliyin çəkisinin əhəmiyyətli dərəcədə 



artması  bir  sıra  obyektiv  reallıqlardan  doğur.  Onların  агаsında  ETT 

xüsusi  yer  tutur.  İntensiv  elmi-texniki  inqilablarla  müşahidə  olunan 

müasir elmi-

texniki  tərəqqi  istehsalda  prinsipial  köklü  dəyişikliklər 

yaradır.  İstehsalın  texnikası,  texnologiyası,  istehsalın  təşkili  formaları 

çox  qısa  müddətdə  təkmilləşmələrə  məruz  qalır,  emalın  sürəti  artır, 

istehsal daha сох mexanikləşir və avtomatlaşır, istehlakın kimyalaşması 

yüksəlir. Belə bir şəraitdə istehsalın aktiv elementi olan insana, ixtisaslı 

fəhləyə, mühəndisə qoyulan tələblər də artır. İnsanlardan daha çox bilik 

tələb olunur. Onlar  yüksək texniki təşkilati səviyyəyə malik uyuşqanlı 

ist

ehsaldan  baş  çıxarmağı,  keyfıyyətli  məhsul  istehsal  etməyi  və  onu 



bütün dünya ölkələrində reallaşdırmağı bacarmalıdırlar. 

Müasir  dövrdə  biliyin  yeni  iqtisadi  rolu  peşə  və  ümumi  təhsilin 

yeni  iqtisadi  rolu  ilə  şərtlənir.  İşçi  qüvvəsinin  ixtisas  səviyyəsini 

yüksəltmək tələb olunur. Bu problemin əhəmiyyətini başa düşən ölkələr 

təhsilə yönəldilən kapitalın həcmini artırırlar. Məsələn, hazırda ABŞ-da 

hər  il  təhsilə  çəkilən  xərc  40,0  milyard  dolları  ötüb  keçir.  Müqayisə 

üçün qeyd  edək ki, 1940-cı ildə bu  rəqəm 3,2 milyard dollar, 1950-ci 

illordo  isə  8,8  milyard  dollar  təşkil  edirdi.  Təhsilə  bu  cür  yüksək 

qayğının nəticəsində işçi qüvvəsinin keyfiyyət səviyyəsi yüksəlir, əmək 

daha məhsuldar olur, onun nəticəsi daha çox səmərə verir. 

Məşhur Amerika iqtisadçısı E.Depisonun apardığı tədqiqata görə 

İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ vo QA ölkələrində 

əldə  edilən  iqtisadi  inkişafın  10-32%-i  texnika  və  texnologiyanın 

müxtəlif  sahələrində  elmi  tədqiqatların  nəticələrini  istehsala  tətbiq 

etməklə əldə etmişlər. ETT-nin sürətləndirilməsi insanların biliyinə də 

müsbət  təsir  göstərir.  Son  illər  iqtisadi  inkişafda  biliyin  böyük  rol 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə