AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə20/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   16   17   18   19   20   21   22   23   ...   144

 

miqdarda  və  keyfiyyətdə  istehsal  etməyə  imkan  yaradır.Bunun 

nəticəsində həcmin artması əlavə iqtisadi səmərə verir. 

Dünya  miqyasında  təsərrüfat  fəaliyyətinin  beynəlmiləlləşməsinə 

güclü  təsir  göstərən  digər  amillər  sırasına  ilk  növbədə  istehsalların 

ümumilləşməsi prosesi və qlobal  problemlərin kəskinləşməsi daxildir.  

İqtisadiyyatın  beynəlmiləlləşməsi  prosesi  yavaş  da  olsa  həmişə 

baş  vermişdir.  Müasir  dövrdə  baş  verən  beynəlmiləlləşmənin  əsas  və 

fərqləndirici  xüsusiyyətləri  vardır.  Məsələ    burasındadır  ki,  dünya 

təsərrüfatı  inkişafının  hazırkı  mərhələsində  çox  böyük  əhəmiyyət 

veriləsi proselər gedir. Son nəticədə onlar beynəlxalq əmək bölgüsünün 

və dünya əmtəə-mal mübadilələrinin parametlərinə güclü təsir göstərir. 

dünya iqtisadiyyatında gedən beynəlmiləlləşmə prosesi baxımından çox 

əhəmiyyətli    xüsusiyyətlərə,  birincisi  beynəlxalq  əmək  bölgüsünün  bu 

vaxta  qədər  görülməmiş    dərəcədə  dərinləşməsi,  əhatəli  olması, 

beynəlxalq mübadilənin  yüksəlməsi  sürətinin istehsalı artım sürətindən 

çox  olması  daxıldır.  İkincisi,  dünya  mübadiləsi  strukturunda 

dəyişikliklərin  baş  verməsidir.  Üçüncüsü,  təkrar  istehsal  prosesində 

xarici  iqtisadi  əlaqələrin  rolunun  artması  və  onların  ictimai  istehsalın 

səmərəliliyinin yüksəldilməsi  amilinə çevrilməsidir. 

Bu xüsusiyyətlər və müasir elmi-texniki inqilabın yaratdığı şərait 

XXİ  əsrin  ilk  illərində  istehsalın  və  mumiyyətlə,  milli    təsərrüfatların 

beynəlmiləllik  dərəcəsini  prinsipcə  yeni  səviyyəyə  qaldırmışdır. 

Keyfiyyətcə    yeni  olan  bu  səviyyəsi  fərqləndirən  cəhətlər 

bunlardır.Keyfiyyətcə  yeni  olan  bu  səviyyəsi  fərqləndirən  cəhətlər 

bunlardır:  1.  İstehsalın    ümumiləşməsində  xüsusi  kapitala  söykənən 

transmilli  korporasiyların  rolu  artmışdır.  Keçən  ərin  60-70-ci  illərinə 

qədər  beynəlmiləlləşmə  prosesində  əsas  rolu  dövlət-manapoliyasında 

oln firmalar həyata keçirirdisə, indi bu  rposesdə aparıcı rolu TMK-lar 

oynayırlar.  2.    Beynəlxalq  əmək  bölgüsünün  formalarında  böyük 

dəyişikliklər baş verir. Fərdi əmək bölgüsü    isə əvvəlcə  müəssisə və 

firmaların çərçivəsindən çıxaraq emal sənayesində, hasilat sənayesində, 

kənd təsərrüfatında və nəhayət, xidmət sferasında əmək bölgüsünün əss 

for


masına  çevrilmişdir.  3.  TMK-nın    çoxsaylı  və  elmi-texniki 

komplekslərində elmi-texniki    məhsul üzrə kooperasiya əlaqələri xeyli 

güclənmiş    və  ümumiyyətlə,  xarici  iqtisadi  əlaqələrin  tam  sistemində 

elmi-


texniki  komponentlərin  xüsusi  çəkisi  artmışdır.  Bu,  ilk  növbədə 

xüsusi  kapitalın  daha  çox  qeyri-istehsal      sahələrinə  yönəldilməsi  və 




 

xarici  əməliyyatlardan  əldə  olunan  gəlirlərin  həcmində  texnologiyanın 

ötürülməsi,  idarəetmə,  mühəndis-məsləhət  və  idarəetmə    xarakterli  

qeyri-


kapital  formalı  fəaliyyətdən  əldə  edilən  gəlirin  xüsusi  çəkisinin 

durmadan  yüksəldilməsində  öz  əksini  tapır.  4.  Beynəlxalq  əmək 

bölgüsünün  dərinləşməsi  prosesinə  getdikcə  daha  çox  və  daha  sürətlə 

yeni  ölkələri və hətt inkişafda olan ölkələr cəlb olunur.  Əlamətdar hal 

budur  ki,  bu  ölkələr  təkcə  beynəlxalq  əmək  bölgüsündə  inkişaf  etmiş 

ölkələrin istehsal etdikləri hazır məhsulun istehlakçısı və xammal ixrac 

edən  ölkə  kimi  yox,  həm  də  hazır,  keyfiyyətli  sənaye  məhsulu  və 

yüksək ixtisaslı mütəxəssislər ixrac edən ölkələr  rolunda çıxış etməyə 

başlamışlar. 

Beləliklə  də  beynəlmilləşmənin  müasir  xüsusiyyəti  ümumi 

şəkildə  belə  ifadə  oluna  bilər:  mellətlərin  qarşılıqlı  iqtisadi  asıllığı 

prosesi  güclənir.  İnkişaf  etmiş  ölkələr  istər-istəməz  bu  prosesin  baş 

verməsi üçün uzun müddətə də olsa, müəyyən zəruri hazərlayırlar.  

Lakin,  ümumiyyətlə  götürdükdə,  beynəlxalq    əmək  bölgüsünün 

və  ölkələrin  iqtisadi  fəaliyyətlərinin  beynəlmilləşməsinin  ikinci  və 

üçüncü  dövlətlər  qrupları  hesabına  dərinləşməsi  hər  şeydən  əvvəl  bu 

ölkələrin özlərindən daha çox asılıdır. Biliyə, bilikli adamlara daha çox 

fikir  verməyə  başlayan,  korrupsiya  ilə  mübarizəni  gücləndirməyə 

marağı  olan,  öz  millətinin  inkişafını  öz  şəxsi  maraqlarından  üstün 

tutmağı bacaran dövlət orqanları inkişaf etmiş ölkələrdə iqtisadiyyatda 

struktur  dəyişikliklərini  sürətləndirməyə,  sosial  yönümlü  inkişaf 

modellərinə  üstünlük  verməyə  başlamışlar.korrupsiya  yolu  ilə  ölkə 

iqtisadiyyatının  inkişafına  nail  olmağın  qeyri-mümkünlüyü  getdikcə 

hamıya  aydın  başlayır  və  bu  həqiqətin  dərk  edilməsi  prosesi 

intensuivl

əşdikcə  milli  fəaliyyətlərin  beynəlmilləşmə  prosesi  də 

güclənir. 

Beynəlmilləşmə prosesinin güclənməsinə birgə  müəssisələr və ən 

başılıca isə transmilli korporasiyalar güclü təsir göstərir, prosesin özünü 

isə  dönməz  edirlər.  Beynəlxalq  ticarətin  əhəmiyyətinin  artması, 

transmilli  korporasiyaların  fəaliyyətinin  güclənməsi,  investisya  axını 

divensifikasiyasının  intesivləşməsi  milli  iqtisadiyyatların  qarşılıqlı 

əlaqələrini sıxlaşdırır. Lakin onların hamısı bir-biri ilə əyani görünən  və 

ilk baxışdan görünməyən incə tellərlə bağlı olurlar. 

XXİ əsrin ilk illərində dünya iqtisadiyyatın qlobal, inteqrasiyanın 

və beynəlmilləşmənin yeni xassələrə malik olan,  dərk edilməsi yüksək 




 

bilik  tələb  edən  yeni  bir  mərhələyə  daxil  olmuşdur.  Normal  fəaliyyət 

daxilində  milli  iqtisadiyyatlar  arasında  qarşılıqlı  asılılıqların  yeni 

keyfiyyələri  ilk  baxışda    “görünmür”.  Lakin  hər  hansı  bir  ölkədə, 

regiona baş verən normadan kənarlaşmalar bütün dünya iqtisadiyyatına 

təsir göstərir və bütün ölkələr onun təsirini hiss edirlər. 

Qloballaşmış  beynəlmilləşmənin  bir  mühüm  xüsusiyyəti  ilə 

dövlətlərin  bu  dövlətlər,  dövlət  monopoliyası  beynəlxalq  iqtisadi 

əlaqələrdə    fəal  rol  oynamışdır.  Bu  gün  isə  beynəlmiləlliyi  inkişaf 

etdirən  aparıcı  qüvvə  bütün  dünyanı  bürümüş  TMK-dır.  Bu  cəhətdən 

dünya iste

hsalının  beynəlmilləşməsini  daha  da  sürətləndirir  və 

intensivləşdirir.  

 

                 §



4. Qlobal beynəlmilləşmə və iqtisadi inkişaf 

Millətlərin  iqtisadi  həyatının  beynəlmilləşməsi  obyektiv  bir 

prosesdir  və  son  nəticədə  yüksək  iqtisadi  səmərə  verməsi  üzündən 

dünya  iqtisadiyyatının  inkişafı  üçün  şərait  yaratmaqla,  milli 

iqtisadiyyatların da mühüm amilinə çevrilir. Doğrudur, XXİ əsrin əvvəli 

olsa  da  millətlərarası  iqtisadi  anlaşmazlıqlar  və  müxtəlif  xarakterli 

narazlıqlar  və  əks  təsirlər  qalmaqdadır  və  ola  bilsin ki, bu cür 

qarşıdurmalar  uzun    illər    davam  edəcək.  Lakin  hazırkı  qarşılıqlı 

asılılığın  səviyyəsi  o  dərəcədə  çatmışdır  ki,  heç  bir  ölkə  öz  iqtisadi 

maraqlarını  dünya  iqtisadiyyatına  qarşı  qoymaq  gücündə  deyillər.  Bu 

yolla getmək fikrinə düşən  hər bir ölkənin böyük iqtisadi itki gözləyir. 

Bu  çox  mühüm  məsələdir.  Məhz  bu  cəhət  iqtisadi  səmərənin  əldə 

edilməsi  və  dünya  iqtisadiyyatının  optimal  idarə  olunması  və  inkişaf 

etdirilməsi üçün lazımi şərait yaradır. 

Beləliklə  də  beynəlmilləşmə  və  onun  qloballaşması  dünyada 

iqtisadi  inkişafın  hərəkətverici  qüvvəsinə  çevrilmişdir.  Bu  prosesin 

iqtisadiyyata təsiri təkcə iqtisadi qollarla baş vermir. Beynəlmiləlləşmə 

qlobal xarakter aldıqca o siyasətə təsir edən güclü milə çevrilir. Dünya 

iqtisadiyyatı o dərəcədə qarşılıqlı əlaqədar və  asılılıqlardan ibarət olur 

ki,  dövlətlərin  heç  biri  sonda  iqtisadi  tarazlığın  siyasət  baxımından 

pozulmasına  maraq  göstərmirlər.  Bu  cür  yanaşmanın  əsasını  isə  son 

onilliklərdə  iqtisadi,  siyasi  və  hərbi  proseslərin  tam  bir  vahid  kimi 

fəaliyyət  göstərməsi  meylini  ortaya  çıxmasıdır.  Məhz  buna  görə  də 

inkişaf etmiş ölkələr qloballaşmadan və beynəlmiləlləşmədən   daha çox 

faydalana bilirlər.  



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə