AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə17/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   13   14   15   16   17   18   19   20   ...   144

 

 

                            



                             

§6.İqtisadi inkişaf modelləri 

 

              

Hər bir ölkə öz iqtisadiyyatını inkişaf etdirmək istəsə də 

sonda müxtəilf nəticələr əldə edilir.  Bazar iqtisadiyyatı  yolu ilə  gedən 

ölkələrin  iqtisadi  inkişafının  amil  və  şərtlərinin  dərindən  öyrənilməsi 

göstərir  ki,  bu  məsələnin  həllində  qəbul  edilmiş  iqtisadi  inkişaf 



modelləri  həlledici rol oynaya bilər. Mülkiyyətin müxtəlif formalarının 

fəaliyyət göstərdiyi bir şəraitdə də inkişaf modelləri müxtəlif olur. 

           

Rusiya  Federasiyasının  İqtisad  Elmləri  və  Sahibkarlıq 

fəaliyyəti  akademiyasının  akademiki  V.M.Kudrovun  yazdığı  “Dünya 

iqtisadiyyatı”  dərsliyində  kapitalist  iqtisadiyyatının  beş  tipik  modeli 

verilir.  Onun  gəldiyi  nəticəyə  görə  birinci model ABŞ-da  istifadə 

edilən  modeldir.  Bu  model  özünütənzimləyən  bazar  mexaniziminə 

malik,  dövlət  mülkiyyətinin  xüsusi  çəkisi  azlıq  təşkil  edən  və  məhsul 

istehsalı və xidmət göstərilməsi prosesinə dövlətin müdaxiləsi  zəif olan 

iqtisadiyyata əsaslanan  modeldir. Modelin əsas üstünlüklərinə dəyişilən 

bazar  konyukturasına  tez  uyğunlaşa  bilən  nəhəng  uyuşqan  iqtisadi 

mexanizmin  olması  və  kapitalın  daha  sərfəli  şəkildə  istifadə  edilməsi 

sahəsində  geniş  imkanları  ilə  şərtləşən  yüksək  səviyyəli  innovasiyaya 

istiqamətləndirilmiş  sahibkarlıq  aktivliyidir.  Məhsuldar  qüvvələrin 

yüksək  səviyyədə  inkişaf  etdiyi,  daxili  və  xarici  bazarın  həcminin  

böyük olduğu və əhalinin həyat səviyyəsinin  yüksək olması şəraitində 

bu model daha da səmərəli olur. 

        

İkinci  model    birinci  dünya  müharibəsindən  sonra 

Almaniyada,  İsveçdə  və  Fransada  formalaşdırılıb.  Bu  model  dünyada 

sosial yönümlü   

bazar  iqtisadiyyatı  adı  altında  məşhurdur.    Modeli  xarakterizə 

edən əlamətlərə dövlətin milli bazar təsərrüfatına aktiv təsir göstərməsi, 

güclü  sosial  təminatlılıq,  ÜMM-də  dövlət  mülkiyyətinin    xüsusi 

çəkisinin  çoxluğu  daxildir.  Bu  modelin  yüksək  və  səmərəli  nəticə 

verməsi  üçün    əmək  və  və  kapital  arasında  çox  ciddi  balans 

saxlanılmalıdır.  Bu  cür  balans  təmin  edilmədikdə  modelin  səmərəsi 

azala bilər.Bundan başqa, ikinci modelin uyuşqanlığı nisbətən aşağıdır 

və iqtisadi konyukturaya zəif köklənir. 



 

       


Bazar iqtisadiyyatının üçüncü modeli Yapon modeli adlanır. 

Onun  əsas  xüsusiyyətlərinə  milli  məqsədlərin  əldə  edilməsi  xatirinə 

əməyin, kapitalın və dövlətin (həmkarların,sənayeçilərin, maliyyəçilərin 

və  dövlətin)dəqiq  və  səmərəli  qarşılıqlı  əlaqəsi,  istehsalda  kollektivlik 

və  patriotluq,  insan  amilinə  güclü  arxalanmaq  daxildir.  Bu  model 

Cənubi-Şərqi  Asiyada  və  Uzaq  Şərqdə  və  xüsusilə  də  Asiyanın  cavan 

“pələngləri”  adlanan  Hon-Konqun  ,  Sinqapurun,Tayvanın,  Cənubi 

Koreyanın  iqtisadi inkişaf təcrübələrində geniş yayılmışdır.  

          Dördüncü model  

Latın  Amerikasının   modeli adlanır ki, 

bunun  da  əsas  fərqləndirici        xüsusiyyətlərinə  dövlətin  iqtisadiyyata 

güclü və heç də həmişə savadlı olmayan birbaşa müdaxiləsi, təsərrüfat 

əlaqələri  də  daxil  olmaqla  cəmiyyətin  kriminallaşması  və  korrupsiya, 

istehsalın təbii resusrlara, ucuz işçi qüvvəsinə və qabaqcıl ölkələrin irəli 

sürdükləri  tələblərin  ilk  növbədə  yerinə  yetirilməsini  nəzərdə  tutan 

istiqamətlərə yönəldilməsi daxildir. 

         

Kapitalist  iqtisadiyyatının  beşinci  modeli  –  Afrika modeli 

adlanır.  Bu  modelin  əsasını  mülkiyyətin  müxtəlif  formada  olması  və 

bazar  münasibətləri  təşkil  edir.  Bu  modeli  istifadə  edən  Afrika 

ölkələrində  hər  şeydən  əvvəl  savadsızlıq  və  hətta  istər  müəssisə    və 

firmalar  miqyasında  və  istərsə  də    bütövlükdə  dövlət  səviyyəsində 

təsərrüfat  proseslərinin  idarə  edilməsi  və  tənzimlənməsində    acizlik 

gözə  dəyir.  Hiss  olunur  ki,  inkişaf  etmiş  kapitalist  ölkələrinin  köməyi 

olmasa  onlar  özlərinin  müasir  iqtisadiyyatını  qurmaqda    çətinlik 

çəkirlər.Afrika  iqtisadi  modelinin  xarakterik  cəhətlərinə  ixtisassız  

əməyin  israfçılıqla    istismarı,  “yuxarıları”n  güc  işlətmə  üsulları  ilə 

əməyə  və  istehsala    birbaşa  müdaxiləsi  ,  əmək  münasibətlərinin  və 

demokratiyanın  inkişaf  etməməsi,  həddinnən  aşağı  səmərəlik  və  s. 

daxildir. 

 

 

III FƏSİL. MÜASİR DÜNYA İQTİSADİYYATINI  

FORMALAŞDIRAN AMİL VƏ ŞƏRTLƏR   

§1. Ölkələrin sosial-iqtisadi quruluşu və müasir dünya 

iqtisadiyyatının formalaşmasında onun rolu 

Müasir  dünya  iqtisadiyyatının  indiki  durumu  müxtəlif  amil  və 

şərtlərin  təsiri  altında  formalaşmışdır.  Onların  içərisində  konkret  bir 

dövlətin  və  dövlətlərqrupunun  təsiri  heç  də  az  əhəmiyyət  kəsb 

etm

əmişdir. Dövlətin hansı üsullarla idarə edilməsi, onun sosial-iqtisadi 




 

vəziyyəti,  demokratiyaya,  insan  amilinə,  korrupsiyaya,  istehsal-alət  və 

vasitələrinə olan münasibəti və bu kimi cəmiyyətin bir  dövlət daxilində 

idarə  rdilməsilə  baglı  digər  məsələlər  dövlətin  öz  iqtisadiyyatına  təsir 

göstərdiyi  kimi  dünya  iqtisadiyyatına  da  güclü  təsir  göstərmişdir.  Bu 

deyilənlərə  parlaq  misal  keçmiş  SSRİ  dövləti  ola  bilər.  1917-ci  i0ldə 

Rusiyada  baş  verən  məlum  inqilab  ölkənin  sosial-iqtisadi  simasını 

dəyişdi,  onu  dünya  iqtisadiyyatından  demək  olar  ki,    təcrid  etdi. 

Bütövlükdə  bu  dünya  iqtisadiyyatına  mənfi  təsir  göstərdi.  70  ildən  də 

çox  bir  dövrdə  əsasən  subyektiv  mühakimələr  əsasında  yaradılmış  və 

subyektiv  əsasda  şəxsiyyətə  pərəstiş  mövqeyindən  idarə  olunan  SSRİ 

adl


anan bir nəhəng dövlət özünütəcrid mövqeyində dayanmaqla dünya 

iqtisadiyyatına 

hərtərəfli 

 

neqativ 



təsir 

göstərirdi.                                                                                                                                                              

Bu təsir ilk növbədə beynəlxalq iqtisadi əlaqələrin inkişafını, beynəlxalq 

əmək 


bölgüsünün 

sürətləndirilməsini, 

istehsalın 

beynəlmiləlləşdirilməsini,  istehsalın  səmərəliliyinin  yüksəldilməsini, 

insan amilindən düzgün və səmərəli istifadə edilməsi prosesini və hətta 

qlobal  problemlərin  həllini  ləngidirdi.  Obyektiv  özül  üzərində 

formalaşmamış SSRİ 1992-ci ildə dagıldı. Lakin bu gün də Rusiyanın 

və  MDB  adlanan  quruma  daxil  olan  ölkələrin  iqtisadi,  sosial,  mənəvi, 

psixoloji, siyasi, milli duru

mları 


dünya 

iqtisadiyyatıının 

sürətləndirilməsinə  kömək  göstərməkdən    uzaqdırlar.  Bunu  da  əsas 

səbəblərindən  biri  Rusiyanın  və  digər  MDB  ölkələrinin  uzun  müddət 

obyektiv iqtisadi qanunlara biganə münasibət bəsləyən SSRİ məkanında 

fəaliyyət  göstərmələri  və  bu  ölkələrdə  köhnəyə  əsaslanan  psixoloji 

baryerin güclü olmasıdır.  

Bəs  konkret  olaraq  SSRİ  adlanan  nəhəng  bir  dövlətin  dünya 

iqtisadiyyatina  mənfi  təsiri  hansi  kanallarla,  hansi  mexanizmlə  baş 

verirdi.  Bu  mexanizmin  dərk  edilməsinin  gənc  oxucu  üçün  böyük 

əhəmiyyət kəsb etməsini nəzərə alaraq onun bir neçə rıçaqlarını qısaca 

şərh edək. 

Keçmiş SSRİ-nin dünya iqtisadiyyatına təsiri ilk növbədə ölkənin 

idarə  edilməsində  və  iqtisadi  inkişafında  özünəməxsus  xüsusiyyətin 

olması  idi.    Başlıca  xüsusiyyətin  mahiyyəti  onda  idi  ki,  iqtisadi  artım 

ölkənin  sosial-iqtisadi  inkişafı  tələb  və  təklifin  nisbətlərini  təyin  edə 

bilən  obyektiv  qanunlarla  bazar  kriteriyaları  ilə  yox,  rəsmi  şəkildə 

hazırlanmış, yuxarılarda tərtib edilmiş tapşırıqlara, direktiv göstərişlərə 

uygun t

əyin  edilirdi.  Lakin  bu  üsul  özü-özlüyündə  o  qədər  də  mənfi, 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə