AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə13/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   9   10   11   12   13   14   15   16   ...   144

 

ölkələr, ikinci qrupa “keçid iqtisadiyyatlı” ölkələr , üçüncü  qrupa isə 

“inkişafda  olan  ”ölkələr    daxil  edilir  və  müvafiq  olaraq  “sənaye 

cəhətdən  inkişaf  etmiş”,  “keçid  iqtisadiyyatlı”  və  “inkişafda  olan” 

ölkələr qrupları fərqləndirilir. Lakin bu təsnifləşdirməyə yenidən baxılır 

və  dəyişikliklər  edilməkdədir.  BMT  bu  sahədə  daha  fəallıq  göstərir. 

Hazırda  birinci  qrupa  24-ölkə  daxil  edilir  ki,  onların  da  içərisindən  7 

ö

lkə  (Almaniya,  İtaliya,  Kanada,  Böyük  Britaniya  Birləşmiş    Krallığı, 



ABŞ, Fransa, Yaponiya kimi ölkələr) “ayrıca qrup”a daxil edilir və bu 

ölkələr  qrupu  nəhəng  sənaye  ölkələri  qrupu  adlanır.  İnkişaf  etmiş 

ölkələrin  içərisindən  Qərbi  Avropa  qrupu,  Avropa  Birliyi  qrupu  və 

Şimali Amerika qrupu fərqləndirilir. Qeyd edək ki, inkişaf etmiş ölkələr 

bir  çox  birliklər,ümumi  bazarlar,  assosiasyalar  və  s.digər  qruplarda 

cəmlənmişlər. 

                 

Keçid  iqtisadiyyatlı  ölkələr  də  iki  qrupa  bölünürlər  – 

Şərqi  Avropa  ölkələrinə  (Albaniya  ,Bolqarıstan,  Macarıstan,  Polşa, 

Rumıniya,Çexoslovakiya,Slovakiya)  və  SSRİ  dağıldıqdan  sonra 

meydana çıxan yeni dövlətlər (Rusiya və bizə məlum olan və MDB-yə 

daxil olan dövlətlər) qrupuna. 

             Ücüncü qrupa daxil olan –

“inkişafda olan ölkələr” qrupu 

bir  sıra  qrup  və  qarımqruplara  bölünürlər.  Bu  qrupda  “aktiv  tədiyə 

balansı  olan  ölkələr”,  “kapital  idxal  edən  ölkələr”,  “enerji  resursları 

ixrac  edən  ölkələr”,  “enerji  resursları  idxal  edən  ölkələr”    və  s.kimi 

ölkələr  qrupu  fərqləndirir.  Qeyd  edək    ki,  dünya    ölkələrinin  ,  yəni 

dünya  təsərrüfatlarının  yarımsistemlərinin  qruplaşdırılması  müəyyən 

mənada  nisbidir.  Məsələn,  1988-ci  ildə  Dünya  Bankı  dərc  etdiyi 

materiallarında  da  keçmiş  sosializm  ölkələrini  unkişafda  olan  ölkələr 

qrupuna daxil edirdi... 

              

Dünya  təşkilatlarında  maliyyə  əməliyyatlarının  həyata 

keçirilməsi  və  analitik  işlərinin  görülməsi  zamanı  ölkələrin 

qruplaşdırılması  çox  vaxt  “adambaşına  düşən  ümumi  milli  məhsul  ” 

(ABDÜMM)  göstəricisinə  görə  aparılır  və  az  gəlirli”,  “orta  gəlrli”  (o 

cümlədən,  iki  yarımqrup:  orta  gəlirdən  aşağı  və  yuxarı  gəlirli  ölkələr 

qrupu)  və  “yüksək  gəlirli”  ölkələr  qrupları  fərqləndirilir.  Bu  əlamətə 

görə ölkələr dörd qrupa bölünüb(1997-ci il). 

          

1.Az  gəlirli  ölkələr  (ABDÜMM=  785  dollar  və  ondan 

aşağı). 



 

           

2.Gəlirləri 

orta 


gəlirdən 

aşağı 


olan 

ölkələr  

(ABDÜMM=785-2125 dollar). 

            

3.Gəlirli 

orta 


gəlirdən 

çox 


olan 

ölkələr  

(ABDÜMM=2126-9655 dollar). 

            

4.Yüksək  gəlirli  ölkələr    (ABDÜMM=9655  dollar  və 

ondan çox). 

             

Aşağı və orta gəlirli ölkələr çox zaman “inkişaf etməkdə 

olan”  ölkələr  qrupu  altında  birləşdirilir.  Bu  termin  sadələşdirmək 

baxımından  istifadə  edilir    və  o  demekdir  ki,  bu  qrupa  daxil  edilən 

ölkələrin inkişafı ya eynidir ya da bir ölkə digərlərinə nisbətən yüksək 

inkişaf pilləsindədir. 

            

Qeyd  edək  ki,  adambaşına  düşən    ÜMM  göstərici 

vasitəsilə qruplaşdırma ölkənin iqtisadi inkişafı haqqında həmişə dəqiq 

məlumat  vermir.  Daha  dəqiq  məlumat  almaq  üçün  bir  sıra  digər 

göstəricilərindən  (sənayenin  inkişaf  xüsusiyyətlərindən  ,  iqtisadiyyatın 

strukturundan, elmi-

texniki  tərəqqini,  mədəniyyəti,psixoloji  mühiti 

xarakterizə edən göstəricilərdən ) də istifadə olunmalıdır. 

          

Ölkələr eyni zamanda coğrafi mövqelərinə, ixracın həcminə 

və xarici borcların səviyyəsinə görə də qruplaşdırılır. 

 

§ 4. Dünya iqtisadiyyatının  inkişaf şərtləri və tipləri 



 

       


Dünya  iqtisadiyyatının  inkişaf  şərtləri  də  məhsuldar 

qüvvələrin  inkişafı  ilə  dəyişir.  Bu  gün  dünya  təsərrüfat  sisteminin 

inkişafının  əsas  şərtlərinə  əməkdaşlığa  olan  meyllərin  güclənməsi, 

qarşılıqlı  anlaşıqların  reallaşması,  dünya  iqtisadiyyatının  bütün 

yarımsistemlərinin  inkişaf  etdirilməsi  zərurəti,  vahid  ,  humanist  , 

məcburi  olmayan  sosial-ictimai  formasiyanın  bərqərar  olması,  ölkələr 

və dünya miqyasında demokratik institutların yaradılması kimi yüksək 

dəyərlər  dacildir.  Bu  şərtlərin  nə  qədər  əhəmiyyətli  olduğunu  ABŞ, 

Qərbi  Avropa  ölkələrinin  əksəriyyəti  və  Yaponiya  çoxdan  başa 

düşmüşlər  və  böyük    sosial  –  iqtisadi    yüksəlişə  nail  olmuşlar.  

Təəssüflər  olsun  ki,  bizim  respublikamızın  da  yerləşdiyi 

regionda,Rusiya,  İran  və  onların  əlaltısı  olan  Ermənistan  kimi 

dövlətlərin təqsiri üzündən insan zəkasının irəli sürdüyü bu cür dünyəvi 

şərtlər  indiyə  qədər  lazımınca  nəzərə  alınmır.  Nəticəsi  də  göz 

qabağındadır.Rusiya və Qafqaz  ölkələri zəngin təbii sərvətlərə, əlverişli 



 

coğrafi  məkana  malik  olmalarına  baxmayaraq  onlar  Dünya  Bankı 

tərəfindən XXI əsrdə belə ancaq “inkişafda olan ölkələr” qrupuna daxil 

edilirlər. Eyni vəziyyəti və eyni nəyicəni biz balkanlarda da görürük. Bu 

misallar  bir  daha  sübut  edir  ki,  dünya  iqtisadiyyatının  və  ayrı-ayrı 

regionların  və  ölkələrin  iqtisadi  inkişafı  problemlərə  yeni  mövqedən 

yanaşmağı tələb edir ki, bunun da başında əməkdaşlıq,insan amili və 

ona hörmət durur. 

         

Dünya  iqtisadiyyatını  dərindən  mənimsəmək  üçün  amil  və 

şərtlərlə  yanaşı  onun  əsas  inkişaf  istiqamətlərini  də  bilmək 

lazımdır.Məsələ burasındadır ki, eyni amil və şərtlər daxilində müxtəlif 

inkişaf istiqamətləri seçilə bilər və alınan nəticələr də müxtəlif ola bilər. 

Səmərəli dünya iqtisadiyyatına aparılan yol isə müəyyən amil və şərtlər 

daxilində  münasib  inkişaf  istiqamətlərinin  təyin  və  inkişaf 

etdirilməsindən  keçir.  İndi  bu  istiqamətlərin  bir  neçəsini  nəzərdən 

keçirək. 

Dünya  təsərrüfat  sisteminin  inkişaf  istiqamətləri  bu  və  ya  başqa 

şəkildə  xarici  iqtisadi  əlaqələrlə  bağlıdır.Belə  iqstiqamətlərdən  biri 

müəyyən  ölkəyə  nisbətən  xarici  bazarın  yaradılması  və  inkişaf 

etdirilməsidir.Təcrübə  göstərir  ki,  xarci  bazar  genişləndikcə  dünya 

iqtisadiyyatı  inkişaf  edir.Bu  obyektiv  prosesdir.  Ona  görə  ki,  xarici 

bazarın  yaranması  zərurətinin  özu-özlüyündə  obyektiv  əsası 

vardır.Məsələ  burasındadır  ki,  feodalizm  dağıldıqdan,  natural 

təsərrüfatdan  əmtəə-pul  münasibətlərinə  keçildikdən  və  deməli, 

kapitalizm üsuli-

idarəsi  formalaşdıqdan  sonra  beynəlxalq  ticarətin 

inkişafı  üçün  çox  əlverişli  şərait  yarandı.  Eyni  zamanda  kapitalizmin 

bərqərar olması milli dövlətlərin, milli bazarların və milli təsərrüfatların 

formalaşması prosesini sürətləndirdi. Bu ilk dövrdə yaxşı nəticələr verdi 

və  ölkələrin  daxilində  iqtisadi  əlaqələrin  genişlənməsinə  səbəb 

oldu.Məhsuldar  qüvvələrin  sonrakı  inkişafı  milli  təsərrüfatların 

qarşılıqlı  iqtisadi  əlaqələrinin  genişlənməsi  üçün  şərait  yaratdı  və 

beynəlxalq 

əlaqələr 

genişlənməyə 

başladı.Belə 

əlaqələrin 

genişlənməsininin hərəkətverici qüvvəsi isə iri sənayenin və çox sürətlə 

inkişaf  etməsi  idi.  İri  sənaye  böyük  xərc  tələb  edirdi.Səmərəni 

yüksəltmək  üçün  istehsalın  həcmi  çoxalmalı  idi  ki,  bunun  üçün  də  

maşınlı  istehsal  prosesi  şərait  yaradırdı.  Nəqletmə  vasitələrinin  də 

sürətlə  inkişaf  etməsi  xarici  iqtisadi  əlaqələrin  genişləndirilməsinə 

müsbət  təsir  göstərirdi.Bu  da  öz  növbəsində  dünya  iqtisadiyyatının 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə