AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə15/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   11   12   13   14   15   16   17   18   ...   144

 

  

               



§5.Dünya  təsərrüfatı  və  onun  yarımsistemlərinin 

göstəriciləri 

 

        



Hər  hansı  bir  öyrənilən  obyektin  vəziyyətini  müxtəlif 

istiqamətlərdə  təhlil  etmək  olar  və  bu  zaman  qarşıya  qoyulan 

məqsəddən  və  təhlilin  çərçivəsindən  və  dərinliyindən  asılı  olaraq 

müxtəlif  göstəricilər  sistemindən  istifadə  edilir.Ölkələrin,  regionların  

və  dünyanın  iqtisadi  vəziyyətinə  iriləşdirilmiş  şəkildə  (yəni  məsələləri 

xırdalamadan)  qiymət  verilməsinə  dünya  təcrübəsində  çox  tez-tez rast 

gəlmək  olar.  Bu  zaman  makroiqtisadi  göstəricilərdən  istifadə  edilir  . 

Belə göstəricilərdən ən başlıcası ümumi milli məhsul (ÜMM) və yaxud 

da ümumi daxili məhsul (ÜDM) göstəricisidir. 

        


ÜMM  (ÜDM)  göstəricisindən  dünya  miqyasında  iqtisadi 

inkişafa  qiymət  vermək  üçün  geniş  istifadə  edilir.  Bu  gösrərici  son 

ictimai  məhsuldar  və  adətən  bir  il  ərzində  baxılan  obyektin  son 

nəticəsini  göstərir.İqtisadi  təhlildə  bu  göstərici  ayrı-ayrı  ölkələr, 

regionlar, ölkə qrupları və planet üçün tam şəkildə hesablanır.  Məqsəd 

– 

baxılan  obyektdə  iqtisadiyyatın  inkişaf  sürətinə  qiymət  verməkdir. 



Hər iki göstəricinin istehsal olunan həcmini və istifadə edilən həcmini 

hesablamaq olar. 

       

İstehsal  edilən  ÜDM  mahiyyətcə  bu  və  ya  digər  ölkənin 



ərazisində  yerləşən  və  kimə    məxsus  olmasından  asılı  olmayaraq 

fəaliyyət  göstərən  bütün  müəssisələrin  bir  ildə  istehsal  etdikləri  əmtəə 

və  xidmətlərini  qəbul  edilmiş  qiymətlərlə  son  həcmidir.  Son  həcm 

material  xərclərini  özündə  əks  etdirmir  və  əslində  bütün  sahələr  üzrə 

ödənilən  əmək  haqqının,  mənfəətin  və  amortizasiyanın    cəmi  kimi 

hesablanır. Əslində bu bütün sahələrdə istehsal edilən əlavə dəyərlərin 

cəmidir. 

        


İstifadə edilən ÜDM isə mahiyyətcə ölkədə həyata keçirilən 

kapital qoyuluşlarının, istehlakın (əhalinin və dövlətin) və xarici iqtisadi 

əlaqələrin  saldosunun  cəmidir.  Əslində  bu  millətin  ümumi  ictimai 

məhsuludur və dünya təcrübəsində müqayisəli təhlillərdə cox zaman bu 

göstəricidən  istifadə  edirlər.  Qeyd  edək  ki,  ÜMM-da  ÜDM –in 

hesablama  üsulu  ilə  hesablanır.  Fərq  ondadır  ki,  ÜDM  hesablanarkən 

xarici iqtisadi əlaqələrin saldosu çixilir, ÜMM –a hesablandıqda isə bu 

saldo  toplanır.  Adətən  bu  iki  göstərici  arasında  fərq  çox  kiçik  olur. 




 

Lakin ABŞ və bir neçə digər ölkələrdə ÜMM-u xaricilərə məxsus olan 

müəssisələrin yatratdıqları əlavə dəyər daxil edilmir. Bu halda ÜMM –i 

hesablamaq üçün ÜDM –

dən  xaricilərin  əldə  etdikləri  əlavə  dəyəri 

çıxmaq və bu ölkənin vətəndaşlarının xaricdə əldə etdikləri əlavə dəyəri 

əlavə etmək lazımdır. 

        


Bu iki  göstəricilərdən başqa milli gəlir (MG)  göstəricisi də 

hesablana  bilər.  MG-in hesablanma üsulu da  ÜDM –in  hesablanması 

kimidir, MG-i tapmaq üçün ÜDM –

dən  amortizasiya ayırmalarının və 

dolayısı ilə tutulan vergilərin məbləği çıxılır, subsidiyaların məbləği isə 

əksinə  ona  əlavə  edilir.  Adətən  vergilərin  həcmi  çox  olur.  Məlum 

oldugu  kimi,  vergilər  pərakəndə  satış  qiymətlərinə  daxil  edilir  və  son 

istehlakçı  tərəfindən  ödənilir.Subsidiya  əksinə,  qiymətləri  aşağı 

salır.Təcrübə  göstərir  ki,  uzunmüddətli  dövr  üçün  müqayisə  etdikdə 

MG-


in və ÜDM –in ümumi dəyişmə sürətləri demək olar kİ, eyni olur. 

Məhz  buna  görə  də  bütün  dünya  statistikasında  çox  zaman    ÜDM 

göstəricisindən istifadə edilir. 

        ÜDM  –

in  hesablanma  metodologiyası  göstərir  ki,  onun 

vasitəsi  ilə  ölkə  və  dünya  iqtisadiyyatı  haqqında  ümumi  vəziyyəti 

öyrənmək  olar.  Lakin  burada  qiymət  amilini  hökmən  nəzərə  almaq 

lazımdır . Cari qimətlərlə hesablanan  ÜDM nominal ÜDM, hər hansı 

bir  baza  qəbul  edilmiş  dövrün  (ilin)  dəyişməyən  qiyməti  ilə 

hesablandıqda isə o real  ÜDM adlanır.  Real vəziyyətləri tədqiq etmək 

və  yanlış  nəticələrin  baş  verməməsi  üçün  dünyanın  ÜDM-i Amerika 

dolları (cari və daimi qiymətlərlə) vasitəsi ilə hesablanır.Ümumiyyətlə, 

məsələyə bu cür yanaşmaq metodoloji cəhətdən düzgün olsa da , ayrı-

ayrı  hallarda  vəziyyəti  tam  aydınlaşdırmağa  imkan  vermir.  ÜDM 

göstəricisinin  yaxşılaşması  (artması)  iqtisadi  inkişafın  olduğunu,  onun 

artım  sürətinin  dayanıqlığı  ölkənin  iqtisadi  gücünu  xarakterizə  edir. 

Lakin  ÜDM  göstəricisi  geniş  və  yaxud  sadə  təkrar  istehsalın  hansı 

xərclər hesabına başa  gəldiyi, iqtisadi artımın intensiv və  ya ekstensiv 

yolla baş verdiyi, iqtisadiyyatın strukturunun necə dəyişdiyi və s. haqda 

tədqiqatçıya  heç  bir  məlumat  vermir.  Buna  görə  də  dünya 

iqtisadiyyatına  və  onun  yarımsistemlərinin  iqtisadi  inkişafına  daha 

dərindən qiymət vermək üçün digər göstəricilərdən istifadə edilir. 

         

Belə  göstərilənlərdən  ən  geniş  yayılması  ölkə  və  dünya 

təsərrüfatının  strukturunu  xarakterizə  edən  göstəricilərdir.Bir  sahə  orta 

göstəriciyə  nisbətən  çox  və    az    inkişaf  edə  bilər.  Məsələn,  ümumi 




 

təsərrüfatda  sənayenin  və  onun  aparıcı  sahəsi  olan  maşınqayımanın 

xüsusi  çəkisinin  artması  da  dünya  iqtisadiyyatının  və  ölkələrin 

iqtisadiyyatının  intensiv  inkişafından  xəbər  verir.  Bir  qayda  olaraq 

inkişaf  etmiş  ölkələrin  sənayesi  yüksək  xüsusi  çəkiyə,  sənayenin 

strukturunda  isə  maşınqayırma  yüksək  xüsusi  çəkiyə  malik  olur. 

Məsələn, ABŞ və Yaponiyada maşınqayırmanın xüsusi çəkisi sənayenin 

ümumi  məhsulunda  50%  -ə  çatdığı  halda  Rusiyanın  da  daxil  olduğu 

MDB-

də  bu  göstərici  heç  20%  -də  təşkil  etmir.  Azərbaycanda  isə  bu 



göstərici  1-2  faizdir.  Keçən  əsrin  son  iki-üç  onilliklərində  dünya 

təsərrüfatı yarımsistemlərinin iqtisadi inkişafı onlarda mikroelektronika, 

kompüter  texnikası,  biotexnologiya,  gen  mühəndisliyi  ,  məlumat 

texnikası    ilə  bağlı  olan  yüksək  texnoloji  sahələrin  inkişafı  ilə 

səciyyələnmışdir.  Məhz  bu  sahələrin  üstün  inkişafına  nail  olan  ABŞ 

dünya liderliyini b

ir  çox  sahələrdə  ələ  ala  bilmişdır.  Yaponiyanı  və 

Almaniyanı da irəliyə çəkən amillər bunlardır.  

         

Hər  hansı  bir  ölkənin  təsərrüfatında  fəaliyyət  göstərən 

sahələri  onların  istifadə  etdikləri  xammal  və  materialların  xarakterinə 

görə  üç  qrupa  bölmək  olar:  ilkin  sahlərə,  sonrakı  sahələrə  və  üçüncü 

qrup  sahələrə.İlkin  sahələrə  kənd  təsərrüfatı  ilə  hasilat  sahələri  daxil 

edilir.Sonrakı sahələrə (bunlara ikinci sahələr də deyilir) emal sənayesi, 

elektroenergetika  və tikinti daxildir.Üçüncü adlanan sahələrə isə bir çox 

sahələr  daxildir.Xidmət  sferasına  daxil  olan  sahələr,  maliyyə,  sığorta, 

təhsil, mədəniyyət , elm , tibbi sahələri və ənənəvi nəqliyyat , ticarət və 

rabitə sahələri belə sahələrdəndir. 

           

Ayrı-ayrı sahəllərin ÜDM-də  yeri “xüsusi çəki” göstəricisi 

ilə  təyin  edilir.  Təhlil  göstərir  ki,  ilkin  sahələrin  və  xüsusən  kənd 

təsərrüfatının  xüsusi  çəkisi  keçən  əsrdə  sürətlə  azalmışdır.  Bu  meyl 

inkişaf  etmiş  ölkələrdə  daha  kəskin  gözə  çarpır.  Məsələn,  ABŞ-ın 

ÜDM-


də kənd təsərrüfatı 1913-cü ildə 39,3% “paya” malik idi. 1993-cü 

ildə isə bu göstəricinin səviyyəsi cəmi 2 faiz təşkil etmişdir. Qeyd edək 

ki,  kənd  təsərrüfatının  xüsusi  çəkisinin  bu  cür  yüksək  dərəcədə  aşağı 

düşməsi kənd təsərrüfatı məhsularının mütləq həcminin daim artması ilə 

baş  vermişdir.Belə  ki,  bu  gün  ABŞ  kənd  təsərrüfatı  məhsulları  ilə  öz 

əhalisini  yüksək  səviyyədə  təmin  etməklə  yanaşı  xaricdə  də  çoxlu 

miqdarda kənd təsərrüfatı məhsulu ixrac edir. Bu cür vəziyyət ABŞ –ın 

ÜDM  –


də    mütərəqqi  struktur  dəyişmələrinin  baş  verdiyinə  dəlalət 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə