AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə18/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   14   15   16   17   18   19   20   21   ...   144

 

yararsız  üsul  deyildi.  Beşillik,  üçillik  müddətlərə  proqnozlaşdırmalar 

hazırda  da  bir  sıra  ölkələrdə  (məs:  Yaponiyada)  tətbiq  edilir  və  yaxşı 

nəticələr verir. SSRİ-də istifadə olunan direktiv planlaşdırmanın mənfi 

təsir    buraxmağının    əsl  səbəbi  isə  onda  idi  ki,  göstəricilər  bir  çox 

cəhətdən siyasi və ideoloji baxışları, tərtib edilən planlar və xalqın yox, 

monopol  yolla idarə edən bir qrup şəxsin maddi və mənəvi maraqlarını 

nəzərə  almaqla  işlənib  hazırlanırdı.  Şəxsiyyətə  pərəstiş,    ölkədə  ancaq 

bir    şəxsə (baş katibə) baş eymək və onu hər şeyin bilicisi kimi qələmə 

vermək vərdişi bunun üçün gözəl şərait yaradırdı. Partiyanın lap yuxarı 

eşalonlarında  qəbul  edilən  üsuli-idarə  iyerarxiya  üzrə  bütün  ölkə 

ərazisində  tətbiq  edilirdi  ki,  bu  da  iqtisadi  inkişafda  obyektiv 

yanaşmalar üçün demək olar ki, yer saxlamırdı. 

Əyanilik  üçün  qeyd  edək  ki,  SSRİ-nin  iqtisadi  inkişafında  dörd 

mərhələ ayırmaq olar və onların dünya iqtisadiyyatına  nə verə biləcəyi 

ay

dınlaşar.  



Rusiya inqilabının ilk 10 ilə yaxın bir dövründə iqtisadiyyatda baş 

verənləri belə ifadə etmək olar: ilk illərdə iqtisadiyyata nə varidisə  ya 

tam dağıdıldı, ya da güclü zərbələrə məruz qaldı. Bu dövrün axırlarına 

yaxın  (1928-ci  ilə  qədər)  subyektiv  amillər  altında  Sov  İKP  ancaq 

inqilabaqədərki  iqtisadiyyatı,  struktur  dəyişiklikləri  aparmadan  bərpa 

edə bildi. Deməli,  iqtisadi in kişafda 10 il itirildi. Yəni bu 10 ildə həm 

Rusiyanın və həm də  dünyanın iqtisadiyyatı heç bir şey əldə etmədi.  

İkinci pillədə SSRİ iqtisadiyyatı olduqca    yüksək sürətlə inkişaf 

etdi və bu dövr, İkinci Dünya müharibəsinin mənfi təsirinə baxmayaraq 

25    ilə  yaxın  bir  dövrü  (1929-1953)  əhatə  edirdi.  Yüksək  iqtisadi 

inkişafa  baxmayaraq  məhs  bu  illərdə  ölkə  iqtisadiyyatını  gələcəkdə 

dağıda  bilən  amilin  fundamenti  formalaşırdı.  Bu  ondan  ibarət  idi  ki, 

baxılan  dövrdə  normal  bazar  iqtisadiyyatından  qeyri-bazar 

iqtisadiyyatına keçid prosesi demək olar ki, tam başa çatdı. O, dövrdə 

çox  işlədilən terminlərlə desək, geniş miqyaslı yenidən qurmalar xalq 

təsərrüfatının  aparıcı  sahələrində  həyata  keçirilirdi.  Bunun  nəticəsində 

ölkədə  sənayeləşmə,  mülkiyyətdə  dövlətləşdirmə,  kənd  təsərrüfatında 

kollektivləşmə  və  dövlətləşmə,  iqtisadiyyatda  millitarizasiyalaşma 

sürətlə  bütün  ölkəni  bürüyürdü.  Nəticədə  eybəcər  bir  struktura  malik 

iqtisadiyyat  formalaşdı      və  əslində  iqtisadiyyat  iqtisadiyyat  üçün, 

istehsal    istehsal  üçün  meyli  güclü  təsirə  malik  bir  prosesə  çevrildi. 

“Ağır  sənayenin  üstün  inkişaf  etdirilməsi”  sənayenin  “A”  və  “B” 




 

qrupları  arasında  obyektib  nisbətləri  darma-dağın  etdi  və  nəticədə 

paradoks  bir  vəziyyət  yarandı:  bir  tərəfdən  xüsusi  çəkiyə  görə  72-805 

malik nisbətən  inkiçaf etmiş ağır sənaye, digər tərəfdən 20-25% malik 

olan yeyinti və yüngül sənaye dururdu. Kənd təsərrüfatı çox geri qalırdı. 

Bu  dövrdə  dünyanın  bir  sıra  ölkələrində  kənd  təsərrüfatında  bir  neçə 

dəfə yüksək məhsuldarlıq əldə edildiyi halda, SSRİ kənd təsərrüfatında 

əmək məhsuldarlığı  beş on dəfə geri qalırdı.  

Beləliklə  də,  1929-1953-cü  illərdə  SSRİ-nin  ələd  etdiyi 

“müvəffəqiyyətlərin”  nəticəsində  qeyri-bazar  iqtisadiyyatının  klassik 

modeli  formalaşdırılmış  oldu  ki,  onun  da  əsas  əlaməti  dünya 

iqtisadiyyatından təcridlilik idi. 

1954-1978-

ci  illəri  əhatə  edən  dövr  Sovet  iqtisadiyyatında 

geriləmə  dövrü  idi.  İkinci  pillədə  formalaşmış  qeyri-bazar iqtisadi 

modeli    bunun  üçün  gözəl  şərait  yaratmışdı  və  totalitarizm,  bir  şəxsi 

ideallaşdırmaq,  bürokratik    idarə  etmə,  obyektiv  qanunlarla 

hesablaşmamaq,  mərkəzləşdirilmiş  planlaşdırma  demək  olar  ki,  öz 

gücünü , imkanlarını itirmişdi. 

1980-1990-

cı  illər  keçmiş  SSRİ-nin  iqtisadiyyatında  xüsusi  yer 

tutur.  Məhz  bu  illərdə  iqtisadçıların  əksəriyyəti  və  bir  sıra  partiya  və 

dövlət  funksionerləri  başa  düşməyə  başladılar  ki,  1980-ci  ilə  qədər 

formalaşdırılmış  iqtisadiyyta  və  ona  uyğun  təsərrufat  mexanizmi  

ölkənin sosial-iqtisadi problemlərini həll etməyə qadir deyil.  Bu illərdə 

iqtisadi  inkişafın  sürəti  çox  aşağı  idi  sonra  bu  aşağı  sürət  də  dayandı, 

iqtisadiyyatda  durğunluq  dövrü  başladı,  iqtisadiyyatı  böhran  bürüdü. 

Belə vəziyyət, əlbətdəki, dünya iqtisadiyyatına müsbət təsir göstərməyə 

qadir deyil.  

MDB-


yə daxil olan ölkələr öz iqtisadiyyatlarını bazar qanunlarına 

görə  formalşadırmağa  başlamışlar.  Bu  müsbət  hal  yaxın  illərdə  öz 

bəhrəsini verə bilər və dünya iqtisadiyyatının daha sürətlə inkişaf etməsi 

üçün müəyyən  şərait yaratmış olar. 

Qısaca  olaraq  keçmiş  SSRİ  deyilən  nəhəng  bir  inperiyanın 

timsalında biz göstərməyə çalışdıq ki, hər bir ayrıca götürülmüş ölkədə 

baş  verən  sosial-iqtisadi  dəyişikliklər  bilavasitə  dünya  iqtisadiyyatına 

təsir göstərir.  

Dünya  iqtisadiyyatı  sisteminin  əsasını  maddi  və  mənəvi 

neymətlərinin  beynəlxalq  və  dövlətlərin  sərhədləri  hüdüdunda 

məhdudlaşan  milli  istehsalın  bölüşdürülməsi,    mübadiləsi  və  istehlakı 



 

təşkil  edir.  FDövlətlərin  iqtisadiyyatında,  sosial-iqtisadi  quruluşunda, 

hərbi  müdafiə    sistemində  baş  verən  hər  hansı  dəyişikliklərin  dünya 

iqtisadiyyatına təsiri də bunula izah olunmalıdır. Lakin bu cür quruluş 

dəyişkən,  müvəqqəti    xarakterdə  ola  bilər,  ona  görə  ki,  daha  gclü  və 

həyata  uyğun  yarım  sistemlər    digər  yarım  sistemləri  dəyişdirə  və 

yaxudda öz məqsədinə tabe etdirə bilər.  Əks halda sistem dağıla bilər. 

Dünya iqtisadiyyatının bir sistem kimi vahid, tam, son məqsədi var. Bu- 

yer  kürəsində  yaşayan  insanların  tələbətlarının  ödənilməsidir.  Lakin 

müx


təlif  yarım  sistemlərdə  bu  modifikasiyalaşa  bilər  və  həqiqətdə  də 

belə  olur.  Ona  görə  ki,  ayrı-ayrı  dövlətlərdə  müxtəlif  sosial  iqtisadi 

şəraitlər formalaşır.  

 

§2. Elmi-



texniki  tərəqqi  və onun  nailiyyətlərinin  geniş 

miqyasda   istehsalat tətbiqi. 

Düny


a  iqtisadiyyatının  inkişafına    və  səmərəliliyinin 

yüksəldilməsinə  təsir  göstərən  proseslər,  hadisələr  olduqca  çoxdur. 

İqtisadi  araşdırmalarda  onların  hamısını  nəzərə  almaq  lazımdır.  Lakin 

bundan öncə dünya iqtisadiyyatına təsir göstərən proses və hadisələrin 

özlərinə  elmi  yanaşma  tələb  olunur.  Ümumi  şəkilədə  hər  bir  inkişaf 

edən  və  idarə  oluna  bilən  obyekt  kimi  dünya  iqtisadiyyatına  təsir 

göstərən  proses  və  hadisləridə  2  qrupa  bölmək  lazımdır:    amillər  və 

şərtlər qruplarına. 

Amil  və  şərtlər  bir-birləri  ilə  sıx  və  qarşılıqlı  əlaqədə  olsalarda 

amil birincidir. Dünya iqtisadiyyatının təkamül tapıb inkişaf etməsində 

amil  rolunu  həmişə  elmi-texniki  tərəqqi  (ETT)  oynamışdır.  Elm  və 

texnika inkişa və tərəqqi etdikcə dünya iqtisadiyyatıda inkişaf etmişdir. 

Ümumi hal

da isə dünya iqtisadiyyatı ilə ETT arasında da qarşılıqlı əlaqə 

mövcuddur.  

ETT  yüksək  məhsuldarlıqlı  və  səmərəli  texnikaların  və 

texnologiyaların    meydana  gəlməsinə  səbəb  olur.  Belə  texnikanın  tam 

səmərə verməsi üçün o istehsala geniş miqyasda tətbiq olunmalıdır. Çox 

vaxt yüksək məhsuldarlığa malik texnika və texnologiyalar milli dövlət 

daxilində  tələbatları  ödəməklə  yanaşı  dünya  miqyasında  tələbatların 

ödənilməsinə də imkan verir. 

Elmin və texnikanın tərəqqisi bir qayda olaraq, dünya miqyasında 

istehsalın tərəqqisinə səbə olur. Bu isə o deməkdir ki, yeni texnika  və 

texnologiya  hər  tərəfli  geniş  dairədə,  bütün  planetdə  yayılır.  Yeni  




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə