AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə19/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   15   16   17   18   19   20   21   22   ...   144

 

texnika  və  texnologiya    geniş  (  qlobal)  miqyada  yayıldıqda  onların 

səmərəli  istifadə  edilməsi  məsələsi  beynəxlalq  əlaqələrin,  ölkələr 

arasında iqtisadi münasibətlərin inkişafından aslı olur.  

Müasir  dövrün  xarakterik  cəhəti  elmi  və  texniki  inqilabların 

intensivliyinin  artmasıdır.  Elmi  özünü  tam  mənada  məhsuldar  qüvvə 

kimi göstərir və dünya iqtisadiyyatına və onun yarım sistemlərinə güclü 

müsbət  təsir  göstərir.  elm  məhsuldar  qüvvədir.  Bu  öz  əksini      əmək 

cisimlərinin və əmək alətlərinin yeni növlərinin yaradılması, fəaliyyətdə 

olanlarının  təkmilləşdirilməsində  və  istehsalın  texnologiyasına    aktiv 

təsir etməsində tapır.  

Elmi-texn

iki tərəqqinin  yer kürrəsi  miqyasında yayılması nəzəri 

baxımdan  və  həmdə  praktiki  cəhətdən  ümumi  xarakter  daşıyır  və  bu 

yaılma  hazır  məhsulların  xarici  ölkələrə  satılması,  patentlərin    və 

lisenziyaların  alınması  və  bir-başa  kapital  qoyuluşlarının  həyata 

keçirilməsi yolu ilə baş verir. 

Bu  günə  qədər  dünya  miqyasında  toplanmış  təcrübənin 

öyrənilməsi    göstərir  ki,  məhz  texnologiya  və  elm  tutumlu  texnikanın 

mübadilə  edilməsi  yolu  ilə  yarımsistemlər  miqyasında  istehsalların 

texniki  silahlanmasını  və  səmərəliliyinin  yüksəldilməsini  təmin  etmək 

mümkündür.    Bundan  başqa,  konkret  götürülmüş  bir  ölkənin  ixrac 

imkanlarının  artırılmasında  və  idxalın  həcminin  azaldılmasında, 

ixtisaslaşma  və  kooperasiyalaşma  nəticəsində  müxtəlif  və  rəqabət 

dözümlü məhsullar istehsal edib reallaşdırmaq yolu ilə ölkələr arasında 

texniki-


iqtisadi    əlaqələrin  genişləndirilməsi  də  bilavasitə  ETT-nin 

sürətləndirilməsindən  asılı  olur.  İndiki  dövrdə  texnologiya  dünya 

bazarında  xüsusi  əmtəədir.Bu  da  xarici  iqtisadi  əlaqələrin 

intensivləşməsinə, dünya iqtisadiyyatının isə genişlənməsinə səbəb olur. 

Müasir dövrdə elmi-texniki tərəqqinin inqilabi fazası daha  sürətlə 

inkişaf  edir  və  buna  görə  də  “elmi-texniki  tərəqqi”  ilə  yanaşı  “elmi-

texniki inqilab” terminlərindən geniş istifadə edilir. Lakin burada söhbət 

heç  də  terminlərdən  getmir.  Bu  prosesi  elmin  sənayeləşməsi 

adlandırırlar. Bunlardan başqa, müasir ETT-nin kollektivlik xüsusiyyəti 

meydana  çıxmışdır.  Bu  cəhətin  mahiyyəti  ondadır  ki,  elmin  inkişafı 

hazırda,  ancaq    elmin  müxtəlif  sahələri  ilə  məşğul  olan  kollektivlər 

tərəfindən  inkişaf  etdirilə  bilər.  Bir  ölkə  daxilində    bu  məsələlərin   

tekbaşına  həll edilməsi çox vaxt qeyri-mümkün və səmərəsiz olduğuna 

görə dövlətlərarası elmi əlaqələrin artması zəruriliyi ortaya çıxır. 




 

Elmi-


texniki  tərəqqinin  bir  xüsusi  və  çox  əhəmiyyətli  cəhəti  də 

dünya  iqtisadiyyatının  formalaşıb  inkişaf  etməsinə  müsbət  təsir 

göstərməsidir. Bu da ondan ibarətdir ki, ETİ-ilə zəngin olan müasir ETT 

hər hansı bir məhsulun həcmini istənilən qədər artırmağa imkan verir. 

Buna görə də xarici iqtisadi əlaqələrdə, mübadilə çox işlənən  mallarla 

yanaşı, texnologiya , idarəetmə, bilik, təcrübə, elmi-texniki informasiya 

və yaxud da “cisimlənmiş”  bilik (təcrübə, elm) olan müasir tipli maşın 

və  avadanlıqlar,  yüksək  xüsusi,  çəkiyə  malik  olurlar.Nəticədə  dünya 

iqtisadiyyatı da inkişaf edir. 

Müasir elmi-

texniki  inqilabın  müasir  xüsusiyyətlərindən  biri  də 

elmi-


texniki  fəaliyyətin  nəticələrindən  istifadənin  beynəlmiləşməsidir. 

Elmi-


texniki  nailiyyətlərdən  istifadənin  beynəlmiləşməsi  ixtiraların, 

s

əmərələşdirci 



təkliflərin, 

“Nouhau”ların 

istehsala 

tətbiqini 

sürətləndirməyə,  beynəlxalq  münasibətləri  genişləndirməyə  və  dünya 

iqtisadiyyatının intensiv yolla yüksəlməsinə imkan verir.  

Yeniliklərin  istehsal  tətbiqinə  tələb  olunan  vaxt  müxtəlif 

ölkələrdə müxtəlifdir. Məsələn Yaponiyada bunun orta müddəti, 2- 3,5 

il,  ABŞ-da 5-7 il, Almaniyada 8-10  il  təşkil  edir.Qeyd  edək  ki,  elmi-

texniki təcrübə sahəsində mübadilə bir sıra formalarda həyata keçirilir.  

Yüksək texnologiyanın ixracı baxımından ABŞ dünyada liderdir. 

Dünya  miqyasında  satılan  liseniyalarda  ABŞ-ın  payı  70%  təşkil  edir. 

Lisenziyanı idxal edən ölkələr də yüksək səmərə əldə edirlər. Məsələn, 

Yaponiya  keçən  əsrin  50-ci  illərində  texniki  səviyyəyə  görə  ABŞ-dan 

20-

30  il  geri  qalırdı.Hazırda  Yaponiya  bu  geriliyi  aradan  qaldıran 



bilmişdir  və  hətta  bir  sıra  sahələrdə  dünyada  liderliyi  əlində  saxlayır. 

Geriliyi qısa bir müddətdə aradan qaldıran Yaponiya lisenziya almaqda 

davam edir.  

Beləliklə,  elmi-texniki  tərəqqinin  ayrı-ayrı  ölkələrdə  sürətlə 

inkişaf  etməsi,  elmi-texniki  nailiyyətlərin  qlobal  masştabda  istehsala 

tətbiqi  və  bunlarla  əlaqədar  və  paralel  olaraq  lisenziya-parent 

mübadiləsinin  hər  sahədə  və  hər  cür  yenilikləri  özündə  cəmləşdirən 

“Nou-


hau”ların intensivləşməsi, bütün bunlarla əlaqədar olan digər bir 

prosesin-

əmtəə,  xidmət  və  maliyyə  dövriyyəsinin  sürətlənməsi  yeni 

beynəlxalq əmək bölgüsünün formalaşmasına səbəb olmuşdur, bu da öz 

növbəsində  dünya  iqtisadiyyatının  sürətlə  inkişafı  üçün  şərait 

yaratmışdır. 



 


 

§3.  Təsərrüfat  əlaqələrinin  intesivləşməsi  və  istehsalın 

beynəlmiləlləşməsi 

Dünya  iqtisadiyyatı  çoxukladlı  və  keçid  strukturuna  malikdir. 

Onun  ayrı-ayrı  yarımsistemlərində  məhsuldar  qüvvələr  və  istehsal 

münasibətləri  müxtəlif şəkildə  olur.  Bunun  nəticəsində  dünyada  bütün 

cəhətləri özündə cəmləşdirən təkrar istehsalın vahid    qanunlar sistemi 

olmur.  


Bunula yanaşı dünya təsərrüfatının inkişaf qanunauyğunluqları və 

meylləri  elmi-texniki  tərəqqi  və  beynəlxalq  əmək  bölgüsünün  təsiri 

altında  dünya  təsərrüfat  strukturundakı  dəyişmələr  nöqtəyi-nəzərincə 

baxılmalıdır. Bu proseslərdəki pillələr isə dünya iqtisadiyytının inkişaf 

pillələrini  göstərir.  Bu  proseslərin  obyektiv  əsasını  beynəlxalq  əmək 

bölgüsünün  gedişi  zamanı  özünü  göstərən  istehsalın  və  ümümiyyələ, 

millətlərin təsərrüfat fəaliyyətinin beynəlmilləşməsi təşkil edir.  

İndiki  dövrdə,  XXİ  əsrin  başlanğıcında  ayrıca  götürülmüş,  heç 

bir, hətta çox inkiaşf etmiş böyük ölkə belə, tam açıq və yaxud da tam 

bağlı  sistem  şəkildə  inkişaf  edə  bilmir.  Yəni  o,  öz  iqtisadiyyatını 

tamamilə daxili bazara və əksinə, tamamilə xarici bazara iqstiqatləndirə 

bilmir. Buna görə də inkişafın sərfəli strategiyası ancaq daxili və xarici 

amillərin,  təsərrüfatdaxili  və  beynəlxalq  əmək  bölgüsünün 

uyğunlaşdırlmasəna  əsasən  seçilə  bilər.    Lakin  uyğunlaşdırma  bir 

prinsip kimi rədd edilə bilməz, əks halda təsərrüfatdaxili və beynəxlalq 

əmək bölgüsünün üstünlüklərindən bacarıqla istifadə edilmədiyinə görə 

iqtisadi inkişaf və səmərəlilik aşağı düşə bilər. 

Baxmayaraq ki, ölkələrdə istehsal edilən məhsulun əksinər hissəsi 

daxili bazarl

arda  reallaşdırılır,  məhsulların  beynəlxalq  miqyasda 

mübadiləsi  prosesi  getdikcə  güclənir.  Bu  təsadüfi  hal  deyil,  obyektiv 

prosesdir  və  hazırkı  dövrdə  məhsulda  qüvvələrin  inkişafının  daxili 

qanunauyğunluqların  əks  etdiri.  Bu  inkişafın  başlıca  meyli  beynəlxalq 

əmək bölgüsünün dərinləşməsdir ki, onun gedişində də ölkə məhsuldar 

qüvvələri  daha  çox  dünya  məhsulda  qüvvələri  formasında  fəaliyyət 

göstərməyə başlayırlar.  

Son  onilliklərdə  biliyin  gücü  ilə  yaradılan  və  əmək 

məhsuldarlığının çoxqat yüksəldiləməsinə qadir olan texnoloji inqilablar 

təsərrüfatların  beynəlmiləlləşməsi  prosesinə  güclü    təkan  verdi. 

Qabaqcıl  və  məhsuldar  texnologiyalar  istənilən  məhsulu  istənilən 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə