AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə22/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   18   19   20   21   22   23   24   25   ...   144

 

meydana çıxarmaq olar ki, onların vasitəsilə ilk baxışda həlli mümkün 

olmayan probleml

ərin  belə  həll  olunmasına  çox  gözəl  şərait  yaratmaq 

olar. 

 

 



1.2.Biliyin iqtisadiyyata təsir mexanizmi və bu haqda dünya 

təcrübəsi 

 

       

Bilik  iqtisadiyyata  və  insanların  həyat  şəraitinə  güclü  təsir 

göstərir.  Lakin  bu  təsirin    əsas  xüsusiyyəti  ondadır  ki,  onu bilikli 

adamlar  görə bilirlər.Deməli, biliyin bir mühüm və həlledici amil kimi 

iqtisadiyyata  təsirini  gücləndirmək  üçün  cəmiyyət  üzvlərinin 

savadlılığını  və  hökumət  orqanlarının  isə  bu  sahədə  məsuliyyətliliyini 

artırmaq lazımdır. 

      


Bilik  çatışmazlığı istər ayrıca götürülmüş bir şəxsin, ailənin, 

müəssisənin və istərsə də bütövlükdə ölkənin iqtisadiyyatına güclü təsir 

göstərir  və  onun  təsiretmə  mexanizmi  çox  müxtəlifdir.  Bu  mexanizm 

fəaliyyətə  subyekt  və  strukturların  yaşamaq  üçün  həyata  keçirdikləri 

“əməliyyatlardan”  başlayır.  Əməliyyatlarda  iki  tərəf  iştirak  edirsə  və 

onlar bir-

biri  haqqında  biliyə  malik  deyillərsə,sonda  iqtisadiyyat 

zəifləyir.  Sadə,  lakin  böyük  iqtisadi  əhəmiyyəti  olan  bir  neçə  misal 

gətirək.Bir neçə il bundan qabaq “Vahidbank” və digər bu tipli banklar 

haqqında  həqiqi  informasiyanın  olmaması,  yəni  əhalinin  bu  sahədə 

biliklərinin  zəif  olması  hər  bir  vətəndaşın  və  dövlətin  iqtisadi 

vəziyyətinə  güclü  mənfi  təsir  göstərdi.Bazar  iqtisadiyyatına  tərəf 

addımlar atılarkən boğazlarından kəsdikləri “artıq” pullarını öz əlləri ilə 

fırıldaqçılara  verdilər  və  dövlət  orqanlarının  da  məsuliyyətsizliyi 

üzündən  bir  daha  geri  ala  bilmədilər.Təkcə  bu  biliksizliyin  üzündən 

Azərbaycan  Respublikası  iqtisadiyyatınamilyard  dollarla  zərər  dəydi. 

Mağazalarda satılan ərzaq mallarının, dərman preparatlarının keyfiyyəti, 

saxlama  müddəti,  satış  müddəti  haqqında  dəqiq  məlumatın  olmaması 

əhalinin  geniş  təbəqəsinin  vaxtı  keçmiş  ərzaqlarla  qidalanmasına, 

sonradan  xəstələnməsinə,  müalicələrə  coxlu  pulların  xərclənməsinə  və 

deməli,  həm  fərdinin  (sahibkarın)  və  həm  də  ölkə  iqtisadiyyatının 

zəifləməsinə  səbəb  olur.Düzgün  qidalanma  və  saxlam  həyat  tərzi 

haqqında  insanların  biliyinin  az  olması    da  eyni  mexanizmi  ilə 

iqtisadiyyatı zəiflədir.  




 

         

Bilik  təsərrüfat  münasibətlərini  də  işıqlandırır,  tərəflərin 

üstünlüyünü  və  çatışmazlıqlarını  ortaya  çıxarır.  İnformasiyanın 

olmaması  və  yaxud  da  onun  qıtlığı  bazarların  dağılmasına  və  

yenilərinin yaradılmasına mane olur. Bazar iqtisadiyyatının səmərəliliyi 

bilavasitə  malların  keyfiyyəti  haqqında,  işçinin  məsuliyyətsizliyi 

haqqında, firma və müəssislərin maliyyə vəziyyəti və kredit bacarıqları 

haqqında  geniş  və  hərtərəfli  məlumatın  olmasını  tələb  edir.  Bunlarsız 

elmdən, iqtisadi inkişafdan danışmaq ən azı cəfəngiyyatdır. Ona görə ki, 

informasiyasızlıq  və  deməli,  biliksizlik  şəraitində  ayrı-ayrı  hesabat 

dövründə  bir-iki  göstəricinin  yaxşılaşmasından  söhbət  gedə  bilər, 

cəmiyyətin,  ölkənin  iqtisadi  inkişafından,  orta  təbəqənin  formalaşması 

haqqında isə məlumat əldə edilməz. 

   Bili

yin iqtisadi səmərəsi. Hərtərəfli bilik əldə etməklə inkişafa 

nail olmaq çoxlu səmərə verir. Bu səmərə birbaşa və dolayı yolla əldə 

oluna bilər.Xəstəliklər haqqında düzgün məlumat milyonlarla insanların 

həyatını  xilas  edər  və  səhiyyəyə  çəkilən  xərcləri  azalda  bilər.  Ətraf 

mühitin  təmizliyi  haqqında  və  suyun,havanın,torpağın,  məhsulların 

çirklənməsi  haqqında  məlumatlılıq  yaşayış  yerlərinin  insan  üçün 

təhlükəli  olmasının  qabağını  ala  bilər.Mikromaliyyələşmə  proqramları 

və  bu  barədə  insanların  məlumatlılığı  uşaqların  gələcəyinin  parlaq 

olmasına səbəb ola bilər. 

        


Bilik  çatışmazlığının  və  informasiya  qıtlığının  olmasını 

dövlət  dərk  etməli  və  problemin  həlli  üçün  ölçü  götürməlidir.  Lakin 

məhz bu məsələ inkişaf etməkdə olan ölkələrdə çox pis həll olunur. Bu 

da  onların  inkişaf  etmiş  ölkələrdən  geriliyini  daha  da  çoxaldır.Sonda 

onlar asılı ölkə olaraq qalırlar və dünya iqtisadiyyatının inkişaf sürətini 

zəiflədirlər. 

         

Dünya  Bankının  hesabatlarında  da  göstərilir  ki,  varlı  və 

kasıb dövlətlərin arasındakı fərq təkcə pulun (vəsaitin) çatışmamasında 

deyil, o həm də biliyin azlığındadır.Biliyin yaradılması isə çoxlu əlavə 

xərclər tələb edir.İnkişaf etmiş ölkələr özlərinin maliyyə imkanlarından 

və  istehsal  güclərindən  istifadə  edib  arasıkəsilmədən  yeni  biliklər 

yaradırlar və bu prosesin dönməz olması üçün çoxlu vəsait xərcləyirlər 

(cədvəl 3).  

 

 



 

  

Cədvəl 3 

Elmi-

tədqiqat və təcrübə-layihə işlərinə çəkilən xərclər və 

adambaşına  düşən ümumi daxili məhsulun həcmi (1998-ci il) 

 

 



   

Ölkə qrupları 

ETTLİ-nə  çə-

kilən   xərclər 

 

(1 mln. nəfərə 

görə  ABŞ  dol-lari 

ilə) 

Adamb

aşına  düşən 

ÜDM  (ABŞ 

dolları ilə) 

Yüksəkgəlirli  ölkələr 



(Asiyanın 

yeni 


sənaye 

ölkələrindən başqa) 

218 

16048 


 

 



Asiyanın  yeni  sənaye 

ölkələri 

108 

6369 


Orta  gəlirli  ölkələr 

(Rusiyadan başqa) 

1563 



Rusiya 


29 

2069 


Azgəlirli 

ölkələr 

(Çindən başqa) 

328 


Cədvəlin  materiallarından  göründüyü  kimi,  kasıb  ölkələrin  yeni 

biliklər  yaratmaq  üçün  varlı  ölkələrlə  rəqabət  aparmasına  maliyyə 

imkanları  mane  olur.  Lakin  yaranmış  biliklərin  alınmasna  onların 

imkanları  çatar.  İlk  növbədə  ona  görə  ki,  dünya  bazarında  kompüter 

texnikasının  qiyməti  çox  aşağı  düşüb  və  Nou-hau (know-how)-ların 

dəyəri isə buna imkan verir. 

Dünyada varlı dövlətlər tərəfindən yaradılmış bilikləri əldə etmək 

(satın alıb tətbiq etmək) üçün isə bir məsələnin həlli lazımdır. Bu məsələ 

biliyin  və  bilikli  insanlann  iqtisadiyyatdakı  aparıcı  rolununu  dövlət  və 

onun  müvafiq  orqanları  tərəfındən  dərk  edilməsidir.  Biliyin  həlledici 

amil olmasını dərk edən ölkələrin sürətlə inkişaf etməsi haqqında çoxlu 

təcrübə toplanmışdır. Buna misal olaraq Dünya Bankı Qana və Koreya 

Respublikasını  misal  göstərir.  40  il  bundan  qabaq  adambaşına  düşən 

ümumi  daxili  məhsulun  həcmi  bu  ölkələrdə  təxminən  eyni  səviyyədə 

idi.  Lakin  artıq  1990-cı  illərin  əvvəllərində  bu  göstəricinin  səviyyəsi 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə