AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə21/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   17   18   19   20   21   22   23   24   ...   144

 

Beynəlmiləlləşmə  və  bu  prosesin  genişlənməsi  istər  birbaşa  və 

istərsə də müxtəlif istiqamətlərdə iqtisadi və sosial səmərə verir. Xarici 

kapital,  yeni    texnologiya,  inteqrallaşma  imkanları  və  iqtisadi  inkişaf 

təmin  etmək  xatirinə  dünya  bazarına  çıxış  səmərəni  yaradan  amillər 

rolunu  oynayır.    Digər  bir  cəhəti  ilə  qeyd  etmək  lazımdır.    Bu  qlobal 

beynəlmiləlləşmə  prosesində  bütün  ölkələr  üçün  müəyyən  və  bərabər 

olan  qanunlar  paketinin  hazırlanıb  həyata  keçirilməsidir.  Məhz  bu 

qanun  və  qaydalar  toplusu  imkan  verir  ki,  qabaqlar  ancaq  TMK  üçün 

mümkün  ola  bilən  xarici  əməliyyatlar,  eyni  zamanda  milli  ölkələrin 

kompaniyaları tərəfindən də həyata keçirilə bilsin. 

 

 



                      

IV 

FƏSİL. 

YARADICILIQ, 

TƏŞƏBBÜSKARLIQ VƏ  

                              

DÜNYANIN İQTİSADİ İNKİŞAFI 

 

                

§ 1.Dünya iqtisadiyyatının inkişafında biliyin rolu 

                                         

1.1.Bilik və iqtisadiyyat 

           

Dünya  təsərrüfatı  yarımsistemlərinin  iqtisadi  fəaliyyətinin 

öyrənilməsi  

göstərir  ki,  son  onilliklərdə  biliyə,  insanın  hərtərəfli  inkişafına 

diqqət  artmışdır.Xüsusən  də  inkişaf  etmiş  ölkələrdə  bu  məsələ  daha 

qabarıq şəkildə həll olunmaqdadır. Əldə edilən nəticələr heyrətamizdir. 

Bu  gün  ABŞ  kimi  nəhəng  bir  dövlətin  ÜDM  –nın  20%-dən  çoxu 

elmtutumlu  məhsullar  hesab  edilən  informasiya,  onun  texnoligiyası, 

komputer , elektronika kimi məhsulların payına düşür. ABŞ, Yaponiya, 

Almaniya  və  s.  bu  kimi  inkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki, 

insanın inkişafına,beyinlərin məhsulunun istifadəsinə  yönəldilən kapital 

xərclərinin  səmərəsi  digər  ənənəvi  istiqamətlərə    yönəldilən  kapitalın 

səmərəliliyindən  qat-qat  yüksək  olur.  Bu  gün  dünya  iqtisadiyyatının 

liderlərindən  biri  olan  Yaponiya  kimi  bir  dövlətin  əldə  etdiyi 

müvəfəqiyyətllər əslində biliyə, insan zəkasına verilən düzgün qiymətin 

nəticəsidir.  

     


Bilik ən sərfəli və ən çox səmərə verən resursdur.İkinci dünya 

müharibəsində  min  cür  mənfi  təsirlərə  məruz  qalan,  torpağlnda  nüvə 

silahı  partladılan,  1945-1953-cü  ilə  qədər  kənar  qüvvələr  tərəfindən 

idarə  olunan  Yaponiya  sərbəstlik  əldə  etdikdən  sonra  iqtisadiyyatın 




 

inkişafını  biliyə,  insan  amilinə  bağladı  və  hamıya  məlum  dünya 

miqyaslı  inkişafa  nail  oldu.  Bu  misal  dir  daha  göstərir  ki,  insan 

resurslarından  dünya  miqyasında  səmərəli  istifadə  edilsəidi  bir  çox 

qlobal  problemlər  ya  heç  olmazdı,  ya  da  heç  olmazsa  hazırki  bəşər 

sivilizasiyasının  məhv edə bilən səviyyəsinə çatmazdı. 

          

Müsbət hal kimi, onu qeyd etmək olar ki, dünya təşkilatları 

bilik  amilinə  diqqəti  artırmışlar.  Ümumdünya  Bankının  1988/1999-cu 

illərdə  dünyanın  inkişafı  haqqında  hesabat  sənədlərində  bu  məsələyə 

xüsusi  fikir  verilmişdir.      Dünya  Bankının  dünya  inkişafı  haqqında 

Hesabatının  21-ci  buraxılışında  iqtisadi  və  ictimai  rifahın 

yaxşılaşmasında  biliyin  həlledici  roluna  xüsusi  yer  ayrılmış  və 

buraxılışın  özünə  isə  “Bilik  inkişafın  xidmətində”  adı  verilmişdir.  

Hesabatın  müəllifləri  göstərirlər  ki,  iqtisadiyyatın  inkişafı  təkcə  fiziki 

kapital  yığımı  və  professional  bacarıqla  təyin  edilmir  ,  o  həm  də 

informasiyanın 

dəqiq 


və 

vaxtında 

əldə 

edilməsindən, 



işlənilməsindən,ötürülməsindən,  yeniliklərin öyrənilməsindən biliklərin 

mənimsənilməsindən  asılıdır.  Bilik  həlledici  əhəmiyyətə  malikdir  və 

buna  görə  də  dünya  miqyasında  insanların  və  xüsusən  də  ən  kasıb 

təbəqələrin  həyat  səviyyəsinin  yüksəldilməsi  üçün  biliyin  yığılması, 

istifadəsi  və  ona  mane  olan  amillər  mexanizminin  ayrı-ayrı 

adaml


ar(xüsusən  də  rəhbər  kadrlar)  və  cəmiyyət  tərəfindən  dərk 

edilməsi çox zəruridir. 

        

Bu  gün  informasiya  inqilabi  şəraitində  bilik  və  inkişaf 

arasında  olan  qarşılıqlı  əlaqələri  dərindən  anlamaq  və  real  həyatda 

onları nəzərə almaq və istifadə etmək xüsusi aktuallıq kəsb edir. Yeni 

informasiya texnologiyalarının meydana gəlməsi, komputer texnikasının 

qiymətlərinin aşağı düşməsi fəza və vaxt arasında olan sərhədləri pozur, 

müddət isə qısaldır. Hətta kiçik bir kənd “böyük” məlumatları çox qısa 

bir  müddətdə  və  çox  az  xərclə  əldə  edə  bilmək  imkanına  malik  olur. 

“Məsafədən”  öyrənməyin  inkişafı  isə  milyon-milyon insanlar üçün 

təhsil  almaq  imkanı  yaradıb.Bunlar  hamısı  yaxşıdır.  Yaxşıdır,  əgər 

həqiqətən də konkret götürülmüş bir dövlətdə biliyə və bilikli insanlara 

inkişafın başlıca amili kimi münasibət bəslənilir.Əks halda informasiya 

inqilabının  yaratdığı  yeni  imkanlar  istənilən  səmərəni  verə  bilməz  və 

hətta  ölkə  iqtisadiyyatının  inkişafına  mənfi  təsir  göstərər  bilər.Məsələ 

burasındadır  ki,  ticarətin,  maliyyənin,  informasiyanın  qloballaşdığı  bir 

şəraitdə  rəqabət  güclənir  və  elmə,  biliyə  fikir  verməyən,  əhalisinin 




 

savadlandırılması  qayğısına  qalmayan  dövlətlərdə  elmtutumlu  məhsul 

istehsalını  təmin  edə  bilmədikləri  üçün  iqtisadi  gerilik  daha  da  arta 

bilər.Bu cür halın baş verməməsi ehtimalı inkişafda olan ölkələrdə daha 

böyükdür. Dünya Bankı iqtisadi inkişafa təsir etməsi baxımından biliyin 

iki tərəfini fərqləndirir. Birinci tərəf “biliyin çatışmazlığı ” adlanır və bir 

çox cəhətdən texniki biliklərin qeyri-bərabər yayılması və əldə edilməsi 

nəticəsində  meydana  gəlir.Mahiyyəti  ondadır  ki,  məsələn,  sənayedə  , 

kənd təsərrüfatında , səhiyyədə, mühasibat uçotunda və s.istifadə olunan 

texnika  haqqında  məlumat  olsa  da,  müxtəlif  səbəblərdən  istehsalda 

tətbiq  edilmir.    İkinci  tərəf  “informasiya    problemi”  adlanır  və 

innovasiyalar  haqqında  məlumatların  vaxtında  əldə  edilməməsi 

nəticəsində meydana çıxır. 

            

Dünya  təcrübəsi  göstərir  ki,  bu  gün  biliyin  bütün 

istiqamətləri üzrə çatışmazlıqlara inkişaf etmiş  ölkələrdə isə çox az,geri 

qalmış  və  inkişaf  etməkdə  olan  ölkələrdə  çox    tez-tez  rast  gəlmək 

olur.Məhz  buna  görə  də  biliklə  iqtisadiyyatın  qarşılıqlı  əlaqəsini  dərk 

edib  təcrübədə  və  xüsusən  iqtisadiyyatın  inkişafında  ondan  istifadə 

etmək  üçün  Beynəlxalq  Bank  inkişafda  olan  ölkələrə  aşağıdakıları 

tövsiyə edir. 

          

Birincisi, onlar inkişaf etmiş ölkələrlə öz ölkələri arasında 

yaranmış  bilik  çatışmazlığın  fərqini  azaltmağa  yönələn  siyasət  həyata 

keçirməlidirlər.Belə  siyasətin  əsasını  insanların  savadlandırılmasına 

dövl


ət  investisiyasının  artırılması,  iqtisadiyyatın  açıqlıq  səviyyəsinin 

yüksəldilməsi  telekommunkiasiya  sahəsində  rəqabətə  mane  olan 

baryerlərin götürülməsi təşkil etməlidir. 

         

İkincisi,  inkişaf  etməkdə  olan  ölkələrin  dövlət    orqanları, 

beynəlxalq idarələr,qeyri-dövlət təşkilatları və şəxsi bölmə bir-birləri ilə 

informasiya  probleminin  həlli  ilə  məşğul  olan  institutların  xeyrinə 

əməkdaşlıq  etməlidirlər.Bu  cəhətdən  əsas  diqqət  mühasibat  uçotunun 

standartlaşdırılmasına,  informasiyanın  açılma  qaydalarına,  kredit 

reytinqi  sistemi  mexanizmlərinin  yaradılmasına  yönəldilməlidir. 

Bunlardan başqa,müqavilə  öhdəliklərinin yerinə yetirilməsini təmin edə 

bilən səmərəli qanunçuluq və məhkəmə sistemləri formalaşdırmaq tələb 

olunur. 

        


Üçüncüsü,  bilik çatışmazlığının tam aradan qaldırılmasının  

qeyri-


mümkünlüyünü  nəzərə  almaq  lazımdır.  Lakin  biliyin  iqtisadi 

inkişafda həlledici rolunu dərk etməklə çox zaman elə optimal nəticələr 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə