AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə27/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   23   24   25   26   27   28   29   30   ...   144

 

 

bəsləməklə  dövlətin  möhkəmlənməsinə  kömək  göstərirlər.  TMK-nın 

dövlət aparatı üçün kadrların seçilməsində də fəal iştirak edirlər və çox 

zaman  da  bu  yola  öz  dövlətlərində  beynəlxalq  fəaliyyətlərinə  mane 

olmayan münasib qanunların qəbul edilməsinə nail olurlar. Bununla da 

onlar  öz  dövlətlərinin  daxilində  korrupsiyanın,  rüşvətvermənin,  yersiz 

yoxlamaların,  qorxutmaların  qabaqcadan  qarşısını  almış  olurlar. 

Nəticəsi  də  göz  qabağındadır.  TMK-lar  olan  ölkələrin  hamısında  həm 

dövlət  və  həm  də  sahibkarlar  kifayət  qədər  varlıdırlar,  əhali  də  yaxşı 

yaşayır. 

TMK-

nın  ilkin  vəsaitinin  məğzini  sərbəst  kapital  təşkil  edir.  Öz 



ölkəsində yığılan ("artıq" qalmış) kapitala sərbəstlik verildiyinə görə о 

sərhədləri  aşa  bilmiş  və  sahibkarlar  və  dövlət  üçün  yeni  mənfəətlər 

gətirməyə  başlamışdır.  Kapitalın  sərbəstlik  alması  TMK-nın  səmərəli 

işinin  növbəti  hərəkətverici  qüvvəsidir.  TMK-lar  müəssisələrini, 

filiallarını,  qız  filiallarını,  nəvə  fıliallarını  özlərinə  sərf  edən  ökələrdə 

aça  bilirlər.  Növbəti  hərəkətverici  qüvvə  scçdikləri  ölkələrdə  nisbətən 

ucuz  işçi  qüvvəsindən,  ucuz  torpaqdan  və  yerli  xammaldan  istitadə 

etmək nəticəsində meydana gəlir. Bir qayda ilə xarici ölkələrdə tikilən 

müəssisə  və  sexlər  nisbətən  az  kapital  xərcləri  tələb  edir  və  nəticədə 

kapitalın  səmərəlilik  əmsalı  orta  dünya  səviyyəsindən  bir  neçə  dəfə 

yüksək ola bilər. Kapitalın geri alınması vaxtı isə qısa olur. 

TMK-


nın  fəaliyyəti  müxtəlif  və  rəngarəngdir.  Onlar  avtomobil, 

neftçıxarma, elektronika, metallurgiya, maşınqayırma, kimya, yeyinti ve 

s.  məhsulların  istehsalı,  satışı  və  tədqiqatı  ilə  məşğul olurlar. Dünya 

iqtisadiyyatına  aid  olan  ədəbiyyatlarda  verilən  məlumatlara  görə 

beynəlxalq  kompaniyaların  fəaliyyət  dairəsinin  60%-ni  istehsal  təşkil 

edir.  Xidmət  sferasının  payına  37  faiz  düşiir.  Qalan  3%  isə  hasilat  və 

kənd təsərrüfatını əhatə edir. 

TMK-


nın  hərəkətverici  qüvvələrindən  biri  də,  onların  son 

dövrlərdə  meydana  gəlmiş  transmilli  banklara  arxalanmalarıdır.  Bu 

banklar TMK-

nın inkişafının maliyyə əsası kimi, özləri isə istehsal ın və 

maliyyənin beynəlmiləlləşdirilməsinin yeni təzahürü kimi çıxış edirlər. 

Belə bankların minlərlə fılialları dünyanın bütün nöqtələrində fəaliyyət 

göstərir  və  beynəlxalq  fırmaların  inkişaf  etməsinə  və  çiçəklənməsinə  

kömək göstərirlər. 

 



 

 

З.З.ТМК-nın  başlıca xüsusiyyətləri və səmərəli fəaliyyətinin             

səbəbləri 

TMK-


nın dünya təsərrüfat sistemində  tutduğu yer və oynadığı rol 

onlann  spesifık  xüsusiyyətlərindən  irəli  gəlir.  Belaə  xüsusiyyətlərdən 

biri onların fəaliyyətinin universal olmasıdır. TMK həm ticarətçi (tacir, 

kommersant),  həm  investor,  həm  də  müasir  texnologiyanı  yayan  və 

beynəlxalq  əmək  miqrasiyasını  stimullaşdıran  strukturlardır.  Onlar 

istənilən  məhsulu  istehsal  etmə,  reallaşdırma,  ticarətə  nəzarət  etmə  , 

dünya və region bazarlarına təsir göstərməyə qadirdirlər.    

 

TMK-lar 


monopol 

birliklərdir,  fəaliyyət  dairəsinə  görə 

beynəlxalq  miqyaslıdırlar.  Onlar  bir  çox  cəhətdən  dünya  bazarında 

əmtəələrin və xidmətlərin dinamikasını və strukturunu, onların rəqabətə 

dözümlüyünü  təyin  edirlər.  Kapitalın  beynəlxalq  miqyasda  hərəkətinə 

və biliyin və texnologiyanın ötürülməsinə güclü təsir göstərirlər.TMK-

lar  öz  mahiyyətləri  nöqteyi-nəzərincə  beynəlmiləldirlər  və  dünya 

iqtisadiyyatının  vahid  orqanizm  kimi  formalaşmasında  mühüm  rol 

oynayırlar.Müxtəlif ölkələrin müəssisələri arasında istehsal əlaqələrinin 

dərinləşməsində və genişlənməsində onların rolu getdıkcə artır. 

TMK-

nın  ən  başlıca  xüsusiyyətlərindən  biri  fəaliyyətin  mənsub 



olduğu ölkədən kənarda xarici ölkələrdə keçirilməsidir. Baş (valideyn, 

ana)  kompaniya  adətən  "doğma"  ölkədə,  müxtəlif  ölçüdə  olan  fıliallar 

isə  xarici  ölkələrdə  fəaliyyət  göstərir.  TMK-lar  tam  bir  təsərrüfat 

imperiyasını xatırladırlar. Onların özlərinin səlahiyyətləri, hakimiyyəti, 

müxtəlif orqan və strukturları, çoxlu ölkələrdə müştəriləri vardır. TMK-

ın  yaxşı  təşkil  olunmuş  nəqliyyatı,  kommersiya  sirrini  qorumağa, 

rəqiblərinin  istehsal  sirlərini  öyrənməyə  qadir  xüsusi  aparatları, 

tərkiblərində  bank  strukturları  fəaliyyət  göstərir.  Yüksək  səviyyədə 

təşkil  olunmuş  maliyyə  imkanlarına  malik  olan  ayrı-ayn TMK-nın 

sərəncamında  olan  maliyyə  vəsaitlərinin  məbləği  çox  vaxt  bir  neçə 

inkişafda  olan  ölkələrin  üst-üstə  maliyyə  imkanlarından  çox  ola  bilər. 

Bir  qayda  olaraq  dövlət  TMK-nın  iqtisadi,  siyasi,  hüquqi  maraqlarını 

müdafıə edir. 

Dünya iqtisadiyyatına təsiri, geri qalmış ölklərin iqtisadi inkişafı 

baxımından  TMK-nın  fəaliyyətində  ziddiyyətlər  görmək  olar.  Bır 

tərəfdən  TMK-lar  fəaliyyət  göstərdiyi  ölkələrin  inkişaf  etməsi  üçün 




 

 

şərait  yaratmağa  (elmi-texniki  nailiyyətlərin  təsərrüfatlarda  tətbiqini 

sürətləndirməyə  və  s.)  nail  olurlar,  digər  tərəfdən  ölkənin iqtisadi 

asılılığını  artırırlar.TMK-lar  bütün  dünyada  və  xüsusən  zəif  inkişaf 

etmiş  ölkələrdə  fəaliyyət  göstərir  və  bir  qayda  olaraq  bu  ölkələrdə 

iqtisadiyyatın əsas sahələrini öz nəzarətlərinə götürürlər. 

İqtisadiyyatın monopollaşması prosesi, məlum olduğu kimi uzun 

illər  bundan  qabaq  XIX-XX  əsrlərdə  başlamışdır.  Kartellər  bunun  ən 

çox yayılmış forması idi. Müəyyən dərəcədə beynəlxalq xassələri olsa 

da,  kartellər  əsasən  daxili  bazara  işləyirdilər.  Müasir  dövrün 

monopolistləri  olan  TMK-nın  isə  əsas  fəaliyyət  dairələri  xarici 

dövlətlərdir.  Əsas  məqsədləri  isə  istehsalı  özlərinə  münasib  ölkələrin 

ərazilərində  yüksəltmək  və  bu  yolla  da  özlərinə  mənfəət,  əhaliyə  isə 

keyfıyyətli məhsul vermək və xidmət göstərməkdir. 

TMK-

nm  əsas  xüsusiyyətlərindən  və  səmərəli  fəaliyyət 



göstərmələrinə təsir edən amillərdən biri də onların dünya miqyasında 

maliyyə  resurslarından  öz  xeyirləri  üçün  istifadə  etmələridir.  ABŞ-ın 

Maliyyə  Nazirliyinin  məlumatlarına  görə  Amerika  korporasiyalarının 

xaricdə  yerləşən  filiallarının  aktivlərində  olan  vəsaitin  məbləği  keçən 

əsrin  90-cı  illərinin  ortasında  2  trilyon  dollar  təşkil  edib.  Onların 

maliyyələşdirilməsində  vəsaiti  qəbul  edən  dövlətlərin  və  üçüncü 

dövlətlərin  fıziki  və  hüquqi  şəxslərinin  vəsaiti  ABŞ-da  yerləşən  baş 

kompaniyaların onlara yönəltdiyi vəsaitdən çox olmuşdur. 

TMK-

lar bir cəhətdən də diqqəti cəlb edir. Bu strukturlar  elmi, 



texnikı  və  texnoloji  yenilikləri  qısa  müddətdə  istehsala  tətbiq  etmək, 

innovasiya  mühitləri  yaratmaq,  bütün  səviyyələrdə  bazarı  öyrənmək, 

onların  sektorlarını  araşdırmaqda  dünyada  fəaliyyət    göstərən  ən 

qabaqcıl kompaniyalarla yarışa girə bilir və qalib gəlirlər. Ən əlamətdar 

cəhət  ondadır  ki,  TMK-lar  istehsalın  səmərəli  olmasına  kompleks 

yanaşırlar  və  xüsusən  istehsalın  sosial  iqtisadi  və  təşkilati  cəhətlərinə 

çox  fikir  verirlər.  Onlar  beynəlxalq  menecment  sənətinə  ustalıqla 

yiyələnirlər və bu sahədə böyük və  əməli təcrübə toplamışlar. 

Fəaliyyətin  diversifikasiyalaşdırılması,  dinamikliyi,  cevikliyi    və 

uyuşqanlı olması hər hansı süni şəkildə meydana gəlmiş və  yaxud da 

obyektiv  səbəblər  üzündən  yaranmış  vəziyyətlərdən  "üzü  açıq" 

çıxmaları  TMK-lara  xas  olan  xüsusiyyətdir.Bu  cəhətlə  imkan  verir  ki, 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə