AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə35/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   31   32   33   34   35   36   37   38   ...   144

 

 

 

Dünya iqtisadiyyatından yazan mütəxəssislərin hesablamala-rına 



görə  dünyada  aclıqdan  əziyyət  çəkən  və  kifayət  qədər  qidalana 

bilməyənlərin sayı 1,5  milyard nəfərə çatır.  Bu rəqəm 2000 il bundan 

əvvəlki  dünya  əhalisinin  bir  neçə  mislinə  bərabərdir.  Bundan  başqa, 

"görünməyən aclıq" deyilən aclığa (söhbət doyunca yeməməkdən gedir) 

inkişaf  etməyən  ölkələrin  uşaqlarının  dörddə  biri  məruz  qalmışdır. 

Dünya üzrə 240 milyon insanın müxtəlif xəstəliyə tutulması və ölümə 

məruz qalmasının birbaşa səbəbi də aclıq və doyunca yeməməkdir. 

Beləliklə,  ərzaq  problemi  artıq  uzun  illərdir  ki,  öz  dar 

çərçivəsindən  çıxmış,  dünya  əhalisinin  xeyli  hissəsini  əhatə  etmiş, 

qloballaşmışdır. Proqnoz məlumatlarına görə problemin kəskinləşəcəyi 

və  2050-ci  ildə  dünya  əhalisinin  ərzağa  olan  tələbatı  3  dəfə  artacağı 

gözlənilir. Beləliklə, həlli uzadılarsa ərzaq problemi 



S100 milyonl

arla insanın yaşayıb fəaliyyət göstərməsini sual altına 

da qoya bilər. Ümumiyyətlə isə ərzaq problemi bir qlobal problem kimi 

yaxın gələcəkdə dünya iqtisadi sisteminin tarazlığını daha da poza bilər. 

 

 

4.2.Problemin yaranma səbəbləri 



 

            Qlobal pr

oblem  kimi  ərzaq  problemi  bir  sıra  səbəblər 

üzündən     meydana gəlir. Çoxsəbəblilik ərzaq probleminin coxşaxəli 

bir  hal  olması    ilə    izah  olunur.    Bir  qayda  olaraq  ərzaq  probleminin 

məzmununda iqtisadi, sosial, siyasi aspektlərin kökləri aydın görünür. 

Təbii  ki,  dünya  təsərrüfatının  yarımsistemləri  səviyyəsində  və 

bütövlükdə  bəşər  miqyasında  insanların  tələbatlarının    ödənilməsi  

məsələlərinın həllinə təbii resursların olması, onların həcmi, keyfiyyəti 

təsir  göstərir.  Yəni  ümumilikdə  təbii  amil  problemin  həllində  başlıca 

rola  malikdir.  Məsələnin  bu  günkü  kimi  qloballaşmasında  ауrı-ауrı 

ölkələrdə  tez-tez  baş  verən  təbii  fəlakətlər,  quraqlıqların  baş  verməsi, 

daşqınlar,  epidemiyalar  və  bu  kimi  digər  insanların  fəaliyyətlərindən 

bilavasitə asılı olmayan amillərin də rolu çoxdur. Deməli, ərzaqla təmin 

olunmaq  üçün  təbii  amilə  iki  tərəfdən  yanaşmaq  lazımdır:  birincisi, 

ölkənin yerləşdiyı ərazidə faydalı qazıntıların, münbit torpağın, əlverişli 




 

 

təbii mühitin olması baxımından, ikincisi isə təbii fəlakətlərin tezlikləri, 

sıxlığı baxımından. 

Qeyd  edək  ki,  təbii  amil  bütün  ölkələrə  öz  təsirini  göstərir. 

Dünyada  toplanmış  təcrübə  göstərir  ki,  hətta  ən  yüksək  səviyyədə 

inkişaf etmiş ölkələrdə belə təbii amil insanları müəyyən dövrlərdə çətin 

vəziyyətə sala bilər. 

Ərzaq probleminin meydana gəlməsi ilk növbədə iqtisadi bir hal 

kimi  qiymətləndirilməlidir.  Onun  əsasını  əhalinin  yüksək  artım  sürəti, 

alıcılıq qabiliyyətinin sürəti, alıcılıq qabiliyyətinin yaxşılaşması ilə kənd 

təsərrüfatı  bölməsində  məhsuldar  qüvvələrin  zəif  inkişafı  arasında 

yaranmış  uyğunsuzluq  təşkil  edir.  İnkişaf  etmiş  ölkələrdə  də  bu  hal 

keçən əsrlərdə baş vermis və aclıq problemləri meydana gəlmişdi. Lakin 

bu  ölkələrə  kənardan  müdaxilə  olmadığına  görə  məsələni  həll  edə 

bilmişlər. Lakin uzun müddət  koloniya dövrü keçmiş indiki inkişafda 

olan  Latın Amerikası, Asiya, Afrika və s. ölkələrində bu uyğunsuzluq 

uzun müddət davam etmiş və indi də davam edir. Əsas səbəb isə onların 

ölkələrinə olan müdaxilələrdir. 

İnkişaf etmiş ölkələrdən başqa dünyanın əksər ölkələrində Birinci 

dünya  müharibəsinə  qədər  ərzaq  problemini  yaradan  üç  səbəbi  xüsusi 

qeyd  etmək  lazımdır.  Birincisi  -  əhalinın  üstün  artımı,  ikincisi  -  kənd 

əhalisinin şəhərə axını (kənddə iş tapmayan bir parça çörək üçün şəhərə 

üz  tuturdu)  və  üçüncüsü  –  kənd  təsərrüfatında  elmi-texniki  inkişafın 

sənayedən  qat-qat  geri  qalması.  Sonuncu  amil  inkişaf  etmiş  ölkələrdə 

geri  qalmış  ölkələrdən  az  olsa  da  uzun  müddət  "fəaliyyət"  göstərib. 

Təsadüfı deyildir ki, bu ölkələrin kənd təsərrüfatında lazımi səviyyədə 

mexanikləşdirmə  (yəni  kənd  təsərrüfatının  sənayeləşdirilməsi)  dövrü 

keçən əsrin 60-70-ci illərinə təsadüf edir.  

 

Kolonial dövr başa çatdıqdan sonra geri qalmış dövlətlərdə nisbi 



inkişaf baş verdi ki, bu da əhalinin alıcılıq qabiliyyətini yüksəltdi və elə 

bu yüksəlişin də özü ərzaq probleminin yaranmasına yeni təkan verdi. 

Tələb  təklifi  üstələdiyinə  görə  ölkələr  inkişaf  etmiş  ölkələrdən  ərzaq 

gətirmək zərurətində qaldılar. Ərzaq probleminin şiddətlənməsinin digər 

səbəbı  inkişafda  olan  ölkələrin  xalq  təsərrüfatının  birtərəfli  inkişaf 

etdirilməsi  olmuşdur.  Bunun  da  əsas  səbəbi  həmin  ölkələrdə  bir  qrup 

xalqını  soyan  qruplasmalann  (keçmişin  ənənəvi  termini  ilə  desək 

kapitalistlərin və mülkədarlann, indiki dildə desək korrupsionerlərin və 




 

 

rüşvətxorların) və inkişaf etmiş ölkələrin kapital sahiblərinin çox asan 

və  özlərinə  sərfəli  yolla  qazanc  götürmək  istəkləri  olmuşdur.  Bu 

məqsədlə  onlar  ölkələrin  yeraltı  sərvətlərindən  istifadə  edirdilər  və 

kapitalı  hasilat  sahələrin  inkişafına  yönəldirdilər.  Kənd  təsərrüfatında 

isə  xaricə  satılası  olan  məhsullar  istehsalı  üçün  torpaqlar  aynlırdı. 

Beləliklə də əksər kondlilor torpaqsız qalır və  taxıl istehsalçısı da, taxıl 

istehlakçısna  çevrilirdi.  Bu  da  ərzağın  çatışmamasına  səbəb  olmaya 

bilməzdi. 

Qlobal  problemlər  bir-biri  ilə  əlaqədardır.  Ərzaq  probleminin 

şiddətlənməsində  bu  cəhətdən  güclü  rol  oynayan  qlobal  problem 

"demoqrafık  böhran"  idi.  Elə  bunun  da  kökünü  cəmiyyətin  içərisində 

görmək  olar.  Uzun  illər  geri  qalmış  ölkədə  yaşayan  insan  özünün 

mənəvi, əxlaqi, dini dünyagörüşünü dəyişmədən inkişaf etmiş ölkələrdə 

yaradılmış  texnika,  texnologiya,  dərman  və  s.  ilə  üzləşir  və  bunların 

vasitəsilə bir problemi həll edirlərsə, digər problemlər qalırdı və yaxud 

da yeni problemlər yaranırdı. Məsələn, inkişaf etnıiş ölkələrdəki səhiyyə 

sahəsində  əldə  olunan  nailiyyət-lərin  gətirilməsi  ölümün  səviyyəsini 

azaltdı,  doğuşa  isə  (geri  qalmış  ölkələrədə)  təsir  etmədi.  Nəticədə 

əhalinin sayı çoxaldı və ərzağa olan tələbat artdı. 

 

4.3.Aclıq, onun mahiyyəti və ölçülməsi 

 

Aclıq  müasir  qlobal  problemlərdən  olan  ərzaq  probleminin 



böhran vəziyyətini izah etmək üçün  işlədilir. Belə hal dünyanın bıı və 

ya  digər  ölkələrində  müxtəlif  dərəcədə    daim  baş  verir.  Son  aclıq  və 

keyfıyyətsiz və yarımçıq qidalanma dalğası 1980-cı illərdə Afrikada baş 

vermişdir. О vaxt bu qitənin ölkələrində aclıq 150 milyon insanı əhatə 

edirdi və onlar inkişaf etmək haqqında yox, yaşamaq, ölməmək uğrunda 

mübarizə  aparmalı olmuşdular. Qeyd edək ki, bu proses indi də bu və 

ya başqa səviyyədə müxtəlif yerlərdə davam edir. 

Dünya  Bankının  qrup  prezidenti  D.Vulfensonun  məruzəsində 

göstərilir ki, 1998сі ildə dünyada 1,3  milyard  nəfərin  gündəlik xərci 

bir dollardan, əlavə 3 milyard nəfər insanın isə xərci 2 dollardan aşağı 

olmuşdur. Dünya əhalisinin 1,3 milyard nəfəri içməli su ilə,  3 milyard 

nəfəri kanalizasiya ilə,  2 milyard nəfəri  elektrik  enerjisi ilə  təmin  



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə