AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


Hidrosferanın  çirklənməsi  və  zəhərlənməsi



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə33/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   29   30   31   32   33   34   35   36   ...   144

 

 

 

4.Hidrosferanın  çirklənməsi  və  zəhərlənməsi.  (Yerin su 

qat).İqtisadiyyatı  inkişaf  etdırən  nsanların,  öz  siyasi  ambisiyalarını 

həyata  keçırən  dövlətlərin  “səyləri”  nəticəsində  çayların  göllərin, 

dənlizlərin, okeanların, yeraltı suların keyfiyyəti pisləşir və hətta istifadə 

etmək  üçün  zərərli  vəziyyətə  düşür.Bir  sıra  ölkələrdə  artıq  icməli  su 

problemi yaranmışdır (bunu bizim respublikamızın timsalında da aydın 

görmək olur). BMT-nin hesablamalarına görə hər il Dünya okeanına 50 

min ton pestisid

,  5  min  ton  civə,  10  mln  tona  yaxın  neft  və  çoxlu 

miqdarda digər çirkləndiricilər düşür. İnkişaf etmiş ölkələr isə “mənəvi 

köhnəlmiş”  və  zəhərli  hərbi  maddələri  dərin  suların  basdırmaqla 

hidrosfera üçün böyük təhlükələr yaradırlar. 

 

Qeyd  edək  ki,  iqtisadiyyatın  birtərəfli  inkişaf  etdirilməsi 



nəticəsində  planetimizin  ekologiyasının  korlanması  istiqamətləri 

göstərdilyimiz  istiqamtlərə  bitmir.  Lakin  digər  istiqamətlər  də  bu 

göstərdiyimiz dörd istiqamətlərlə sıx əlaqə- 

dar olur və onlardan doğur.  



3.5.İqtisadiyyata dəyən zərər və yaxud ekoloji vəziyyət 

 

kapital tələb edir 

 

 



Son  onilliklərdə  yeni  xarakteristik  xüsusiyyətlər  “əldə  etmiş” 

ekoloji  problemin  cəmiyyətə  və  iqtisadiyyata  təsiri  də  dəyişmiş, 

qloballaşmışdır.İndi  o  öz  yaralarını  heç  olmasa    bir  qədər  sağaltmaq 

üçün çoxlu vəsait tələb edir.  

 

İlk növbədə sosial məsələlərin həllində ekoloji böhran çox mənfi 



rol  oynayır.  Hətta  sosial  yönümlü  iqtisadiyyat  yaratmağa  nail  olmuş 

dövlətlər belə ekoloji təsirdən can qurtara bilmirlər. Bunu da əsas səbəbi 

ondadır  ki,  əgər  uzaq  keçmişlərdə  insan  fəaliyyətinin  mənfi  təsirləri 

təbiətin  bu  və  ya  digər  komponentlərinə  yönəlmişdirsə,  indi  bu 

fəaliyyətin  mənfi  təsirlərini,  foksunda  insanın  özü,  onun  səhhəti,  uzun 

illər  boyu  bəşəriyyətin  əldə  etdiyi  sivilizasiya  durur.  Bundan  başqa, 

cəmiyyətin  və  təbiətin  qarşılıqlı  əlaqəsi  indi  çox  sıx  və  üzvi  şəkildə 

təsərrüfatçılıqla cildlənir, onlar bir-birindən  ayrı, təcrid olunmuş halda 

faliyyət göstərə bilmirlər. Bugünkü ekoloji problemin digər fərgləndirici 

cəhəti ondadır ki, indi insanlar təbii resurslara olan tələbatlarını keçmiş 

dövrlərdəki  səviyyədə  ödəyə  bilmirlər.  İndinin  özündə  enerji  və.s. 

kimim  problemlər  dünyanı  bürüyüb.  Mümkün  olan  resursların  da 




 

 

əksəriyyəti bə və ya digər səviyyədə zəhərlənmişdir. Belə hal məhsuldar 

qüvvələrin inkişafını dayandıra bilən amilə çevrilməkdədir.  

 

Dünya  təsərrüfatı  baxımından  yaranmış  qlobal-ekoloji 



anlaşılmazlıq  o  deməkdir  ki,  indi  istər  hər  bir  dövlətin  və  istərsə  də 

dünya iqtisadiyyatının inkişafı bilavasitə ümumi qitə təbii şəraitindən , 

ora

da baş verən proseslərdən bilavasitə asılı vəziyyətə düşmüşdür. 



 

Dünya  iqtisadiyyatını  öyrənərkən  ekoloji  problemin  diqqət 

mərkəzində  olmasının  siyasi,  bioloji,  sosial-iqtisadi,psixoloji,  mənəvi 

əhəmiyyəti vardır. Lakin son nəticədə ekoloji krizis iqtisadiyyata ən pis 

təsir,  göstərir.  Ekoloji  trazlığın  pozulması  iqtisadiyyata  birbaşa  təsir 

göstərən  proseslərdəndir.  Məslən,  təkcə  əkin  üçün  yaralı  sahələrin 

azalması,  səhraların  çoxalması  dünya  miqyasında  iqtisadiyyata  ildə 

milyard  dollar  dəyərində  itki  verir.  Bu  birbaşa  itkidir.  Dövlətlərin 

səhlənkarlığı  və  xüsusi  ambisiyaları  nəticəsində  itirilmiş  meşələrin,  su 

mənbələrinin  heç  olmasa  bir  hissəsinin  bərpa  olunması  üçün  də  əlavə 

xərclər tələb olunur. Bu ekoloji problemin iqtisadiyyata təsirinin ikinci 

istiqamətidir.  Ətraf  mühitin        korlanmasının  iqtisadiyyata  təsirinin 

üçüncü  istiqaməti  canlıların  və  xsusən  də  insanların  səhhətinin 

pisləşməsi,mxtəlif xəstəliklərin yayılması,bitgi vəeyven aləminin məhv 

olması ilə əlaqədar çəkilən xərclərləəlaqədardır. 

  Bir qayd

a olaraq ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün milyard 

və  trillionlarla  ölçülən  miqdarda  vəsaitlər  tələb  olunur.  Hələlik  isə 

dünya ölkələri ekologiya üçün çox cüzi miqdarda lakin getdikcə artan 

tempdə  birbaşa  vəsait  ayıra  bilirlər.BMT-nin  hesabamalarına  görə 

bəşəriyyət ekoloji sağaltma tədbirlərinə 1970-ci ildə 40-milyard, 1980-

ci  ildə  -75  milyard  dollara  yaxın  1990-cı  ildə  təxminən  150  milyard 

vəsait xərclənmişdir. 2000-ci ildə isə bu vəsaitin məbləği təxminən 250-

milyard dollar təşkil etmişdir.  

  1992-ci 

ildə  BMT-nin Rio-de-Janeryoda  ətraf  mühitin 

qorunmasına həsr etdiyi beynəlxalq  konfransda qəbul edilən “XXI əsr 

üçün  gündəlik  məsələ”  adlı  sənədlərə  görə  ekologiyanın  qorunmasına, 

yaxşılaşdırılmasına çəkilən vəsaitin ortaillik məbləği təkcə    inkişafda 

o

lan üzrə 600 milyard dollar təşkil etməlidir. 



 

Onu  da  qeyd  edək  ki,  planet  üzrə  ekoloji  gərginliyin 

yaranmasında əsas və birinci rolu inkişaf etmiş ölkələr oynayırlar. Onlar 

iqtisadi cəhətdən geri qalmış ölkələrə yüksək texnologiyaları gətirirlər. 




 

 

Lakin bu 

məsələyə  kompleks  yanaşmırlar.  Nəticədə  qabaqcıl 

texnologiya    tətbiq  etməklə  bu  ölkələrin  ərailərində  istehsal  prosesləri 

həyata  keçirirlər,  pul  qazanırlar.  Proseslər  zamanı  tullantıları,  çirkli 

suları,  zəhərli  qazları  lazımi  səviyyədə  zərərələşdirməyib  təbiəti 

zərərləşdirməkdə  davam  edirlər.  Burada  əsas  səbəb  xarici  invesotrlar 

tərəfindən  öz  ölkələrindən  fərqli  olaraq  bu  ölkələrdəətraf  mühitin 

qorunmasına  laz;mi  vəsaitin  ayrılmamasıdır.  Məsələn,  dünya 

iqtisadiyyatından yazan ədəbiyyatların verdiyi məlumatlara görə inkişaf 

etmiş ölkələr ətraf mühitin qorunmasına ÜMM-un 1-2%-i qədər vəsait 

sərf edirlər. Eyni zamanda inkişaf etməkdə olan ölkələrə ekologiyanın 

pisləşməsi  nəıticəsində  inkişaf  etmiş  ölkələrə  dəyən  zərərin  məbləği 

onları ÜMM-nın 4-6%-ə qədər təşkil edir.  

Deməli  inkişaf  etmiş  ölkələr  ekoloji  məsələlərin  həlli  üçün 

vəsaitlər  artırmalıdır.Lakin  ekoloji  tarazlığın  iqtisadiyyata  vurduğu 

birbaşa  iqtisadi  zərərlər  çoxşaxəlidir,  mürəkkəb  məzmuna  malikdir. 

Burada  daha  çevik  təsir  göstərən  tədbirlər  görmək  lazımdır.  Məsələn, 

iqtisadiyyat 

ekologiya 



sxemindən 

ekologiya 

iqtisadiyyat 

sisteminə(sxeminə)keçmək  vaxtı  çatmışdır.  Yəni  məsələ  belə 

qoyulmalıdır-ekoloji  təhlükəsizliyi  tam  təmin  edən  iqtisadiyyata  yaşıl 

işıq verməlidir. Qeyd edək ki, bu sahədə Yaponiyanın  gözəl təcrübəsi 

vardır.Onlarda  təbiətə  münasibət  digər  ölkələrlə  müqayisədə  qat-qat 

yaxşıdır.  Bu  təcrübənin  mahiyyəti  ondadır  ki,  hər  hansı  bir,  hətta  çox 

məhsuldar  olan  texnologiya  ilk  növbədə  təbiətin  qorunmasını  təmin 

edən texnologiya olmalıdır. 

 

 

 



3.6.Problemin həllində beynəlxalq təşkilatların rolu 

 

 



Digər  qlobal  problemlər  kimi  ekoloji  problem  də  ancaq  bütün 

ölkələrin  birgə  səyi  nəticəsində  həll  edilə  bilər.  Buna  görə  də  milli 

hökümətlərin  həyata  keçirdikləri  tədbirlərə  yanaşı  dünya  miqyasında 

işləri  təşkil  etmək  üçün  beynəlxalq  təşkilatlardan  geniş  istifadə 

olunmalıdir.  

 

XXI  əsrin  əvvələrində  beynəlxalq  təşkilatların  işinin  dügün 



qurulması,  idarə  olunması,  istiqamətləndirilməsi  və  bu  yolla  ekoloji 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə