AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə34/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   30   31   32   33   34   35   36   37   ...   144

 

 

problemin  həllinə  nail  olmaq  üçün  bir  zərurətə  çevrilmişdir.  Ekoloji 

problemlərin  həllinə  bynəlxalq  təşkilatların  cəlb  edilməsinin  əsas 

üstünlüyü  ondadır  ki,  bu  zaman  beynəlxalq  təşkilatlar  ümumbəşəri 

tədbirlərlə məşğul ola bilərlər və ümumbəşəri nəticələr əldə etməyə can 

atarlar.  Beynəlxalq  təşkilatların  bu  sahədə  əsas  məqsədi  bütün  dünya 

miqyasında  ekoloji  vəziyyəti  yaxşılaşdırmağa  kömək  və  bu  yolla  da 

dövlətlərin səylərini birləşdirmək və planetimizdə ekoloji təhlükəsizliyi 

təmin etməyə olmaqdır. 

 

Beynəlxalq  təşkilatlar  aşağıdakı  istiqamərlərlə  qlobal  ekoloji 



problemin həllinə müsbət təsir göstərə bilərlər. 

1.Ölkələrin maliyyə vəsaitlərini səfərbər etməklə; 

2.Milli 

dövlətlərin 

tək-tək 

planlarını 

üzvi 

şəkildə 


koordinatlaşdırmaqla; 

3.Dünya miqyasında məqsədli ekoloji proqramlar tərtib etmək və 

həyata keçirməklə; 

4.Ekologiya  haqqında  dəqiq  məlumatları  dünya  ictimaiyyətinə 

çatdırmaqla; 

5.Ekoloji problemin həllinin iqtisadi və hüquqi asektlərini işləyib 

hazırlamaqla; 

 

Hazırda  bir  çox  təşkilatlar  ekoloji  problemlərlə  məşğul  olurlar. 



lakin  əsas  təşkilatlar  BMT-nin  xətti  ilə  fəaliyyət  göstərirlər.  BMT-nin 

bir  çox  regional  komissiyaları  da  fəaliyyət  göstərir.  Bunlardan  başqa, 

müxtəlif  xarakterli  dövlətlərarası  əməkdaşlıq  sazişləri,  proqramları  da 

mövcuddur.  Keçən  əsrin  son  onilliklərində  ekologiya  ilə  məşğul  olan 

qeyr-

dövlət təşkilatlarının sayı artmışdır.Belə təşkilatların müsbət çəhəti 



onların beynəlmiləl xarakter daşımalarıdır. 

 

Dünya təcrübəsi göstərir ki, hansı səviyyədə və hansı məkanda 



yaradılırsa-yaradılsın  səmərəlilik  nöqteyi-nəzərincə  BMT-nin  nəzdində 

fəaliyyət  göstərən  təşkilatlar  daha  münasib  olurlar.  Onları  nəzərdən 

keçirək. 

  1.BMT-


nin  iqtisadi  və  sosial  şurası  soveti  (İQTİSOŞ)və  bu 

sovetin yanında fəaliyyət göstərən orqanlar. Bu təşkilat BMT-nın 6 əsas 

oqrqanlarından  biridir  və  onun  fəaliyyətində  ətraf  mühitin  qorunması 

başlıça ter tutur. 

  2.

İQTİSOŞ-un köməkçi orqanları.Bura müxtəlif hökümətlərarası 



daimi və funksional komissiyalar daxildir.  


 

 

 

3.  İQTİSOŞ  sistemində  fəaliyyət  göstərən  beş  regionlar  üzrə 



iqtisadi  komissiyalar.  Bu  komissiyalara  Avropa  İqtisadi  Komissiyası 

(AİK),  Asiya  və  Sakit  Okean  iqtisadi  və  sosial  komissiyası 

(İSKASO),Afrika  üçün  iqtisadi  komissiya(İKA),Latın  Amerikasıüçün 

iqtisadi  komissiya  (İKLA),  Qərbi  Afrika  üçün  iqtisadi  komissiya 

(İKQA). 

 

4.Ətraf mühit zrə proqramma (ƏMÜP). 



 

ƏMÜP 1972-ci ildə BMT-nin səyi ilə Stokholmda keçirilmiş və 

ətraf  mühitin  qorunması  ürə  əməıkdaşlıq  məsələlərinə  hısr  edilmiş 

beynəlxalq  konfransın  təklifləri  əsasında  yaradılan  və  fəaliyyət  

İQTİSOŞ  tərəfindən  kordinantlaşdırılan  avtonom  orqandır.  Hazırda 

ƏMÜP  BMT-nin  orqanlarıarasında  ən  sürətlə  inkişaf  edən  orqandır. 

Onun  öünün  fondu  formalaşıb.  Bu  orqan  üç  mühüm  funksiyanı 

keçirir.1) 

Ətraf 

mühitin 


qiymətləndirilməsi 

(vəziyyətin 

qiymətləndirliməsi,  monitorinq,  informasiya  mübadiləsi),  2)  Təbiəti 

qoruyan  idarəetmə(məqsədlərin  aid  edilməsi,  planlaşdırma  beynəlxalq 

məsləhətləşmələr  və  razılaşmalar),  3)Köməkçi  tədbirlər  (təhsil, 

ictimaiinformasiya,texniki əməkdaşlıq). 

 

Keçən  dövr  ərzində  bu  beynəlxalq  təşkilatın  ətraf  mühitin 



qorunmasında  mühüm  rolunu  bütün  dünya    ölkələri  qeyd  eirlər.  Bu 

məsələlər bir daha 1992-ci ildə BMT-nin Rio-de Janeyroda keçirdiyi və 

ətraf  mühitin  qorunmasına  həsr  edilmiş  beynəlxalq  konfrnsın 

materiallarında öz əksini tapdı və ətraff mühitin qorunması məsələlərinə 

özündə əks etdirən “XXI əsr üçün gündəlik məsələ” adında qəbul etdi. 

Bu sənədin məğzini, dayanıqlı inkişaf konsepsiyası təşkil edir. Sənəddə 

27  tövsiyyə  xarakterli      prinsip  göstərilmişdir  ki,bu  da  bütün  ölkələri 

“iqtisadiyyat-

ekologiya” 

sistemi 


üzrə 

yox 


“ekologiya 

iqtisadiyyat”sist

emi  üzrə  fəaliyət  göstərməyə  çağırır  və  onlardan    

insanların  sağlam  yaşaması  üçün  münasib  ətraf  mühitin  yaradılmasını 

tələb edir.  

 

Ekoloji problem ayrı-ayrı dövlətlərin çərçivəsindən çıxıb sözün 



tam  mənasında  qlobal,  ümümbəşəri  və  müasir  dövrüm  ən  kəskin 

probleminə  çevrilmişdir.  O  həm  dövlətlər  çərçivəsində  və  həm  də 

planetdə  iqtisadiyyatın  və  siyasətin  və  həmdə  müasirlərimizin 

mənəviyyatının tərkib hissəsinə daxil olmuşdur. Başqa sözlə, ekologiya 

ümumbəşər  mədəniyyətinin  bir  hissəsinə  çevrilmişdir.Buna  görə  də 



 

 

biosferanın  və  ətraf  mühitin  qorunması  sahəsində  beynəlxalq 

əməkdaşlıq  təkcə  bir  tədqiqatçının,  elmi-tədqiqat  institutunun,  ayrıca 

götürülmüş dövlətin problemi yox, eyni zamanda o cəmiyyətlə təbiətin 

qarşılıqlı təsir problemidir. 

 

Ətraf  mühitin  problemlərinin  əksəriyyəti  mahiyyətcə  sosial 



xarakterlidir.  Buna  baxmayaraqonlar  eyni  zamanda  beynəlxalq 

əməkdaşlıq  proseslərində  ciddi  ideoloji  gərginliklər  də  yarada  bilir. 

Ekoloji  problemlərin  həlli  yolları  axtarılanda  süni  istifadə  etməyə  və 

başqa  ölkələrin  işlərinə  qarışmağa  cəhd  göstərənlər  dəolub.Bu  da 

problemlərin həllini mürəkkəbləşdirir. 

 

Ətraf  mühitin  çirklənməsinin  qarşısını  almaq  və  yaxud  da  onu 



insan və təbiət üçün zərərsiz dərəcəyə qədər azaltmaq prinsip etibarı ilə 

mümkündür. Bunun üçün ilk növ

bədə güclü iqtisadiyyat və dövlətlərdən 

yüksək  məsuliyyət  hissi  tələb  olunur.  Kompleks  texnologiyalar  geniş 

tətbiq  edilməsi,  elmi-texniki  və  təşkilati  idarəetmə  xarakterli  məqsədli 

proqramlar işlənib hazırlanmalı və həyata keçirilməlidir. 

 

   


§4. 

QLOBAL ƏRZAQ PROBLEMİ 

4.1. 

Problemin qloballığı 

 

XX  əsr  başa  çatdı.  Dünya  təsərrüfat  sistemi  XXI  əsrə  qədəm 



qoydu.  Bəşəriyyət  illəri  arxada  qoyub,  yeni  əsrə  heç  də  əli  boş 

gəlməyib.  Dünya  miqyasında  götürdükdə  elm,  texnika,  texnologiya, 

iqtisadiyyat, mədəniyyət və sosial-mənəvi sahələrdə misli görün-məmiş 

nailiyyətlər  əldə  edilib.  İrəliyə  doğru  inkişaf  dünya  iqtisa-diyyatının, 

dünya  təsərrüfatının  demək  olar  ki,  bütün  sahələrində  əldə  edilmişdir. 

Lakin  buna  baxmayaraq  bəşəriyyət  XX  əsrdə  yer  kürəsi  əhalisini 

ərzaqla  təmin  etmək  məsələsini  tam  həll  edə  bilmədi.  Kəskin  aclığa 

məruz  qalanların  sayı  ilbəil  artır.  BMT  struktur  bölməsi  olan  FAO 

(Dünya  kənd  təsərrüfatı  və  Ərzaq  təşkilatı)  verdiyi  məlumatlara  görə 

1970-


ci  ilin  əvvəlləri  üçün  bu  kateqoriyadan  olan  əhalinin  sayı  400 

milyona catırdısa, bu rəqəm 1980-cı ildə 500 milyon nəfər, 1990-cı ildə 

600-

700 milyon nəfərə, 2001-ci ilin ilk aylarında isə 800 milyon nəfərə 



çatmışdır.  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə