AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə36/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   32   33   34   35   36   37   38   39   ...   144

 

 

olunmamışdır.  Dünyanın   bir çox yerlərində    -   Afrikada,    Saxarada   

və      Hindistanda,        Latin  Amerikasında  əziyyət  çəkən  və  çox  kasıb 

yaşayan insanlar istənilən qədərdir. 

Aclığı  və  onun  dərəcəsini  necə  təyin  etmək  olar?  BMT-nin  

müvafiq orqanları "aclıq" anlayışını işlətdikdə onun son həddini nəzərdə  

tuturlar. 

Son  hədd  isə  orqanizmin  energetik  tələbatının  “kritik 

səviyyəsinə”  görə  təyin  edilir  ki,  bu  da  insanın  bir  biloji vücud kimi 

ancaq  ölməməsini  nəzərdə  tutan  səviyyədir.  1980-cı  illərin  axırında 

insanın  qidalanma  yolu  ilə  əldə  etdiyi  lazımi  energetik  tələbatı  gün 

ərzində  2700:(o  cümlədən,  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  -

3400,  inkişafda  olan  ölkələrdə  -2470)kalori hesab olunurdu. BMT-nin 

kənd təsərrüfatı və ərzaq təşkilatının (FAO) qiymətləndirilməsinə  görə 

aclığın və yaxud normadan az yeməyin  həddi ayrı-ayrı regionlar nəzərə 

almaqla  gündə  1761-1836  kalori  təşkil  edir.  (dünya  üzrə  orta  qiymət 

1784 kalori): BMT-

nin  digər  məlumatlarına  görə  gündə  1  dollar 

xərcləyə bilməyənlər aclıq həddindən aşağı səviyyədə yaşayanlar hesab 

edilirlər. 

 

4.4. Ərzaqla təmin olma səviyyəsinə görə regionların və 

ölkələrin qruplaşdırılması 

 

 

    

Təhlil  göstərir ki, İkinci dünya müharibəsindən sonrakı dövrdə 

planetimizin işlədilən ərzağın həcmi artmışdır. Lakin regionlar  və ayrı-

ayrı  dövlətlər  üzrə  ərzaq  qeyri-bərabər  səpələnmişdir.Buna  görə  də 

probelmin  mahiyyətini  dərindən  başa  düşmək  üçün  ölkələri  ərzaqla 

təmin olma nöqteyi-nəzərincə dörd qrupa bölürlər. 



1.Ərzağın tələbatdan çox olduğu ölkə və regionlar . Bu qrupa  

dünyanın sənaye  cəhətdən inkişaf etmiş regionları , ilk növbədə 

isə  Qərbi və Şimali Avropa, Şimali Amerika, Avstraliya və Yaponiya 

daxildirlər. 



2.Ərzaq  təminatı  BMT-nın  tələblərinə  uyğun  təyin  edilmiş 

normaya  çox  yaxın  _olan__ölkə  və    regionlar.  Bu  qrupa  Avropanın 

Cənub  rayonları  ,  Orta  Asiya  və  həmçinin  Latin  Amerikası  ölkələri, 

Maqrib və ASEAN ölkələri daxildirlər. 



 

 

      

3.Ərzaqla  təminat BMT- in  standartlarında  nəzərdə 

tııtulan kənarlaşmaya "uyğun" gələn səviyyədə olan dövlətlər 

. 

Bu  ölkələr  qrupuna  Şərqi  Avropa,  MDB  və  Pribaltika  ölkələri, 

həmçinin Hindistan, Misir, İndoneziya dövlətləri daxil edilirlər. 

Qeyd  edək  ki,  bu  qrupa  daxil  olan  ölkələrdə  yaranan  ərzaq 

prob

leminin subyektiv cəhətləri çoxdur. Məsələn, Şərqi Avropa, MDB 



və Pribaltika ölkələri müasir dövrdə öz imkanlarından çox aşağı ərzaq 

məhsulları istehsal edir və buna görə də müvafıq məhsulları idxal etmək 

zərurəti  meydana  gəlir.  Elə  götürək  respublikamızın  ən  böyük  şimal 

qonşusu  olan  Rusiyanı.  Bu  ölkənin  sərəncamında  olan  münbit  torpaq 

sahələri imkan verir ki, Rusiya öz xalqının tələbatlarından da çox kənd 

təsərrüfatı  məhsulları    (dənli  bitkilər,  heyvandarlıq  məhsulları  və  s.) 

istehsal etsin və digər ölkələrə ixrac etsin. Buna baxmayaraq MDB və 

Pribaltika  ölkələri  hər  il  milyonlarla  vəsaiti  kənardan  ərzaq  malları 

almağa sərf edirlər. Yada salaq ki, 1980-cı illərdə keçmiş SSRİ dövləti 

hər il orta hesabla 5 milyard dollarlıq taxıl idxal edirdi ki, bu da dünya 

bazarında buğdanın qiymətinə güclü təsir göstərirdi. 

Qərbi Avropa ölkələrindən Macarıstanda ərzaqla təmin olunmaq 

yaxşı  vəziyyətdədir.  Çexiya  və  Slovakiya  bu  və  ya  başqa  səviyyədə 

ərzaqla təmin olunmuş ölkələrdirlər. Bolqarıstan, Polşa, Rumıniya kimi 

ölkələr  isə  mütəmadi  olaraq  taxıl,  ət  və  ət  məhsullarını  idxal  edən 

ölkələrdirlər.  MDB  ölkələri  qrupuna  daxil  olan  Azərbaycan 

Respublikası  da  dayanıqlı  şəkildə  taxıl  və  digər  kənd  təsərrüfatı 

məhsullarının idxalçısıdır. 

Rusiyada 

 MDB-nin digər ölkələrində ərzaq çatışmamazlığının 

subyektiv  amillərinə  iqtisadi  islahatların  yarıtmaz  aparılması,  ixtiyari 

olaraq  iri  kollektiv  təsərrüfatlarının  dağılması  və  münasib texniki-

iqtisadi  bazanın  və  mənəvi-psixoloji  mühitin  yaradılmaması  haqqında 

düşünmədən  fermer  təsərrüfatlarını  yaratmaq  cəhdi  kimi  hərəkətlərə 

birinci  növbədə  daxil  etmək  lazımdır.  Məhz  bu  və  buna  oxşar 

"islahatlar" ərzaq problemini gücləndirirlər. 

4.Ərzaq  probleminin  əsas  ağrı-acısını  çəkən  ölkələr  dördüncü 

qrupu  təşkil  edirlər.  Bu  ölkələrə  inkişafda  olan  ölkələr  daxildirlər  ki, 

onlann  da  əhalisinin  əksəriyyəti  ərzaq  cəhətdən  çox  acınacaqlı 

vəziyyətdə  yaşayırlar.  Problem  bu  ölkələrdə  çox  kəskindir.  Əhali 




 

 

artımının  inkişafda  olan  ölkələrdən  daha  yüksək  olması  ərzaq 

məsələsinin həllini çətinləşdirir. 

----------------------------------- 

1

 

Mütəxəssislərin proqnozuna görə 2025-cı ildə əhalinin 80%-dən 



çoxu inkişafda olan ölkələrdə yaşacaqlar. 

           BMT-

nin  ətraf  mühit  və    inkişaf  problemlərinə  həsr 

edilmiş  konfranslarında  dəfələrlə  qeyd  edilmişdir  ki,  inkişaf  etməkdə 

olan  ölkələrin  hazırkı  resurs,  texnoloji,  idarəetmə,  təşkilati  imkanları 

sürətlə artan əhlini ərzaqla təmin etmək iqtidarında deyil. Belə şəraitdə 

inkişafda olan ölkələr kənd təsərrüfatının inkişafını düzgün idarə etməyə 

çalışmalıdırlar.  İlk    növbədə  çalışmaq  lazımdır  ki,  əldə  olan  əkinə 

yararlı  torpaqların  sahəsi  azalmasın  və  məhsuldarlıq  artsın.  Bu  sahədə 

inkişaf  etməkdə  olan  ölkələrdə  istifadə  edilməyən  imkanlar  çoxdur. 

Müqayisə edək: dərc olunmuş məlumatlara görə inkişafda olan ölkələrin 

kənd  təsərrüfatında  çalışan  bir  nəfər  özünü  və    ailəsini  güclə  saxlaya 

bilirsə, ABŞ-ın bir fermeri 59 nəfəri, Qərbi Avropanın və Yaponiyanın 

bir  kənd  təsərrüfat  işçisi  isə  müvafıq  olaraq  19  və  14

nəfəri  ərzaqla 



təmin edə bilir. Bu rəqəmlər göstərir ki, inkişaf etməkdə olan ölkələrdə 

ərzaq problemini həll etmək üçün ilk növbədə kənd təsərrüfatnda sosial-

iqtisadi, texniki-

təşkilati  tədbirlər  həyata  keçirməklə  əmək 

məhsuldarlığını yüksəltmək lazımdır. 

 

    



4.5.Müasir texnoloji sivilizasiyanın ziddiyyətləri 

 

İkinci  dünya  müharibəsindən  keçən  onilliklər  ərzində  kənd 

təsərrüfatında  çox  böyük  nailiyyətlər  əldə  edilmiş  və  nəticəsi  də  bu 

olmuşdur  ki,  ərzaq  problemi  ancaq  sənaye  cəhətdən  inkişaf  etmiş 

ölkələrdə həll edilmişdir. Lakin elmi-texniki inqilabın şaxələndiyi indiki 

dövrdə  bəşəriyyətin  məhsuldar  qüvvələri,  о  cümlədən  kənd 

təsərrüfatında  cəmlənmiş  məhsuldar  qüvvləri,  çox  yüksək  səviyyədə 

inkişaf  edə  bilər.  Dünyanın  aparıcı  ölkələri  özlərinin  uzun  illik 

təcrübələri ilə bunu sübut etsələr də, müasir dövrün ziddiyyətləri buna 

imkan vermir və hazırda dünya əhalisinin böyük bir hissəsi aclığa məruz 

qalmışdır. 

Ərazilər və regionlar üzrə müxtəlif səviyyədə inkişaf baş versə də 

mütəxəssislərin  fıkrincə  proses  düzgün  idarə  edilərsə  dünya  kənd 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə