AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə32/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   28   29   30   31   32   33   34   35   ...   144

 

 

iqtisadiyyat yaradanda biz eyni zamanda təbiətə təsir göstəririk, onu bir 

növ  “yaralayırıq”.Bu  yara  da  sonradan  insanlar  üçün  yeni  xoşagəlməz 

problemlər ortaya çıxarır.Yaralı təbiət özü insan üçün böyük təhlükəyə 

çevrilir və hətta onun bir canlı kimi fəaliyyət göstərə bilməsi bacarığını, 

lap sadə desək yaşamağını təhlükə altına qoyur. 

 

Təbiətdə vurduğumuz zərərlə  və bunun nəticəsində əmələ gələn 



yaralar  müalicə  olunmadıqca  pisləşir,  dərinləşir,  ətraf  mühiti  yaşamaq 

mümkün  olmayan  həddə  çatdırır.Bu  zaman  biz  “böhran”sözünü 

işlədirik.Deyirik ki, ekoloji böhran vəziyyətindədir yəni insan və digər 

canlılar  üçün  təhlükəlidir.  Bu  cür  hal  yer  kürəsinin  bir  şəhərini, 

məsələsini, ölkəsini, regionunu və qitəsini əhatə edə bilər. Belə vəziyyət 

bütün  planetimizi  bürüyəndə,  bütün  insanların  taleyi  təhlükə  altında 

qalanda  qlobal  sözündən  istifadə  edirik.  İnsanlar  və  xüsusən  özlərinin 

sırf  milli    maraqlarını  qoruyan  ölkələrin  rəhbərləri  təbiəti  çox  ağır  bir 

vəziyyətə salıblar.   Bu vəziyyəti xarakterizə etmək üçün müasir dövrdə 

biz  belə  deməyə  məcburuq:  “Planetimizin  ekologiyası  böhran 

vəziyyətindədir və Qlobal xarakter daşıyır” 

  Bu gün ek

oloji problem dünya  təsərrüfatı yarımsistemlərinə və 

bütövlükdə  dünya  iqtisadiyytaının  inkişafına  ən  güclü    mənfi  təsir 

göstərən amilə çevrilmişdir. 

 

3.2. Ekoloji problemin qloballığı 

 

 



Ekologiya  problemi  bu  və  ya  başqa  səviyyədə  coxdan 

mövcuddur.  Lakin  ətraf  mühitin  nəzərə  çarpan  dərərcədə  pisləşməsi 

XIX əsrdə baş vermiş və böhran həddinə çatmışdır. Bu böhran özünün 

əyani  təzahürünü  torpaqların  zəhərlənməsində,  planetdə  gedən 

meşəsizləşmə  proseslərində,  suyun  çatışmazlığında  cay  dəniz, 

okeanların  çirklənməsində,  azon  təbəqəsini  dağılmasında  havada  daha 

çoxzərərli  komponentlərin  meydana  gəlməsində  və.s.bu  kimi  insanın 

sağlam  yaşamasına  mane  olan  halların  meydana  gəlib  sürətlə  inkişaf 

etməsində tapır. 

Bu gün ekoloji problemin əhatə dairəsi genişlənmişdir və qlobal 

xarakter  daşıyır.  Problemin  qlobal  “status”  alması  aşağıdakılarla  izah 

oluna bilər.Birincisi, insanların fəaliyyət nəticəsində mənfi təsirə məruz 

qalan obyektlərin sayı kəmiyyət və dərinlik nöqteyi-nəzərincə çoxalmış 



 

 

və  sözün    tam  mənnasında  yer  kürəsinin  bütün  təbii  sferalarını  əhatə 

edir.  İkincisi,  iqtisadiyyat  və  ekologiya  arasında  yaranmış  ziddittətin 

mənfi təsirinə bu və ya başqa səviyyədə bütün ölkələr məruz qalmışdır. 

Ücüncüsü,  insanların  fəaliyyəti  elə  səviyyəyə  çatmışdır  ki,  onlar 

planetdə  gedən  təbii  proseslərə  ölümcül  təsir  göstərə  bilərlər  və    əgər 

istilik  nüvə  müharibəsi  olarsa  uzun  illər  boyu  yaranmış  sivilizasiyanı 

məhv edə bilərlər. Nəhayət, dördüncüsü, ekoloji problemin həlli labüd 

olaraq bütün ölkələrin iştirakını tələb edir. 

3.3. Pr

oblemin qruplaşdırılması 

 

Əhatə miqyasına görə ekoloji problemləri üc qrupa bölmək olar: 



1.Bütün planeti 

əhatə edən ekoloji problemlər.(bura yer kürəsinin 

azon t

əbəqəsində baş verən, mineral yanacaqların yandırılması üzündən 



atmosferd

ə  karbon  qazının  miqdarında  baş  verən dəyişikliklər,  meşə 

zolaqlarının  azalması,  bitki  və  heyvan aləmində  genetik müxtəlifliyin 

z

əifləməsi üzündən  ətraf mühitdə  oksigenin  miqdarında  baş  verən 



d

əyişikliklər daxildir). 

 

2.region  və  regionlararası  ekoloji  problemlər.  (bura  Dünya 



o

keanının çirklənməsi, səhraların çoxalması, təbii resursların tükənməsi 

daxildir). 

 

3. bir dövlət çərçivəsində baş verən və sonralar qonşu dövlətlərə 



və  bütün  dünya  ölkələrində  təkrarlanan,  lakin  mahiyyətcə  milli  olan 

ekoloji  problemlər  (bura  şəhərlərin  böyüməsi,  urbanizasiya 

proseslərinni güclənməsi, avtomobillərin çoxalması, daxili ərazilərin və 

təbii suların çirklənməsi və.s daxildir). 

 

Lakin  qeyd  edək  ki,  dövlətlərarası  iqtisadi  əlaqələrin  və 



beynəlxalq bölgüsünün indiki yüksək səviyyəsi baxılan üç qrup ekoloji 

problemlərin  qloballığını  azaltmır,  əksinə  göstərir  ki,  qloballıq  hansı 

mənbələrdən doğur. 

3.4.Ekoloji böhranın dərinliyi, təsir istiqamətləri 

 

və nəticələri 

 

Ekoloji    böhranın  miqyasını  təyin  etmək  üçün  Yerin  torpaq 



qatının, atmosferin, biosferanın və hidrosferanın vəziyyətini və bir neçə 

acı nəticələri nəzərdən keçirək.  



1.Torpaq  shələrinin  itirilməsi.  Bəşər  tarixində  dünya  kənd 

təsərrüfatı  üçün  yararlı  olan,  lakin  itirilmiş  torpaq  sahələri  20  milyon 




 

 

kv.km.ə çatır.Müqayisə edək ki, hal-hazırda istifadədə olan torpaqlardan 

(təxminən  15  min.kv.km)  çoxdur.Qeyri  kənd  təsrrüfatı  işlərinin 

(tikintilər,  dağ-mədən  işləri,  yol  tikintisi)  görülməsi  nəticəsində  ətraf 

mühitə  atılan  texnogen  maddələrlə  də  bağlıdır  və  belə  tullantıların 

miqdarı çoxaldıqca, ətraf mühitin pislənməsi səviyyəsi yüksələir. Dünya 

təsərrüfatının bütün sahələrində istehsal prosesləri zamanı atmosferə bə 

və  ya  başqa  şəkildə  zəhərli  maddələr  düşə  bilər,  lakin  bu  cəhətdən 

sənaye  birinci  yerdə  gedir.  Xaricə  atılan  tullantı  və  cirkləndiricilərin 

55%-


i bu sahənin payına düşür (energetikanın 45%) və sənayenin digər 

sahələrinin 10%). İkinci yerdə kənd təsərrüfatı  (40%) üçüncü yerdə isə 

məişət və kommunal təsərrüfatı (5%)durur.  

 

Atmosferin  çirklənməsi  sürətlə  baş  verir.  60-cı  illərin 



əvvəllərində  başlayaraq  atmosferdə  karbon  qazının  miqdarı  daha 

intensiv şəkildə çoxalmağa başlamış və mütəxəssislərin hesablamalarına 

görə  bu  qazın  atmosferdə  tərkibi  hazırda,  1200  il  bundan  qabaqkına 

nisbətən  30%  artmışdır.Bundan  başqa  iqtisadiyyatı  və  hərbi  istehsalı 

inkişaf etdirərkən atmosferəqayğının az olması nəticəsind planetimizin 

orta illik hərarəti yüksəlir və dərc oluanan materiallara görə 2050-ci ildə 

həırarət  1.5-4.5  dərəcə  selsiya  qədər  arta  bilər.  Azon  təbəqəsinin  də 

zəifləməsini  yada  salsaq  məslənini  nəqədər  ciddi  olması  göz 

qabağındadır. Qlobal istiləşmənin mənbəyi də burdadır. 

 

Atmosferin  tolanması  dərəcəsi  də  sürətlə  artır.  Son  50  ildə 



tozlanmanın  70%  pisləşmişdir.  Bunun  əsas  səbəbi  istehsal  zamanı 

atmosferə buraxılan texnogen hissəciklərdir (aerozollardır) ki, onun da 

həcmi mütəxəssislərin müxtəlif səpgilərdən qiymətləndirməlkərinə görə 

ildə 1,0-2.6 milyard ton təşkil edir.  

  3.Yerin bio

tasının yoxsullaşması. Ekologiyaya təsir edən bütün 

istiqamətlər  bioloji  varlığa  da  güclü  mənfi  təsir  göstərir.İlk  növbədə 

biokimyəvi  tsikllər  korlanır,  energetik  və  termodinamik  proseslər 

normal  baş  vermir.  Nəticədə  planetin  canlı  və  bitki  örtüyünün 

müxtəlifliyi azalır, bir çox canlı və bitki tamamilə aradan çıxır. Özü dəı 

bu proses qlobal miqyasda baş verir. Dünya miqyasında hər bil  11min. 

hektar  meşənin  məhv  edilməsi  isə  biosferanı  lap  pisləşdirir. 

Meşəsizləşmə  və  xüsusən  tropik  meşələrin  hesabına  baş  verən 

meşəsizləşmə,  atmosferdən  qaz,  yerdəki  su  balanslarına  və  onların 

vasirəsi ilə də canlı bitkilərə ölümcül təsir göstərir.  




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə