AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə14/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   10   11   12   13   14   15   16   17   ...   144
    Bu səhifədəki naviqasiya:
  • Iqtisad

 

inkişafını  təmin  edirdi.  Qeyd  edək  ki,  bu  cür  proseslər  indiyə  qədər 

davam  edir  və  xarici  iqtisadi  əlaqələrin  genişləndirilməsinə,  dünya 

iqtisadiyyatının  irəliyə doğru fəaliyyət göstərilməsinə səbəb olur.  

           

Bu  cəhətdən  keçən  əsr  əlamətdar  olmuşdur.  Beynəlxalq 

iqtisadi  əlaqələr  daha  da  genişlənmiş    və  istər  dərininə  və  istərsə  də 

əhatə dairəsinə görə inkişaf etmişdir. Belə inkişafın əsas məğzini dünya 

iqtisadiyyatı inkişafının yeni istiqamətinin meydana gəlib tərəqqi etməsi 

təşkil  etdirdi.Bu  istiqamət  nəhəng  inhisarçı  birliklər  olan  transmilli 

korporasiyaların  (TMK)  meydana  gəlməsi  və  fəaliyyət  göstərməsi  ilə 

bağlı idi. 

          

Təsərrüfatçılıq sahəsində dünyanın qabaqcıl təcrübəsi sübüt 

etmişdir  ki,  əlverişli  mühit  yaradılan  ölkələrdə  sahibkarlar  böyük 

iqtisadi  müvəffəqiyyət  qazana  bilirlər  və  onların  müəyyən  qisminin 

əlində külli miqdarda kapital cəmləşir.Bu kapitalın bir hissəsini özünə 

mənsub olduğu ölkədə sərmayə kimi işlətmək sahibkar üçün səməmərli 

olmur. Yaranmış əlavə  kapital digər, xüsusən də inkişaf etməkdə olan 

ölkələrdə  yerləşdirildikdə  daha  çox  mənfəət  gətirir.    Xarici  ölkələrdə 

kapital  qoyuluşunu  sürətləndirən  amil  isə  sənayecə  ən  yüksək  şəkildə 

inkişaf  etmiş  ölkə  rəhbərlərinin  bu  prosesi  müdafiə  etmələri    və  onun 

üçün 

əla  şərait  yaratmaları  oldu.  Bu  şəraitin  mahiyyətini  sahibkarların 



əlində toplanmış əlavə kapitala “azadlıq” verilməsi təşkil edirdi. Bunun 

nəticəsində Amerikanın, Yaponiyanın, İngiltərənin, Almaniyanın  və s.  

daha  çox  inkişaf  etmiş  ölkələrin  sahibkarları  öz  kapitallarını  digər 

ölkələrdə sərbəst istifadə etmək hüququ qazandılar və keçən əsrin 60-cı 

illərindən başlayaraq bu günə qədər öz fəaliyyətlərini bu günə qədər öz 

fəaliyyətlərini gün-gündən gücləndirirlər.  

        TMK  –

ın  dünya  iqtisadiyyatı  inkişafının  mühüm  istiqaməti 

kimi  aşağıdakı  üstünlükləri  var.  TMK  istehsalın  beynəlmiləllik  

səviyyəsini  artırır,  beynəlxalq  əmək  bölgüsünü  sürətləndirir,  dünya 

təsərrüfat  sistemini  rəngarəngləşdirir  və  dünya  iqtisadiyyatının 

dünyəvilik səviyyəsinin artırır. TMK –ın kapitalları öz ölkələrində baş 

verən proseslərdən nibətən uzaqdırlar, yəni daha çox sərbəst hərəkət edə 

bi

lərlər.  Ümumilikdə  götürdükdə    TMK  dünya  miqyaslı  münasibətləri  



daha obyektiv formada tənzimləyirlər, kapitalı daha çox mənfəət gətirən 

istehsal  sahələrinə  və  regionlara  tərəf  meylləndirmək  bacarığına 

malikdirlər. 



 

      


Onu  da  qeyd  edək  ki,  TMK  öz  hökümətlərindən  maliyyə, 

diplomatik  və  hərbi  himayədarlıq  alırlar  və  inkişaf  etməkdə  olan 

ölkələrdə  iqtisadiyyatın  strukturunu  özlərini  istədikləri  kimi 

tənzimləməyə    nail  olurlar.    Lakin buna baxmayaraq TMK dünya 

iqtisadiyyatı  inkişafının  mühüm  istiqaməti  kimi  fəaliyyət  göstərib  və 

XXI əsrin əvvəlində də müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. 

        


Beynəxalq  siyasi  vəziyyətin  yaxşılaşması    dünya 

iqtisadiyyatı  inkişafına  güclü  təsir  göstərir    və  son  nəticədə  ölkələr 

arasında  illər  uzunu  müxtəlif  səbəblər  üzündən  yaranmış  əngəllərin 

aradan  qaldırılmasına  gətirib  çıxarır  ki,  bu  da  onu  dünya  təsərrüfat 

sistemi inkişafının başlıca istiqamətlərindən birinə çevirir. Tarixə nəzər 

salsaq  görərik  ki,  əslində  dünya  iqtisadiyyatının  inkişafı  həmişə 

beynəlxalq  siyasi  vəziyyətlə  şəraitləşib.Beynəlxalq    siyasi  vəziyyət 

dünya  iqtisadiyyatının  inkişafına  üç  cür  təsir  göstərə  bilər.  Birincisi,  

ona 

müsbət   təsir  göstərə bilər. Dünya təcrübəsinin təhlili göstərir ki, 

beynəlxalq  siyasi  vəziyyət  yaxşılaşdıqca  dünya  təsərrüfat  sisteminin 

güclənməsi üçün şərait yaranır.İkincisi, ona mənfi təsir göstərə bilər. Bu 

o  zaman  baş  verir  ki,  beynəlxalq  siyasi  vəziyyət  müxtəlif  səbəblər 

üzündən pisləşir və dövlətlər və regionlar arasında iqtisadi əməkdaşlıq 

mümkün  ola  bilən  gücü  və  imkanı  daxilində  fəaliyyət  göstərə  bilmir. 

Üçüncüsü, neytral vəziyyətdədir. Yəni beynəlxalq siyasi vəziyyət sabit 

olduqda  dövlətlərarası  münasibətlər  də  ona  uyğun  formalaşır  və 

müəyyən  mənada  sabit  qalır.Dünya  iqtisadiyyatının  inkişafı  da 

sabitləşir. Beləliklə də, siyasət , siyasi amil dünya iqtisadiyyatını həmişə 

təsir etmişdir və indi də etməkdədir. 

            

Dünya iqtisadiyyatının, dünya iqtisadi əlaqələrinin inkişaf 

meyllərini  dərindən  öyrəndikdə  məlum  olur  ki,  beynəlxlq  siyasi 

vəziyyətlə beynəlxalq iqtisadiyyat arasında əlaqəni və qarşılıqlı əlaqəni 

dərindən 

bilməklə 

dünya 


təsərrüfat 

sisteminin 

inkişaf 

qanunauyğunluqlarını  dərk  etmək,  prosesi  düzgün  idarə  etmək  ,  ona 

təsir  göstərmək  mümkündür.  Sonda  dünya  iqtisaiyyatının  inkişaf 

perspektivlərini də düzgün proqnazlaşdırmaq mümkün olar. Buradan da 

elə  nəticə  çıxarmaq  lazımdır  ki,  beynəlxalq  siyasi  durumu 

proqnozlaşdırmadan, dünya iqtisadiyyatının inkişafı haqqında fikir 

söyləmək  çətindir.    Bunun    əsas  səbəbini  iqtisadi  münasibətlərin 

özünəməxsus  xüsusiyyətində  axtarmaq  lazımdır.  Bu  xüsusiyyətlər 

nədən ibarətdir? 



 

       


Birincisi  dünya  iqtisadi  münsaibətləri  ilk  növbədə  bütün 

planet  ölkələrinin  iqtisadi  əməkdaşlıq  sahəsində  ümumi  dil  tapması 

səviyyəsini xarakterizə edir. Ümumi dilin tapılmasında isə bütün dünya 

miqy


asında,  ya  da  konkret  bir  region  çərçivəsində  fəaliyyət  göstərən 

ölkələrin  rolu  həlledicidir.  Öz  siyasi  ambisiyasına  malik  olan  ölkələr 

sayı  artdıqca  ümumi  dil  tapmaq  prosesi  çətinləşir  və  siyasət 

iqtisadiyyata üstün gəlir. Buna misal kimi keçmiş SSRİ, indi isə MDB 

adlanan ölkələr qrupunu göstərmək olar. Rusiya ,İran və onların əlaltısı 

olan  Ermənistanın  mühüm  siyasi  ambisiyaları  bu  regionda  iqtisadi 

inkişafı  həmişə  ləngitmişdir  və  çox  təəssüf  ki,  indi  də  bu  mənfi  hal 

davam edir. 

      


İkincisi,  dünya iqtisadi  münasibətləri  həm  də  dünya 

ölkələrinin  iqtisadi  əməkdaşlıq  sahəsində  təsir  və  qarşılıqlı  təsirlər 

üsuludur.Bu  üsul  mextəlif  ola  bilər.  Müvafiq  olaraq  dünya 

iqtisadiyyatının  da  inkişaf  səviyyəsi  müxtəlif  formada  təşəkkül  tapır. 

İqtisadi əlaqələrin bir sıra üsulları məlumdur.Dünya iqtisadiyyatına təsir 

etməsi nöqteyi-nəzərincə onları iki qrupa bölmək olar: 



Iqtisad 

yönümlü üsullar və güc işlətmə üsulları İqtisadi üsullarla 

təsiretmə baş verdikdə prosesə cəlb olunan ölkələrin iqtisadi maraqları 

ön planda du

rur və son nəticədə tərəflərin hamısı iqtisadi  səmərə əldə 

edir  və  inkişaf  edirlər.Elə  iqtisadi  üsulların  mahiyyəti  də  bundadır. 

İqtisadi  üsul  dünya    iqtisadiyyatının  inkişafı  üçün  çox  zəruridir  və 

təcrübədə bu sübut olunmuşdur.Bu gün Qərbi Avropa ölkələrinin, ABŞ-

ın  və  Yaponiyanın  səmərəli  inkişaf  etmələrinin  əsasını  yaxın  və  uzaq 

ölkələrlə  öz  iqtisadi  əlaqələrini  məhz  iqtisadi  üsullardan  geniş  və 

hərtərəfli  istifadə  etmələri  təşkil  edir.Rusiya  Federasiyası  isə  özünə 

yaxın və uzaq ölkələrlə  qarşılıqlı əlaqələrində əsasən  güc üsullarından 

istifadə tətbiq edir. Belə münasibətlərin nətcəsidir ki, Rusiyanın nə özü, 

nə  də  onun  yaxın  qonşuları  inkişaf  etmiş  ölkələr  sırasına  cıxa 

bilməmışdir.  Deməli,  istər  qlobal  miqyasda  və  istərsə    də  lokal 

miqyasda  ölkələrarası  əlaqələrin  hansı  üsulla  qurulması  dünya 

iqtisadiyyatının  inkişafı  üçün  əsas  şərtlərdən  biridir.  İqtisadi  üsullar 

üstünlük  təşkil  etdikdə  ticarət,  istehsal-tikinti, texnoloji kooperasiya

əmək bölgüsü, ixtisaslaşma, elm tutumlu məhsul istehsalı və innovasiya 

əlaqələrinin  həyata  keçirilməsi  üçün  şərait  yaranır  ki,  bu  da 

yarımsistemlərin –dövlətlərin və bütün sistemin dünya iqtisadiyyatının 

inkişafına səbəb olur. 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə