AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə10/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   6   7   8   9   10   11   12   13   ...   144

 

qlobal təsərrüfatın əhatə dairəsini daraldırdı.Lakin istər dünya bazarının 

və istərsə də dünya iqtisadiyyatının inkişafı yavaş olsa da inkişaf edirdi. 

İqtisadi  münasibətlərin  mürəkkəbliyinə,ziddiyiyyətliyinə  baxmayaraq 

iki  ictimai  sistemin  ölkələri  arasında  iqtisadi  əlaqələr  müəyyən 

tələbatların ödənilməsi nöqteyi nəzərincə inkişaf etdirilirdi. 

        Ücüncü. 

Müasir dünya iqtisadiyyatının bu pilləsində qlobal 

təsərrüfata təsir etməsi baxımından  müsbət  proses kimi, yəni kapitalist 

dünya  iqtisadiyyatında  sahibkar  kapitalının  ixracını  və  onun  inkişaf 

etməsini  göstərmək  olar.Sahibkar  kapitalına  sərbəstlik  verilməsi  və 

onun  ixracı  istehsal  əlaqələrində  prinsipcə  yeni  strukturların  meydana 

gəlməsinə  və  inkişaf  etməsinə  təkan  verdi.  Nəticədə  transmilli 

korporasiyalar  (TMK)  sürətlə  inkişaf  etməyə  başladı.  TMK  öz 

mahiyyəti  nöqteyi-nəzərincə  beynəlxalq  xarakterə  malik,  xarici 

ölkələrdə  aktvləri  olan  iri  firmalardır.TMK  beynəlmiləl  firmalardır  ki, 

onlar  da  öz  fəaliyyətini  əsasən  ölkələrindən  kənarda  –  digər  xarici 

ölkələrdə  qururlar.  Onlar  hər  hansı  məhsulun  yaradılması,  istehsalı 

,reallaşdırılması,  maliyyələşdirilməsi,  kreditləşdirilməsi,  yayılması  ilə 

məşğul olan beynəlxalq istehsalları formalaşdıra bildilər və bununla da 

dünya  iqtisadiyyatının  inkişafına  və  istehsalın  dünyəvilik  səviyyəsinin 

yüksəlməsinə şərait yaratdılar. 

      Dördüncü. 

Sosializm  yolu  ilə  getməyən  ölkələr  arasında 

getdikcə  genişlənməyə  başlayan  hərtərəfli  iqtisadi    əlaqələr.  Onların 

genişlənməsinə  müsbət  təsir  göstərən  amil  ABŞ-ın  iqtisadi  gücü  

idi.İkinci  dünya  müharibəsi  vaxtı  daha  da  güclənən  ABŞ  Qərb 

ölkələrinə və digər ölkələrə iqtisadi yardımını həyata keçirməyə başladı. 

Bu 

real kömək idi və tarixə “Marşall planı” kimi düşən xüsusi planlar 



həyata  keçirilirdi.  Köməyin  ümumi  həcmi  17  milyard  dollar  (indiki 

qiymətlə  90  milyard)  təşkil  edirdi.  Bu  məbləğin  yarısından  çoxunu 

Böyük  Britaniya,  Fransa  və  Qərbi  Almaniya  dövlətləri  aldı.Qərbi 

Avropa ölkələrinə Amerikanın xüsusi kapitalı birbaşa kapital qoyuluşu 

və kredit şəklində yönəldilirdi.  

         

Qərbi  Avropa  ölkələrinə  maliyyə  köməyi  ikitərəfli 

razılaşmalar  əsasında  edilirdi  və  Amerikanın  qoyduğu  əsas  şərt  bu 

ölkələrdə azad sahibkarlığa diqqəti artırmaq və  onlara  həqiqi mənada 

azadlıq  vermək  idi.  Köməyin  ümumi  məbləğinin    70%  -ini  ərzaq, 

yanacaq,gübrə  kimi  mallar  təşkil  etməsinə  baxmayaraq,  “  Marşall  

planı”    Qərbi  Avropa  sənayesinin    inkişafına,  ölkələrarası    ticarətin 




 

genişlənməsinə və onların valyutalarının möhkəmlənməsinə  yaxşı  təsir 

göstərdi. Bütün bunlar dünya iqtisadiyyatını gücləndirirdi. 

        


“Marşall    planı”  üzrə    göstərilən  kömək  1951-ci  ilə  qədər 

davam  etdi.  Bundan  sonra  kömək  proqramları  inkişafda  olan  ölkələrə 

y

önəldildi.  Bunun  iki  səbəbi  var  idi:  birincisi,  kolonializmin 



dağılması,ikincisi, bazar iqtisadiyyatlı ölkələrinin sayının artması. 

        


Beşinci.  Keçən  əsrin  60-cı  illərinin  ortalarında  koloniya 

sisteminin dağılması dünyada bu günə qədər xüsusi yer tutan bir qrup 

ölkələrin  –inkişafda  olan  ölkələrin  meydana  gəlməsinə  səbəb  oldu. 

Kolonial  münasibətlər  getdikcə  iqtisadi  münasibətlərlə  əvəz  olunurdu. 

İnkişaf  etmiş  Qərb  ölkələri  bu  ölkələrə    köməklik  göstərmək  yolu  ilə 

onları  özlərinin  təsir  dairəsində  saxlayırdılar.Lakin  buna  baxmayaraq, 

prosesin  özü  dünya  iqtisadiyyatının  inkişafı  üçün  müəyyən  şərait 

yaradırdı. 

        1970-

ci  il  bu  cəhətdən  əlamətdar  idi.  Məhz  bu  ildə  Qərbi 

Avropanın  Almaniya,  İngiltərə  və  s.bu  kimi  inkişaf  etmiş  ölkələrinin 

ümumi daxili məhsulu ABŞ-nın müvafiq göstəricisinin səviyyəsini aşdı. 

Belə  ki,  əgər  1960-cı  illərdə  bu  ölkələrin  ÜDM  –nin  həcmi  ABŞ-nın 

ÜDM  –


nın  74%  -ni  təşkil  edirdisə,  1970-ci  ildə  bu      faiz  artıq  114-ə 

çatmışdı.  Ayrı-ayrı  ölkələrin  iqtisadi  inkişafındakı  gerilik  isə  davam 

edirdi.Lakin Amerika ilə rəqabətə girə bilən qütblərin meydana gəlməsi 

prosesi  demek  olar  ki,  başa  çatmışdı.Dünyada  bir-biri  ilə  rəqabət 

aparmaq  üçün  böyük  mərkəz  (ABŞ-Yaponiya-Qərbi  Avropa 

)yaranmışdı...Keçən  əsrin  son  üç  onilliyini  dünya  iqtiadiyyatı 

baxımından  yeni dövr adlandırmaq  olar. Bu dövrün əsas fərqləndirici 

cəhətlərinə  beynəlxalq  məhsuldar  qüvvələrin  formalaşması, 

iqtisadiyyatın    dünyəvilik  səviyyəsinin  yüksəlməsi,  dünya  istehsalının 

genişlənməsi və beynəlmiləlləşməsi, bütün iqtisadi sferalarda qarşılıqlı 

təsirlərin  və  asılılığın  güclənməsi  daxildir.Qeyd  edək  ki,  proses  keçən 

əsrin  70  –ci  illərindən  başlayaraq  güclənmiş  və  insanların 

psixologiyasında  və  onların  dünyagörüşündə  inqilabi  dəyişikliklər 

etmişdir və bu cür proses indi də davam edir. 

         

Dünya  iqtisadiyyatının  təkamül  yolu  ilə  formalaşması 

etaplarından danışarkən keçən əsrin 90-cı illərinin əvvəlini xüsusi qeyd 

etmək lazımdır. SSRİ adlanan bir qrumun dağılması ilə əlamətdar olan 

bu  dövrü  haqlı  olaraq  dünya  təsərrüfatının  yeni  inkişaf  dövrü 

adlandırmaq    lazımdır.  Bu  dövrün  əsas  xüsusiyyəti  onda  idi  ki,dünya 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə